Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-32/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-32/2025 (kateqoriya: Təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-307/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.
2. Abonentin saldosuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evi üzrə İddiaçı **********00030 nömrəli abonent hesabına qazdan istifadəyə görə qalıq və aktlar üzrə 2019-cu il üçün borcu 833,4 manat, 2020-ci il üçün 2937,6 manat, 2021-ci il üçün 5205,6 manat, 2022-ci il üçün 3490,56 manat olmaqla ümumilikdə 12467,16 manat akt borcu hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək tərtib olunmuş aktlara əsasən qanunsuz olaraq hesablanmış və ümumilikdə 12465 manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayonu, Göyəm kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Buna baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evi də onun mülkiyyətindədir. Mülkiyyətində olmasına baxmayaraq nə onlar, nədə bir başqa insan həmin ünvanda yaşamır. Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən zaman 2019-cu ildən bugünə kimi onun iştirakı olmadan həmin evin qaz sayğacına baxış keçirilərək hər 3 aydan bir məzmunu eyni olan aktlar tərtib edilərək qaz sayğacı olmadan qazdan qeyri-qanuni istifadə edilməsinə görə aktlar tərtib edilmişdir. Bugünki gündə abonent saldosunda 2019-cu ildən bugünə kimi 2019-cu il üçün ümumi olaraq 833 manat, 2020-ci il üçün 2937 manat, 2021-ci il üçün 5205 manat və 2022-ci il üçün 3490 manat məbləğində cərimə tərtib edilmişdir. Bu cərimələrin ümumilikdə cəmi 12465 manat təşkil etmişdir. “Azərqaz” İB-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman onun iştirakı olmadan baxış keçirilərək qüsur barədə akt təşkil edilmişdir. Cərimə olunduğu həmin məbləğ həddindən artıq çox olmaqla yanaşı həmin qaz xəttindən istifadə edilməmiş və heç bir müdaxilə edilməmişdir. 2022-ci il 23 dekabr tarixində Cavabdeh İB-nin Qazın Satış Departamentinin əməkdaşları ilə müqaviləyə əsasən abonent kodu **********00030 olan Zenner G4T Smart markalı qaz sayğacı quraşdırıldıqda bugünə kimi ümumilikdə 12465 manat borcu olduğundan xəbərdar olmuşdur. Fərdi yaşayış evində heç bir yaşayış olmadan bugünə kimi onun iştirakı olmadan tərtib edilmiş müxtəlif əsassız aktlar və hesablanmış cərimələr qanunsuz olmuşdur. Maddi imkanı normal deyil. Bundan başqa, özü hazırda şiş xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən qanunsuz və əsassız olaraq bugünə kimi ona qarşı tərtib edilmiş cərimələrin silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus ünvanda qaz sayğacına müdaxilə olunduğundan akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Odur ki, cavabdeh Birliyə dəymiş ziyan iddiaçı tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədə xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1412/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********00030) 12.465 (on iki min dörd yüz altmış beş) manat məbləğində borcun Cavabdeh X2 silinməsi, cavabdehdən 127,4 (yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 2019-2022-ci illərdə aktlar tərtib etmiş və həmin aktlara görə iddiaçıya ümumilikdə 12467,16 manat borc hesablamışdır. Lakin həmin aktların tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda ilk dəfə qanunsuz qoşulma faktı aşkar olunduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş aktlar etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab etmişdir ki, həmin akt əsasında iddiaçıya (Abonent kodu: **********00030) hesablanmış 12465 manat məbləğində borc Cavabdeh X2 silinməlidir.
8. Məhkə mə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3, 4.2, 4.8, 5.2, 5.6, 6.5, 6.6 və 6.7-ci bəndlərinə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut etmişdir. Əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünmüşdür ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə qanunsuz olaraq qaz xəttinə qoşulma mövcud olmuşdur. Belə olan halda, vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq birinci ins tansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4623/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki, trasoloji və mühasibatlıq ekspertizası təyin olunmuş və həmin ekspertizaya əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/1-3/224/2024 saylı, 28 mart 2024-cü il tarixli rəydə (məhkəmətrasoloji) qeyd edilmişdir ki, tədqiqat təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
12. Məhkəmə mühasibatlıq ekspertizasının 3-16-16/2-9/824/202 4 saylı, 2 aprel 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində tərtib olunmuş aktlara və abonentin saldosu cədvəlinə əsasən 12465 manat məbləğində borc qalığı hesablanmışdır.
13. Ekspert tərəfindən abonentin borc qalığı abonentin saldosu cədvəlində göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində İstifadə edilmiş təbii qazın (sayğacsız dövrdə) normativ hesabatları iş materiallarında olan aktlar üzrə Cavabdehn ə vurulmuş ziyanın müəyyən edilməsi, eləcə də təbii qazdan istifadəyə görə hesablanmış təbii qazın həcminin düzgünlüyü məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir.
14. Azəriqaz” X2 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul ediiməsinə məhkəmə tərəfindən qiymət verilməlidir.
15. Ballistik və trasoloji ekspertizalar şöbəsinin eksperti tərəfindən gəlinmiş nəticəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar (abonent kodu **********00030) qaz xəttinə hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədiyinə görə, Cavabdehnə dəymiş zərərin məbləği müəyyən olunmur.
16. Məhkəmə kollegiyasının 2(103)-307/2024 saylı, 13 may 2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00030) ilə bağlı sayğacsız qazdan istifadə etməsi nəzərə alınmaqla (aktlar 2019-2022-ci illəri əhatə edir, özünün deməsinə görə bir il istifadə edib) hesablanan borcun məbləğinin yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmasının; həmçinin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla borcun (zərərin) məbləğini müəyyən etmək mümkün olmasa, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayı ş evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X1 ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.
17. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-1010/2024 saylı, 5 iyun 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00030) sayğacsız qazdan istifadəyə görə 2019-2022-ci illər ərzində "Azəriqaz" İB tərəfindən hesablanan borcun məbləği, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin hesabla nması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ2 məişət tipli qaz plitəsinin maksimai saatlıq qaz sərfi 0,6 kub metr, işləmə rejimi 6 saat, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub metr, işləmə rejimi 12 saat, 1 il istifadə dövrü nəzərə alınaraq sayğacsız təbii qazdan istifadə etməsi nəticəsində qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: PQ-2 qaz plitəsi üçün 0,6 kub metr x 6 saat x 365 gün = 1314 kub metr; Dəmir soba üçün (qış mövsümü nəzərə alınmaqla) 1,4 kub metrx 12 saat x 150 gün = 2520 Ümumilikdə 1 il ərzində sayğacsız istehlak edilmiş təbii qazın həcmi 1314 kub metr + 2520 kub metr = 3834 kub metr təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 kub metr (1200 kub metr daxil olmaqla) olan hissəsi üçün hər 1 kub metr -i 0,12 manat, illik istehlak həcminin 1200- 2500 kub metr o lan hissəsi üçün hər 1 kub metr-i 0,20 manat, illik istehlak həcminin 2500 kub metr-dən çox olan hissəsi üçün hər 1 kub metr -i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 1 il ərzində hesablanan 3834 kub metrqaz həcminin dəyərinin 737,5 manat (1200 kub metrx 0,12 manat = 144 manat; 1300 kub metrx 0,20 manat = 260 manat; 1334 kub metrx 0,25 manat = 333,5 manat; ümumilikdə 144 + 260 + 333,5 = 737,5 manat) olması müəyyən edilə bilər. Toplanmış materiallardan müəyyən olunmuşdur ki, qeyd edilən ünvanda qaz sayğacı quraşdırıldığı tarixdən (xx.xx.2022-ci il) xx.xx.2024-cü il tarixədək dövr ərzində qazdan istifadəyə görə abonent tərəfindən kart vasitəsilə 802,32 manat məbləğində ödəniş edilmişdir ki, bu məbləğdən 401,16 manat (50 faiz) borca görə tutulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Çi çək qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində (Abonent kodu: **********00030) analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.51 -ci və 6.5-3 bəndlərinə əsaslanaraq evdə olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq 1 il ərzində sayğacsız qazdan istifadə halında qaz paylayıcısına vurulmuş zərərin miqdarı 336,34 manat (737,5 manat - 401,16 manat = 336,34 manat) müəyyən edilə bilər.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-307/2024 nömrəli mülki iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1412/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsinin silinməli borcun məbləği hissəsində dəyişdirilməsi və məbləğin azaldılaraq 11727,5 (on bir min, yeddi yüz iyirmi yeddi manat, əlli qəpik) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddanın faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından silinməli borcun məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından silinməli borcun məbləği hissəsi istisna olmaqla iddia haqlı sayılmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənmə si Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan idiaçının sayğacdan kənar qazdan istifadə etməsi aşkar edildiyindən (özünün etirafına görə bir il ərzində edib) analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarı hesablanmalıdır.
21. Məhkəmə qeyd etmişdir ki, **********00030 nömrəli abonent kodu üzrə iddiaçıya hesablanmış 12465 manat borcun(zərərin) hə qiqi və düzgün olması mütəxəssis (ekspert) tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi silinməsi tələb edilən 12465 manat məbləğdən 737,5 manat hissəsində zərərin olduğunu müəyyən etmədən 12465 manat hissəsini əsassız hesablandığı üçün silmişdir. Cavabdeh silinən 12465 (on iki min dörd yüz altmış beş) manat hissəni mübahisələndirmiş və dəlillərini şikayətində göstərmişdir. Mütəxəssis (ekspert) rəyi ilə **********00030 nömrəli abonent kodu üzrə iddiaçıya sayğacdan kənar istifadə etməsinə görə bir il üçün 737,5 manat borcun olmasının müəyyən edilə bilməsi göstərilib. Ona görə də silinməsi tələb edilən 12465 manat məbləğdən 737,5 manat çıxılmaqla (12465-737,5 = 11.727,50) 11727,50 manat silinməli idi. Lakin birinci instansiy a məhkəməsinin bu hissədə qənaəti hər hansı bir mötəbər sübuta əsaslanmadığından düzgün olmamışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 8-1 və 13.9-cu maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.2 və 26-cı maddələrinə, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları 6.5-ci bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(10 3)-307/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən müxtəlif vaxtlarda qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmu ş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər iddiaçının yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və iddiaçıya məxsus abonent saldosuna onun tərə findən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünmüşdür ki, iddiaçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcud olmuşdur. Bu halı iddiaçı özü də məhkəmə iclasında etiraf etmişdir. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh tərəf bu halı sübuta yetirdiyi ha lda, həmçinin də iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 88 və 217.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
35. Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
37. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırm alıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz payl ayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
38. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışda n keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
39. Maddə
3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
40. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir.
41. Maddə18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
42. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquql arının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmal ıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə qismən, yəni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və məhkəmə iclaslarında irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
53. Kassasiya şikayətinin işin faktiki hallar ının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-307/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.