Məhkəmə qərarları › İş №2(102)-3207/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3207/2023

25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3207/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağ evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 22 ünvandan əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan ünvan onun mülkiyyətində olmaqla xx.xx.2012-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin evdə onun həyat yoldaşı X4 vəfatından sonra onun dostu kimi cava bdeh evdə müvəqqəti yaşamaq üçün razılıq istəmiş, mərhum həyat yoldaşının dostu olduğundan müvafiq olaraq mənzili sonuncuya müvəqqəti yaşamaq üçün vermişdir. 2016-cı ilin sentyabr ayından cavabdeh həmin ünvanda yaşamağa başlamışdır. Sonuncu ilə razılaşmalarına əsasən o, kirayə pulu verməli idi, lakin cavabdeh yaşadığı müddətdə hər hansı məbləğdə vəsaiti bu günədək ödəməmişdir. Bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymayaraq, həmin evdə yaşamağa davam etmiş, hətta sonradan iddiaçının oğlunu mülkiyyətində olan evə buraxmayaraq, onu evdən qovmuşdur. Hətta iddiaçının bildiyinə görə cavabdeh həmin ünvanda yaşamır və başqa bir şəxsin sahibliyinə vermişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iddia tələbinin rədd olunmasını xahiş edərək bildir mişdir ki, iddiaçı və onun mərhum əri ilə onun dostluq münasibəti olmuşdur. İddiaçının əri öləndən sonra iddiaçı ona müraciət edərək bildirmişdir ki, bağ evinin əsaslı təmirə ehtiyacı var, lakin onun buna imkanı yoxdur. İddiaçı həmin evin cavabdehin hesabına abadlaşdırmasını təklif etmiş və bunun müqabilində həmin evdə 10 il ərzində yaşamağı təklif etmişdir. Cavabdeh evin abadlaşdırma işələrinə təxminən 30000 manata yaxın pul vəsaiti xərcləmiş, hətta iddiaçıya evə dair çıxarışın alınmasında kömək etmişdir. Lakin iddiaçı altı il yaşadıqdan sonra hazırki iddianı verilmişdir. Qalan dörd ilin pulu ona qaytarıldığı halda o, həmin evdən çıxar.

5. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, cavabdeh və iddiaçının mərhum əri ilə dost olmuşlar. Özü ustadır, 2015-ci ild ə mübahisəli bağ sahəsini təmir etmişdir. Bağ evinin əsaslı təmirə ehtiyacı vardı, lakin iddiaçının oranı təmir etməyə imkanı omadığı üçün cavabdehə oranın sonuncunun hesabına bərpa edilməsini təklif etmiş və bunun müqabilində ona həmin evdə 10 il ərzində yaşamağı icazə vermişdir. Cavabdeh təmirə 25.000 manatdan çox pul xərcləmişdir. Eyni zamanda cavabdeh iddiaçıya bağ evinin sənədləşdirilməsində də köməklik göstərmişdir.

6. Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin e-2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli bağ evinə olan hüququnu təsdiq etmişdir və cavabdeh həmin evdən çıxarılmalıdır. Cavabdehlə iddiaçının arasında 10 il ərzində evin abadlaşdırılma sı müqabilində orada yaşamağa icazə verilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə şahid X2 ifadəsinə qiymət verərək bildirmişdir ki, şahid cavabdehin dostu olduğundan, onun ifadəsi səmimi qəbul edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 165.1-ci maddələrinə, «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsin in ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin mərhum dostu X5 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi iddiaçının atasından miras əmlak kimi qalmış və cavabdehin köməkliyi ilə iddiaçının adına rəsmiləşdirilərək çıxarış alınmışdır. Cavabdeh 2014-cü ildə öz evini satdığına görə iddiaçı ilə qarşılıqlı razılaşma əsasında ona məxsus bağ evinin 1 otağını öz hesabına təmir etdirmək müqabilində 10 il müddətində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahi razılığa gəlmişlər. Bu razılaşma X6 və X7 iştirakları və şahidliyi ilə əldə edilmişdir. Həmin bağ evinin bir otağını və həyətini ca vabdeh öz hesabına təmir, yeni mətbəx və sanitariya qovşağı, qaraj, su və kanalizasiya xətlərini inşa etdirərək 2016-cı ildən indiyə kimi orada yaşayır. Cavabdeh tərəfindən evin təmirinə və tikintisinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərclənmişdir. Həmin evin elektrik işlərini usta X8, santexnik, dam, su quyusu, su anbarı, kafel, metlax, suvarma, divar kağızı və sair işlərini isə X6 işləmişdir. Tikinti materiallarını və lazımi avadanlıqları ustalar almış, pulunu isə cavabdeh vermişdir. Həmin evə mətbəx və yataq mebeli, istilik sistemi, hava və mətbəx soyuducularını, paltaryuyan, qaz pilitəsi, qaz sobası, aspirator, hava təmizləyicisi kimi avadanlıqlar da cavabdeh tərəfindən alınmışdır. Qarşılıqlı razılaşmaya əsasən evin təmirinə xərclənmiş pul vəsaiti kirayə haqqı kim i hesablanmalı və cavabdeh bunun müqabilində mübahisəli evdə 10 il müddətində yaşamalı idi. Evi iddiaçının adına sənədləşdirdikdən və mənzilə mülkiyyət hüququnun tanınması barədə iddiaçının adına DƏDRX-dən çıxarış alındıqdan sonra isə cavabdeh tərəfindən vaxtından əvvəl mənzildən çıxarılma barədə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şahid X1 dostu olmasını qeyd edib, əsassız olaraq onun ifadəsini iş üzrə sübut kimi qəbul etməmiş, digər şahidləri, o cümlədən usta X7 dindirilməsindən ümumiyyətlə imtina etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (M.Rüstəmli (sədrliyi və məruzəsi ilə), hakimlər V.Sadıqov və A.İskəndərovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh onunla iddiaçı arasında 10 il ərzində evin abadlaşdırılması müqabilində orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətində olan bağ evindən istifadə etmək, orada yaşamaq üçün hər hansı qanuni və ya müqavilə əsasının mövcudluğu iş materialları ilə müəyyən edilmir. Bundan başqa, hazırda iş üzrə cavabdeh iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının mülkiyyətində olan bağ evinə çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb etmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 165.1-ci maddələrinə, «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

19. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır.

21. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutul masa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan su i-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcə llədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak e dən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.

38. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehl ər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

39. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

40. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bi lər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

41. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçü n təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

42. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

43. Evdən 2016-cı ildən 2026-cı ilədək iddiaçı ilə razılaşdığı barədə cavabdehin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, lakin iddiaçının cavabdehlə bu cür razılaşması sübut olunmadığına görə onun də lilləri qəbul edilməmişdir. Evin təmir edilməsinə xərc çəkildiyinə dair cavabdehin dəlilləri də onun evdən istifadə hüququnun yaranması ilə nəticələnmədiyinə və gəlinən nəticəyə təsir etmədiyinə görə həqiqətən də cavabdeh tərəfindən təmir işlərinin görülüb-görülmədiyini araşdırmağa zərurət olmamışdır.

44. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)2677/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar