Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3199/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-364/2023 saylı mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 08 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzili təmir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqavilənin 3.1-ci bəndinə görə xidmətin dəyəri 42.819 manat müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən icra müddəti 5 ay nəzərdə tutulmuşdur.
2. Həmin müqaviləyə əsasən İddiaçı, mənzili təmir etdirmək üçün cəmi 30.000 manat, 13.000 manat isə mebellər üçün ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yenidən təmir işlərinin aparılmasına görə 32750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün cəmi 7364 manat, mebellərə görə ödənilmiş 13.000 manat, müqaviləyə görə əlavə olaraq ödənilmiş 6821 manat xidmət haqqı, mənəvi ziyana görə 13.000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3000 manat kirayə haqqının-ümumilikdə 75.935 manat məbləğində pulun və 318 manat məbləğində dövlət rüsumunun “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mənzili müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq ona xx.xx.2021-ci il tarixdə təhvil verməli olsa da, bu günədək mənzil ona təhvil verilməmişdir. Cavabdehlə aralarındakı razılaşmaya əsasən, onlar iddiaçıya məxsus mənzilə 16 adda ümumilikdə 23600 manat dəyərində mebel əşyaları hazırlayaraq təhvil verməli v ə quraşdırmalı idi. Lakin cavabdeh tərəfindən 9 adda dəyəri 8450 manat dəyəri olan mebel əşyaları ümumiyyətlə hazırlanmamışdır. Gətirilmiş digər mebellər hazırda istifadəyə yararlı deyil, təmir olunması belə mümkünsüzdür. Qeyd olunan mebellərə görə tərəfindən cavabdehə 13.000 manat məbləğində pul ödənilmişdir. Bunu təsdiq edən ödəniş qəbzləri iddia ərizəsinə əlavə olunmuşdur. Ekspert rəyində qiymətləndirmə zamanı nəzərə alınmasa da, otaqlara təyinatı üzrə natamam formada mebel quraşdırıldığı, mebellərə aid olan otaqların giriş qapılarının çox əyri olması və rəngkarlıq işinin zəif olması, mətbəx mebeli və şkaflarda bir çox ciddi qüsurlar, çatlar olduğu, səliqəsiz işlənmə, petlə və açılanların düzgün seçilməməsi, mebellərin ümumiyyətlə tam hazır olmaması, tərkib hissələri, rəflər, qapaqların bir hissəsinin olmaması, mebellərin keyfiyyətsiz, istifadəyə yararsız olduğu göstərilmişdir. Bundan başqa müqaviləyə əsasən xidmət haqqı 42.819 manat (26.495 manat material pulu, 12.340 manat usta pulu, 4004 manat şirkət gəliri) müəyyən edilmişdir. Lakin təmir işləri üçün nəzərdə tutulmuş materialların bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Cavabdeh tərəfindən yalnız təmir işlərinə 13529 manat dəyərində material istifadə olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş 12946 manat dəyərində materialın bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Eyni zamanda, ustaya ödənilməli olan məbləğ 12340 manat nəzərdə tutulsa da, onlar tərəfindən 2690 manat dəyərində iş görülməmişdir. Bununla da usta və material üçün nəzərdə t utulmuş 38815 manatın əksinə olaraq cavabdeh tərəfindən yalnız 23179 manat dəyərində iş görülmüşdür. Lakin tərəfindən cavabdehə 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla 30.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh öhdəliyi tam icra etmədiyi üçün 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla onun tərəfindən ödənilmiş 6821 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən mənzil təhvil verilmədiyi üçün artıq 6 aydır ki, hər ay 500 manat ödəməklə kirayə mənzildə yaşayır. Bu günədək ümumilikdə 3000 manat məbləğində kirayə haqqı ödəmişdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün ona ümumi xidmət haqqının 0,1 faizi məbləğində pul ödənilməlidir. Bu günədək cavabdeh tərəfindən gecikdiri lmiş hər gün (172 gün) üçün ümumilikdə ona 7364 manat məbləğində pul ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş müqavilədən, ödəniş qəbzlərindən, ekspert rəyindən də göründüyü kimi cavabdeh tərəfindən ona bugünədək real olaraq ümumilikdə 62.935 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa mübahisə başa çatanadək kirayədə mənzildə yaşayacaqdır. Həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyindən də göründüyü kimi təmir işləri üçün nəzərdə tutulmuş pul vəsaiti hesablanan zaman təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri, bərpa zamanı sökiintünün malaaltında qalan isti döşəməyə, multi soyutma sisteminin borularına ziyan vuraraq istifadəyə yararsız hala salınması ehtimalı nəzərə alınmamışdır. Eyni zamanda baş verənlər nəticəsində ona çox ciddi maddi və mənəvi ziyan dəymiş, çəkdiyi iztirablar nəticəsində sağlamlığında ciddi problemlər yaranmışdır. Buna görə də, əlavə olaraq iddiaçıdan 13.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
5. İddia ərizəsinə əlavə olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edilmiş, həmin qüsurların konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Mənzildəki qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750 (təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri məbləğə daxil deyil) manat pul vəsaiti tələb olunur.
6. İddiaçı tərəfindən təqdim olunmuş müxtəlif tarixli mədaxil qəbzlərinə əsasən, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 13.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, mebel ödənişi üçün 3000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 12.000 manat ödəniş edilmişdir.
7. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi, İddiaçı cavabdehə borclu olduğu 15489 manat, ödənişin gecikdirilməsinə görə 4500 manat cərimə, iş vaxtının itirilməsi v ə işgüzar nüfuza vurduğu zərərə görə 10.000 manat, cəmi 29989,00 manat və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən bütün təmir işləri tərəflər arasında öncədən razılaşdırılmış smetada qeyd olunan yüksək keyfiyyətli materiallardan istifadə olunaraq peşəkar ustalar tərəfindən aparılmışdır və hər bir iş şəxsən iddiaçıya təhvil verilmişdir. İddiaçı heç vaxt istər şifahi, istərsə də yazılı (pretenziya) qaydada görülmüş təmir işlərindən narazılıq etməmişdir. Tərəflər arasında narazılıq yalnız ödənişlərin edilməsində yaranmışdır. Belə ki, iddiaçı dəfələrlə əvvəlcədən razılaşdırılmış smetadan kənar materialların alınmasını və əlavə işçilik edilməsin i xahiş etmiş, Cavabdeh MMC-nin rəhbərliyi isə müştərinin xahişini yerinə yetirmişdir. Halbuki, alınan əlavə materiallara və əlavə işçiliyə görə iddiaçıdan heç bir vəsait tələb etməmişdir. Bütün əlavə, materialların və əlavə işçiliyin haqqının ödənilməsi bir tərəfə elə ilkin iddia üzrə iddiaçının əlavə etdiyi qəbzlərdən məlum olur ki, iddiaçırazılaşdırılmış məbləği ödəməmişdir. Bu səbəblə özünün istəyi üzrə pul vəsaitini düzəldənədək təmir işlərinin saxlanılmasını xahiş etmişdir. Cavabdehin rəhbərliyi isə iddiaçının xahişini nəzərə alaraq təmir işlərini dayandırmışdır. Tələb olunan vəsait iddiaçı tərəfindən ödənildikdən sonra yarımçıq qalan təmir işlərini yekunlaşdırmağa hazırdırlar. Tərəflər arasında razılaşmalardan biridə ondan ibarət olub ki, müştəri istənilən təmir materialını seçib al a bilər. İddiaçı tikinti materiallarının bəzilərini özü almışdır. Lakin iddiaçı aşağı keyfiyyətli təmir materialı aldığı üçün təmirdə nöqsanlar yaranmışdır. Bundan başqa, iddiaçı əvvəlcədən razılaşdırılmış smetada nəzərdə tutulan adi boyadan deyil, qiyməti baha olan dekorativ boyadan istifadə olunmasını istəmiş, iddiaçının təklifi ilə özü dəvət etdiyi usta ilə təmir davam etdirilmişdir. Hətta usta evdə mənzilə gələrək təmirə baxmış və dekorativ boyanın vurulması üçün divarlarda bəzi düzəlişlərin olunmasını istəmişdir. Həmin düzəlişlər Cavabdeh MMC-nin ustaları tərəfindən edilmiş və iddiaçının iştirakı ilə özünün tapdığı ustaya təhvil verilmişdir. Həmin ustada öz növbəsində işi qəbul etmiş və heç bir problemin olmadığını bildirmişdir. Həmçinin iddiaçı qeyd edir ki, guya o kirayədə yaşayır. Halbuki iddiaçı özünə məxsus olan bağ evində yaşayır. Hətta cavabdehin ustaları tərəfindən də həmin bağ evində yaranmış problemlər (hansı ki, özünün deməsinə görə həmin problemləri öncədən bir neçə usta baxıb həll edə bilməmişdir) həll edilmişdir. Təmirdə müəyyən gecikmələrin olması isə hava şəraitinin uyğun olmaması nəticəsində divarların gec quruması, “Sifarişçi” tərəfindən alman materialların vaxtında alınaraq “İcraçı”ya təhvil verilməməsi, binanın yük qaldırma liftində yaranmış problemlərə görə alınan materialların vaxtında mənzilə daşınmaması və iddiaçı tərəfindən tələb olunan pul vəsaitinin vaxtında ödənilməməsi səbəb olmuşdur. Bütün bu səbəblər əvvəlcədən iddiaçıyabildirilmişdir. Bundan əlavə Müqavilənin təmir tikinti ilə bağlı işlərin görülməsi ilə bağlı 4889 manat, mebellərin si farisindən isə 10600 manat, cəmi 15489 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün iddiaçı Cavabdeh MMC-yə ümumi xidmət haqqının 0,1 faizi məbləğində pul ödənilməlidir. Bu günədək, yəni xx.xx.2022-ci il tarixədək iddiaçı cavabdehə 4500 manat pul ödənilməlidir. İddiaçı əsassız iddiaları ilə cavabdehin düzgün təmir etmədiyini və saxtakar olduqlarını bildirərək onun işgüzar nüfuzuna xələl yetirmiş, onun iş vaxtının itirilməsinə səbəb olmuşdur. Həmin qanunsuz hərəkətlər nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə 10.000 manat ziyan dəymişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı foto görüntülərlə birlikdə qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikintinorma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750,0 manat pul vəsaiti tələb olunur.
10. Bakı Şəh əri Nərimanov Rayon Məhkəməsinin 2(005)-440/2022 saylı mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750 manat məbləğində pulun, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7364 manat və ödənilmiş 318 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzili tə mir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzili təmir etdirmək üçün cəmi 30.000 manat və 13000 manat mebellər üçün ödəniş etmişdir. Lakin, ödənişin edilməsinə baxmayaraq, cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mənzilin təmirinə sərf edilmiş vəsaitin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspertin rəyinə görə mebellərin hazırlanması üçün əvvəlcədən razılaşdırılmış smetanın dəyəri 23600 manat təşkil etmişdir. Həmin smeta üzrə razılaşdırılmış 13000 manat pulu iddiaçı ödəmişdir.
12. İddiaçı yenidən təmir işlərinin aparılmasına görə 32750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün (172 gün) 7364 manatı tələ b etməkdə haqlıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və iddiaçı 30.000 manat məbləğində ödəniş etmiş, lakin təmir qüsurlu olmuşdur. Cavabdeh müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməmişdir.
13. Məhkəmə ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750 manat pul vəsaiti tələb olunması müəyyən olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir.
14. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərdiyi tarixdə işi təhvil verməzsə, sifarişçiyə hər gecikdirilən gün üçü n müqavilənin ümumi dəyərinin 0,1%-i miqdarında cərimə ödəməlidir. Bu baxımdan, iddiaçının müqavilənin icrasının gecikdirildiyi günlər (172 gün) üçün cəmi 7364 manat ödənilməsi barədə tələbi əsaslıdır və təmin olunmalıdır.
15. Məhkəmə “mebellərin hazırlanmasına görə ödənilmiş 13000 manat pulun tutulması” hissəsində iddianı əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı göstərir ki, cavabdeh tərəfindən 9 adda mebel əşyası ümumiyyətlə hazırlanmamışdır. Gətirilmiş digər mebellər hazırda istifadəyə yararlı deyil, təmir olunması belə mümkünsüzdür. İddiaçı, mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçı, cavabdehə ödədiyi 13000 manat pulun deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsindən çıxış etməklə ona təhvil verilməmiş ümumi dəyəri 9050 manat dəyərində mebellərin təhvil verilməsi tələbini irəli sürməkdə haqlıdır.
16. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı digər mebellərin ona təhvil verilməsi öhdəliyinini deyil, ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlı deyil.
17. Məhkəmə iddia tələbinin “müqaviləyə görə əlavə olaraq ödənilmiş 6821 manat xidmət haqqı, mənəvi ziyana görə 13000 manat, cavabdehin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3000 manat kirayə haqqının” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının bu tələblərinin əsaslığı ilə bağlı hər hansı mötəbər sübut (kirayə müqavi ləsi bağlaması və kirayə pulu ödəməsi ilə bağlı) təqdim etməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbin irəli sürmüşdür. İş materialları ilə müəyyən edilir ki, müqavilənin müddəti bitmiş, hazırkı tələbin təmin olunması üçün əsas yoxdur.
19. Digər tərəfdən, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489 manat, ödənişin gecikdirilməsinə görə 4500 manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10.000 manat pulun tutulması tələbləri müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən lazımi keyfiyyətdə icra olunmadığından, müqavilə öhdəlikləri podratçının təqsiri nəticəsində yerinə yetirilmədiyindən təmin oluna bilməz.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 21.2, 385, 386.1, 421.2, 442, 445.1, 447.1, 447.7, 462.1, 465.2, 762.1, 762.2, 768.1, 768.1.1, 771, 753.2, 760.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın mebellərə görə ödənilmiş 13.000 manat, müqaviləyə görə əlavə olaraq ödənilmiş 6.821 manat, mənəvi ziyana görə 13.000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3.000 manat kirayə haqqının tutulmasının təmin olunmamasına dair hissədə ləğv ed ərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti eyni məzmunda belə əsaslandırılmışdır ki, cavabdeh öhdəliyi tam icra etmədiyi üçün 4004 manat məbləğdə şirkətin gəliri də daxil olmaqla tərəfindən əlavə ödənilmiş 6821 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilməli idi. Lakin, məhkəmə buna dair hər hansı sübut təqdim edilmədiyini əsas gətirərək həmin hissədə iddianı təmin etməmişdir. İş materiallarında olan qarşılıqlı iddia ərizəsindən göründüyü kimi cavabdeh bəzi materialların, yəni 7930 manat materialın onun tərəfindən alındığını, həmçinin təmir işlərinin tam həyata keçirilmədiyini və yarımçıq qaldığını qeyd edərək dolayı şəkildə iddianı etiraf etmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə ə sasən cavabdehin etirafı onu bu faktı sübut etmək vəzifəsindən azad edir. Buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməli idi.Cavabdehin təhvil verdiyi mebeller istifadəyə yararsız haldadır.Məhkəmə tərəflərindən sübut təqdim edilmədiyini qeyd etsə də, iş materiallarından da göründüyü kimi məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli rəyi iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmədən ekspertlər qarşısında digər suallarla yanaşı “mebellərdə (holl üçün 2 ədəd şkaf, uşaq otağı üçün şkaf, yazı masası, qonaq otağı üçün TV stend, mətbəx üçün mətbəx mebeli) qüsurların olubolmamasının, ümumiyyətlə istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsinə” dair sualların qoyulmasının təmin edilməsi xahiş olunsa da məhkəmə tərəfindən ekspert qarşısında mebellərdə qüsu rların olub-olmamasının müəyyən edilməsi ilə bağlı sual qoyulmamışdır. Yəni mebellərdə qüsurların olub-olmaması yalnız ekspert və ya mütəxəssis rəyi ilə müəyyən edilə bilər ki, tərəfindən bunu təsdiqləyən ekspert rəyi mülki iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı ekspertizanın keçirilməsi və ekspert qarşısında suallar qoyulması xahiş edilmişdir. Belə olan halda məhkəmənin daha hansı mötəbər sübutları tələb etdiyi anlaşılan deyil.
23. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini yalnız saxta ekspert rəyi ilə əsaslandırmışdır. Belə ki, ekspertiza mərkəzindən məhkəməyə ekspert vəsatəti ünvanlanaraq iş üzrə ekspert baxışının 24 may 2022-ci il tarixə təyin edilməsi xahiş edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli rəyi isə 10 may 2022-ci il tarixdə elektron məhkəmə portalına daxil edilmişdir. Buradan belə nəticə çıxır ki, məhkəmə eksperti iş üzrə cavabdeh "xxxx" MMC iştirakını təmin etmədən, ümumiyyətlə ekspert baxışının təyin edildiyi vaxtdan 1 ay qabaq rəy hazırlayıb və məhkəməyə göndərib. Ekspertin baxış yerinə gedib-getməməsi belə məlum olmayan, ekspert rəyini nə dərəcədə mötəbər sübut hesab edilə bilərdi. Bununla bağlı dəfələrlə məhkəməyə etiraz bildirilsə də məhkəmə öz qətnaməsində bu hala hüquqi qiymət verməmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının sifarişi əsasında “X2” MMC-nin ekspert-mütəxəssisləri ilə birgə baxış keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, 08 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilə gedilsə də iddiaçı tərəfindən buna şərait yaradılmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə bu hala göz yumaraq hüquqi qiymət verməmişdir. Həmçinin verilmiş ifadələrdən məlum olur ki, Cavabdeh MMC tərəfindən təmir işləri tam yekunlaşdırılmamışdır. Bunun səbəbi iddiaçı tərəfindən ödənişlərin edilməməsi olmuşdur. Həmçinin bütün təmir işləri Cavabdeh MMC tərəfindən icra olunmamış bəzi işlər iddiaçının istəyi ilə onun özü tərəfindən təmirə cəlb edilmiş ustalar tərəfindən icra edilmişdir. Əgər həqiqətən iddiaçının iddia etdiyi kimi mənzilin təmirində ciddi nöqsanlar vardırsa məhkəmə necə müəyyən etdi ki, həmin nöqsanlara məhz Cavabdeh MMC tərəfindən yol verilmişdir və iddiaçı tərəfindən cəlb edilmiş ustalar etməmişdir. Məhkəmə öz qətnaməsində bu hala da hüquqi qiymət verməmişdir.
25. İşin apellyasiya baxışında əlavə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikintitexniki ekspertizaları təyin edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 13 dekabr 2022-ci il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə iddiaçının, ekspertlər Elvin Qəhrəmanov və İsa Eyvazzadənin iştirakı ilə əmlaka baxış keçirilmişdir.
26. İşin apellyasiya baxışında təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli rəylərinə əsasən, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş mebellərin X1 rəyi nəzərə alınmaqla həmin mebellərin qü surlarının aradan qaldırılması üçün orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12.100 manat müəyyən olunur. Həmin mebellərin yenisi ilə əvəz olunması məqsədə uyğun hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu, həmin qüsurların keyfiyyətsiz təmir nəticəsində yarandığı müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyil. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı bi nanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750 manat pul vəsaiti tələb olunur.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-364/2023 saylı mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən mebellərə görə ödənilmiş 13.000 manat vəsaitinin və mənəvi ziyana görə 13.000 manat pul vəsaitinin "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia t ələbi qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilində mebellərə görə ödənilmiş 12.100 manat və mənəvi ziyana görə 2000 manat pulun "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş ekspert rəyi ilə iddiaçıya məxsus mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olması müəyyən edilmişdir. Cavabdeh tərəf həmin qüsurların MMC tərəfindən törədibtörətmədiyinin sübut olunmadığına istinad etmişdir. Lakin, mülki iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus olan mənzi li təmir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır və həmin mənzildə cavabdehin də qeyd etdiyi kimi başqa ustalar tərəfindən təmir-tikinti və quraşdırma işlərinin aparılması barədə mötəbər sübutlar təqdim edilməmişdir.
29. Tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və sonuncu 30.000 manat məbləğində təmir işlərinə və 13.000 manat mebellərə görə ödəniş etmişdir. Lakin təmir və quraşdırılmış mebellər qüsurlu olmuşdur. Cavabdeh müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməmişdir.
30. Digər tərəfdən, iddiaçıdan cavabdehə borclu olduğu 15489 manat, ödənişin gecikdirilməsinə görə 4500 manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10.000 manat pulun tutulması tələbləri müqavilə üzr ə öhdəliklər "xxxx" MMC tərəfindən lazımi keyfiyyətdə icra olunmadığından, müqavilə öhdəlikləri podratçının təqsiri nəticəsində yerinə yetirilmədiyindən təmin oluna bilməz.
31. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.2.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərdiyi tarixdə işi təhvil verməzsə, sifarişçiyə hər gecikdirilə gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i miqdarında cərimə ödəyir. Həmin müqavilədən görünür ki, icraçı işini 5 (beş) ay ərzində hazırlamasını öhdəsinə götürsə də, təmir işlərini vaxtında, keyfiyyətlə və tam təhvil verməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri ol an 32.750,0 manat məbləğində pul, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7.364 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbini irəli sürsə də mülki iş materialları ilə müəyyən edilir ki, müqavilənin müddəti bitmişdir və belə olan halda da hazırkı tələbin təmin olunması üçün əsasın olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası həmçinin, qarşılıqlı iddia tələbinin əsas ödənişin gecikdirilməsinə görə 4500 manat cərimə tələbinin əsassız olmasına və iş vaxtının itirilmə si və işgüzar nüfuza vurduğu zərərə görə 10.000 manat pulun tutulması hissəsində təmin edilməsi üçün əsasların olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşmışdır.
34. Qarşılıqlı iddia tələbinin məhkəmənin ekspert baxışının təyin edildiyi vaxtdan 1 ay əvvəldən ekspert rəyinin hazırlanaraq məhkəməyə göndərilməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Qərardadın icrası ilə bağlı mülki iş xx.xx.2022-ci i tarixli məktubla Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə dair vəsatət daxil olmuşdur. Ekspert vəsatətində obyektə baxışı xx.xx.2022-ci il tarixə saat 16:00-a təyin edilməsini xahiş etmişdir. Vəsatətin icrası ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərə məktub göndərərək tədqiq olunan obyektə baxış keçirilməsini xx.xx.2022-ci il tarixə, saat 16:00-a təyin etmişdir. Bundan sonra 27 aprel 2022-ci il tarixli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspert rəyi tərtib olunarkən texniki səhvə yol verilmiş və bu texniki səhv birinci instansiya məhkəməsində qətnamə qəbul edilərkən kobud pozuntu kimi qəbul edilməməlidir. Belə ki, apellyasiya icraatı zamanı tərəflərin vəsatəti əsasında məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və müvafiq rəy daxil olmuşdur. Bununl a da qeyd olunan pozuntu aradan qaldırılmışdır.
35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin- “müqaviləyə görə əlavə olaraq ödənilmiş 6.821 manat xidmət haqqı və cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3.000 manat kirayə haqqının” ödənilməsi hissəsində iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının bu tələblərinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
36. Həmçinin, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olaraq 32.750 manat pulun tutulmasının qət edilməsi faktiki olaraq iddiaçının müqaviləyə görə əlavə olaraq ödədiyi 6.821 manat xidmət haqqını da əhatə etdiyindən (baxmayaraq ki cavabdeh məbləğin ödənilməsini etiraf edir) bu məbləğin cavabdehdən əlavə olaraq tutulması ağlabatan deyildir.
37. Lakin, bununla yanaşı məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın mebellərə görə ödənilmiş hissəsi üzrə ətraflı araşdırma aparmayaraq mebellərin qüsurların aradan qaldırılması üçün nə qədər vəsaitin tələb olunduğunu aydınlaşdırmamış və iddiaçının mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyini göstərməklə kifayətlənmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının nəticələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş mebellərin qüsurlarının aradan qaldırılması üçün orta bazar qiyməti ilə təxminən 12.100 manat vəsait tələb olunur.
38. Ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və həmin cavablar qeyri-müəyyən xarakter daşımamışdır.
39. Həmçinin mebellərin qüsurlu olması xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyinin əsaslandırıcı hissəsində də öz əksini tapmışdır və birinci instansiya məhkəməsi, iddiaçının mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməməsi əsası ilə iddia tələbini həmin hissədə rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi həmin hissəd ə ekspert rəyinə uyğun olaraq təmin edilməklə, "xxxx" MMC-dən mebellərin hazırlanmasına görə 12.100 manat pul iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə kollegiyası həmçinin mənəvi ziyana görə 13.000 manat vəsaitin “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 13.000 manat tələb etmiş, məhkəmə isə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı mötəbər subütları məhkəməyə təqdim etməməsi əsası ilə iddianı bu hissədə də rədd etmişdir. İddiaçı, iddianın bu hissəsinin rədd edilməsini mübahisələndirir və bunu, cavabdeh tərəfindən qüsurlu işlərin görülməsi, müəyyən müddət ərzində qüsurlu işin nəticəsi olaraq mülkiyyətində ola n mənzildə yaşaya bilməməsi və cavabdehin təsiri üzündən əzab və sarsıntı keçirməsi ilə əsaslandırmışdır.
41. Hazırkı işdə mənəvi zərərin ödənilməsi tələbi cavabdeh tərəfindən qüsurlu işlərin aparılması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğunu da əsaslandırmalı idi. İddiaçı, tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını göstərməmişdir. Belə olan halda məhkəmə kollegiy ası hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 2.000 manat mənəvi ziyanın tutulması ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti, qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, məhkəmənin qənaətinə görə, ekspert rəyi tərtib olunarkən texniki səhvə yol verilmiş və bu texniki səhv birinci instansiya məhkəməsində qətnamə qəbul edilərkən kobud pozuntu kimi qəbul edilməməlidir. Apellyasiya instansiya məhkə məsinin bu qədər ciddi pozuntuya “texniki səhvə yol verilmişdir” deməklə gülünc nəticəyə gəlməsi ümumiyyətlə bu instansiyada hansı səviyyədə iş araşdırıldığını özündə ehtiva edir. Ümumiyyətlə, heç bir pozuntu aradan qaldırılmamışdır. Çünki apellyasiya instansiyası özü qətnaməsində göstərir ki, tərəflərin vəsatəti əsasında təkrar ekspertiza təyin edilmişdir. Lakin təkrar ekspertiza təyin olunan zaman cavabdeh "xxxx" MMC tərəfindən qoyulmuş suallar xx.xx.2022-ci il tarixli qərardadda öz əksini tapmamış, yalnız iddiaçının təqdim etdiyi suallar əsasında ekspertiza təyin edilmişdir. Ekspertiza rəyində qeyd olunur ki, tərəflərin iştirakı ilə əmlaka baxış keçirilmişdir. Lakin bu tamamilə yalandır. Ümumiyyətlə cavabdeh "xxxx" MMC-nin əmlaka daxil olmasına ekspertiza mərkəzi ilə əlbir olan iddiaçı maneə törətmişdir. Ekspertiza baxışının yeri və vaxtı barədə isə məhkəmə tərəfindən ümumiyyətlə, cavabdehə heç bir məlumat verilməmiş və bildiriş göndərilməmişdir. Bu isə növbəti dəfə pozuntu halına, yəni cavabdehin iştirakı olmadan bir tərəfli ekspertizanın keçirilməsinə səbəb olmuşdur. Görünür, apellyasiya instansiyası məhkəməsi pozuntu halını aradan qaldırmışdır deyəndə növbəti dəfə daha böyük pozuntuya yol verdiyinin fərqində olmayıb. Eyni zamanda məhkəmənin ekspert qarşısında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin təmiri zamanı qüsurların mövcud olması, olduğu təqdirdə həmin qüsurların aradan qaldırılması üçün nə qədər vəsaitin tələb olunması, qüsurların yaranma səbəbi müəyyən edilməsi ilə bağlı qoyulmuş sualların xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə tanış olarkən bir tərəfli cavablandırıldığının şahidi olmuşlar. İstər əmtəəşünaslıq ekspertinin rəyində, istərsədə tikinti-texniki ekspertizanın rəyində nöqsanların nədən ibarət olduğu, yaranma səbəbi barədə məlumat yoxdur və qeyd edilən foto şəkillər rəyə əlavə edilməmişdir. Ümumiyyətlə, təhvil verilməmiş işdə nöqsan axtarılması və yekununu gözləmədən dəymiş ziyanın hesablanması heç bir məntiqə və ədalətə uyğun gəlmir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, başqa ustalar tərəfindən təmirtikinti və quraşdırma işlərinin aparılması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmənin bu mövqeyi ilə də heç bir halda razılaşmaq olmur. Çünki, məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılsaydı, yəni işə baxan məhkəmələrin iclaslarının audio və vid eo yazıları ilə tanış olsaydı, o zaman iddiaçı tərəfin orada başqa ustaların da işlədiyini təsdiq etməsinin şahidi olardı. Lakin, məhkəmə tərəfindən ədalətli araşdırma aparılmadığından cavabdehin bu dəlilinə də “texniki səhvə yol verilmişdir” əsaslandırmasına bənzər mövqe bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam öd ənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
47. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əs assız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
51. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsiboclunun icranı gecikdirməsi sayılır.
52. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfı müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfı öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
53. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.
54. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
55. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sər əncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
56. Maddə 760.2. Əgər podratçı tərəfındən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
57. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
58. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfıyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır.
59. Maddə 768.1.1. Sifarişçidən alınmış material keyfıyyətsiz və yararsız olduqda podratçı sifariş çini vaxtında xəbərdar etməyə borcludur.
60. Maddə
771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
61. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
62. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
63. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəm ək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
71. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellya siya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
72. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
73. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilən hissəsində, eləcə də qarşılıqlı iddiaya münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünə məxsus olan sözü gedən mənzili təmir etdirmək üçün cavabdehlə xx.xx.2020-ci il tarixli müqavilə bağlamış və həmin müqaviləyə əsasən göstərilən xidmətlərin dəyəri 42.819 manat və xidmətlərin göstərilmə müddəti isə 05 ay müəyyən edilmişdir. Müqaviləyə əsasən iddiaçı cavabdehə mənzili təmir etdirmək üçün 30.000 manat, mebellərin hazırlanması üçün 13.000 manat pul ödəmişdir.
74. Lakin, cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməklə mülki qanunvericiliyin tələblərini pozmuşdur.
75. Cavabdeh isə mənzildə aparılmış təmir işlərində və mebellərdə qüsurların yaranmasına görə təqsirinin olmadığını, əksinə iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini göstərib ilk iddiaya etiraz etmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edib qeyd etmişdir ki, sözügedən mənzildə aparılmış təmir-tikinti işləri qüsurlu olmuş və həmin qüsurların keyfiyyətsiz təmir nəticəsində yarandığı müəyyən edilmişdir. Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab olunur və mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750 manat tələb olunur.
77. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzildə quraşdırılmış mebellərdə (hol üçün 2 ədəd şkaf, uşaq otağı üçün şkaf, yazı masası, qonaq otağı üçün TV stend, mətbəx üçü n mebel, 8 ədəd qapı) qüsurlar olduğu müəyyən edilmişdir. Mebellərin yenisi ilə əvəz olunması məqsədə uyğun hesab olunmur. Həmin mebellərin qüsurlarının aradan qaldırılması üçün orta bazar qiyməti ilə 12.100 manat tələb olunur.
78. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehə cəmi 43.000 manat ödəniş etsə də, mebellərdə və mənzildə aparılmış təmir işlərinin qüsurlu olması və cavabdehin müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməməsi mülki iş materilları ilə tam sübuta yetirilmişdir. Ona görə də birinci instansiya məhkəməsi, mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32.750 manat və müqavilənin icrasını gecikdirdiyi üçün 7.364 manat pulu cavabdehdən iddiaçının xeyrinə tutmaqla düzgün nəticəyə gəlmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mebellərin qüsurlu və yararsız olmasına dair iddiaçının məhkəməyə heç bir sübut təqdim eməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Belə ki, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mənzildə quraşdırılmış mebellərdə (hol üçün 2 ədəd şkaf, uşaq otağı üçün şkaf, yazı masası, qonaq otağı üçün TV stend, mətbəx üçün mebel, 8 ədəd qapı) qüsurlar vardır və həmin mebellərin yenisi ilə əvəz olunması məqsədə uyğundur. Belə olan halda sözügedən mebellərin qüsurlarının aradan qaldırılması üçün cavabdehdən iddiaçının xeyrinə 12.100 manat pul tutulması qanuni və əsaslı olmaqla, mülki iş materiallarına tam uyğundur.
80. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda mənəvi ziyana görə 13.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanla yanaşı, mənəvi ziyanın vurulması mülki iş materialları ilə istisna olunmur və onlar arasında açıq-aşkar səbəli əlaqə vardır. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə 2.000 manat pulun tutulması ağlabatan və ədalətli olmaqla, sonuncunun məruz qaldığı sarsıntı və iztirablara uyğundur.
81. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslıl ığını qarşılıqlı iddianın rədd olunması hissəsində yoxlayıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi ekspert rəyi tərtib olunarkən texniki səhvə yol verilsə də, apellyasiya icraatı zamanı tərəflərin vəsatəti əsasında məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilməklə və müvafiq rəy alınmaqla, əslində qeyd olunan pozuntu artıq aradan qaldırılmışdır.
82. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbi irəli sürülsə də, mülki iş materialları ilə müəyyən olunmuşdur ki, hə min müqavilənin müddəti artıq bitmişdir. Belə olan halda hazırkı tələbin təmin olunması üçün əsasın olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
83. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımı keyfiyyətdə icra olunmadığı, müqavilə öhdəlikləri cavabdehin təqsiri nəticəsində yerinə yetirilmədiyi üçün, qarşılıqlı iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
84. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)-364/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.