Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-537/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisi cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3319/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin ümumi dəyəri 60691 manat olmaqla alıcı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur.
2. Satıcı "xxxx" MMC-nin direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli "xxxx" müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60691 manat olmaqla alıcıya satmışdır.
3. Satıcı "xxxx" MMC-nin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli "xxxx" müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60000 manat olmaqla alıcıya satmışdır.
4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin ümumi dəyəri 60000 manat olmaqla alıcı Cavabdeh3 tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur.
5. Satıcı "xxxx" MMC-nin direktoru X1 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60000 manat olmaqla alıcıya satmışdır.
6. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İlkin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanında inşa edilən “V” girişli, 8-ci yaşayış məntəqəsində 3 otaqlı ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh3 satılacaq mənzili 60000 manat qiymətləndirir.
7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin ümumi dəyəri 60000 manat olmaqla alıcı Cavabdeh4 tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur.
8. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/240 nömrəli arayışdan görünür ki, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (Qalubiyyə) 21-ci məhəllədə yerləşən «Xələfli M.Y.H” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının V blokunun 9-cu mərtəbəsində 45 nömrəli mənzildə xx.xx.2021-ci ildən yaşayır.
9. "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkəmənin 2(012)-3319/2023 saylı, 23 iyun 2023-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 18 yanvar 2014-cü il tarixdə "xxxx" MTK (sədr Nümayəndə3) ilə «Avro Qrand” MMC (direktor X6) arasında podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qalubiyyə) küçəsindəı 21-ci məhəllə ünvanında olan torpaq sahəsində layihə əsasında 12 mərtəbəli 7 girişli yaşayış binasının 5 girşini «Avro Qrand” MMC tərəfindən tikilməsi istifadəyə və təhvil verilməsi razılaşdırılmışdır. Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən Podratçı «Avro Qrand” MMC sifarişçi "xxxx" MTK-nın ona təqdim etdiyi layihə sənədləri əsasında 5 girişli 12 mərətəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, abadlıq və kommunikasiya işlərini öz şəxsi vəsaiti hesabına həyata keçirir, bunun mıiqabiləndə sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, torpaq üzərində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni {əlli faizini) podratçıya verir. Podrat müqaviləsinin 2.4-cii bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50%) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş hər iki tərəfin təsdiq etdiyi dislokasiya (cədvəl) bölgüsü əsasında ayrı-ayrılıqda aparır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri "xxxx" MTK-da lazımı qaydada təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. Məktubda qeyd olunan B girişindəki 42 nömrəli, V girişindəki 45 nömrəli mənzillər bölgüyə əsasən «Avro Qrand” MMC tərəfindən satılması nəzərdə tutulub. Həmin mənzillərin İddiaçı satılması barədə nə Cavabdeh1 MMC, nə də İddiaçı "xxxx" MTK-ya heç bir məlumat verməmişlər. Lakin 2023-cü il may-iyun ayları ərəfəsində İddiaçı qardaşı Ramil Abdullayev "xxxx" MTKya müraciət edərək, yuxarıda göstərilən mənzilləri 2014-cü ildə “Avro Qrand“ MMC-dən qardaşı İddiaçı adına almasını bildirmişdir. Hal-hazırda 42 nömrəli mənzil boşdur. 45 nömrəli mənzil isə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına "Avro Qrand” MMC-nin direktoru X1 tərəfindən rəsmiləşdirilmişdir.
10. Həmin məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, Abşeron rayon icra hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə "xxxx" MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qolubiyya) küçəsində 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişlisinin Cavabdeh1 MMC tərəfindən tikilməsi istifadəyə və təhvil verilməsi nəzərdə tutulur (1.1.-ci bənd). Təsdiq edilmiş layihə əsasmda 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisinin Cavabdeh1 MMC (bundan sonra podratçı) tərəfindən tərəflər arasında hazırkı müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3-il 6-aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulur (2.1.-ci bənd).
11. Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri, X8 CM-in 32.5, 178.3.2, 178.3.2 və 320.1-ci maddələri və X5 CM-in 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair xx.xx.2024-cü il tarixli ittiham aktında qeyd edilmişdir ki, cinayət işinin başlanmasına səbəb və əsas "xxxx" MMC-nin təsisçisi X6 və X8 etibardan sui-istifadə etmə və aldatma yolu ilə Cavabdeh4 məxsus 60000 manat və X3 məxsus 60000 manat pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş müraciət üzrə Baş İdarənin Preventiv Tədbirlər və Təhqiqat İdarəsi tərəfindən toplanmış materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. İddiaçı, Cavabdeh4 və Cavabdeh3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli "xxxx" müqavilələrə əsasən, ünvan 3 ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında "xxxx" 25 aprel 2014-cü il tarixli iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, Cavabdeh1 MMC ünvan 3 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında mənzilləri satmaq hüququ ilə inşa etdiyi yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzili və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzili “Alıcı”ya – İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. 42 saylı mənzilə dair Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin dəyəri 42300 (qırx iki min üç yüz) AZN, 45 saylı mənzilə dair Müqavilənin 3-cü bəndinə əsasən isə, mənzilin dəyəri 60691 (altmış min altı yüz doxsan bir) AZN olmuşdur. Həmin məbləğlər iddiaçı tərəfindən tam olaraq ödənilmiş və bu barədə ona 25 aprel 2014-cü il tarixli Maliyyə Arayışları verilmişdir. Maliyyə Arayışlarında qeyd olunur ki, mənzillərin ümumi dəyəri Alıcı İddiaçı tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. İddiaçı dəfələrlə cavabdehlər «Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Mənzil Tikinti Kooperativinə müqavilə şərtlərinə uyğun olaraq mənzillərin ona təhvil verilməsini tələb etsə də, cavabdehlər indiyədək mənzilləri təhvil verməmiş və bununla bağlı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Halbuki Cavabdeh1 MMC ilə aralarında bağlanmış hər iki müqavilənin 2-ci bəndində qeyd olunur ki, “MMC” mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarını həyata keçirmək imkanlarından məhrum olmuşdur. Odur ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilin və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilinin ona təhvil vermək vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək bildirmişdir ki, iddia ərizəsini təqdim etdiyi vaxt mübahisə predmeti olan mənzillərin qanunsuz olaraq digər şəxslərə satılması barədə məlumatı olmamışdır. Sonradan əldə etdiyi məlumata görə, ona məxsus 45 saylı mənzilə dair digər şəxslə də qanunsuz olaraq Bakı şəhəri 43 saylı notariat ofisində 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 43 saylı notariat ofisinə həmin müqaviləyə dair notariat işinin təqdim edilməsi ilə bağlı verdiyi sorğuya cavabdan aydın olur ki, qeyd olunan ilkin alqısatqı müqaviləsi “Satıcı” “Cavabdeh3 ilə “Alıcı” Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli Cavabdeh1 MMC-nin mənzil alqı-satqı haqqında müqaviləsi”nə əsasən bağlanmışdır. xx.xx.2014-cü il tarixli Cavabdeh1 MMC-nin mənzil alqı-satqı haqqında müqaviləsi” guya Cavabdeh1 MMC-nin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanmışdır. Lakin həmin müqavilənin saxta olması açıq- aşkar görünür. Belə ki, guya müqavilə "xxxx" MMC-nin hazırda həbsdə olan keçmiş direktoru X6 tərəfindən imzalanmışdır. Halbuki imzanın tamamilə başqa şəxsə məxsus olduğu görünür. Müqavilənin tərtibi forması, üslubu, şrifti və s. elementləri də fərqlənir. Bütün bunlardan əlavə, təkcə bir fakt yetərlidir ki, həmin müqavilə etibarsız hesab edilsin. Belə ki, müqavilədə alıcı Cavabdeh3 yeni nəsil şəxsiyyət vəsiqəsi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələri isə 2018-ci ildən etibarən verilməyə başlanmışdır. Necə ola bilər ki, şəxs yeni nəsil şəxsiyyət vəsiqəsi ilə 2014-cü ildə müqavilə bağlasın? “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Cavabdeh3 xx.xx.1986-cı il təvəllüdlüdür. Onun şəxsiyyət vəsiqəsində vəsiqənin etibarlılıq müddəti xx.xx.2031-ci il göstərilmişdir. Buradan aydın olur ki, ona şəxsiyyət vəsiqəsi 2021-ci ildə verilib. 27 sentyabr 2021-ci il tarixli ilkin alqısatqı müqaviləsində də şəxsiyyət vəsiqəsinin xx.xx.2021-ci il tarixində verildiyi barədə qeyd var. Deməli, Cavabdeh3 həmin şəxsiyyət vəsiqəsi ilə 2014-cü ilə gedib müqavilə bağlaması mümkün deyil və bu fakt guya Cavabdeh1 MMCnin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin saxta olduğunu və etibarsızlığını sübut edən mübahisəsiz haldır. Əldə etdiyi məlumata görə, ona məxsus mənzilə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilə dair Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli daha bir alqı-satqı müqaviləsi bağlanıb və Cavabdeh4 hazırda həmin mənzildə yaşayır. Notariat işində olan sənədlərdən biri də Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2014-cü il tarixli “Maliyyə Arayışı” adlı sənəddir. Guya həmin sənəd də Cavabdeh1 MMC-nin keçmiş direktoru Xanlar Cəfərov tərəfindən imzalanmışdır. Həmin sənəddə qeyd olunur ki, mənzilin ümumi dəyəri 60000 AZN məbləğində alıcı Cavabdeh3 tərəfindən tam ödənilmişdir. Onlara təqdim edilən xx.xx.2021-ci il tarixli digər “Maliyyə Arayışı” adlı sənəddə isə qeyd olunur ki, eyni mənzilə görə Cavabdeh4 tərəfindən də 60000 AZN ödənilmişdir. Göründüyü kimi, həm Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin, həm həmin müqaviləyə istinadən bağlanmış 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin, həm də eyni mənzilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı açıq aşkardır. Odur ki, göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilinin alqısatqısına dair Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin, həmin mənzilə dair xx.xx.2021-ci ildə Bakı şəhəri 43 saylı notariat ofisində Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış və Reyestrdə 3M- 2798 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin və Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və ona təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3319/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci ildə Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış və Reyestrdə 3M-2798 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdeh «Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pulun tutlaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 405.1, 337, 390.1-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
17. Cavabdeh4 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 3319/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasia şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, mülkiyyətçi öz evindən istədiyi kimi istifadə edə bilmir. Cavabdehlər xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyi götürsələr də, bu günədək bunu etməmişlər. Belə ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqe ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə ilk öncə iddiaçının subyektiv hüququ malik olub-olmamasını, o cümlədən təqdim edidiyi müqaviləsinin etibarlı olub olmamasını, həmin müqavilənin hüququ qüvvəsinin olubolmamasını, habelə üçüncü şəxsin vicdanlı alıcı olub-olmamasına düzgün hüquqi qiymət verməmiş, habelə işin faktiki halı kimi əhəmiyyət kəsb edən mühüm halları araşdırmamışdır. İlk öncə iddiaçının iddia ərizəsindən və məhkəməyə təqdim edilmiş mübahisəli mənzilə dair - Satıcı "xxxx" MMC-nin direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli "xxxx" müqavilənin surətindən görünür ki, MMC ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60691 manat olmaqla alıcıya satmışdır Eləcə də eyni tarixli - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışı ilə borcun ödənildiyi göstərilmişdir. Eyni zamanda eyni tarixli eyni məzmunlu eyni mənzilə dair verilmiş digər müqavilə ilə isə həmin mənzilin iddiaçının atası olan X9 verilməsi görünür. Həmçinin işin həqiqi halı ondan ibarədir ki, sözgedən müqavilələrin guya qeyd edilən tarixdə bağlanmasına baxmayaraq, hazırkı tarixə kimi sözügedən mənzillə heç bir bağlılığı olmamış, ümumiyyətlə sözügedən mənzil alğı-satqı müqaviləsinin predmeti olmasına baxmayaraq, ona təhvil verilməmiş, habelə həmin alğısatqı müqaviləsi real olaraq həyata keçməmişdir. İddiaçı sözügedən mənzilə dair yalnız 2023-cü ilin may-iyun ayında müvafiq müraciəti olmuşdur.(Xələfli MYH MTK-nin xx.xx.2023-cü il tarixli məktubu). Digər tərəfdən işin həqiqi halı ondan ibarətdir ki, sözgedən mənzili "xxxx" MMC-nin direktoru X1 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" müqaviləni ümumi dəyəri 60000 manat olmaqla almış, buna görə isə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İlkin alqısatqı müqaviləsi bağlamış və sonuncu pay hüququndan imtina etmişdir. Cavabdeh4 həmin mənzili alarkən orada heç bir kəs olmamış, təmirsiz vəziyyətdə olmuş, həmin mənzilə baxış keçirmiş və bu sahədə formalaşmış təcrübə və praktika əsasında həmin mənzili əldə etmişdir. Bundan sonra həmin mənzili təmir etmiş və ora köçürərək hazırkı tarixə kimi orada yaşayır. O vicdanlı alıcı olmuş və vicdanlı davranmış və bu baxımdan həmin mənzil üzərində hüquqlarını vicdanlı şəkildə əldə etmişdir. Həmçinin iş üzrə məhkəmə müvafiq olaraq, satıcı "xxxx" MMC-nin direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli "xxxx" müqaviləyə istinad etsə də, nəzərə almamışdır ki, həmin əqdin özü uydurma olmaqla görünüş üçün bağlanmışdır. Belə ki, sözgedən mənzilə dair iddiaçı tərəfindən təsdiq edilmiş müqavilənin özündən ilk öncə görünür ki, ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair bağlanmış müqavilə etibarlı olmamaqla eyni günə dair həm iddiaçıya, həm iddaçının atasına eyni məzmunlu müqavilə verilmiş, habelə həmin müqavilələrlə mənzilin eyni tarixdə iki nəfərə iddiaçı və atasına satıldığı müəyyən edilməklə, guya bazar qiymətidə hər ikisi tərəfindən eyni gündə ödənilmişdir ki, bu da sözgedən müqavilənin tam uydurma olmaqla qanunsuz olmasını təsdiq edir. Həmçinin sözügedən müqavilənin uydurma olmasına əsas olan hallardan biri həmin alğı-satqı müqaviləsinin real olaraq icra edilməməsi və yalnız kağız üzərində qalması ilə bağlıdır ki, bu bir daha həmin əqdin etibarsız olduğunu göstərir. Digər tərəfdən nəzər alınmalı məqam ondan ibarətdir ki, "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Podrat müqaviləsinin 2.4-ci bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50%) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş hər iki tərəfin təsdiq etdiyi dislokasiya (cədvəl) bölgüsü əsasında ayrı-ayrılıqda aparır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələr "xxxx" MTK-da lazımı qaydada təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. Məktubda qeyd olunan B girişindəki 42 nömrəli, V girişindəki 45 nömrəli mənzillər bölgüyə əsasən Cavabdeh1 MMC tərəfindən satılması nəzərdə tutulub. Həmin mənzillərin İddiaçı satılması barədə nə Cavabdeh1 MMC, nə də İddiaçı "xxxx" MTK-ya heç bir məlumat verməmişlər. Göründüyü kimi, sözgedən müqavilənin qanunu qüvvəsini alması üçün həmdə həmin müqavilə "xxxx" MTK-ya təqdim ediləcəyi vo onlar tərəfindən təsdiq ediləcəyi halda qanuni qüvvəsinin almasını göstərmişdir. Belə bir halda İddiaçı müqaviləsinin hüquqi qüvvəsindən və etibarlığından söhbət gedə bilməz.
20. Hazırkı iş üzrə məhkəmə tərəfindən Satıcı "xxxx" MMC-nin direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mənzil alqı satqısı haqqında” müqaviləyə istinad etsə də, həmin əqdin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməmiş, həmin əqdin özünü etibarsız olmasına və formal uydurma əqd olmasını nəzərə almamış, həmin əqdin sonradan tərtib edilməsini və eyni tarixdə həmin mənzilə dair iddiaçının özünə və atasına müqavilə verməsini nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən həqiqətən sözgedən müqavilə ilə iddiaçıya mənzilin alqı satqısı edildiyi halda həmin əqdin real olaraq icra edilib-edilməməsinə, alqı-satqı müqaviləsinin faktiki olaraq həyata keçirilməməsini nəzərə almamış və bununla da həmin əqdin uydurma olmasına əhəmiyyət verməmişdir. Sözügedən müqavilə "xxxx" MTK-ya təqdim edilmədiyindən də sözügedən müqavilənin də hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi iddiaçının özünün müqaviləsi əhəmiyyətsiz olduğundan onun həmin müqaviləyə əsasən subyektiv hüququ mövcud deyildir.
21. Hazırkı "xxxx" MTK-nin məhkəmə təqdim ediyi məktubundan da görünüdüyü kimi sözügedən mənzil üzərində o vicdanlı alıcı olmuş və həmin mənzili qanunla müəyyən edilmiş qaydada vicdanlı şəkildə əldə etmişdir. Hazırkı tarixə kimi o həmin mənzili alaraq yaşamağa davam edir. Lakin məhkəmə bu fakta əhəmiyyət verməmişdir. İş üzrə qəbul etmiş qətnamə həmin tələblərə tamamilə cavab verməyib hakimin şəxsi mülahizəsi kimi çıxış etmişdir. Belə ki, məhkəmə işdə olan sübutlara, işin faktiki hallarında daxil olmaqla düzgün qiymət verməmiş və mülahizəyə əsaslanan qətnamə çıxarmışdır. Həmçinin məhkəmə iddiaçının subyektiv hüququ olmamasını nəzərə almamışdır.
22. Cavabdeh apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, apellyasiya şikayətinə əlavə vermək zərurəti yaranmışdır. Belə ki, ilkin apellyasiya şikayətinin giriş hissəsində texniki səhvə yol verilməsi, həmçinin iş üzrə yeni hallarla bağlı olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 3319/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci ildə Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış və Reyestrdə 3M-2798 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmşdir. Həmin qətnamənin əsassız və qanunsuzluğu ilə bağlı dəlillər apellyasiya şikayətinə qeyd edilmişdir. Bundan əlavə bildirilir ki, ilkin apellyasiya şikayətində də qeyd edildiyi kimi hazırkı iş üzrə İddiaçın hazrkı iddianı qaldırmaq üçün muvafiq subyektiv hüququ olmamışdır. Belə ki, İddiaçı tərəfindən hazırkı evə münasibətdə təqdim etdiyi müqavilə onunla bağlanmamış və belə bir tarixli müqavilə ümumiyyətlə olmamışdır. Belə ki, həmin müqavilə sonradan tərtib edilməklə məhz atası X9 münasibətdə öhdəliklərinin yerinə yetirilməsinin davamı kimi yazılmışdır. Aydındir ki, sözügedən mənzil eyni tarixdə həm atasına, həm də hazırkı İddiaçı eyni qiymətə satılması imkansız olmaqla hazırkı iddiaçının müqaviləsinin etibarsız və əsassız olduğunu göstərir. (Eyni tarixli X13 ilə bağlanmış müqavilənin əsli hazırkı şikayətə əlavə edilir, eyni zamanda Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktublda işin bu halı tam təsdiq edilir). Göstərilən hüquqi mövqə məhz iddiaçının subyektiv hüquqa malik olub- olmamasının araşdırılması Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır və göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Ona görə də, hazırkı iş üzrə iddiaçının göstərilən mənzil üzərində heç bir hüququ olmadığlndan və təqdim edilmiş mənzilə dair müqavilə etibarsız olduğundan iddia tələbi rədd edilməli və sözgedən qətnamə ləğv edilməlidir.
23. Daha sonra cavabdeh apellyasiya şikayətinə ikinci əlavə verərək qeyd etmişdir ki, işin halları ilə müəyyən edilir ki, notarial qaydada təsdiq edilmiş əqd əsasında Satıcı "xxxx" MMC-nin direktoru X1 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60000 manat olmaqla alıcıya satmışdır. Qeyd edilən müqavilə notarial qaydada təsdiqlənmişdir. Yəni sözügdən mənzilə dair Cavabdeh4 tərəfindən mübahisəli mənzilin alğı-satqı müqaviləsi notarial qaydada bağlanmaqla, Satıcı "xxxx" MMC ilə bağlanmışdır. İlkin iddiaçının isə müqaviləsi etibarsız olmaqla, xx.xx.2014-cü il tarixdə yox, daha sonra atasının ölmündən sona bağlanmış və həmin tarixli müqavilə əvvəlki tarixə yazılmışdır. İşin bu halı həm Cavabdeh1 MMC tərəfindən verilmiş arayışdan, həm də ittiham aktında təqsirləndirilən şəxs olan X2 izahatı ilə tam müəyyən edilir, həmçinin işin bu halı iddiaçının nümayəndəsinin də iddiaçının atasına məxsus müqavilənin mövcudluğunu qəbul etməsi faktı ilə təsdiqini tapmışdır. Bundan əlavə Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Eləcə də, MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Əvvəla qeyd edilməlidir ki, hazırkı iş üzrə Cavabdeh4 müqaviləsi notarial qaydada təsdiqlənməklə qanunverciliyin tələbinə uyğun olmuşdur. Bundan əlavə, Cavabdeh4 vicdanlı şəkildə hərəkət edərək, qeyd edilən mənzili əldə etmiş və ona sahiblik etmiş, həmin evə əsaslı təmir etdirmiş, yaşayır. Qeyd edilən hal iş materialları və cavabdeh təşkilatların məhkəməyə ünvanladığı məktublarla tam təsdiqini tapır.
24. Bundan əlavə, hazırkı iş üzrə MM-nin 452 və 459-cu maddəsinin tədbiqi zəruridir.(oşxar işlərə dair Ali Məhkəmənin (İş № 2(102)-271/2024 xx.xx.2024) saylı qərarı) Belə ki, MM-nin 452.1-ci maddəsinə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. MM-nin 452.2-ci maddəsinə əsasən Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 459.1-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər Hazırkı işin halları ilə müəyyən edilir ki, həmin mənzil binanın həqiqi sahibi olan "xxxx" Grand MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh4a verilmiş, həm də həmin mənzil binanın sahibi olan MMC tərəfindən rəsmi olaraq N.Hacıyeva təhvil verilmiş, o həmin mənzili (30.000 manat xərc çəkərək) təmir edərək mənzilə köçmüş və ha-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Belə bir şəraitdə oxşar iş üzrə vahid məhkəmə təcrübəsi nəzərə alınaraq qeyd edilməlidri ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin diszpozitiv tələbləri baxımından, yəni həmin mənzil artıq üçüncü şəxsin mülkiyyətinə verildiyindən, o, əhəmiyyətli dərəcədə xərc çəkərək mənzili təmir edərək, orada yaşadığından iddia tələbi baxılan hissədə (qeyd edilən mənzillə bağlı) təmin edilə bilməz. MM-in 459.5-ci maddəsinin tələbləri də bu qənaətin əsaslı olduğunu göstərir. Bununla belə, iddiaçıya həmin müqavilədə göstərilən şərtlərə uyğun başqa mənzilin verilməsi və ya yaxud da həmin müqavilə üzrə ödədiyi vəsaitin və dəymiş ziyanın ödənilməsinə dair ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
25. Göstərilənləri nəzərə alaraq, iddiaçının özünün müqaviləsinin etibarsız olmasını və MM-nin 452 və 459.5-cü maddəsinin tələləblərini də nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh4 apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğvi tələbini qoymuşdur. Halbuki onun qətnamədən şikayətə münasibətdə subyektiv hüququ qətnamənin yalnız özünə aid hissəsi (mübahisəli 45 saylı mənzil) ilə məhdudlaşır. Apellyasiya şikayətinin dəlillərinin də mübahisə predmeti olan 45 saylı mənzillə bağlı olduğunu nəzərə alaraq, aşağıdakı əsaslarla apellyasiya şikayətinə etirazını bildirir və onun təmin edilməməsini xahiş edir:
27. 1-ci dəlil: İddiaçının subyektiv hüquqa malik olub-olmaması, o cümlədən təqdim edidiyi müqaviləsinin etibarlı olub-olmaması, həmin müqavilənin hüququ qüvvəsinin olubolmaması.
28. İlk növbədə qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair "xxxx" MMC-nin direktoru X6 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli "xxxx" müqavilə qanunvericiliyin tələblərinə və tərəflərin qarşılıqlı iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, ona MMC-yə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Müqavilə səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Bu səbəbdən də həmin əqdin etibarlılığı mübahisə doğurmadığından cavabdehlərin heç biri tərəfindən birinci instansiya məhkəməsində mübahisələndirilməmişdir. Cavabdehin mübahisə predmeti olan mənzilə dair müqavilənin etibarlılığını şübhə altına almaq üçün gətirdiyi digər dəlillərin isə heç bir əhəmiyyəti yoxdur. Mübahisəli mənzilə dair digər şəxslərlə hər hansı müqavilənin bağlanması, yaxud cavbadehin istinad etdiyi podrat müqaviləsinin şərti kimi məsələlərə Cavabdeh4 dəlil kimi istinad etməsi başadüşülən deyil. Birincisi, buna onun subyektiv hüququnun olmaması açıq-aşkardır. Digər tərəfdən, həmin dəlillərin mübahisə predmeti olan mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarlılığı ilə heç bir əlaqəsi yoxdur.
29. 2-ci dəlil: Üçüncü şəxsin vicdanlı alıcı olub-olmaması. Cavabdeh mübahisəli mənzilə münasibətdə özünü vicdanlı alıcı hesab edir. Lakin iş materialları (notariat işi, cavadehin təqdim etdiyi müqavilələr və s.) cavbdehin vicdanlı alıcı olduğunu açıq-aşkar istisna edir. Belə ki, iş materiallarında xx.xx.2014-cü il tarixli Cavabdeh1 MMC-nin mənzil alqı-satqı haqqında müqaviləsi” adlı sənəd mövcuddur. Guya həmin müqavilə mübahisəli mənzilə münasibətdə "xxxx" MMC-nin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanıb. Lakin həmin müqavilənin saxta olması açıq-aşkar görünür. Belə ki, guya müqavilə Cavabdeh1 MMC-nin hazırda həbsdə olan keçmiş direktoru X6 tərəfindən imzalanıb. Halbuki digər sənədlərlə (podrat müqaviləsi, bölgü cədvəli və s.) müqayisə etdikdə imzanın tamamilə başqa şəxsə məxsus olduğu görünür. Müqavilənin tərtibi forması, üslubu, şrifti və s. elementləri də fərqlənir. Bütün bunlardan əlavə, təkcə bir fakt yetərlidir ki, həmin müqavilə etibarsız hesab edilsin. Belə ki, müqavilədə alıcı Cavabdeh3 yeni nəsil şəxsiyyət vəsiqəsi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələri isə 2018-ci ildən etibarən verilməyə başlanıb. 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsində də Cavabdeh3 şəxsiyyət vəsiqəsinin xx.xx.2021-ci il tarixində verildiyi barədə qeyd var. Necə ola bilər ki, şəxs yeni nəsil şəxsiyyət vəsiqəsi ilə 2014-cü ildə müqavilə bağlasın? Bu fakt həmin müqavilənin etibarsızlığını sübut edən mübahisəsiz hal olduğundan, müqavilənin etibarsızlığına əsas verən digər halların (imza, müqavilənin tərtibi forması, üslubu, şrifti və s.) araşdırılmasına ehtiyac olmamışdır. Cavabdehin iddiaçıya məxsus mənzilə vicdanlı sahiblik etdiyini əsaslandırmaq üçün istinad etdiyi sənədlərdən biri 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsidir. Bakı şəhəri 43 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış həmin müqavilə yuxarıda qeyd etdiyimiz saxta müqaviləyə - guya "xxxx" MMC-nin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanır. İlkin alqı-satqı müqaviləsi bağlanan zaman xx.xx.2014-cü il tarixli müqavilənin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə imzalandığını, yəni sonrdan tərtib edildiyini və saxta olduğunu görməmək mümkün deyildi və Cavabdeh4 bunu görməli idi. Bu səbəbdən də həmin müqavilə bağlandığı andan etibarsızdır və Bakı şəhəri 43 saylı notariat ofisi ilkin alqı-satqı müqaviləsini təsdiq etməklə qanunsuzluğa yol vermişdir. Cavabdehin istinad etdiyi digər sənəd mübahisəli mənzilə (eyni mənzilə) münasibətdə onunla, yəni Cavabdeh4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli daha bir alqı-satqı müqaviləsidir. Birincisi, Cavabdeh1 MMC mənzilin ilk sahibinin İddiaçı olduğunu bildiyi halda, mənzilin bağlanma tarixindən 7 il müddət keçəndən sonra, Cavabdeh4 ilə mənzil alqı-satqısına dair müqavilə bağlamaqla bilərəkdən qanunvericiliyin tələblərinə zidd hərəkət etmişdir. İkincisi, sual yaranır: əgər mübahisəli mənzilə dair belə bir müqavilə bağlanmışdırsa, bir gün sonra həmin mənzilə dair yenidən daha bir müqavilənin xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin bağlanmasına nə ehtiyac var idi? Belə olduğu halda cavabdeh özünü hansı əsasla vicdanlı alıcı hesab edir? Göründüyü kimi, eyni mənzilə münasibətdə Cavabdeh4 imzaladığı və vicdanlı sahiblikdə istinad etdiyi iki müqavilə mövcuddur. Bundan əlavə, iş materiallarında eyni mənzilə görə iki maliyyə arayışı (mübahisəli 45 saylı mənzilə görə Cavabdeh3 tərəfindən 60000 (altmış min) manat ödənildiyinin qeyd olunduğu xx.xx.2014-cü il tarixli və eyni mənzilə görə Cavabdeh4 tərəfindən 60000 (altmış min) manat ödənildiyinin qeyd olunduğu xx.xx.2021ci il tarixli) və 59000 (əlli doqquz min) manat ödənişi əks etdirən xəzinə mədaxil orderi var. Qeyd olunanlar cavabdehin Mülki Məcəllənin 182-ci maddəsində təsbit edilmiş anlayışa uyğun olaraq vicdanlı alıcı hesab edilməsini istisna edən təkzibedilməz sübutlardır. Onu da qeyd edək ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, həm Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin, həm həmin müqaviləyə istinadən bağlanmış 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin, həm də eyni mənzilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı açıq-aşkardır.
30. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, MPM-in 8 və 9-cu maddələrinin tələbləri pozulmuşdur. Lakin cavabdeh ümumi ifadələrlə kifayətlənmiş, pozuntunun konkret olaraq nədə ifadə olunduğunu göstərməmişdir. Bu baxımdan cavabdehin prosessual normaların pozulması ilə bağlı dəlilləri əsassızdır. Beləliklə, Abşeron Rayon Məhkəməsi mülki və mülki prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuun Qəraralarına düzgün istinad etməklə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları nəzərə alaraq iddia tələbini qismən təmin etmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, Cavabdeh4 apellyasiya şikayətinin təmin olunmaması, Abşeron Rayon Məhkəməsinin 31 okytabr 2023-cü il tarixli e-2(012)-3319/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.
31. İddiaçı apellyasiya şikayətinə ikinci əlavəyə etiraz təqdim edərək göstərmişdir ki, apellyasiya şikayətinə əlavədə qeyd olunanlara etiraz edir. Belə ki, cavabdeh satıcı "xxxx" MMC-nin direktoru X1 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" müqavilənin iş materiallarında olmayan notarial qaydada təsdiq olunmuş surətinə istinad edir. Hətta hesab edilsə ki, müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2021-ci ildə notarial qaydada təsdiq olunub, cavabdehin həmin müqaviləyə istinad etməsi başa düşülən deyil. Çünki cavabdeh mübahisəli mənzilə hüququnun olmasını iddia edərkən həm də Bakı şəhəri 43 saylı notariat ofisində Cavabdeh3 ilə bağladığı 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə istinad edir. Bu istinad apellyasiya şikayətində də xüsusi vurğulanır. Nəzərə alsaq ki, ilkin alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixli "xxxx" müqavilədən sonra bağlanıb, deməli həmin müqavilə mübahisəli mənzilə münasibətdə sonuncu iradə ifadəsi kimi qəbul edilməlidir. İlkin alqı-satqı müqaviləsi isə "xxxx" MMC-nin direktoru X6 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli saxta müqaviləyə əsaslanır. Həmin müqavilənin etibarsızlığı isə həm mülki işin mübahisəsiz halları, həm də ittiham aktındakı ifadələrlə sübut olunur.
32. Cavabdehin vəkili apellyasiya şikayətinə ikinci əlavəni əsaslandırarkən cavabdehin vicdanlı şəkildə hərəkət etdiyini bildirir və Ali Məhkəmənin qərarına istinad edir. Birincisi, Ali Məhkəmənin sözügedən qərarının aid olduğu işin halları tamamilə fərqlidir və hazırkı mübahisəyə tətbiqindən söhbət gedə bilməz. İkincisi, Cavabdeh4 guya mənzilin başqa şəxsə satılmasından xəbərsiz olduğunu bildirir. Əvvəla, Cavabdeh4 "xxxx" müqavilə imzaladıqdan sonra ilkin alqı satqı müqaviləsinə imza atıb. Bu müqavilələrin biribiri ilə heç bir əlaqəsi yoxdur. Bu baxımdan, o özünü necə vicdanlı alıcı hesab edə bilər? Mülki Məcəllənin 182.1-ci maddəsinin tələbinə görə, əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Eyni mənzilə dair iki fərqli müqavilənin bağlanması faktı açıq-aşkar təsdiq edir ki, Cavabdeh4 mənzilin başqa şəxsə məxsus olduğunu bilməli idi. Belə olan halda Mülki Məcəllənin 452ci maddəsinə istinad anlaşılan deyil.
33. Cavabdehin vicdanlı alıcı olmadığını sübut edən digər dəlillər ittiham aktında öz əksini tapıb. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin yay aylarında Cavabdeh4 zəng edərək ona satılan mənzilinin daha əvvəl başqa şəxslərə satıldığını bildirmişdir. Elçinə bu məsələdən xəbərsiz olduğunu bildirməklə Xəzər Əliyevin bu barədə məlumat vermədiyini demişdir. İş üzrə şahid qismində dindirilmiş X7 da ifadəsi göstərir ki, Cavabdeh4 mənzilin başqa şəxsə məxsus olması barədə məhkəmə baxışından xeyli əvvəl, hətta mənzildə təmirə başlamamışdan əvvəl məlumatlı olub. Qeyd olunanlar təsdiq edir ki, Cavabdeh4 mənzilin başqa şəxsə satıldığını işə birinci instansiya məhkəməsəində baxıldığı zaman, yəni 2023-cü ilin iyun ayında bilməsi barədə dedikləri həqiqəti əks etdirmir. Göründüyü kimi, Cavabdeh4 apellyasiya şikayəti tamamilə əsassızdır və bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmaması, Abşeron Rayon Məhkəməsinin 31 okytabr 2023-cü il tarixli e-2(012)-3319/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdirlər.
35. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə4 izahat verərək hər iki tərəfin mübahisəli mənzillə bağlı müqavilələrin ləğv edilməli olduğunu bildirmişdir.
37. Üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisi məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etdi.
38. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər.
39. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
40. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
42. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
43. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
56. Apellyasiya şikayətindən görünür ki, apellyant Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3319/2023 nömrəli qətnaməsini tam ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, qətnamənin yalnız “ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair” hissəsini mübahisələndirmişdir.
57. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdir. Həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam olaraq İddiaçı tərəfindən icra edilməsinə baxmayaraq (xx.xx.2014-cü il tarixli maliyyə arayış ilə öz təsdiqini tapmışdır), mübahisəli mənzil iddiaçıya təhvil verilməmişdir.
60. Digər tərəfdən, işin hallarından görünür ki, mübahisəli 45 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmış, lakin həmin müqavilənin alıcı kimi çıxış edən Cavabdeh3 şəxsiyyəti vəsiqəsinin seriyası AA******* kimi qeyd olunmuşdur.
61. İşin digər hallarından müəyyən olunur ki, Cavabdeh3 (ŞV: AA*******, ASAN İmişlixx.xx.2021) Bakı şəhəri 43 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizə ilə "xxxx" MMC-yə müraciət edərək, ünvan 1, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının digər şəxsin adına keçməsinə razılıq vermişdir. Bundan sonra "xxxx" MMC ilə Cavabdeh4 arasında həmin mənzilə dair xx.xx.2021-ci il tarixli "xxxx" müqavilə bağlanmış və həmin mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş, MMC-yə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Daha sonra qeyd olunan mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh3 "xxxx" MMC ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə əsasında ona satılmış həmin mənzili 60000 manata Cavabdeh4 satmışdır.
62. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014-cü il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələri tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyinəzərindən şübhə altına almışdır.
63. Belə ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqaviləsində alıcı kimi çıxış edən Cavabdeh3 2021-ci il tarixdə verilmiş şəxsiyyəti vəsiqəsinin seriyasının qeyd edilməsi həmin müqavilənin əhəmiyyətsiz əqd kimi qiymətləndirməsinə əsas verir. Belə olan halda kollegiya hesab edir ki, xx.xx.2014-cü il tarixli müqavilədən irəli gələn hüquq əsasında Cavabdeh4 ilə bağlanılan digər xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli müqavilələr etibarlı ola bilməz.
64. Kollegiya hesab edir ki, "xxxx" MMC mənzilin ilk sahibinin razılığı olmadan Cavabdeh4 ilə müqavilə bağlamaqla mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, xx.xx.2014-cü il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr qanunvericiliyin tələblərin pozulması ilə bağlandığından etibarsızdır. Belə olan halda isə Elçin Gülaliyev vicdanlı alıcı kimi qəbul edilə bilməz.
65. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı əvvəl eyni tarixli müqavilənin onun atası Aslan Abdullayevin adına rəsmiləşdirilməsi həmin xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Digər dəlillərə münasibətdə kollegiya qeyd edir ki, İddiaçı adına 45 nömrəli mənzillə bağlı müqavilənin uydurma əqd olmasına dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, etibarsız əqd hesab oluna bilməz.
66. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.
67. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;
2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
68. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
69. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır.
70. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
71. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3319/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3319/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.