Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-320/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evin təmir xərclərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı mənzilin təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5992/2022 nömrəli iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HA LLARİ
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ünvan yerləşən 73 nömrəli evin 56 nömrəli mənzilinə köçürülməsi, İddiaçı 16.200 manat məbləğdə kompensasiya verilib, övladı X3 ilə birlikdə həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. 2. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 1 ünvanda yerləşən mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 18.023,70 manat təşkil edir
3. İddiaçı cavabdehin keçmiş gəlinidir.
4. İddiaçı cavabdehin oğlu X1 ilə 2004-cü i l tarixdə evləndikdən və övladları xx.xx.2005-ci il təvəllüdlü X4 doğulduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilə köçmüşdür.
5. İddiaçı ilə XXX arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 6. ünvan 2 ünvanda yerləşən mənzil təmir edilmişdir. 7. ünvan 2 ünvanda cavabdeh yaşamamış, həmin ünvanda iddiaçı və onun keçmiş əri yaşamışlar.
8. İddiaçı ilə onun keçmiş ərinin münasibətləri 2015-ci ildə faktiki olaraq pozulmuş, onlar mübahisəli mənzildə birlikdə yaşasalar da, otaqlarını ayırmışlar, XXX mənzili 2020-ci ilin əvvəllərində tərk etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavab dehdən ünvan ev 73 ünvanda yerləşən 56 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olan 18.023 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manatın, ümumilikdə 18.144,023 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, cavabdehin oğlu XXX ilə iddiaçının rəsmi nikahları 2004-cü ildə qeydə alınmışdır. 2005-ci ildə birgə nikahlarından X4 anadan olmuşdur. Həmin vaxt hazırda yaşadığı və qeydiyyatda olduğu ünvan 4 ünvanda yerləşən mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili qayınanası Cavabdeh adına rəsmiləşdirmişlər və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişlər. Cavabdeh heç vaxt hazırkı mənzildə yaşamamış və həmin mənzilin əld ə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı və övladları yaşamışlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuşdur. Bundan sonra, keçmiş qayınanası Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun və qızı XXXnın ünvan 4 ünvana olan istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 4 ünvana köçürülməsi və 16.200 manat kompensasiya verilməklə onun və övladının həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq isdədiyi əsas məqam ondan ibarətdir ki, o, 2004-cü ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2019-cu ildə həmin mənzili təmir etməyə başlamışdır və mənzilin təmiri 2020-ci ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 18.023 manat 70 qəpik miqdarda vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 18.023 manat müəyyən edilmişdir. Əlavə olaraq, həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun istifadə hüququna məhkəmə qətnaməsi ilə xitam verildiyindən, həmin təmir xər ci cavabdehdən tutularaq ona ödənilməlidir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh həmin mənzildə heç vaxt yaşamamış, faktiki olaraq mülkiyyətçi olsa da, mənzilə daim onun tərəfindən sahiblik edilmişdir. Tərəfindən mənzildə aparılmış təmir nəticəsində mənzilin bazar dəyəri kifayət qədər artmışdır.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Ümumiyyətlə, məhkəmə araşdırması zamanı mübahisələndirilən mənzilin təmir edilməsi halı öz təsdiqini tapsa da, mənzilin təmirinin məhz iddiaçı tərəfindən edilməsi və təmir üçün çəkilmiş xərclərinin iddiaçı tərəfindən ödənilməsi ha lı öz təsdiqi tapmır.... Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-XXX/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı XXXna 16200 manat məbləğində kompensasiya verilməklə övladı X3 ilə birlikdə ünvan yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin kompensasiya məbləği müəyyən edilərkən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi” barədə arayışına istinad edilmişdir. Həmin arayışa əsasən ünvan 5 ünvanı və yaxın ətraf ərazidə yerləşən çoxmərtəbəli yaşayış binalarında, yaxşı təmirli, 2 otaqlı yaşayış mənzillərinin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq xx.xx.2021-ci il tarixinə 450 manat müməyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya ödəniləcək kompensasiya məbləği müəyyən edilərkən mənzilin təmirli olduğu nəzərə alınmış və kompensasiya da təmirli mənzil üçün müəyyənləşdirilmişdir.... Belə ki, ünvan yerləşən 73 saylı evin 56 saylı mənzili Cavabdeh mülkiyyətində olmaqla, iddiaçının istifadəsində olmuşdur. İddiaçı isə mənzili təmir etmək üçün cavabdehə məlumat verməsinə, cavabdehə xəbərdarlıq edilməsinə, cavabdeh tərəfindən ona razılıq verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və başqasının mülkiyyətində olan əmlakla bağlı tapşırıqsız təmir işləri aparmışdır. Beləliklə, İddiaçı ünvan yerləşən 73 saylı evin 56 saylı mənzilinin məhz onun tərəfindən təmir edilməsinə, mənzililin təmirinə məhz 18023,70 manat vəsait sərf etməsinə, mənzilin təmiri üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, mənzilin təmirində onunla birlikdə yaşamış şəxslərin iştirak etməməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hərhansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.”
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 1094, 1087.1 və 1088.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)-5992/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı hazırkı iddia tələbini əsaslandırdığı faktiki halı, yəni ünvan 6 ünvanında yerləşən 56 saylı mənzilin təmirinə 18 023 manat xərc çəkdiyini əvvəllər ona qarşı qaldırılmış “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıldığı zaman da irəli sürmüş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kompensasiya məbləği müəy yənləşdirilərkən bu hal nəzərə alınmışdır. Mülki-prosessual qanunvericiliklə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən (§34), əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.... Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.”
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respub likası Mülki Məcəlləsinin 157.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Nizami Rayon Məhkə məsinin xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı təyin edilən 16.200 AZN kompensasiya məbləğinin onun mübahisəli mənzilə istifadə hüququnun olması ilə əsaslandırılmışdır. Həmin qətnamənin bir cümləsində belə haqlı olaraq həmin kompensasiya məbləği təyin edilərkən mənzilə çəkilmiş xərclərin dəyərinin nəzərə alındığı qeyd edilməmişdir. Çünki kompensasiya və çəkilmiş xərcləri tələb etmə hüququ ayrı-ayrı mülki hüquq normaları ilə tənzimlənən məsələlərdir. Mübahisəli mənzildən istifadə hüququ olduğuna görə kompensasiya almaq İddiaçı bir hüququ, həmin mənzilin təmirinə çəkdiyi xərcləri isə tələb etmək başqa bir hüququdur. İddiaçını tərəf olaraq maraqlandıran hal ondan ibarətdir ki, 4 hakim (birinci instansiya və apellyasiya instansiyası hakimləri) hansı qaydada müəyyən ediblər ki, İddiaçı 16.2 00 AZN kompensasiya məbləği təyin edərkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmir xərcləri nəzərə alınıb. Həmin işə baxan hakim H.Əhmədova da qətnaməsində belə bir cümlə yazmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutu lmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur; Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər s übutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildi kdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab ed ilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mö vqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblə rinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın gös tərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanu ni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təm in etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı)....... məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.”
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərar: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 16.3. Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılma sının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: -
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırark ən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yo l verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X5rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: “Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. Hirvisaari Finlandiy aya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qərar: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Bilani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir.” K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin tə min edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə gəldiyi nəticəni bir əsasla - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik olması ilə əsaslandırmışdır.
32. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın 28-ci bəndində şərh olunan hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası bildirir ki, preyudisi ya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bunun da mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
33. Odur ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik olduğunu bildirmişdirsə, o halda həmin qətnamənin əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş hansı faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə bilməyəcəyini həmin faktları və hüquq münasibətlərini konkret istinadla göstərməli idi. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, bu baş verməmişdir.
34. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində isə hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik hər hansı fakt və ya hüquq münasibəti müəyyən edilməmişd ir. Qətnamənin təsviri hissəsində İddiaçı iddiaya etiraz edərək, evin təmirinə 18.023,70 manat xərclədiyini bildirdiyi və işdə olan sənədlərdən "xxxx" MMC-nin təmir xərclərinin 18.023 manat təşkil etməsi haqqında xx.xx.2021-ci il tarixli rəyi qeyd edilmiş, əsaslandırıcı hissəsində isə kompensasiya məbləği 16.200 manatın, mənzil yaxşı təmirli olduğu üçün aylıq kirayə haqqı 450 manatın 36 aya vurulması ilə əldə olunduğu göstərilmişdir.
35. Bu mənada, kassasiya şikayətinin “Həmin qətnamənin bir cümləsində belə haqlı olaraq həmin kompensasiya məbləği təyin edilərkən mənzilə çəkilmiş xərclərin dəyərinin nəzərə alındığı qeyd edilməmişdir” məzmunlu dəlili əsaslıdır.
36. Digər tərəfdən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi barədə işdə h ər hansı rəsmi sənəd mövcud deyil.
37. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsində iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.7, 1094, 1087.1 və 1088.1-ci maddələrinə istinad olunmasına baxmayaraq, həmin normalardan yalnız 157.7-ci maddəni tələbin hüquqi əsası kimi qəbul edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşdığını qeyd etməsi ziddiyyətli olmuşdur. Həmçinin, qeyd olunan dörd normadan görünür ki, onlardan birincisi vicdanlı sahib, ikincisi əsassız varlanma, üçüncü və dördüncüsü isə özgə işlərini tapşırıqsız vicdanla aparma ilə bağlı münasibətləri tənzimləyir və sözügedən maddələrin tətbiqi sahələri xeyli fərqlidir. Bu səbəbdən, mübahisənin qanuni və ədalətli həlli baxımdan iddiaçının tələb inin düzgün qanuni əsasının, bunun üçün də mənzillə bağlı iddiaçının hansı əmlak hüququnun cavabdeh tərəfindən pozulmasının, o cümlədən cavabdehin təmir xərclərini hansı öhdəliyin (müqavilə, zərər vurulması, əsassız varlanma, Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar) icrası qaydasında iddiaçıya ödəməli olmasının və bu müstəvidə də subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
38. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunm uş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
39. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
40. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 31-37-ci bəndlərində şərh edilən hallar və ortaya qoyulan hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətirilməli, zidd iyyətli məqamlar aradan qaldırılmalıdır.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5992/2022 nömrəli iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.