Məhkəmə qərarları › İş №2(102)-3200/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3200/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3200/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-414/2024 nömrəli iş üzrə 3 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) arasında daş sexindən istifadəyə dair 15 oktyabr 2015-ci il tarixdə bir il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar İddiaçı mülkündə olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 manat müəyyən olunmuşdur.

2. Abşeron RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh şikayəti rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki,... Yalnız 2014-cü ildə qalan işləri görməyə başlamış, həmçinin Xəlilbəy 2014-cü ildə ona sexi işə salmasını və sifarişlər olacağını demiş, o da buna görə İddiaçı adına elektrik enerjisinə texniki şərt üçün 19770 manat, suyun texniki şərti üçün 248 manat, eləcə də elektriklə bağlı “KRN”, kompensator aparatı və digər avadanlıqlar üçün 20000 manat və sexin içərisində quruculuq işləri ilə bağlı 20000 manat nağd pul xərcləmiş və bu işlər 2015-ci ildə yekunlaşmışdır. Həmin ildə Cavanşirlə aralarında icarə müqaviləsi bağlanmış, həmçinin obyekt üçün 2 saylı Vergilər departamentində vergi uçotuna alınmış və ona müvafiq kod verilmiş, bundan sonra orada işini fiziki şəxs kimi davam etdirməyə başlamışdır.....2019-cu ilin aprel ayının 15-də Xəlilbəyə məxsus şirkətin sürücüsü Duranxan adlı şəxs onunla əlaqə saxlamış və sexə gəlməsini demiş, həmçinin Aydının da sexə gələcəyini bildirmiş, o Duranxanla birlikdə sexə getmiş, sexdə olan zaman oraya Bəhram və Radik adlı şəxslər gə lmiş, Bəhram sexin giriş qapısının üstündə olan açarları götürüb onlara sexdən çıxmalarını demiş, o bunun səbəbini soruşduqda Bəhram bundan sonra sexi özünün işlədəcəyini demiş, o buna görə də Bəhrama etiraz etmiş, lakin Bəhram onu hədələyərək sexdən çıxamasını demiş, o bundan sonra sexdən çıxmış, lakin Bəhramdan sexin içərisində özünə məxsus avadanlıqlar olduğunu və təhvil-təslim edilməsini tələb etmiş, Bəhram isə onun dediklərinə məhəl qoymayaraq sexin içərisində olan avadanlıqlarının hamısının Xəlilbəyə məxsus olmasını demiş, onun sexdən çıxmasına görə, eləcə də sonrakı müddətdə Xəlilbəy və digər şəxslər onunla əlaqə saxlamamış, onun Xəlilbəylə görüşmək cəhdləri də baş tutmamış, buna görə də bu barədə şikayət etmək qərarına gəlmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, Cavabdeh uzun m üddət tanımış, onunla aralarında heç bir qərəzli münasibətlər olmamışdır. Onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci i tarixli müqaviləyə əsasən Cavabdeh onun mülkiyyətində olan daş sexini hər ay 500 manat ödəmək şərti ilə icarəyə götürmüş, lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat pul vəsaitini ödəməsinə dair öhdəliklərini yerinə yetirməmiş, Aşağı Güzdək qəsəbəsində yerləşən ona məxsus daş sexini dörd il ərzində istifadə etsə də, icarə haqqını ödəməmişdir. Eyni zamanda onun tərəfindən "xxxx" MMCdən alınaraq ona məxsus, lakin Cavabdeh icarəsində olan daş sexinə gətirdiyi blok 40x40x80 1-ci növ, 20 maşın, hər biri 1000 manat olmaqla, cəm 20000 manat, blok 40x40x80 2-ci növ, 15 maşın, hər biri 800 manat olmaqla, cəmi 12000 manat, blok 40x40x 80 3-cü növ, 5 maşın, hər biri 500 manat olmaqla cəmi 2500 manat, ümumilikdə 34500 manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları onun tərəfindən yararsız vəziyyətə salınmış və dəyəri bugünkü günədək ödənilməmişdir. Cavabdeh icarə haqqını ödəmədiyi üçün onun daş sexində işləməsini dayandırmışdır. Cavabdeh daş sexində əmlakı qalmamışdır. Ona maddi və mənəvi cəhətdən vurduğu ziyana görə məhkəməyə müraciət etməmişdir.

3. İddiaçı Cavabdeh “...2019-cu ilin əvvəllərindən göstərilən şəxslər işinə müdaxilə etməyə başladılar, işi ləngitmək üçün xammal verilməsində, hazır məhsulun alınıbaparılmasında maneələr yaradılmış xx.xx.2019-cu il tarixdə Dadaşov Bəhram, Duranxan və hazırda da həmin sexi işlədən Radik adlı şəxslər tərəfindən sexdən zorla qovularaq çıxarılmışdır. Həmin vaxtdan sexə yaxın buraxılmır və bu günə qədər etdiyi tələblərə baxmayaraq ona məxsus olub sexdə qalan əşyalar əlindən alınmış, mənimsənilmiş, ona külli miqdarda zərər yetirilmişdir” iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(004)- 229/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiiş, cavabdeh İddiaçı 19772.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2022- ci il tarixli 2(103)-3750/2022 nömrəli qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir ki, “...xx.xx.2016-cı ildə müqavilə müddəti başa çatandan sonra, iş materiallarına əsasən tərəflərin bir-birinə e tibarlarının olması müəyyən olunmamış, buna görə də, müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. 2019-cu ilin əvvəllərindən isə iddiaçı həmin obyektdən kənarlaşdırılmış, bu hal istintaq materialları ilə müəyyən olunur.”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 58500 manat pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, c avabdeh Aşağı Güzdək qəsəbəsində yerləşən iddiaçıya məxsus daş sexini 4 il ərzində istifadə etsə də, 2019-cu il tarixədək icarə haqqını ödəməmişdir. Cavabdeh həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat məbləğində pul vəsaiti ödəməsinə dair öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda onun "xxxx" MMC-dən alınaraq Güzdəkdə ona məxsus həmin vaxt cavabdehin icarəsində olan daş sexinə gətirdiyi blok 40 x 40 x 80 1-ci növ 20 maşın hər biri 1000 manat olmaqla, cəmi 20000 manat, blok 40 x 40 x 80 2-ci növ 15 maşın hər biri 800 manat olmaqla, cəmi 12000 manat, blok 40 x 40 x 80 3-cü növ 5 maşın hər biri 500 manat olmaqla, cəmi 2500 manat, ümumilikdə 34500 manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) və dəyərinin bugünkü günədək ona ödəməmişdir. Daş sexində olan daş blokların cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı şahidlər də vardır. O, dəfələrlə cavabdehə öhdəliklərini və daş blokların dəyərini ödəməli olduğunu bildirsə də, cavabdeh buna məhəl qoymayaraq borcu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliklərini yerinə yetirmək, daş blokların dəyərini ədalətli ödəmək əvəzinə onu get-gələ salmaqla aldatmış və ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində onun haqqı çatanlardan məhrum olunmağı səbəbindən zərərin əvəzi tam olaraq ödənilməlidir.

6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə arasında xx.xx.2015-ci il tarixdə 1 il müddətinə icarə müq aviləsi bağlanmışdır. Sözügedən müqavilə üzrə 500 manat icarə haqqı ödənilməsi müəyyənləşdirilmişdir. O, bir il müddətinə müqavilə üzrə bütün öhdəlikləri lazimınca yerinə yetirmişdir. Müqavilə müddətini bitdikdən sonra heç biri müqavilə müddətinin uzadılmasına dair təşəbbüs göstəmədiklərinə görə müqavilə ləğv edilmişdir. Lakin iddiaçı daş sexində ona məxsus əmlakları icazəsiz olaraq taladığı üçün tərəfindən prokurorluğa müraciət edilmiş və araşdırma aparılmışdır. Məhz bu səbəbdən də iddiaçı ondan əvəz çıxmaq üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, müqavilə üzrə ona icarə verildiyi iddia edilən torpaq sahəsi iddiaçının adına 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı hazırda dələduzluq edərək ona böhtan atmışdır. Bundan əlavə iddia tələbində göstəril ən yerin ona heç bir aidiyyəti olmamışdır. İddiaçı ona özünə məxsus olan başqa daş sexini icarəyə vermişdir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə, təmir-tikinti ilə məşğul olmuş, sərbəst fəaliyyət göstərmişdir. 2015-ci ilin ortalarında Xəlilbəy Günəşov və Aydın Mürvələdovla mişar daşı bloklarının alqı-satqısından tanışlığı yaranmışdır. Həmin şəxslər ona Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən obyektin bir hissəsini icarəyə götürərək işlətməyini təklif etmişlər. Aralarında olan razılığa əsasən həmin şəxslər bu obyekti blok daşlar hazırlanması üçün material ilə təchiz edəcək, o isə blok daşların hazırlanmasını təmin edəcək və həmin şəxslər bu blokları ondan razılaşdırılmış qiymətə alacaqdılar. Razılığa əsasən icarəçi, X2 ilə onun arasında, Abdüləzimov Cavanşirə məxsus olub Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 kv.m. sahə ona icarəyə verilmişdir. Həmin sahə boş sahə olmaqla ancaq torpaq sahəsindən ibarət olmuşdur. Razılığa əsasən o, dəyəri və çəkdiyi xərclərin sonradan həmin şəxslər tərəfindən ödənilməsi şərti ilə həmin sahədə blok daşların kəsimi və hazırlanması üçün işləri görməli, sexi işə salıb fəaliyyət göstərməli idi. Göstərilən işlərin görülməsi üçün ilk növbədə elektrik enerjisi və təbii su təminatı ilə bağlı tərəfindən İddiaçı adına texniki şərtlər alınmış və bu işlərə tərəfindən 19770 manat, suyun texniki şərti üçün 248 manat, avadanlıqlar alınması və su xəttinin çəkilməsinə əlavə nağd pul ödənilmişdir. Müvafiq qurğuların alınması və qurulmasına tərəfindən 20000 manat xərclənmişdir. Bu kimi işlər görüldükdən sonra o həmin təsərrüfat obyekt üçün vergi uçotuna alınmış və ona müvafiq kod verilmişdir. Bundan sonra ərazidə planlama-quruculuq işləri aparılmış və bu işlərə 20000 manat şəxsi vəsaiti xərclənmişdir. Göstərilən işlər yerinə yetirildikdən sonra sexi, aralarındakı şərtlərə uyğun işlətməyə başlamışdır. 2019-cu ilin əvvəllərindən göstərilən şəxslər onun işinə müdaxilə etməyə başlamış, işi ləngitmək üçün xammal verilməsində, hazır məhsulun alınıb-aparılmasında maneələr yaradılmış və 15 aprel 2019cu il tarixdə sex Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Dadaşov Bəhram, “Qazel” markalı avtomaşın sürücüsü Duranxan və hazırda da həmin sexi işlədən Radik adlı şəxslər tərəfindən sexdən zorla qovulmuşdur. İndi ona məlum olmuşdur ki, İddiaçı bu vasitə və üsullarla onu aldatmış, məqsədli surətdə öz niyy ətinə nail olmuş və bundan istifadə etməyə çalışaraq ona qarşı Abşeron rayon məhkəməsində iddia tələbi irəli sürmüşdür. Eyni zamanda, o, iddiaçının ona icarəyə verdiyi və Güzdək qəsəbəsində yerləşən daş sexində 3 il fəaliyyət göstərsə də, o, hazırkı mübahisə predmeti olan müqavilə üzrə heç bir fəaliyyət göstərməmişdir. İddiaçı ilə araları yaxşı olduğu üçün, müqavilənin bağlandığı tarixdən 1 il keçdikdən sonra mübahisə predmeti olan sexə baş çəkməmişdir. O həmin müqavilə əsasında heç bir fəaliyyət göstərməmiş, fəaliyyət göstərmək də mümkün olmamışdır. Hal-hazırda iddiaçının ümumiyyətlə iddia müddəti bitmişdir. İddiaçının "xxxx" MMC-dən aldığı 40 kamaz markalı maşın daş blokun nə vaxt və hara gətirdiyi barədə heç bir məlumatı olmamışdır. Bu barədə Cavanşirlə onun arasında heç bir mübahisə ol mamışdır. Ona görədə onun mənəvi ziyan vurmağıyla bağlı iddiaçının qaldırdığı iddia əsassız olmuşdur. Məhkəməyə təqdim edilən 18 dekabr 2019-cu ildə 1.19 ha torpaq sahəsinin onun mülkiyyətinə keçməsi barədə çıxarışın mübahisələndirilməsinin məsələlərə heç bir aidiyyatı olmamışdır.

7. Məhkəmədə şahid X9 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfi 15-20 ildir ki, tanımışdır. Mübahisə predmeti olan sex iddiaçıya məxsus olmuş və Aşağı Güzdək qəsəbəsində yerləşmişdir. Onda olan məlumata görə, iddiaçı daş sexini 2015-ci il tarixdə Cavabdeh vermiş və cavabdeh daş sexində ən az beş il sexin müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonradan cavabdeh icarə haqqı vermədiyi üçün, 2019-cu il tarixdə daş sexini Cavabdeh alaraq ona icarəyə vermiş və cavabdeh də həmin tarixdə daş sexindən çıxmışdır. Cav abdeh nə qədər borcu olduğunu bilməmiş və tərəflər arasında olan razılaşmanın şərtlərindən məlumatı olmamışdır. Hazırda daş sexini o, icarəyə götürmüş və aya 700 manat icarə haqqı ödəmişdir. Eyni zamanda o, sexə gələndə orada heç bir daş blok olmamış və ona boş sex təhvil verilmişdir.

8. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfi 2005-ci il tarixdən tanımışdır. O, daş sexinin hazırki müdiri Qadaşov Bəhramın işçisi olmuş və cavabdeh ilə işləməmişdir. Bəhram ilə şəhərdə yerləşən daş sexində işləyən zaman Calaləddinin Güzdək qəsəbəsində sex işlətdiyini eşitmiş və Bəhram ilə birlikdə Güzdək qəsəbəsindəki sexə gələndə isə sexdə heç bir daş blok olmamışdır. 2019-cu ilin aprel ayında sexdə işıq və qaz olmasa da təchizatlar sexdə olmuşdur.

9. Abşeron R ayon Məhkəməsinin (hakim Elman Məmmədov) 8 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin müddəti bir il nəzərdə tutulmuş, icarə haqqı iki tərəfin razılığı ilə 500 manat məbləğində müəyyən edilsə də, müqavilədən icarə haqqının aylıq və ya illik olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsində iddiaçının mülkiyyətində olan daş sexinin icarəyə verildiyi göstərilsə də, həmin mülkin harada yerləşdiyi və bunu təsdiq edən müvafiq sənədlər (icarəyə verilən daşınmaz əmlakı müəyyən etməyə əsas verən sənədlər) icarə müqaviləsində gös tərilməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı da həmin sənədlər müəyyən edilməmiş, bu kateqoriyadan olan pozulmuş hüquqlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700 və 706-cı maddələrinə əsasən təminat verildiyindən və məhkəmədə qeyd olunan maddələrdən irəli gələn təminatlarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə 15 oktyabr 2015-ci il tarixli müqavilə üzrə tələbin təmin edilməsini mümkün hesab etməmişdir.

11. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbinin yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissələri ilə d ə bağlı da kifayət qədər mötəbər sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissələrdə də rədd edilməlidir.Belə ki, iddiaçı tərəf sübut kimi izahata və şahid ifadələrinə istinad etmiş, məhkəmədə şahidlər ifadələrində ümumi ifadələr işlətmiş, bütün şübhə və anlaşılmazlıqlardan kənar iddianın təmin olunmasına əsas verən halları göstərə bilmədiyindən, iddiaçının nümayəndəsinin izahatı isə digər sübutlarla təsdiqini tapmadığından məhkəmə həmin izahata tənqidi yanaşmışdır.

12. Məhkəmə iddia müddəti barədə tərəflərin mövqeyi ilə bağlı qeyd etmişdir ki,iddia tələbi yuxarıda qeyd olunduğu kimi digər əsasla rədd edildiyindən həmin əsaslarla iddianın qiymətləndirilməsinə də zərurəti aradan qaldırmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700 və 706-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) 25 may 2022-ci il tarixli, 2(105)-990/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı şikayətinin əsasını təşkil edən 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən i cra edilməməsi və əmlakın məhv edilməsi barədə dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 385, 386, 442, 448 və 700-cü, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 384-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı (Vəkil1 Oktay oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və X7) xx.xx.2022-ci il tarixli, 2(102)-5202/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

20. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinin sübuta yetirilməməsinə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməsinə və sübutların düzgün qiymətləndirilməsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi isə, işdən göründüyü kimi, iddianın əsassız olması barədə nəticəyə gələrkən tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisə predmeti olan daş sexinin harada yerləşməsinin göstərilməməsinə, eləcə də 500 manat məbləğində icarə haqqının aylıq və y a illik olmasını müəyyən etməyin mümkün olmamasına istinad etmişdir. Göstərilən səbəblərdən məhkəmə həmin icarə müqaviləsi əsasında iddianın təmin edilməsini qeyri-mümkün saymışdır. Halbuki, daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. İşin 9-cu vərəqəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünmüşdür ki, iddiaçıya məxsus torpaq sahəsi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşmişdir. Daş sexi həmin torpaq sahəsində yerləşməklə cavabdeh həmin sexdən uzun müddət istifadə etmiş və müqavilədə göstərilən icarə haqqının aylıq icarə haqqına aid olması ona məlum olmuşdur. Lakin apellyasiya məhkəməsi göstərilən halları nəzərə almadan birinci instansiya məhkəməsi qətnamənin qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir.

21. Ali Məhkəmə mövqeyini Azərbaycan respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 700.1 və 700.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X11 – (sədrlik edən və məruzəçi), X13 və X14) xx.xx.2023-cü il tarixli, 2(105)-412/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə Abşeron Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qisməniddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin olunması, Cavabdeh 21000 manat ödənilməyən icarə haqqı alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. Müqavilədə göstərilən məbləğin icarə haqqı olması da işin mübahisəsiz halıdır. Sözügedən daş sexinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla sübut olunur. Beləliklə, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar münasibətlər yaranmışdır.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh ara sında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətləri olmuşdur. Cavabdeh icarə haqlarının iddiaçıya ödənildiyini bildirsə də, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Belə olan halda iddiaçı həmin dövr üzrə icarə haqqını tələb etməkdə haqlıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməli və cavabdehdən icarə haqqı üzrə tutulmalı məbləğ 21000 manat (42 ay x 500 manat) müəyyən edilməlidir.

25. İddiaçının yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması tələbi və mənəvi ziyan tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən daş bloklarının mülkiyyətçisi, kimin istifadəsində olması, cavabdeh tərəfindən yararsız hala gətirilməsi, bütün bu baş verənlərə görə iddiaçının mənəvi zərər görməsi tələbinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd etmişdir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1., 21.2., 385.1, 442., 448.2., 700.1 və 700.2.-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Cavabdeh (vəkil Nümayəndə) kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli qərarı ilə tərəflər arasınd a bağlanmış icarə müqaviləsində göstərilən mübahisə predmeti olan daş sexinin harada yerləşməsinin ümumiyyətlə müqavilədə göstərilməməsinə əhəmiyyət verməmişdir. Belə ki, faktiki olaraq belə bir daş sexi və onun yerləşdiyi torpaq sahəsi olmamışdır. Məhkəmə qətnaməsində iddiaçının təqdim etdiyi və iş materiallarında olan çıxarışa istinad etməklə daş sexinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı adına qeydiyyata alınmış 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini göstərməyə çalışsa da, həmin torpaq sahəsinin mübahisəli icarə müqaviləsinin bağlandığı ildə deyil, ondan 4 il sonra yəni 2019-cu ildə alınmasına diqqət yetirməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu məqama diqqət yetirməmiş, məhkəməni çaşdırmaq məqsədilə iddiaçı tərəfi ndən təqdim edilən və sonradan əldə edilən torpaq sahəsinə dair çıxarışı əsas götürməklə mövcud olmayan daş sexinin həmin ünvanda yerləşməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qətnaməsində icarə müqaviləsində göstərilən daş sexinin harada yerləşməsinin tərəflər arasında mübahisə edilmədiyini qeyd etməklə bərabər cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatları da ziddiyyətli hesab etmişdir. İddiaçı ilə cavabdeh arasında eyni tarixli 2 (iki) icarə müqaviləsi bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasını qismən təmin etdiyi halda, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirməmişdir. Halbuki, cavabdeh ərizəsində mübahisəli icarə müqaviləsi üzrə heç bir iş görməməklə bərabər, həmin formal müqavilə üzrə də iddia müd dətinin çoxdan ötürüldüyünü qeyd etmişdir. Cavabdeh tərəfindən təqdim olunan sübutlar və sənədlərə qiymət verilməmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Zəki Babayev və Abiddin Hüseynov) xx.xx.2023-cü il tarixli, 2(102)-4223/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətlərinin olması, cavabdehin müqavilə ilə müəyyən edilmiş aylıq icarə haqla rını ödəməməsi, bununla müqavilə öhdəliklərinə əməl etməməsi, göstərilən dövr üçün cavabdehdən 21000 manat tutulmalı olması, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəlməsinə baxmayaraq, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini müzakirə etməmiş, həmin ərizəyə hüquqi qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır.

31. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.2, 385.1, 376.1, 442, 448.2, 700.1 və 700.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

32. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ilə aralarınd a mübahisə predmetinin əsasını təşkil edən icarə müqaviləsi bağlansa da faktiki icarə münasibətləri olmamış, həmin icarə obyektindən istifadə etməmişdir. İddiaçı ilə arasında digər bir icarə müqaviləsi olmuş, həmin müqavilə üzrə də öhdəliyini yerinə yetirmişdir. Qeyd olunanlara əsasən iddianı əsassız hesab etmişdir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova və Mirbahəddin Hüseynov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edi lmişdir. İddia tələbi qismən təmin edilərək, Cavabdeh 21000 manat ödənilməyən icarə haqqının İddiaçı ödənilməsi, iddiaçının apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar-İddiaçı mülkündə olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz) manat müəyyən olunmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə icarə haqqının tutulması hissədə qismən razılaşmamış və qeyd etmişdir ki, müqavilədə göstərilən məbləğin icarə haqqı olması işin mübahisəsiz halıdır. Sözügedən daş sexinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla sübut olunur. Tərəflər arasında icarə münasibətləri yaranmışdır. Daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması məhkəmə araşdırması zaman ı tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır.

36. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, bu sadalanan hallarla bağlı tərəflər arasında mübahisə olmamasına kassasiya instansiya məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli Qərarının 34, 35, 36-cı bəndi ilə də qiymət verilmişdir.

37. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətləri olmuşdur. Cavabdeh icarə haqlarının iddiaçıya ödənildiyini bildirsə də, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

38. İcarə müqaviləsi bir il müddətinə bağlansa da tərəflər arasında icarə münasibətlərinin 15 aprel 2019-cu il tarixədək davam etməsi iş materialları ilə öz təsdiqini tapır.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki haladək cavabdeh iddiaçı ilə araşdırılan icarə müqaviləsi üzrə icarə münasibətlərində olmasını mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə başqa bir müqavilə üzrə icarə münasibətlərində olduğunu və öhdəliyini yerinə yetirdiyini, araşdırılan icarə müqaviləsi üzrə icarə münasibətlərinin yaranmadığını göstərsə də bu dediklərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli, 80 kv.m sahəsinin icarəyə verilməklə 150 manat icarə haqqı ödənilməsini nəzərdə tutulan İcarə müqavilə isə kserosurətdir. Digər tərəfdən tərəflər arasında belə bir müqavilənin bağlanması, eyni tarixli digər İcarə müqavilənin bağlanmasını və icrarə münas ibətlərinin yaranmasını inkar edən hal kimi qəbul edilə bilməz.

40. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində, eləcə də kollegiya araşdırması zamanı vermiş olduğu izahatlarda araşdırılan iddianın əsasında duran İcarə müqaviləsini bağlanmasını təsdiq etmişdir.

41. Birinci instansiya məhkəməsində araşdırma zamanı izahat verən cavabdeh göstərmişdir ki, iddiaçı ilə aralarında bir il müddətinə,xx.xx.2015-ci il tarixdə İcarə müqaviləsi bağlanmışdır, müqavilə üzrə 500 manat icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

42. Bundan başqa, mülki iş materiallarında olan (cild 1, i/v 50) «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahat verən Cavabdeh göstərmişdir ki,,….sexdə quruculuq işləri 2015-ci ildə yekunlaşmış,.. həmin ildə Cav anşirlə icarə müqaviləsi bağlanmış, ….orada işini fiziki şəxs kimi davam etdirməyə başlamış, …. 15 aprel 2019-cu il tarixdə Bəhram və Radik adlı şəxs sexə gəlmiş, Bəhram sexin giriş qapısının açarlarını götürərək onun çıxmasını, sexi özünün işlədəcəyini demişdir.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında icarə münasibətləri xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək davam etdiyindən, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdlim edilmədiyindən iddiaçı həmin dövr üzrə icarə haqqını tələb etməkdə haqlıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməli və cavabdehdən icarə haqqı üzrə tutulmalı məbləğ 21000 manat (42 ay x 5 00 manat) müəyyən edilməlidir.

44. İddiaçının yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması və mənəvi zərərin ödənilməsi tələbləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən daş blokların cavabdehin istifadəsinə verilməsi, cavabdeh tərəfindən yararsız hala gətirilməsinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

46. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə də tələbin təmin edilməsi üçün əsaslar görməmiş və hesab etmişdir ki, iddiaçı mənəvi zərərlə bağlı tələb irəli sürsə də bu tələbini məhkəmədə əsaslandıra bilməmiş, mənəvi zərərin nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübuta edə bilməmişdir.

47. Qeyd olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi mötəbər sübutlarla sübuta yetirilmədiyindən müzakirə edilən hiss ədə maddi və mənəvi zərərin təmin edilməməsi barədə iddiaya düzgün hüquqi qiymət vermişdir.

48. Kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi sonuncu qərarının məzmunundan görünür ki, məhkəmə kollegiyasının göstərişi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməsi ilə bağlıdır.

49. Apellyasiya məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarının 49-cu bəndinin göstərişlərini rəhbər tutaraq cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə araşdırma apararaq hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir, müddətin tətbiqi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmir.

50. Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında icarə münasibətlərinin 15 aprel 2019-cu il tarixədək davam etməsi iş materialları ilə öz təsdiqini tapır. Yuxarıda istinad olunan «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 06 may 2021-ci il tarixli Qərarın məzmunundan göründüyü kimi Cavabdeh izahatında 15 aprel 2019-cu il tarixdə Bəhram və Radik adlı şəxs sexə gələrək onun çıxmasını, sexi özlərinin işlədəcəyini dediklərini göstərmişdir.

51. İddiaçı tərəfindən araşdırılan iddia tələbinə dair ərizə ilə məhkəməyə 09 mart 2022-ci il tarixdə müraciət edilmişdir.

52. Mülki Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

53. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin tətbiqinə əsas yoxdur.

54. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.2, 385.1, 442, 448.2, 700.1 və 700.2-ci maddələrinə istinad edərək əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

55. Cavabdeh (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-414/2024 saylı, 3 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə iddiaçı hüquqdan sui-istifadə etməklə formal olaraq bağlanılan bir müqavilədə göstərilən və reallıqda orada olmayan daş sexindən guya istifadə edildiyini bildirir və icarə haqqı tələb edir. Bu azmış kimi Apellyasiya Məhkəməsi də həmin tarixdə bağlanmış real digər bir icra müqaviləsi üzrə icarə münasibətlərini hazırkı formal müqaviləyə köçürməklə b una hüquqi əsas da verməyə cəhd etmişdir. İddiaçı ilə Cavabdeh arasında eyni tarixli 2 (iki) icarə müqaviləsi bağlanmışdır. Onlardan biri real icarə müqaviləsi olmuşdur ki, İddiaçının hazırda mübahisələndirdiyi formal icarə müqaviləsindən fərqli olaraq həmin müqavilədə cavabdehin iddiaçıya məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 m sahəni icarəyə götürdüyü aydın şəkildə ifadə edilmişdir. Qeyd edilən müqavilə də eynilə 1 (bir) illik müddətə bağlanmışdır. Lakin, həmin icarə müqaviləsi üzrə icarə haqqı 500 (beş yüz) manat deyil, 150 (bir yüz əlli) manat olmuşdur. Birinci real müqavilə üzrə icarəyə verilən obyektin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus olmuş və torpağa dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış MH № 0019147 nömrəli xx.xx.2008-ci il tarixli şıxarış olmuşdur. Həmin torpağın sahəsi 2.0 hektar olmuş və onun üzərində sahəsi 340 kv.m olan istehsalat obyektinin istismara qəbul edilməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cuil tarixli 2072 nömrəli Sərəncamı da olmuşdur. Göründüyü kimi, digər formal icarə müqaviləsindən fərqli olaraq real müqavilədə əmlakın Abşeron rayon Güzdək qəsəbəsində yerləşməsi açıq şəkildə göstərilmiş, eyni zamanda həmin torpağa və əmlaka dair mülkiyyət hüququnun icarə müqaviləsindən sonrakı tarixə deyil, daha əvvəlki tarixdə yaranması faktı həm xx.xx.2008-ci il tarixli çıxarışla, həmdə də istehsalat obyektinin istismara qəbul edilməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 2072 nömrəli Sərəncamı ilə təsdiq olun ur. Eyni zamanda o hal da qeyd edilməlidir ki, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin torpağa dair sənədlərin verilməsinə əsas Abşeron rayonu Güzdək Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı, bələdiyyənin təsdiq etdiyi xx.xx.2007-ci il tarixli 3116/07 nömrəli alqı-satqı aktı, DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2008-ci iltarixli 5150 nömrəli Torpaq sahəsinin plan və ölçüsü olmuşdur. Apellyasiya məhkəməsi yenə də qeyd edilən halların heç birini araşdırmaq zərurəti duymamışdır. Əvvəlcədən də cavabdeh yalnız hazırkı mübahisəli müqavilə üzrə heç bir iş görmədiyini, ümumiyyətlə ona h əmin müqavilə üzrə hər hansı obyektin icarəyə verilmədiyini bildirmiş, digər icarə müqaviləsi üzrə İddiaçıya məxsus daş sexini icarəyə götürdüyünü bildirmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, lakin məhkəmə hazırkı mübahisəli qətnaməsində müqavilənin verildiyini qeyd etmiş, lakin kserosurət olduğunu bildirməklə sanki əhəmiyyətsiz olması görüntüsü yaratmışdır. Ən maraqlısı da odur ki, məhkəmə Cavabdehdən müqavilənin əslini soruşmuş, cavabdeh özünün iddiaçı, hazırkı iddiaçının cavabdeh olduğu digər mülki iş üzrə iş materiallarında olduğunu, əslini də lazımdırsa gətirə biləcəyini bildirsə də, məhkəmə buna ehtiyac olmadığını qeyd etmişdir. Eyni zamanda məhkəmə bununla 1 (bir) gündə iki icarə müqaviləsinin bağlanmasının istisna olunmadığını da qeyd etmişdir. Onsuz da eyni gündə 2 icarə müqaviləsinin bağlandığını daha əvvəldən də qeyd ediblər. Onlar da biri real hansı ki, o müqavilə üzrə çəkilmiş xərclərin tələb edilməsi ilə bağlı hazırkı cavabdeh hazırkı İddiaçıya qarşı iddia tələbi ilə müraciət etmiş və yuxarıda qeyd edildiyi kimi Ali Məhkəməninxx.xx.2022-ci il tarixli 2(102)- 5591/2022 saylı qərarı ilə iddiası qismən təmin olmuşdur. Digər isə formal heç bir hüquqi nəticəsi olmayan və hazırkı iş üzrə iddiaçının mübahisənin predmeti kimi təqdim etdiyi icarə müqaviləsi olmuşdur. Məsələ burasındadır ki, apellyasiya məhkəməsi birinci real müqavilə üzrə icarə münasibətlərini, eləcə də həmin müqavilə üzrə cavabdehin müraciəti əsasında başlanmış və nəticəsi olaraq qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərardakı izaha tlara orada şahidlərin verdiyi ifadələrə istinad etmişdir. Digər bir deyimlə formal müqaviləyə hüquqi qiyməti real müqavilənin əsaslarına istinad etməklə vermiş və bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Həmin gəldiyi düzgün olmayan nəticəyə də əsaslanıb Ali Məhkəmənin göstərişində qeyd edilən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir.

57. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində yenə də iş materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarında göstərilən cavabdehin izahatına istinad edərək sanki Cavabdehin hazırkı mübahisəli real olmayan icarə müqaviləsinin nəticələrinin olmasını və tərəflər arasında real icarə münasibətlərinin olmasının sübut olunduğunu göstərməyə çalışmışdır. Lakin, məsələ burasındadır ki, həmin qey d edilən araşdırma hazırkı cavabdehin şikayəti üzrə aparılmış və cavabdehin izahatında bəhs edilən icarə müqaviləsi iddiaçının hazırkı iş üzrə iddianın predmeti olaraq göstərdiyi icarə müqaviləsi deyil, daha əvvəl də də göstərilən tərəflər arasında eyni tarixdə imzalanmış, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən, icarə haqqı 150 manat olaraq müəyyən edilmiş, sahəsi 80 m olan obyektin icarəsini nəzərdə tutan digər icarə müqaviləsi olmuşdur. Məhz real icarə münasibətləri də sonuncu icarə müqaviləsi üzrə yaranmışdır. Bütün bunlara baxmayaraq apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan həmin sənədlərdə başqa icarə müqaviləsindən bəhs edilməsinə əhəmiyyət vermədən belə bir ədalətsiz qətnamə qəbul etmişdir.

58. Mübahisəli qətnaməsində apellyasiya məhkəməsi Ali Məhkəmənin Qərarının 49cu bəndinin göstərişlərinə əsasən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə “araşdırma apararaq” iddia müddəti ötürülmədiyini bildirmişdir. Gəlinən nəticənin əsas kimi yenə də yuxarıda qeyd edilən «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 06 may 2021-ci il tarixli Qərarın məzmununa istinad etmişdir. Məhkəmə bu məqamda unutmuşdur ki, bəhs olunan xx.xx.2021-ciltarixli Qərar məhz Cavabdehin şikayəti əsasında başlanılmış və araşdırmanın nəticəsi olaraq qəbul edilmişdir. Həmin Qərardakı Cavabdehin izahatları, şahidlərin ifadələri iddiaçı ilə aralarında bağlanmış iddiaçıya məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 m sahənin aylıq 150 (bir yüz əlli) manat icarəyə götürülməsini nəzərdə tutan real müqaviləyə münasibətdə verilmişdir. Buna ba xmayaraq, məhkəmə məlum olmayan səbəblərdən həmin izahat və ifadələrdə göstərilənləri hazırkı mübahisənin predmeti olan icarə müqaviləsinə münasibətdə deyilmiş kimi qəbul etmiş və iddia müddətinin ötürülmədiyi ilə bağlı belə bir səhv qənaətə gəlmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizəsində açıq şəkildə hazırkı mübahisəli icarə müqaviləsi üzrə heç bir iş görmədiyini bildirməklə bərabər, onsuz da formal olan müqavilə üzrə hətta iddia müddətinin çoxdan ötürüldüyünü qeyd etmişdir. Çünki mübahisəli müqavilənin qüvvədə olma müddəti 1 (bir) il olmuşdur. Nəzərə alsaq ki, həmin müqavilə xx.xx.2015-ci il tarixlidir, xx.xx.2016-ci ildə müqavilənin son tarixi olaraq qəbul edilməlidir. Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını nəzərə alsaq iddia müddətinin 2019-cü il 15 o ktyabr tarixinədək olduğu və müddətin keçməsini açıq şəkildə görmək mümkündür. Lakin, apellyasiya məhkəməsi buna hüquqi qiymət vermək əvəzinə digər bir müqavilədə olan real icarə münasibətlərinin hazırki heç bir hərəkətlilik olmayan və formal olaraq bağlanmış müqaviləyə aid olduğunu göstərməklə verilən izahat və ifadələrdə göstərilənlərin formal müqaviləyə aid olması görüntüsü yaratmağa çalışmışdır ki, reallıqda bu heç də belə deyildir. Bütün bu hallara məhəl qoymayan apellyasiya instansiyası məhkəməsi sonunda işin faktiki hallarına uyğun olmayan bir qətnamə qəbul etmişdir ki, həmin qətnamə də ədalətlilik və qanunçuluq prinsiplərinin kobud pozulması ilə müşayiət olunur ki, bu da qəbul edilməzdir.

59. Məhkəmə cavabdehin istər birinci instansiya məhkəməsində verdiyi, istərsə də «Cinayət işin in başlanılmasının rədd edilməsi haqqında» 06 may 2021- ci il tarixli Qərarında izahatında qeyd etdiyi icarə müqaviləsinin başqa müqavilədən bəhs edildiyinə diqqət etməmiş, əksinə iddiaçının məhkəməni yanıltmaq üçün təqdim etdiyi sənədləri sübut kimi qəbul etmişdir. İddiaçı mübahisəli icarə müqaviləsinin real olaraq mülkiyyətində olan torpaq üzərində mövcud olan obyektə aid olmasını “təsdiq” etmək üçün məhkəməyə əlavə olaraq təqdim etdiyi çıxarışın qeydiyyat tarixinin sonrakı tarixdə olmasını pərdələmək məqsədilə tərəflər arasında eyni tarixdə imzalanmış digər icarə müqaviləsinin əsaslarından birini təşkil edən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 2072 nömrəli Sərəncamını da vermişdir. Məhkəmə həmin sərəncamda göstərilmiş çıxarışın əsas icarə müqaviləsində gös tərilmiş torpağa aid olmasına, habelə torpaq sahəsinin 2.0 hektar olmasına (mübahisəli icarə müqaviləsi üzrə torpaq sahəsi 1,19 ha olmuşdur) diqqət yetirməmiş və buna əhəmiyyət verməmişdir. Halbuki bu hal açıq aşkar iddiaçının məhkəməni yanıltmaq məqsədilə bu addımı atdığını sübut edir. Lakin, məhkəmə bu halı da araşdırmamışdır. Cavabdeh tərəfindən təqdim olunan sübutlar və sənədlərə qiymət verilməmişdir. Belə ki, məhkəməyə təqdim edilən, real olan müqavilənin əslinin verilməsinə ehtiyac olmadığı bildirilsə də, sonradan qətnamədə müqavilənin kserosurət olduğu göstərilmişdir. “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın hazırkı mübahisənin predmeti olan icarə müqaviləsinə heç bir aidiyyətinin olmaması, həmin qərardan sonra hazırkı cavabdehin məhkəməyə müraciət etməsini və iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (102)-5591/2022 saylı qərarının olmasına diqqət yetirməmişdir. Bütün bunlar göstərir ki, məhkəmə tərəfindən işə qeyri-obyektiv yanaşılmış, qətnamənin əsasını yalnız iddiaçının izahatları və məhkəmənin fərziyyələri təşkil etmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə öz qətnaməsində işə aid olan real faktlara əsaslanmadan, həmin faktların mötəbər sübutlarla təsdiq edilməsini müəyyən etmədən qərar qəbuletmişdir.

60. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 125, 129-cu, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 6 və 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 373.2, 375.2, 385.1, 386.1, 442, 70 0-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8-ci, Azərbaycan Respublikasının MPM-in 87, 88, 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

62. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

63. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

64. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

65. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

66. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

67. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

68. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

69. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vax tında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

70. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

71. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

72. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apell yasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

83. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

86. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu b axımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması barədə dəlilinə hüquqi qiymət vermir. Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibin in göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissəyə dair iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

89. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

90. Ona görə də kassasiya şikay əti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 may 2024-cü il tarixli 2(105)-414/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar