Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3190/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2200/2023 nömrəli mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiy a şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17 aprel 2007-ci il tarixli, 40335 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi Bakı Şəhər İHB-nın X2 və İstismarı Birliyi tərəfindən İddiaçı istifadəsinə verilib. 2. 30 may 2009-cu il tarixdə İddiaçı həmin bağ sahəsinə dair Cavabdeh1 adına 29 iyul 2038-ci il tarixədək qüvvədə olan və özündə geniş səlahiyyətləri, o cümlədən həmin bağ sahəsi üzərində sərəncam vermək səlahiyyətini əks etdirən etibarnamə verib və 19 oktyabr 2020-ci il tarixdə İddiaçı ərizəsinə əsasən həmin etibarnamə ləğv edilib. 3. 12 iyul 2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Ko mitəsi tərəfindən həmin bağ sahəsinə dair İddiaçı adına “Plan və ölçü” sənədi tərtib edilib. 4. 19 iyul 2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Bundan sonra, iddiaçı həmin orqana qarşı mərcburetmə haqqında inzibati iddia qaldırmış, cavabdeh həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və işin icraatı hazırkı işə baxılıb qurtaranadək dayandırılmışıdır.
5. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlan ması rədd edilib.
6. Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli arayışına əsasən 28 iyun 2014-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsində Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X3 və X4 yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin və bağ sahəsinə dair mülkiyyət sənədlərinin Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdeh tərəfindən bağ sahəsində inşa edilmiş tiki lilərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılmaları, 1362 “v” saylı bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən 19 iyul 2011-ci il tarixli Çıxarışın, torpaq sahəsinin “Planı və ölçüsü” sənədinin, habelə Texniki Pasportun cavabdehlərdən alınıb ona təhvil verilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, XXX adlı şəxsin vasitəçiliyi ilə mübahisəli bağ evinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh1 32.000 ABŞ dollarına satılması ilə bağlı razılığa gəliblər. İlkin ödəniş olaraq ona 8.000 ABŞ dolları pul verilib, lakin qalan məbləğ bu günədək ona ödənilməyib. Hazırda onun mülkiyyətində olan bağ evi cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Ötən dövr ərzində cavabdehləri həmin bağ sahəsindən çıxartmaq imkanı olmayıb. Hazırda o, cavabdehləri çıxardıb mülkiyyətində olan bağ sahəsindən istədiyi kimi istifadə etmək və ona sahiblik etmək istəyir. Hətta bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər də bu günədək cavabdehlərdədir və onlar həmin sənədləri ona qaytarmaqdan imt ina edirlər. Nəticədə o, aldadılıb və öz mülkiyyətindən qanunsuz olaraq məhrum edilib. Ona ilkin olaraq, ödənilmiş 8.000 ABŞ dollarını isə geri qaytarmağa hazırdır.
10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ilkin olaraq iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ olmamışdır. XXX adlı şəxsin vasitəçiliyi ilə həmin əmlak iddiaçının adına rəsmiləşdirilmiş və sonradan aralarında olan razılığa əsasən iddiaçı tərəfindən 35.000 ABŞ dolları məbləğində pula Cavabdeh1 satılmışdır. Qeyd edilən məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən də, iddiaçı 2009-cu ildə cavabdehə 30 ilə yaxın etibarlılıq müddəti olan etibarnamə verərək, bu əmlakl a bağlı bütün hərəkətləri etmək səlahiyyətini etibar etmişdir. Bundan sonra həmin əmlak onun tərəfindən etibarnamə ilə Cavabdeh3 satılmışdır. Nəticə etibarı ilə Cavabdeh1 bu əmlakı iddiaçıdan 35.000 ABŞ dollara almışdır. Bu səbəbdən də əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədin əsli hazırda Cavabdeh1dır. Ötən dövr ərzində də onların arasında mübahisəli bağ sahəsi ilə bağlı hər hansı problem yaranmamış, iddiaçı tərəfindən bu əmlakla bağlı hər hansı tələb irəli sürülməmiş, hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Hər bir halda, bağ sahəsinin yerləşdiyi yer iddiaçıya məlumdur və hər hansı problem yaransa idi, ən azı iddiaçı həmin ünvana gəlib öz etirazını bildirə bilərdi. Lakin bunu etməmiş və 2020-ci ildə özünə məlum olan səbəblərdən etibarnaməni ləğv etdirmişdir. Belə ki, h əmin bağ sahəsinin yerləşdiyi yer layihəyə düşmüş və oranın sökülməsi gözlənilir. İddiaçı bununla bağlı gəlir əldə etmək və əsassız varlanmaq niyyətinə düşmüşdür. Hazırda da əsassız olaraq bu əmlakın ona qaytarılmasını tələb edir. İddiaçının etibarnaməni verdiyi notariat kontorunun yerini unutması barədə fikirləri də reallığı əks etdirmir. Mövcud vəziyyətdə iddiaçı ötən dövr ərzində çox rahatlıqla ixtiyari notariat kontorunda etibarnaməni ləğv etdirə bilərdi. İddiaçının hazırki iddianı qaldırmağı, həmçinin XXXin vəfatı ilə bağlı olmuşdur. Belə ki, onun sağlığında iddiaçı Rəşad Əliyevin həqiqəti danışacağından ehtiyat edirdi.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021ci il qətnaməsi ilə (hakim F.Abdıyev) iddianın qismən təmin edilərək, cavabdehlər Cavabde h2, Cavabdeh6, Cavabdeh5 YY oğlu, Cavabdeh3 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqey i ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ haqqında Çıxarış alıb. Mülkiyyətçi kimi iddiaçı, ona mənsub olan bağ sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malikdir. Həmin bağ sahəsində hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, 111 və LLL yaşayır və bağ sahəsi onların istifadəsində və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə isə iddiaçı tərəfindən ləğv edilib.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 148.2, 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)4172/2022 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndiriləniddianın Cavabdeh3 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddianı mübahisələndirilən hissədə təmin etməklə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilib. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 148.2, 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavab deh3 qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)- 4172/2022 saylı Qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ( hakimlər Ə.A.Əhmədov (məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-4172/2022 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkə məsi, Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin tələbləri baxımından, Cavabdeh3 hazırki iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini, habelə mübahisəli bağ sahəsində hər hansı tikilinin, fərdi yaşayış evinin olubolmadığını, həmin evin nə vaxt, kimin tərəfindən tikildiyini, evin hüquqi vəziyyətini, həmin evin Cavabdeh3 və ailə üzvlərinə aid olub-olmadığını, onlar tərəfindən inşa edilibedilmədiyini araşdırmadan, başqa sözlə, tərəflər arasında mübahisəli bağ sahəsi ilə bağlı hansı razılaşmanın olduğunu, iddiaçının hazırki mülki hüquqlarını hüquqa uyğun həyata keçirib-keçirmədiyini, onun bu hüquqdan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərinə ziyan vurmaq məqsədi ilə istifadə edib-etmədiyini adınlaşdırmadan və ümumiyyətlə hansı dəlillərə əsasən Cavabdeh3 apellyasiya şi kayətini təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, yalnız mübahisəli bağ sahəsinin sonradan mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığını əsas tutub, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, sözügedən normaların mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir və heç bir halda hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə Mülki Məcəllənin 157.6, 157.7, 157.8, 158.1, 158.1.2, 158.2, 158.4-cü maddələrinin tələblərini pozaraq, ümumiyyətlə iddiaçının iddia ərizəsində, cavabdehlərin isə etirazlarında göstərdikləri faktlar üzrə heç bir araşdırma aparm adan, cavabdehlərin bağ sahəsinə sərf etdikləri zəruri məsrəflərin və ya yaxşılaşdırmaların olubolmadığını, onların nədən ibarət olduğunu, zərər yetirmədən həmin yaxşılaşdırmaların bağ sahəsindən ayrıla bilən olub-olmadığını dəqiqləşdirmədən, cavabdehlərə bağ sahəsinə çəkdikləri xərcin ödənilməsini iddiaçıdan tələb etmək hüquqlarının olmasını izah etmədən, işə əlavə edilmiş sübutları, habelə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə yoxlayıb qiymətləndirmədən, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, iddianı təmin etməklə əslində iddiaçının hüquqi əsas olmadan başqa şəxslərin, yəni cavabdehlərin hesabına əmlak əldə etməsinə süni şərait yaradıb və bununla da Mülki Məcəllənin 1091.1, 1091.2-ci, həmçinin Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələblərini pozub. a) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2200/2023 nömrəli 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, başqa məhkəmənin icraatında pul tələbi ilə bağlı mülki iş vardır. Lakin həmin işin icraatı hazırkı işə görə dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, cavabdehin hazırkı iş üzrə zərər tələbi yoxdur, məhkəmə kollegiyası tərəf indən zərərlə bağlı araşdırma aparılsa belə, bununla bağlı müvafiq qərar qəbul edilməsi mümkün deyil. Tikinti və təmir xərci ilə bağlı müvafiq araşdırma aparılması ilə əlaqədar ekspertizalar keçirilməsi zərurətinin olması, bununla əlaqədar işə baxıb yekun qərar vermə müddətinin uzanması və nəticədə cavabdehlərin zərərlə bağlı qarşılıqlı iddia tələbinin olmaması və hazırda başqa məhkəmənin icraatında pul tələbinə dair mülki işin icraatının bu işə görə dayandırılmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bu iş üzrə zərərlə bağlı geniş araşdırmanın aparılmasına zərurət yoxdur. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəl illəri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi mübahisəli bağ sahəsində hər hansı tikilinin, fərdi yaşayış evinin olub-olmadığını, həmin evin nə vaxt, kimin tərəfindən tikildiyini, evin hüquqi vəziyyətini, həmin evin Cavabdeh3 və ailə üzvlərinə aid olub-olmadığını, onlar tərəfindən inşa edilib-edilmədiyini araşdırmadan, başqa sözlə, tərəflər arasında mübahisəli bağ sahəsi ilə bağlı hansı razılaşmanın olduğunu, iddiaçının hazırkı mülki hüquqlarını hüqu qa uyğun həyata keçirib-keçirmədiyini dəqiqləşdirmədən, ümumiyyətlə hansı dəlillərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığını əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi əsassız olmaqla həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə 148.2 Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
29. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəstsurətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilə r, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçini n iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
32. Maddə 157.6 İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
33. Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisə ləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prossesual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
44. Belə ki, iddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ haqqında çıxarış aldığından, mülkiyyətçi kimi ona mənsub olan bağ sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ pozulmuşdur.Həmin bağ sahəsin də hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, 111 və LLL yaşayır və bağ sahəsi onların istifadəsində və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə isə iddiaçı tərəfindən ləğv edilib.
45. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişiklik edilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2200/2023 nömrəli mülki iş üzrə 17 aprel 2023-cü il tarixli tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.