Məhkəmə qərarları › İş №2(102)-3204/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3204/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Mənzil müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3204/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satş qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(1 05)-103/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayətişikayətinə dair işə 22 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər) müştərək qaydada xx.xx.2012-ci il tarixli, 03R000019647 saylı Kredit Razılaşması üzrə 2752,85 ABŞ dolları məbləğində kredit borcu, 481,74 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3284,59 ABŞ dolları məbləğində borc; 2. 26.04.2013-cü il tarixli 03R000021851 saylı Kredit Razılaşması üzrə 1564,32 ABŞ dolları məbləğində kredit borcu, 309,47 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1923,79 ABŞ dolları məbləğində borc; 3. 28.11.2014-ci il tarixli, 003R********** saylı Kredit Razılaşması üzrə 41303,25 ABŞ dolları məbləğində kredit borcu, 6153,12 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47556,37 ABŞ dolları məbləğində borc; 4. 09.10.2015-ci il tarixli, 003R********** saylı Kredit Razılaşması üzrə 18733,35 ABŞ dolları məbləğində kredit borcu, 2871,21 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21704,56 (iyirmi bir min yeddi yüz dörd dollar əlli altı sent) ABŞ dolları məbləğində borc; Ümumilikdə dörd Kredit Razılaşması üzrə cəmi 74469,31 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbayca n Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) (bundan sonra iddiaçı) xeyrinə tutulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)232/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır.

6. Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5753/2021 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır.

7. İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi 0,1 ha torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılması qeyd olunmaqla tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş edimişdir.

8. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201,1 1 kv metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

9. İddiaçı ilə X2 arasında xx.xx.2011-ci il tarixli, 03M000000947 nömrəli İpoteka müqaviləsinə əsasən, X2 öz mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi, 0,1 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 124,27 kv metr yaşayış sahəsi, 76,84 kv metr yardımçı sahə, 201,11 kv metr ümumi sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 37 nömrəli fərdi yaşayış evi iddiaçı ilə X2 arasında 27 aprel 2009-cu il tarixli 03L000002801 saylı Kredit Xətti Müqaviləsi (bundan sonra «Kredit Xətti Müqaviləsi») və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması» və « Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir.

10. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 95688 (doxsan beş min altı yüz səksən səkkiz yeni manat) manat. 11. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatına əsasən, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0,1 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin bazar dəyəri 400000 (dörd yüz min) manat, likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 300 (üç yüz) manat) İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı cavabdeh lərə qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ Dolları 31 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sah əsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evi iddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X3 nota riat kontoruna ərizə təqdim edərək həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə və satıldıqda onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür.

14. Cavabdehlərin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddia tələbi birtərəfli maraqlar əsasında yazılmışdır. İş üzrə alınmış mütəxəssis rəyləri arasında ziddiyyət vardır. 15. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0,1 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin bazar dəyəri 400000 (dörd yüz min) manat, likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 3 00 (üç yüz) manat) 16. “X6” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə Hesabatından görünür ki, X1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0,1 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin likvid dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 350 (üç yüz əlli) manat)

17. İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 210000 (iki yüz on min) manat, likvid dəyəri 180000 (yüz səksən min) manat təşkil edir. (Qiymətləndirmə işinə görə öd əniləcək xidmət haqqı cəmi: 300 (üç yüz) manat)

18. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 4 aprel 2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsi ilə, (hakim C.İ.Səfiyeva) iddia təmin edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ dolları 31 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətin də olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcu ödənilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 180000 manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək 960 manat məhkəmə xərci İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi üzrə nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 95688 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatında bazar dəyəri 400000 manat, likvid dəyəri 320000 manat, “X6” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə Hesabatında likvid dəyəri 280000 manat, İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatda xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 210000 manat, likvid dəyəri 180000 manat müəyyən edi lsə də, ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 95688 manat müəyyən edilməsi və ipoteka müqaviləsinin bağlandığı 27 yanvar 2011-ci il tarixdən ötən müddət ərzində əmlakın bazar dəyərinin artaraq dəyişməsi nəzərə alaraq "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatda göstərilən 180000 likvid dəyəri daha inandırıcıdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317, 319.1 və 319.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 59.3 və 59.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat:

12. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-130/2023 saylı qətnaməsini ləğv edib, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 320.000 (üç yüz iyirmi min) manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş məhkəmədə baxılarkən əmlakın qiymətləndirilməsi barədə fərqli məbləğlərdə bir mütəxəssis rəyinin olmasına baxmayaraq işə baxan məhkəmə həmin fərqli rəylərə hüquqi qiymət verməyərək iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilm əsi barədə xx.xx.2023- cü il tarixli rəyinə əsaslanaraq evinin likvid dəyəri 180000 manat müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. İlkin qiymətləndirmə rəyi ilə evin likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat, digər “X6” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə rəyinə əsasən evin likvid dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edildiyi halda işə baxan məhkəmə yuxarıda qeyd edildiyi kimi hansı ki, evin ucuz qiymətləndirilib satılmasında marağı olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək əvvəlki qiymətləndirmə rəyindən 140000 manat aşağı qiymətə evin likvid dəyərini müəyyən edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmış dır. Hazırkı mübahisəli mənzilin real qiyməti 350000-400000 manat arasında dəyişir. Göründüyü kimi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ilkin qiymətlədirmə rəyinə əsasən də evin bazar dəyəri 400000 manat, likvid dəyəri 320000 manat müəyyən edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər – L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K. Dəmirov və F.Ə.Məmmədov) qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmənin mövqeyinə əsasən, apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı ipoteka predmetinin likvid dəyə rini müəyyən edilməsi üçün ekpertizanın keçirilməsinə dair qərardad qəbul edilmiş, lakin cavabdehlər tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır, qərardadın icrası mümkünsüz olmuşdur. İş üzrə mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspert rəyi əhəmiyyətli sübut olduğundan, cavabdehlər tərəfindən ekspertizanın keçirilməsi üçün şərait yaradılmadığından, nəticədə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsinə maneə törədildiyindən, apellyasiya şikayəti təmin edilməməlidir, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1., 739, 442, 445.2.1, 448.1 və 448.2.-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respubli kası Qanununun 1.0.9, 33, 34.1.1 və 39.3.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 80, 88, 97.5, 217.1, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (və onun vəkili Vəkil) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-103/2024 saylı qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apellyasiya inistansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh kassasiya şikayətini belə əsaslandırmışdır ki, iş məhkəmədə baxılarkən əmlakın qiymətləndirilməsi barədə fərqli məbləğlərdə mütəxəssis rəyinin olmasına baxmayaraq məhkəmə həmin fərqli rəylərə hüquqi qiymət verməyərək, evin real dəyərindən daha ucuz qiymətləndirilməsində marağı olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olduğu "xxxx" MMC tərəfindən verilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli rəyinə əsaslanaraq evinin likvid dəyərinin 180000 manat müəyyən edilməsi barədə qətnamə çıxarmışdır və apellyasiya məhkəməsidə güya təkrar ekspertizanın keçirilməsi üçün cavabdeh olaraq biz əmlak ekspertə təqdim edilmədiyi üçün iddiaçının maraqlarına xidmət edən ekspert rəyi ilə razılaşmış və nəticədə bizim mülkiyyət hüquqlarımızı məhdudlaşdıracaq qətnamə çıxarmışdır. İlkin qiymətləndirmə rəyi ilə evin likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edildiyi halda sonuncu mütəxəssis rəyi ilə 1 80000 manat müəyyən edilməsi və işə baxan məhkəmə sonuncu qiymətləndirmə rəyinə əsaslanaraq evin dəyərinin kəskin şəkildə mütəxəssis tərəfindən azaldırlmasının səbəblərini araşdırmadan sonuncu rəylə razılaşmasını əsassız və qanunsuz hesab edilməlidir. Keçirilən məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi bildirişlər göndərilməmişdir və nəticədə apellyasiya instansiya məhkəməsi cavabdehin müdafiə hüququnu pozmuş və prosesin çəkişmə prinsipini təmin etməmişdir.

19. Cavabdeh kassasiya şikayətinin əsası kimi, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə və Azərbaycan Respubikasının MülkiProsessual Məcəllənin 9.1, 9.3, 14.1 və 97.5-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə etiraz ilə məhkəm əyə müraciət edərək, kassasiya şikayətinin tam əsassız olduğundan təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-103/2024 nömrəli qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştir akçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilmə yibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

27. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

28. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetin ə tutmanın yönəldilməsi hüququnu yaradır.

29. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəy yən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri:

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qi ymətləndirməyə zərurət görmür.

44. Apellyasiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini iddiaçı tərəfin təqdim etdiyi rəyə əsasən müəyyən etmişdir. Həmin maddəyə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq ol unmuş və yaxud rədd edilmiş hesab edə bilər.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-103/2024 nömrəli iş üzrə 1 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar