Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3210/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh4 (üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisi) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: eyni əşyaya dair bir neçə kreditorla müqavilə bağlanması, alqı-satqı müqaviləsi (əqdin qanunda nəzərdə tutulmuş forma şərtinə uyğun olmaması), əhəmiyyətsiz əqdlər (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi), sübutların qiymətləndirilməsi, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurmə mmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh4 (üçüncü şəxs Bakı şəhəri 43 saylı Notariat ofisi) müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)537/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəlləsində inşa olunan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı və “B” giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv metr olan 2 otaqdan ibarət 42 saylı mənzillərə dair "xxxx" MMC-nin direktoru X6 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilələr bağlanmışdır. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir.
2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı və “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv metr olan 2 otaqdan ibarət 42 saylı mənzillərə dair "xxxx" MMC-nin direktoru X6 ilə Cavabdeh3 Cəmaləddin oğlu arasında xx.xx.2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilələri bağlanmış və mənzillərin dəyəri Cavabdeh3 tərəfindən tam ödənilmiş, bu barədə sonuncuya maliyyə araışları verilmişdir. 3. "xxxx" MMC-nin direktoru X1 rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı mənzili xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi ilə Cavabdeh4 60000 manata satmış və mənzilin dəyəri sonuncu tərəfindən tam ödənilmişdir.
4. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 ünvan 1 ünvanında inşa edilən “V” girişli, 8-ci yaşayış məntəqəsində 3 otaqlı ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı mənzilin gələcəkdə 60000 manata satılması barədə razılığa gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 25 aprel 2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilələrə əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv metr olan 2 otaqlı 42 saylı mənzilinin və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv metr olan 3 otaqlı 45 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələ bini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o dəfələrlə cavabdehlərə müqavilə şərtlərinə uyğun olaraq mənzillərin ona təhvil verilməsini tələb etsə də, cavabdehlər indiyədək mənzilləri təhvil verməmiş və bununla bağlı müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki cavabdeh MMC ilə aralarında bağlanmış hər iki müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, MMC mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarını həyata keçirmək imkanlarından məhrum olmuşdur. Ona görə də məhkəmədə hazırkı iddia tələbləri ilə müraciət etməyə məcbur olmuşdur.
7. Cavabdeh "xxxx" MT K tərəfindən məhkəmənin 23 iyun 2023-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 18 yanvar 2014-cü il tarixdə MTK (sədr Nümayəndə3) ilə Cavabdeh1 MMC (direktor X6) arasında bağlanmış podrat müqaviləsinə əsasən, MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qalubiyyə) küçəsindəı 21-ci məhəllə ünvanında olan torpaq sahəsində layihə əsasında 12 mərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin MMC tərəfindən tikilməsi və istifadəyə təhvil verilməsi razılaşdırılmışdır. Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən Podratçı MMC sifarişçi MTK-nın ona təqdim etdiyi layihə sənədləri əsasında 5 girişli 12 mərətəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, abadlıq və kommunikasiya işlərini öz vəsaiti hesabına həyata keçirir, bunun mıiqabiləndə sifarişçi tikinti üçün ö z mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, torpaq üzərində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50 faizini podratçıya verir. Podrat müqaviləsinin 2.4-ci bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50 faiz) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş hər iki tərəfin təsdiq etdiyi dislokasiya (cədvəl) bölgüsü əsasında ayrı-ayrılıqda aparır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri MTK-da lazımı qaydada təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. Məktubda qeyd olunan B girişindəki 42 nömrəli, V girişindəki 45 nömrəli mənzillər bölgüyə əsasən MMC tərəfindən satılması nəzərdə tutulub. Həmin mənzillərin İddiaçı satılması barədə nə MMC, nə də İddiaçı MTK-ya heç bir məlumat verməmişdir. Lakin 2023-cü ilin may-iyun ayları ərəfəsində İddiaçı qardaşı Ramil Abdullayev "xxxx" MTK-ya müraciət edərək, qeyd olunan mənzilləri 2014-cü ildə MMC-dən qardaşı İddiaçı adına almasını bildirmişdir. Hal-hazırda 42 nömrəli mənzil boşdur, 45 nömrəli mənzil isə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına MMC-nin direktoru X3 tərəfindən rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixli Podrat müqaviləsinin surətinə əsasən, Abşeron rayon İcra hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qolubiyya) küçəsində 21-ci məhəllə ərazisind ə təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin MMC tərəfindən tikilməsi və istifadəyə təhvil verilməsi, təsdiq edilmiş layihə əsasında 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisinin MMC” tərəfindən tərəflər arasında hazırkı müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3 il 6 aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur.
8. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, iddia ərizəsini təqdim etdiyi vaxt mübahisə predmeti olan mənzillərin qanunsuz olaraq digər şəxslərə satılması barədə məlumatı olmamışdır. Sonradan əldə etdiyi məlumata görə, ona məxsus 45 saylı mənzilə dair digər şəxslə də qanunsuz olaraq ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilənin saxta olması açıq-a şkar görünmüşdür. Belə ki, guya müqavilə MMC-nin hazırda həbsdə olan keçmiş direktoru X6 tərəfindən imzalanmışdır. Halbuki imzanın tamamilə başqa şəxsə məxsus olduğu görünür. Müqavilənin tərtibi forması, üslubu, şrifti və s. elementləri də fərqli olmuşdur. Bütün bunlardan əlavə, təkcə bir fakt yetərlidir ki, həmin müqavilə etibarsız hesab edilsin. Belə ki, müqavilədə alıcı Cavabdeh3 yeni nəsil şəxsiyyət vəsiqəsi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələri isə 2018-ci ildən etibarən verilməyə başlanmış, lakin müqavilə 2014cü ildə bağlanmışdır. Cavabdeh3 həmin şəxsiyyət vəsiqəsi ilə 2014-cü ilə gedib müqavilə bağlaması mümkün deyil və bu fakt guya MMC-nin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin saxta olduğunu və etibarsızlığını sübut edən mübahisəsiz halı olmuşdur.
9. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş və göstərmişdir ki, onunla MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə əsasən, MMC-yə məxsus Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən binanın V girişi yaşayış sahəsinin 8-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 129,13 kv metr, ümumi dəyəri 60000 (altmış min) manat olan 45 saylı mənzil ona satılmışdır. Onun tərəfindən qeyd olunan məbləğ ödənilmiş, MMC-yə borcu olmaması ilə bağlı MMC tərəfindən maliyyə arayışı verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mənzilə dair Cavabdeh3 ilə aralarında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3319/2023 nömrəli, 31 oktyabr 2023-cü il t arixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi qismən təmin edilmiş,, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci ildə Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış və Reyestrdə 3M-2798 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv metr olan 3 otaqlı 45 saylı mənzilindən çıxarılm ası, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv metr olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdeh «Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pulun tutlaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında mübahisə predmeti olam mənzillərə dair bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı bar ədə müqavilələr bağlanarkən, həmin müqavilələrdə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, həmçinin qeyd olunan müqavilələr qanunvericiliyin tələblərinə əsasən, tərəflərin qarşılıqlı iradə ifadəsinə uyğun olaraq bağlanması iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli maliyyə arayışları ilə də öz təsdiqini tapmışdır.
12. Məhkəmə iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı mənzilinə dair MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, habelə həmin mənzilə dair MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri həmin əqdlərin etibarlı hesab edilməsinə əsas olan şərtlərə, yəni tərəflər müqavilənin bütün mühüm şərtlərinə, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə görə, Abşeron rayon icra hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qalubiyyə) küçəsində 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin MMC tərəfindən tikilməsi, istifadəyə və təhvil verilməsi nəzərdə tutulmuşdur. MMC mənzilin ilk sahibinin İddiaçı olduğunu bildiyi halda, müqavilənin bağlanma tarixindən 7 il müddət keçəndən sonra, yəni, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 ilə mənzil alqı-satqısına dair müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, müqavilənin etibarlı hesab edilməsi üçün zəruri şərtlərə cavab verməmişdir. Beləliklə, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alqısatqı müqavilələri bağlayaraq mənzilləri ikinci dəfə satan MMC mənzilin ilk sahibi olduğunu nəzərə almamış, bilərəkdən qanunvericiliyin tələblərini pozaraq mənzili 2-ci və 3-cü şəcxslərə satmış, müqavilələr MMC-nin iradə ifadəsinin zədələnməsi yolu ilə bağlanmışdır. Başqa sözlə, həmin əqdin etibarsızlığı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsas olmuş, yəni, həmin əqd “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunduğundan və bağlandığı andan da etiba rsız hesab edilməlidir. Bundan başqa, mübahisəli mənzilə dair Hüseynov X2 Elçin Əlgüşad oğlu ilə xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsini yeni nəsil şəxsiyyət vəsiqəsini təqdim etməklə bağlamışdır. Həmçinin, MMC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli müqavilənin bağlanması üçün də o, adına olan yeni nəsil şəxsiyyəti vəsiqəsinin seriya və nömrəsini (AA*******) qeyd etdirmişdir. Həmin vəsiqənin Cavabdeh3 2021-ci ildə verilməsi nəzərə alındıqda xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilədə həmin şəxsiyyəti vəsiqəsinin seriya və nömrəsini (AA*******) qeyd olunması müqavilənin etibarsız olamsına dəlalət edir.
13. Birinci instansiya məhkəməsi iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaş ayış binasının “B” giriş, 9- cu mərtəbə, ümumi sahəsi 90 kv metr olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər MMC və MTK-nın üzərinə qoyulmasına dair hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən, yəni cavabdeh MMC-yə münasibətdə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən sözügedən mənzillə bağlı onunla MTK arasında hər hansı bir yazılı razılaşma və ya öhdəlik müqaviləsinin bağlanmasına, həmçinin bununla bağlı hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyindən və MTK həmin mübahisə ilə əlaqədar cavabdehlik daşımadığından iddia tələbi ona münasibətdə təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 405.1, 337 və 390.1-cı maddələri, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqe ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə ilk öncə iddiaçının subyektiv hüququ malik olub-olmamasını, o cümlədən təqdim edidiyi müqaviləsinin etibarlı olub olmamasını, həmin müqavilənin hüququ qüvvəsinin olub-olmamasını, habelə üçüncü şəxsin vicdanlı alıcı olub-olmamasına düzgün hüquqi qiymət verməmiş, habelə işin faktiki halı kim i əhəmiyyət kəsb edən mühüm halları araşdırmamışdır. Cavabdeh4 həmin mənzili alarkən orada heç kəs olmamış, təmirsiz vəziyyətdə olmuş, həmin mənzilə baxış keçirmiş və bu sahədə formalaşmış təcrübə və praktika əsasında həmin mənzili əldə etmişdir. Bundan sonra həmin mənzili təmir etmiş və ora köçürərək hazırkı tarixə kimi orada yaşamışdır. O vicdanlı alıcı olmuş və vicdanlı davranaraq həmin mənzil üzərində hüquqlarını vicdanlı şəkildə əldə etmişdir. Həmçinin iş üzrə məhkəmə müvafiq olaraq, MMC-nin direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə istinad etsə də, nəzərə almamışdır ki, həmin əqdin özü uydurma olmaqla görünüş üçün bağlanmışdır. Belə ki, sözgedən mənzilə dair iddiaçı tərəfindən təsdiq edilmiş müqavilənin özündən ilk öncə görünür ki, həmin mə nzilə dair bağlanmış müqavilə etibarlı olmamaqla eyni günə həm iddiaçıya, həm iddaçının atasına eyni məzmunlu müqavilə verilmiş, habelə həmin müqavilələrlə mənzilin eyni tarixdə iki nəfərə, iddiaçıya və atasına satıldığı müəyyən edilməklə, guya bazar qiymətidə hər ikisi tərəfindən eyni gündə ödənilmişdir ki, bu da sözgedən müqavilənin tam uydurma olmaqla qanunsuz olmasını təsdiq etmişdir. Həmçinin sözügedən müqavilənin uydurma olmasına əsas olan hallardan biri həmin alğı-satqı müqaviləsinin real olaraq icra edilməməsi və yalnız kağız üzərində qalması ilə bağlı olmuşdur ki, bu bir daha həmin əqdin etibarsız olduğunu göstərmişdir. Digər tərəfdən, MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, podrat müqaviləsinin 2.4-ci bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50%) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş hər iki tərəfin təsdiq etdiyi dislokasiya (cədvəl) bölgüsü əsasında ayrı-ayrılıqda aparır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri MTK-da lazımı qaydada təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. Məktubda qeyd olunan B girişindəki 42 nömrəli, V girişindəki 45 nömrəli mənzillər bölgüyə əsasən MMC tərəfindən satılması nəzərdə tutulmuşdur. Həmin mənzillərin İddiaçı satılması barədə nə MMC, nə də İddiaçı MTK-ya heç bir məlumat verməmişdir. Göründüyü kimi, sözgedən müqavilənin qanunu qü vvəsini alması üçün həmdə həmin müqavilə MTK-ya təqdim ediləcəyi və onlar tərəfindən təsdiq ediləcəyi halda qanuni qüvvəsinin almasını göstərmişdir. Belə bir halda İddiaçı müqaviləsinin hüquqi qüvvəsindən və etibarlığından söhbət gedə bilməz.
17. Həmçinin, məhkəmə MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə istinad etsə də, həmin əqdin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməmiş, həmin əqdin özünü etibarsız olmasına və formal, uydurma əqd olmasını nəzərə almamış, həmin əqdin sonradan tərtib edilməsini və eyni tarixdə həmin mənzilə dair iddiaçının özünə və atasına müqavilə verməsini nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən həqiqətən sözgedən müqavilə ilə iddiaçıya mənzilin alqı-satqısı edildiyi halda həmin əqdin real olaraq icra edilib-edilməməsin ə, alqı-satqı müqaviləsinin faktiki olaraq həyata keçirilməməsini nəzərə almamış və bununla da həmin əqdin uydurma olmasına əhəmiyyət verməmişdir. Sözügedən müqavilə MTK-ya təqdim edilmədiyindən hüquqi qüvvəsi olmamışdır. Göründüyü kimi, iddiaçının özünün müqaviləsi əhəmiyyətsiz olduğundan onun həmin müqaviləyə əsaslanan subyektiv hüququ mövcud deyildir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş və mülahizəyə əsaslanan qətnamə çıxarmışdır. Həmçinin məhkəmə iddiaçının subyektiv hüququ olmamasını nəzərə almamışdır. Belə ki, İddiaçı tərəfindən hazırkı mənzilə münasibətdə təqdim etdiyi müqavilə onunla bağlanmamış və belə bir tarixli müqavilə ümumiyyətlə olmamışdır. Həmin müqavilə sonradan tərtib edilməklə məhz atası X7 münasibətdə öhdəliklərinin yerinə yetirilməsinin davamı kimi yazıl mışdır. Aydındir ki, sözügedən mənzil eyni tarixdə həm atasına, həm də hazırkı İddiaçı eyni qiymətə satılması imkansız olmaqla hazırkı iddiaçının müqaviləsinin etibarsız və əsassız olduğunu göstərir. Göstərilən hüquqi mövqə məhz iddiaçının subyektiv hüquqa malik olub-olmamasının araşdırılması Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına əsasən müəyyən edilməli idi. Həmin Qərara görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlm ədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Ona görə də, hazırkı iş üzrə iddiaçının göstərilən mənzil üzərində heç bir hüququ olmadığlndan və təqdim edilmiş mənzilə dair müqavilə etibarsız olduğundan iddia tələbi rədd edilməli və sözgedən qətnamə ləğv edilməlidir. Cavabdeh4 müqaviləsi notarial qaydada təsdiqlənməklə qanunverciliyin tələbinə uyğun olmuşdur. Bundan əlavə, Cavabdeh4 vicdanlı şəkildə hərəkət edərək, qeyd edilən mənzili əldə etmiş və ona sahiblik etmiş, həmin evə əsaslı təmir etdirmiş, yaşayır. Qeyd edilən hal iş materialları və cavabdeh təşkilatların məhkəməyə ünvanlad ığı məktublarla tam təsdiqini tapmışdır.
18. Bundan əlavə, hazırkı iş üzrə MM-nin 452 və 459-cu maddəsinin tədbiqi zəruri olmuşdur. Həmin mənzil binanın həqiqi sahibi olan MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh4 satılmış və ona təhvil verilmiş, o həmin mənzili təmir edərək mənzilə köçmüş və hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Belə bir şəraitdə oxşar iş üzrə vahid məhkəmə təcrübəsi nəzərə alınaraq qeyd edilməlidri ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin diszpozitiv tələbləri baxımından, yəni həmin mənzil artıq üçüncü şəxsin mülkiyyətinə verildiyindən, o, əhəmiyyətli dərəcədə xərc çəkərək mənzili təmir edərək, orada yaşadığından iddia tələbi baxılan hissədə (qeyd edilən mənzillə bağlı) təmin edilə bilməz. MM-in 459.5-ci maddəsinin tələbləri də bu qənaətin əsaslı olduğu nu göstərir. Bununla belə, iddiaçıya həmin müqavilədə göstərilən şərtlərə uyğun başqa mənzilin verilməsi və ya yaxud da həmin müqavilə üzrə ödədiyi vəsaitin və dəymiş ziyanın ödənilməsinə dair ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
19. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh4 apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğvi tələbini qoymuşdur. Halbuki onun qətnamədən şikayətə münasibətdə subyektiv hüququ qətnamənin yalnız özünə aid hissəsi (mübahisəli 45 saylı mənzil) ilə məhdudlaşmışdır. Apellyasiya şikayətinin dəlillərinin də mübahisə predmeti olan 45 saylı mənzillə bağlı olduğunu nəzərə alaraq, apellyasiya şikayətinə etirazını bildirir və onun təmin olunmamasını xahiş edir. Hesab edir kassasiya instansiyası məhkəmə si, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara, işin müəyyən edilmiş hallarına uyğun qətnamə qəbul etmiş, maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-537/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə, tikintidə olan yaşa yış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,13 kv metr olan mənzillə bağlı iddiaçıdan əvvəl eyni tarixli müqavilənin onun atası Aslan Abdullayevin adına rəsmiləşdirilməsi həmin xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İddiaçı adına 45 nömrəli mənzillə bağlı müqavilənin uydurma əqd olmasına dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, etibarsız əqd hesab oluna bilməzdi. MMC tərəfindən həmin mənzilin iddiaçya təhvil verilməməsi, müqavilə üzrə öhdəliklərə əməl etməməsi qanunsuz olmuşdur.
22. Mübahisənin predmeti olan ümumi sahəsi 129,13 kv metrlik 45 saylı mənzilə dair MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı barədə müqavilənin arxa tarixə bağlanması, həmin müqavilə bağlanarkə n mənzilin MMCyə deyil, İddiaçı məxsus olması, MMC-nin həmin mənzili digər şəxsə satmaq hüququnun olmaması öz təsdiqini tapmışdır. Müvafiq olaraq mənzilə dair MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi də xx.xx.2014-cü il tarixli əhəmiyyətsiz müqavilədən irəli gələn hüquqa əsasən bağlandığından həmin müqavilələri etibarsız saymaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.5 və 390.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respubli kasının Mülki Məcəlləsi
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyə tinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
35. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzər də tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fə slində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. İş materia llarına görə apellyasiya məhkəməsi cavabdeh apellyasiya şikayətinə əsasən Gülalıyev X8 rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan yaşayış binasının “V” girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 129,13 kv metr olan 45 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 Cəmaləddin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin, həmin mənzilə dair Cavabdeh3 ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin, MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin iddiaçıya təhvil verilməsi hissədə işə baxmışdır.
48. Hazırkı kassasiya şikayətində də cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qətnaməsini baxılan hissədə mübahisələndirdiyindən məhkəm ə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyb, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi qismənləğv edilməklə iş ləğv olunmuş hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir.
50. Belə ki, iddianın mübahisələndirilən hissədə təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisənin predmeti olan ümumi sahəsi 129,13 kv metrlik 45 saylı mənzilə dair MMC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin arxa tarixə tərtib edilməsi, həmin müqavilə bağlanarkən mənzilin MMC -yə deyil, İddiaçı məxsus olması, MMC-nin həmin mənzili digər şəxsə satmaq hüququnun olmaması müəyyən edilmişdir ki, bu səbəbdən də həmin müqavilə etibarsız sayılmaıdır. Müvafiq olaraq mənzilə dair MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli əhəmiyyətsiz əqd olan müqavilədən irəli gələn hüquqa əsasən bağlandığından etibarsız hesab olunmalıdır.
51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisənin predmeti olan mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqısı müqaviləsinin, habelə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqav iləsinin etibarsız hesab edilməsi üzrə apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş, məhkəmə xx.xx.2014-cü il tarixli müqavilənin arxa tarixə bağlanmasını əsas gətirməklə haqlı olaraq hesab etmişdir ki, bu müqaviləyə əsasən Cavabdeh3 mənzillə bağlı hər hansı hüquq əldə etməmiş, müvafiq olaraq mənzili Cavabdeh4 satmaq, bu barədə sonuncu ilə xx.xx.2021-ci il tarixli ilkin alqısatqı müqaviləsi bağlamaq üçün də subyektiv hüququ olmamışdır. Ona görə cavabdehin kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2014-cü il və xx.xx.2021-ci il tarixli müqavilələrin etibarsız hesab olunması hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Mübahisənin predmeti olan Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə, “V” girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 129,13 kv m etr olan 45 saylı mənzilin "xxxx" MMC tərəfindən Cavabdeh4 60000 manata satılması barədə 26 sentyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması, Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti ilə məhkəmə kollegiyası aşağıdakı əsaslara görə razılaşmır;
53. İşə baxan aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin hallarına görə "xxxx" MTK ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə əsasən, "xxxx" MTK-ya tikintisinə icazə verilmiş Xırdalan şəhəri H.Aslanov (indiki Qalubiyyə) küçəsindəı 21-ci məhəllə ünvanda olan torpaq sahəsində 12 mərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin Cavabdeh1 MMC tərəfindən öz vəsaiti hesabına inşası və istifa dəyə təhvil verilməsi barədə razılıq əldə olunmuşdur. Həmin podrat müqaviləsinə görə tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50 faizi podratçı MMC-yə aiddir, satışını da MMC həyata keçirir, o cümlədən mübahisənin predmeti olan mənzilin tikintisi və satışı da MMC-yə aiddir.
54. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəlləsində inşa olunan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə “Mənzilin alqı-satqısı” adlandırılsa da, mahiyyətcə podrat müqaviləsi olmuşdur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, müqavilə tərəfi mənzili tikinti kooperativi deyil, məhdud məsuliyyətli cəmiyyətdir, yaşayış bina sının tərkib hissəsi olan mənzil hazır olandan uzun müddət keçməsinə baxmyaraq həmin mənzil sifarişçi İddiaçı tərəfindən qəbul edilməmiş, hal-hazıra kimi də həmin mənzilin ona təhvil verilməsini təsdiq edən har hansı sübut yoxdur, podratçı MMC-yə qarşı iddia tələblərindən biri də məhz mənzilin təhvil verilməsindən ibarətdir. 55. "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və MMC-yə 60000 manat muzd ödənilməsi barədə maliyyə arayışına görə Cavabdeh4 mübahisənin predmeti olan mənzillə bağlı iddiaçı ilə eyni hüquqi vəziyyətdə olmuşdur, lakin mənzilin MMC tərəfindən ona təhvil verilməsi, mənzili təmir etdirməklə ailəsi ilə birlikdə orada köçüb yaşaması halı onun artıq həmin mənzilə yiyələnməsini, sifariş etdiyi əmlakı podratçı MMCdən təhvil almasını dəlalət edən halla rdır. Bu vəziyyət iddiaçının mübahisənin predmeti olan mənzilə hüququnun yaranmadığını göstərir. İddiaçı Vüqar Abdullyevin mübahisənin predmeti olan mənzilin ona verilməsini tələb etmək əvəzinə cavabdeh "xxxx" MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
56. İş materiallarıdan daha sonra görünür ki, cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş X6 və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.3.2, 304 və 313-cü maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq yekunlaşmaqla ittiham aktı tərtib edilərək baxılması üçün cinayət işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə həm iddiaçı, həm də cavabdehlər Cavabdeh4 və Cavabdeh3 cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışlar. Apellyasiya məhkəməsi bu hala hüquqi qiymət verməmiş, cinay ət işi üzrə çıxarılacaq yekun məhkəmə aktının hazırkı işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətdən qaçırmışdır.
57. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəlləsində inşa olunan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 129,13 kv metr olan 3 otaqdan ibarət 45 saylı mənzilin "xxxx" MMC tərəfindən Cavabdeh4 satılması barədə 26 sentyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab o lunması və həmin mənzilin İddiaçı təhvil verilməsi ilə bağlı nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəni MM-nin 452-ci maddəsinin tələbləri nəzərə alınmaqla həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-537/2024 nömrəli iş üzrə 1 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni Abşeron rayonu Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllə, “V” girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 129,13 kv metr olan 45 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış 26 sentyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması, Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-537/2024 nömrəli iş üzrə 1 may 2024-cü il tarixli qətnaməsi Cavabdeh4 kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiy