Məhkəmə qərarları › İş №2(102)-3203/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3203/2022

14.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3203/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “”OYES” yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi pulun və yanacaq doldurma məntəqəsindən əldə etdiyi qazancın ½ hissəsinin alınması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh əmisidir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Lənkəran rayonu, Şirinsu kəndində yerləşən sahəsi 27.6 kv.m, kateqoriyası – sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, torpaq sahəsinin ölçüsü 0.04 ha olan xüsusi mülkiyyət (qeyri-yaşayış binası) xx.xx.2019-cu il tarixdə, ********** nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

3. İddiaçı həmin qeyri-yaşayış binasının onun vəsaiti hesabına tikilməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbində dəqiqləşdirmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “OYES” yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi 60000 manat pulun və Cavabdeh dörd il ərzində “OYES” yanacaq doldurma məntəqəsindən əldə etdiyi qazancın ½ hissəsinin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə Lənkəran rayonun Liman şəhərində olan yanacaq doldurma məntəqəsini özəlləşdirməyə qərar vermiş, məntəqəni Liman şəhərində yaşayan qardaşı oğlunun – cavabdehin adına özəlləşdirmişdir. 2016-cı ilin dekabrında müasir qaydada tikilmiş yanacaq doldurma məntəqəsi işə başlamışdır. Özəlləşdir mə daxil bütün haqları iddiaçı ödəmişdir. Cavabdeh 4 il məntəqəni oğlu ilə birlikdə işlədib. Cavabdeh iddiaçıya beş ay gəlirlər kimi cəmi 2600 manat pul ödəmiş, bundan başqa bu illər ərzində iddiaçıya heç bir ödəniş etməmişdir. Obyekt qardaşı oğlunun adına olduğundan heç bir tədbir görə bilmir. Cavabdeh 4 il ərzində 2160 tondan artıq yanacaq satmışdır. Bu isə hər ay 45 ton yanacaq deməkdir. Həmin YDM-ə köhnə vaxtında 5950 manat pul xərcləmişdir. Cavabdeh 2017-ci ildə öz əlyazması ilə “OYES” YDM yenidən tikilməsinə iddiaçının 43989 manat pul xərclədiyini qeyd etmişdir. 4 il ərzində məntəqədə 46800 AZN gəlir əldə edilmişdir. İddiaçı cavabdehdən məntəqəni satıb, pulunu verməyi tələb etsə də, cavabdeh bunu könüllü etməkdən imtina edir.

6. Cavabdeh məhkəmə iclasında ərizə verərək bildirmişdir k i, “OYES” YDM-nin əmisi İddiaçı 1/2 hissəsinin verilməsinə etiraz etmir. O, obyekti əmisi ilə tam şərik işlədir. Obyektin tikintisinə o, əmisindən 43.989 manat məbləğində pul almış və tikintiyə sərf etmişdir. 4 il ərzində əldə etdiyi gəlirdən əmisi 2600 manat məbləğində pul götürmüşdür. O, həmin məbləğdən başqa əmisinə pul verməmişdir.

7. X1 birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun əmisidir. Cavabdeh isə onun qardaşıdır. Lənkəran rayonu Liman şəhərində yanacaq doldurma məntəqələri özəlləşməyə çıxarılmışdır. Bütün sənədləşmə işləri İddiaçı tərəfindən qaydaya salınmışdır. Həmin yanacaq doldurma məntəqəsi 2016-ci ildən fəaliyyət göstərir. «OYES» yanacaq doldurma məntəqəsinin Cavabdeh adına qeydə alınmasının səbəbi əmisinin ona etibar etməsi və böyük qar daşının böyük oğlu kimi gələcəkdə nəsilə ağsaqqallıq etmək istəməsi ilə əlaqədar olmuşdur. «OYES» yanacaqdoldurma məntəqəsi 2016-cı ildə fəaliyyətə başlayandan sonra Sehran İddiaçıyevlə ancaq əldə olunmuş qazanca şərik olmalı idi. Lakin Cavabdeh qazandığı puldan İddiaçı vermədiyinə görə aralarında narazılıqlar olmuşdur.

8. X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, uzun müddətdir iddiaçını tanıyır. Uşaqlıqdan bir yerdə böyümüşlər. Demək olar ki, onun bütün işlərində özü şəxsən iştirak etmişdir. Lənkəran rayonu Liman şəhərində «OYES» yanacaq doldurma məntəqəsinin tikilməsini və maliyyə təminatını iddiaçı qoymuşdur. Belə ki, həmin sahəyə çınqıl, adi qumun və tikinti materialların ora daşınmasında İddiaçı tapşırığı əsasında köməklik etmişdir. Həmin qum, çınqıl və tikintini mat eriallarının pulları İddiaçı tərəfindən verilmişdir. Dəfələrə onun iştirakı ilə X5 görüşüb tikintiyə aid pulları vermişdir. Həmin yanacaqdoldurma məntəqəsi 2016-ci ildən fəaliyyət göstərir. «OYES» yanacaq doldurma məntəqəsinin Cavabdeh adına qeydə alınmasının səbəbi onun qardaşının böyük oğlu olması olmuşdur. «OYES» yanacaqdoldurma məntəqəsi 2016-ci ildə fəaliyyətə başlayandan sonra Sehran İddiaçıyevlə ancaq qazanca şərik olmuşdur. Lakin, Cavabdeh qazandığı puldan İddiaçı vermədiyindən aralarında narazılıq olmuşdur.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2021-ci il tarixli, **********694500 nömrəli məlumatına əsasən, vergi ödəyicisi Cavabdeh (VÖEN **********) tərəfindən təqdim edilmiş gəlir vergisi bə yannamələrinin surətlərinin və vergi ödəmələri barədə məlumatın verilməsi barədə məktubuna baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Cavabdeh (VÖEN **********) tərəfindən 1 yanvar 2016-cı il tarixdən 31 mart 2021-ci il tarixədək olan dövrdə dövlət büdcəsinə ümumilikdə 31825.6 manat vergi ödəmələri və digər ödənişlər həyata keçirilmişdir.

10. Lənkəran Rayon Məhkəməsinin 2(049)-778/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-nə havalə edilmişdir. 11. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli auditor hesabatına əsasən, fiziki şəxs “OYES” YDM-in sahibi Cavabdeh 2017-ci ildə 26891.07 manat, 2018-ci ildə 6914.24 manat, 2019-cu ildə 729.33 manat, 2020-ci ildə 5247.60 manat, beləliklə 45782.24 manat mə bləğində təmiz mənfəəti, yəni qazancı olmuşdur. Liman şəhər sakini fiziki şəxs Cavabdeh Mustafa oğluna məxsus “OYES” YDM tikilisi-kompleksinin bazar qiymətinin 73.215 AZN məbləğində olması "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

12. Lənkəran Rayon Məhkəməsinin 2(049)-778/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia qismən təmin edilmiş, İddiaçı “OYES” yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi 43989 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh dörd il ərzində “OYES” yanacaq doldurma məntəqəsindən əldə etdiyi 45782,24 manat pul məbləğində qazancdan 14791 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin icrasının Lən kəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qət edilmişdir.

13. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara əsasən işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus “OYES” YDM-ni qardaşı oğlu Cavabdeh adına rəsmiləşdirilməsi ilə bağlı aralarında şifahi razılığa gəlmişlər. Cavabdeh İddiaçı yanacaqdoldurma məntəqəsini inşa etməsi üçün ona 43,989 manat məbləğində pul verməsinə baxmayaraq həmin məbləğ iddiaçıya qaytarılmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdə “OYES” YDM-nin tikintisi üçün 60000 manat məbləğində pul verdiyini bildirsə də, həmin məbləğin cavabdehə ver ilməsini təqdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, onun tərəfindən irəli sürüldüyünə görə həmin hallarla bağlı sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. Bundan başqa, məhkəmə hesab etmişdir ki, dörd ilə ərzində “OYES” yanacaq doldurma məntəqəsindən əldə etdiyi ******* manat məbləğində təmiz mənfəət, yəni qazanc əldə etdiyindən həmin məbləğdən 14791 manat cavabdehin xeyrinə tutulmalıdır.

15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 385, 425, 442, 445.1, 739.1, Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şirvan Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-778/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, çəkilən xərcə görə 43.989 manat və dörd il ərzində “OYES” yanacaq doldurma məntəqəsindən əldə edilən qazanca görə 14791 manat pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətləri düzgün müəyyənləşdirməmiş, maddi və pros essual hüquq normalarını pozmuşdur. Belə ki, onlar arasında olan münasibət borc münasibəti kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri təşkil edir.

19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin əvəzinə ödədiyi pul məbləğini, eləcə də əldə edilənlərdən götürülən faydaya görə pul məbləği tələb etməkdə haqlıdır.

20. Cavabdeh etirafında yanacaqdoldurma məntəqəsinin işləməsi üçün iddiaçıdan 43.989 manat məbləğində pul aldığını etiraf etmiş, dörd ilə ərzində həmin yanacaqdoldurma məntəqəsindən əldə etdiyi qazancdan iddiaçıya 2600 manat məbləğində puldan başqa hər hansı bir məbləğ ödəmədiyini bildirmişdir. Bununla yanaşı, Kollegiya onu da qeyd etmişdir ki, iş üzrə dindirilmiş ş ahidlər yanacaqdoldurma məntəqəsinə iddiaçı tərəfindən Cavabdeh əvəzinə xərc çəkildiyini təsdiq etmişlər.

21. İddiaçı “OYES” YDM-nin tikntisi üçün 60000 manat məbləğində pul verdiyini bildirsə də, həmin məbləğin cavabdehə verilməsini təqdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə, əsassız varlanma kimi müəyyən edilən 43.989 manat pulun tutulması apellyasiya kollegiyası tərəfindən mahiyyətcə doğru hesab edilmişdir.

22. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin “OYES” yanacaq doldurma məntəqəsindən əldə etdiyi 45782,24 manat məbləğində təmiz mənfəət, yəni qazanc əldə etdiyindən həmin məbləğdən 14.791 manat cavabdehin xeyrinə tutulması barədə qənaəti ilə razılaşmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1091, 1092, Mülki Prosessual Məcəllənin 106.3, 220.4, 382, 384.0.2, 385-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki:

1. Tərəflər arasında şifahi müqavilə olduğunu nəzərə almayan apellyasiya instansiyası məhkəməsi bu hal üzrə əsassız varlanma qənaətinə gələrək səhvə yol vermiş və düzgün hüquqi mövqe tutmamışdır. Bundan əlavə, hətta apellyasiya məhkəməsinin əsassız varlanma barədə qənaəti ilə razılaşılsa belə, məhkəmə iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ ilə bağlı qanunla müəyyən edilmiş iki illik kəsici iddia müddətinin ötürdüyünü nəzərə almamaqla pozuntuya yol vermişdir. Belə ki, iddiaçının tələbi 4 il ərzində yanacaq doldurma məntəqəsindən əldə olunan mənfəətin ona çatan hissəsinin qaytarılması barədədir. Ona görə də, iddiaçı müvafiq tələblə bağlı qanunvericiliyin müəyyən etdiyi müddəti buraxmaqla məhkəmədə iddia qaldırmışdır. Apellyasiya məhkəməsi həmin hala hüquqi qiymət verməmiş və onu əsaslandırmamışdır.

2. Hazırki mübahisə yanacaq doldurma məntəqəsinin istismarı nəticəsində sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, həmçinin, iddia tələbi ilə sahibkarlıq fəaliyyəti arasında bağlılıq olduğundan, hazırki mülki iş kommersiya mübahisələrinə aiddir. İş üzrə tərəflər arasındakı mübahisə sahibkarlıq fəali yyətinin həyata keçirilməsi üzrə yaranmış münasibətlərdən irəli gəldiyindən, məhkəmə aidiyyəti qaydaları pozulmuşdur.

3. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni audit hesabatı ilə əsaslandırmış, bununla bağlı ekspert rəyi almamışdır. "xxxx" MMC-nin xüsusi lisenziyası olmadığına görə, onun verdiyi rəy ekspert rəyi kimi deyil, yalnız mütəxəssis rəyi kimi nəzərə alına bilər. Odur ki, həmin MMC-nin audit rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla da, apellyasiya instansiyası məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir.

26. Kassasiya şikayətində Mülki Məcəllənin 329.2, 329.3, 329.4, 377.1, 1091.1, 1091.2, 1095 və Mülki Prosessual Məcəllənin 1.1, 24.2, 24.3, 26.1, 88, 217.4-ci maddələrinə istinad edilmişdir. b)

27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilm əsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1, 1092.1.1 və 1092.1.2. Varlanmış şəxs ə ldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.1. Maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassatorun “apellyasiya məhkəməsinin əsassız varlanma barədə qənaəti ilə razılaşılsa belə, məhkəmə iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ ilə bağlı qanunla mü əyyən edilmiş iki illik kəsici iddia müddətinin ötürdüyünü nəzərə almamaqla pozuntuya yol vermişdir” dəlili ilə bağlı məhəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

40. İddiaçı bu iddia müddətinin tərbiq olunması üçün birinci instansiya məhkəməsinə vəsatət verməmişdir.

41. Hazırki mübahisənin yanacaq doldurma məntəqəsinin istismarı nəticəsində sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, həmçinin, iddia tələbi ilə sahibkarlıq fəaliyyəti arasında bağlılıq olduğundan mübahisəyə kommersiya məhk əməsində baxılmalı olması barədə dəlil də əsasszıdır. Çünki «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 Sentyabr 2020-ci il tarixli Qərarının 27-ci bəndinə görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mə nfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.

42. İddiaçının yanacaq materiallarının satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatında olması iş materialları ilə müəyyən olunmur. Buna görə də tərəflə rin arasında yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olması barədə dəlili əsassızdır.

43. Məhkəmənin iş üzrə gəldiyi nəticəni audit hesabatı ilə əsaslandırması, bununla bağlı ekspert rəyi almaması, "xxxx" MMC-nin xüsusi lisenziyası olmadığına görə, onun verdiyi rəyin ekspert rəyi kimi deyil, yalnız mütəxəssis rəyi kimi nəzərə alına bilməsi barədə kassatorun dəlilləri də qətnamənin ləğvinə əsas vermir. Çünki "xxxx" MMC-nin rəyi ilə müəyyən olunmuş əsas fakt (fiziki şəxs “OYES” YDM-in sahibi Cavabdeh 2017-ci ildə 26891.07 manat, 2018-ci ildə 6914.24 manat, 2019-cu ildə 729.33 manat, 2020-ci ildə 5247.60 manat, beləliklə 45782.24 manat məbləğində təmiz mənfəəti, yəni qazancı olması) cavabdeh tərəfindən mübahisələndirilmir. "xxxx" MMC-nin qanunla müəyyən olunmuş audit fəaliyyəti ilə mə şğul olması da mübahisələndirilmir. Məhkəmənin işin düzgün həlli ilə bağlı ekspert və ya mütəxəssis rəyindən istifadə etməli olması məhkəmənin mülahizəsi ilə həll olunur. Cavabdeh audit rəyi ilə gəlinən nəticənin səhv olması barədə hər hansı ağlabatan dəlil irəli sürməmiş, yalnız formal əsaslarla rəyə etiraz etmişdir. Audit rəyi isə cavabdehin özünün təqdim etdiyi dövriyyə sənədləri (vergi bəyannamələrində əksini tapmış məlumatlar) əsasında həyata keçirilmiş, yalnız cavabdehin təqdim etdiyi sübutlara istinad olunmuşdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nət icə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar