Məhkəmə qərarları › İş №2(102)-3197/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3197/2023

08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3197/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3428/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birnci instansiya məhkəməsi) 2(006)-136/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, İddiaçı qərardaddan şikayət vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3428/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Qərardad 15 may 2 023-cü il tarixdə iddiaçının və onun vəkili-nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir.

5. İddiaçı (vəkil Nümayəndə) 26 may 2023-cü il tarixdə həmin qərardaddan kassasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

6. Ərizə belə əsaslandırılmışdır ki, mübahisələndirilən qərardad elektron kabinetə 15 may 2023-cü il tarixdə yerləşdirilsə də, onu 16 may 2023-cü il tarixdə oxuyub tanış olmuşlar. 24 və 25 may 2023-cü il tarixdə Asan imza ilə yaranan texniki problemlərə görə kassasiya şikayətini imzalayıb yerləşdirmək mümkün olmamışdır. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş edir.

7. Apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 128.1, 133.1, 405.0.2, 408.1.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, 10 may 2023cü il tarixli qərardad iddiaçının və onun nümayəndə-vəkilinin elektron kabinetinə 15 may 2023-cü il tarixdə yerləşdirilmişdir (iş vərəqi – 107, 109). Kassasiya şikayəti isə elektron kabinet vasitəsilə 26 may 2023-cü il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti keçdikdən sonra verilmişdir.

9. İddiaçı şikayət vermə müddətini ötürməsinin səbəbi kimi onu gec oxuması, həmçinin, 24 və 25 may 2023-cü il tarixdə Asan imza ilə yaranan texniki problemlərə gö rə kassasiya şikayətini imzalayıb yerləşdirməyin mümkün olmaması ilə əsaslandırsa da, buna dair, yəni Asan imza ilə bağlı problemin olmasına dair hər hansı bir sübut əlavə etməmişdir. Birinci hal isə (qərardadı gec oxuması) prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz.

10. Beləliklə, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlil ləri

11. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini, prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, müddətin bərpa edilməsini, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət belə əsaslandırılmışdır ki, prosessual müddət yalnız 1 gün ötürülmüş və bu hal elektron sistemdə tez-tez baş verən texniki xətalarla əlaqəli olmuşdur. Hesab edir ki, prosessual müddətin 1 gün ötürülməsi onu ədalətli məhkəmə araşdırması hüququndan məhrum etməməlidir. Hazırkı vəziyyətdə isə onun hüquqları süni şəkildə məhdudlaşdırılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edil məməsi və apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı 14....Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barə sində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna b ilməz.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1.Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu ba rədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməs inin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya məhkəməsi ərizəni və kassasiya şikayətini nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, iddiaçı şikayət vermə müddətini ötürməsinin səbəbi kimi onu gec oxuması, həmçinin, 24 və 25 may 2023-cü il tarixdə Asan imza ilə yaranan texniki problemlərə görə kassasiya şikayətini imzalayıb yerləşdirməyin mümkün olmaması ilə əsaslandırsa da, buna dair, yəni Asan imza ilə bağlı problemin olm asına dair hər hansı bir sübut əlavə etməmişdir

29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəbə istinad etməmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddə tin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

31. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

32. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məh kəmə kollegiyası həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)3428/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar