Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3201/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətlərində olan torpaq sahələrində paylarının naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı ümumi mülkiyyətin mülkiyyətçilərinin paylarının naturada ayrılması, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Ca vabdeh və vəkili xxxnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)33/2020 nömrəli qətnaməsindən iddiaçılarİddiaçı2, İddiaçı1 və İddiaçı3, habelə vəkilləri Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən, paylı mülkiyyətlərində olan ünvan 1ndə yerləşən 0,2010 torpaq sahəsinin onların mülkiyyətlərində olan 3/4 hissəsinin cavabdehə məxsus 1/4 hissəsindən naturada ayrılması v ə onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 nömrəli qətnaməsi ilə (hakim A.A.İsmayılov) iddiа qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx xxxx 2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********50 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan ünvan 1ndə yerləşən 0,4119 ha kənd təsə rrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 3/4 hissə paylarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin xx xxxxxxxx 2018-ci il tarixli 8M-064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 1 və 2 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx xxxx 2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeyd iyyata alınmış, reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan ünvan 1ndə yerləşən 0,2010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 3/4 hissə paylarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin xx xxxxxxxx 2018-ci il tarixli 8M-064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 5 və 6 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə verilməsi, iddi anın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-33/2020 nömrəli qərarı ilə (hakimlər M.A.Əsədli – sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 nömrəli qətnaməsi ləğv edilmiş və yenidən qətnamə qəbul edilməklə, iddia ərizəsinin təmin edilməməsi qət etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, habelə vəkilləri Vəkil kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-33/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA Şİ KAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş, həmin məhkəmə tərəfindən mübahisəyə baxarkən yalnız ekspert rəylərinə əsaslanmış, lakin torpağın bölünməsinin mümkün olmamasına dair ekspert rəyi tədqiq edilməmişdir. Ekspert mütəxəssisin verdiyi rəyi təkrarlasa da, mütəxəssis birinci instansiya məhkəməsində torpaqların bölgüsünün mümkün olmasına dair rəy vermişdir. Məhkəmə mübahisəyə baxarkən eyni təşkilatın mütəxəssisinin eyni iş üzrə və eyni mübahisə üzrə müxtəlif rəy verməsinin səbəbini araşdırmamış, mütəxəssis tərəfindən verilmiş hansı rəylərin düzgün olduğunu aydınlaşdırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar və ya vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı2 və Cavabdeh keçmiş ər-arvad olmuş, onların birgə nikahından iki uşaq: hazırki iş üzrə digər iddiaçılar İddiaçı1 və İddiaçı3 doğulmuşlar. İddiaçı2 və Cavabdeh arasında olan nikah pozulmuşdur. Zaqatala rayonunda həyata keçirilmiş aqrar islahatı zamanı tərəflərin paylı mülkiyyətlərinə ünvan 1ndə yerləşən 0,4119 ha, 0,2010 ha və 0,0879 ha ölçüdə, hər birinin payı 1/4 hissə olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçılar hazırki iddia ilə həmin torpaqlarda onların birgə 3/4 paylarının cavabdehin 1/4 payından naturada ayrılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xx xxxxxxxx 2018-ci il tarixli, ŞM-064 nömrəli mütəxəssis rəyi alınmış və həmin rəydə göstərilmişdir ki, RX seriyalı ******* nömrəli Çıxarışla verilmiş 0,4119 ha pay torpaq sahəsinin və RX seriyalı ******* nömrəli Çıxarışla verilmiş 0,20 ha pay torpaq sahəsinin paylarının naturada ayrılması mümkündür. RX seriyalı ******* nömrəli Çıxarışla verilmiş 0,0879 ha pay torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh paylarının naturada ayrılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 64.1-64.2-ci maddələrinə əsaslanaraq, həmin mütəxəssis rəylərini sübut qismində qiymətləndirmiş və iddianı qismən təmin etmişdir. Cavabdehin apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi öz tə şəbbüsü ilə iş üzrə tikinti-texniki ekspertiza təyin etmiş və ekspertin xx xxxx 2019-cu il tarixli, 11528 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1313483, ******* və ******* saylı çıxarışlara əsasən ünvan 1ərazisində yerləşən 0,4119 ha, 0,0879 ha və 0,2010 ha pay torpaq sahəsinin 1/4 hissəsinə düşən sahənin müvafiq olaraq 0,103 ha, 0,022 ha və 0,005 ha təşkil etdiyi müəyyən olunur. Lakin ayrı-ayrı şəxslərə ayrılmış pay torpaq sahələrinin bölünməsi xüsusi bilik tələb etməyib, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat aparıla bilər ki, göstərilən fakt son nəticədə məhkəmə tə rəfindən qiymətləndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir. İş üzrə alınmış xx xxxxxx 2019-cu il tarixli, 20780 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala LTİ-nin mühəndisi xxx tərtib etdiyi mütəxəssis rəyinə əsasən Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış RX seriyalı 1313483, ******* və ******* nömrəli Çıxarışlarda göstərilən ölçülər və cavabdehin naturda istifadə etdiyi torpaq sahələrinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxem 1, 2, 3-də göstərilmişdir. Torpaq sahələrinin 1/4 hissə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi məhz ekspertin həmin rəyini əsas götürməklə, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın tam rədd olunması üçün yeni qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə mövqeyi ilə razılaşmır və ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəf indən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payı n ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçıların mülkiyyətlərində olan, hazırda mübahisə predmetinə çevrilmiş torpaq sahələrinə dair hüquqları qanunla qorunur və onların paylarının naturada ayrılmasını tələb etmək hüquqları vardır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanınd a Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin rəisi İlkin Süleymanov və həmin İdarənin mühəndisi Eldar Həsilov tərəfindən tərtib olunmuş mütəxəssis rəyi ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış əlavə məhkəmə tikintitexniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyin təsviri hissəsindən isə müəyyən olunur ki, həmin rəy Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli məktubla göndərilmiş həmin Xidmətin Zaqatala LTİ-nin mühəndisi xxx tərtib etdiyi mütəxəssis rəyinə və həmin rəyə əlavə edilmiş sxemlərə istinad etmişdir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş q aydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi ekspertin xx xxxxxx 2019-cu il tarixli, 20780 saylı rəyini qətnamənin qəbul edilməsi zamanı əsas sübut qismində qiymətləndirərkən işdə eyni orqanın müxtəlif idarələri tərəfindən verilmiş iki mütəxəssis rəyində gəlmiş nəticələrin fərqli olmasını, eyni zamanda ekspert rəyində istinad edilmiş mütəxəssis rəyinin iş materiallarına əlavə olunmamasını və ekspert rəyindən torpaqların naturada ayrılmasının mümkünsüzlüyünü n əsaslandırılmamasını nəzərə almamış və işdə olan sübutlara Azərbaycan Respublikası MPM-in 88 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, həm ekspertizanın təyin edilməsinə dair apelyasiya instansiyası məhkəməsinin qərardadında, həm də müvafiq olaraq ekspert rəyində iddiada irəli sürülmüş tələblərdən kənara çıxılmışdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, 3 nəfər olan iddiaçılar onların paylı mülkiyyətlərində olan torpağın özlərinə aid olan 3/4 hissəsinin cavabdehin 1/4 hissəsindən ayrılmasını xahiş etmişlər. Lakin ekspert onun qarşısında qoyulmuş suallara əsasən tərəflərin hər birinin 1/4 hissəsinin naturada ayrılmasının mümkünlüyünü araşdırmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə alınmış əlavə məhkəmə tikinti-texniki eksperti zasının rəyi kifayət qədər əsaslandırılmadığından, həmin rəydə göstərilən mütəxəssis rəyi işə materiallarına əlavə edilmədiyindən, habelə həmin rəy işdə olan digər sübutlarla ziddiyyət təşkil etdiyindən və həmin ziddiyətin səbəbi müəyyən olunmadığından, bu halların mövcudluğunun iş üzrə maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxara biləcəyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, əlavə araşdırma zamanı yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində araşdırma aparılmaqla, o cümlədən təkrar ekspertizanın keçirilməsi məsələsi müzakirə olunmaqla iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Göstərilənlərə əsas ən və Azərbaycan Respublikası MPM-in 416-419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, habelə vəkilləri Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-33/2020 nömrəli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3201/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3201/2020
04.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver