Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3211/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə ("xxxx" ASC, X11, Ömərov Elşən Ədalət oğlu, X8 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs qismində "xxxx" ASC, X11, Ömərov Elşən Ədalət oğlu, X8 cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2229/2024 nömrəli iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq Ömərov Elşən Ədalət oğlu ilə bank arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 3 mənzil 15, X5 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, ev 5, mənzil 31, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin iddiaçı-borc alanın xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən zamin X11 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehliyi üzərinə götürmüşdür.
2. İddiaçı müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürsə də, sonradan üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödəməli olduğu kredit məbləğini 90 təqvim günündən çox müddətdə banka ödəməkdən yayınmış, nəticədə "xxxx" ASC iddiaçının öhdəliyinin icrasını təmin etmək məqsədilə icra qeydinin verilməsi üçün Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı ("xxxx" ASC, X11, Ömərov Elşən Ədalət oğlu, X8 üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən “AĞ ŞƏHƏR TAKSİ MMC” barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350.000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq Ömərov Elşən Ədalət oğlu ilə bank arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi ev 3 mənzil 15, X5 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi ev 5 mənzil 31, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişlər.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.İbadzadə) 2(006)4262/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMC-yə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.
7. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Express Mail Service”in TA006459611AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir.
8. Eyni zamanda qeyd edilmişdir ki, borclu və ipoteka qoyanlara təqdim olunan bildirişlərdə borc məbləğləri arasında fərqlər mövcud olmuşdur. Belə ki, ipoteka qoyan Ömərov Elşən Ədalət oğluna və X3 göndərilən bildirişlərdə xx.xx.2021-ci il tarixli 1**-MF*** nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 245.811,09 manat məbləğində borclu olmaları, borclu X10 göndərilən bildirişdə isə xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 246.036,04 manat məbləğində borclu olması qeyd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a; “İpoteka haqqında” Qanunun 36.1 və 36.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olu r ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə qətnaməsini onunla əsaslandırır ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır, Notariat ofisi isə maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMC-yə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan zaminlik müqaviləsi, üçüncü şəxs, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” təqdim edilmədən icra qeydini aparmışdır. Məhkəmənin yalnış nəticəyə gəlməsini və işi tam hərtərəfli və obyektiv araşdırmamasına dair aşağıdakıları qeyd etmişdir. 1) Borcun mübahisəsiz olduğunu təsdiqinə dair: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun bu norması borc məbləğinin mübahisəli olmasını özündə ehtiva etmir borcun verilməsində tərtib edilən sənədlərin (kredirt müqaviləsi, ipoteka müqaviləsi və s.) mübahisəsizliyini təsdiqi ilə bağlıdır. Bununla bağlı “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrə qərarında həmin sənədlərin siyahısı göstərilmişdir ki, "xxxx" ASC icra qeydinin çıxarılması üçün elektron qaydada müraciət edərkən həmin sənədlərin surətini əlavə etmişdir (qoşma da bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 2) İddiaçı MMC-yə təqdim olunmalı bildirişə dair: tərəflərindən icra qeydinin aparılacağı ilə bağlı icra qeydi bildirişi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən (Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin təsdiq etdiyi bildiriş formasına uyğun olaraq tərtib edilərək xx.xx.2023-cü il tarixində Ağ Şəhər Taksi MMC-yə göndərilmiş və xx.xx.2023-cü il tarixində çatdırılmışdır (qoşmada bax: qəbz). Göründüyü kimi məhkəmə bu halı da araşdırmadan yanlışlığa yol vermişdir. Ele ktron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən ərizəyə Ağ Şəhər Taksi MMC-yə göndərilən bildiriş və çatdırılmasını təsdiq edən qəbz əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 3) Üçüncü şəxs Əlizadə Cavidlə bağlanan zaminlik müqaviləsinə dair: Elektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən elektron ərizəyə zamin X6 zaminlik müqaviləsi əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 4) Maliyyə arayışına dair: Elektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən elektron ərizəyə Maliyyə arayışı əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 5) Əlizadə İlqarla bağlanan ipoteka müqaviləsinin təqdim edilməsinə dair: El ektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən elektron ərizəyə Əlizadə İlqar ilə bank arasında bağlanılmış ipoteka müqaviləsi əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). Əlizadə İlqar ilə bank arasında bağlanılmış ipoteka müqaviləsi olmadan Notariusun necə icra qeydinin çıxarması məhkəmədə heçmi sual yaratmadı?! Görünür ki, məhkəmənin hazırkı işi ya araşdırmaması ya da araşdırmaq üçün maraqlı olmaması nəticəsində əsassız olaraq icra qeydini ləğv etmişdir. 6) Bundan başqa məhkəmə qətnamənin 8-ci səhifəsində ipoteka predmetinə tutmanın yönəldilməsini mübahisələndirmişdir. Halbuki, iddia ərizəsində ipotekanın tutmaya yönəldilməsi mübahisələndirilməmişdir. Çünki ipoteka qoyanlar Ömərov Elşən Ədalət oğlu və X5 ayr-ayrılıqla Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı xx.xx.2023-cü il tarixli qənaməsi ilə İddiaçı Ömərov Elşən Ədalət oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən şikayət verən Ömərov Elşən Ədalət oğlu apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəmsinin 2(103)678/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Ömərov Elşən Ədalət oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli q ənaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən şikayət verən X5 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəmsinin 2(103)-6827/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli,e2(004)-6827/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7) Bundan başqa məhkəmə qətnamənin 8-ci səhfəsində ipoteka qoyanlar Ömərov Elşən Ədalət oğluna və X3 göndərilən bildirişlərlə zamin X10 göndərilən bildirişin borc məbləği hissəsində fərqin olduğunu əsas gətirən məhkəmə bu halı mübahisəli borc kimi qiymətləndirmişdir. Halbuki, bildirişlərin göndərilmə tarixində olan fərqlərə məhkəmə diqqət yetirməmişdir. Halbuki, X7 ilə fəaliyyət göstərən bank proqramı kreditlər üzrə hesablanan faizləri hər gün yeniləyir və iki bildiriş arasındakı fərq təbii haldır. Bundan başqa “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən (Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.) bildiriş göndərilmiş və 20 gün müddətinə borc barədə hər hansı bir yazılı etirazı olmamışdır və bu günədədə hər hansı bir etiraz b arədə müraciəti daxil olmamışdır. Məhkəmə araşdırma aparmadan qanunu səhv təfsir edərək borcun mübahisəliliyini ayrıayrı tarixlərdən tərəflərə göndərilən bildirişlərin məbləği ilə hesab etmişdir, halbu ki, həmin bildirişlərin sonuncu cümləsinə diqqət yetirilərdisə orda 20 günlük etiraz müddəti və icra qeydinin çıxarılacağı tarixədək hesablanacaq əlavələrində tələb ediləcəyi barədə xəbərdarlıq öz əksini tapmışdır. 8) Bundan başqa məhkəmə qətnamənin 9-cu səhifəsinin 5-ci abzasında Bakı şəhəri 43 Saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən borcun məbləğinin mübahisəsiz olduğunu araşdırılmadan “AFB Bankı ASC-nin xeyrinə borclular İddiaçı MMC-dən, X4, habelə X1, Ömərov Elşən Ədalət (ipoteka qoyanlar yanlışlıqla borclu kimi göstərilməklə) oğlundan 232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat pulun tutulmasına dair aparılmış xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə icra qeydinin aparılması qeyd edilmişdir. Halbuki, İcra qeydinin forması və məzmunu real vaxt rejimində Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsi tərəfindən “Elektron Notariat” informasiya sitemi vasitəsi ilə tərtib edilmişdir. Yəni bütün notariatlarda icra qeydinin forması eynidir. Bundan başqa məhkəmə ipoteka qoyanların borclu kimi göstərilməsinə toxunmuşdur ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsinin hakimi icraatında olmuş Nəsimi Rayon İcra şöbəsinin “icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə” mülki işə baxaraq 8(006)-381/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı ilə Borclu İddiaçı MMC (v əkili-nümayəndəsi Vəkil) tərəfindən verilmiş “icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” barədə şikayət təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı MMC apellyasiya şikayəti etmiş və Bakı Apellyasiya Məhkəməsinin hakiminin sədrliyi ilə keçirilən məhkəmə iclasında 8(103)25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qeyd etmişdir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrə qərarında həmin sənədlərin siyahası göstərilmişd ir ki, "xxxx" ASC icra qeydinin çıxarılması üçün elektron qaydada müraciət edərkən həmin sənədlərin surətini əlavə etmişdir. Elektron notariata müraciət ərizəsi və qoşmalar apellyasiya şikayətinə əlavə ediləcəkdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2229/2024 nömrəli iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi ilə (C.Musayeva (sədrliyi və məruzəsi ilə), hakimlər G.Axundova və F.Babayev ibarət tərkibdə) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
13. İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2229/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü tarixli məktubuna əsasən "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsiev 321 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. Eyni zamanda mülki işin materiallar ında olan “Express Mail Service”in TA006459611AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə əsasən bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmiş hesab edilir. Belə olan halda ərizə ən geci xx.xx.2023-cü il tarixdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli idi, əks halda “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi davam edə bilməzdi. Lakin bildiriş xx.xx.2023-cü il tarixdə qeydiyyat orqanına təqdim edilmiş və bununla da qanunvericliyin tələbi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi t ələbin ipotekaya yönəldilməsi zamanı qanunda nəzərdə tutulmuş müddətlərə riayət edilmədiyini, ipotekanın qeydiyyatını aparan dövlət orqanına vaxtında təqdim edilmədiyini və bildirişdə texniki səhvlərə yol verildiyini təsdiq etsə də, göstərilən halların icra qeydinin ləğvi üçün əsas olmadığı qənaətinə gəlmiş, qanunun imperativ tələblərini formal əsaslar kimi qiymətləndirmişdir. Məlum olduğu kimi, xx.xx.2018-ci il tarixdə İpoteka haqqında Qanunun 36.4.1-ci maddəsinə dəyişiklikedilmiş, tutmanın yönəldilməsi haqqında bildiriş ərizəsinin ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilməsi müddəti 7 təqvim günündən 3 təqvim gününə azaldılmışdır. Yəni, Qanunverici 7 gün müddətini 3 gün ilə hələ 2018-ci ildə əvəz edir, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası isə Qanunvericinin bu yanaşmasını formal əsas kimi nəzərə alır və Qanunun imperativ tələblərinin nəzərə alınması ilə qəbul edilmiş qanuni qətnaməni öz formal qətnaməsi ilə ləğv edir. İpoteka haqqında Qanunun 36.4.1-ci maddəsinə nəzər yetirdikdə açıq-aydın görünür ki, norma məhz imperativdir, yəni qeyd edilməyib ki, “edilə bilər”, “baxıla bilər” və sair. Bu isə o deməkdir ki, Qanun yox, məhz məhkəmənin yanaşması qərəzli və formaldır.
15. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparıldığı halda, notariat ofisi maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMC-yə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan “Zaminlik” müqaviləsi, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” təqdim edilmədən icra qeydini aparmışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş, icra qeydinin aparılmasına dair notariat işində yuxarıda qeyd edilən sənədlər movcud olmamışdır. Həmçinin, icra qeydində İddiaçı MMC borclu (kredit götürən) olduğu halda ipoteka qoyan kimi qeyd edilmiş, bu səbəbdən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarda ipoteka qoyanlar X5 və Ömərov Elşən Ədalət oğlu və müəssisənin direktoru X15 borclu göstərilərək pul məbləğinin onlardan bankın xeyrinə tutulmasını müəyyən etmişdir. Halbuki, X5 və Ömərov Elşən Ədalət oğlu kredit müqaviləsi üzrə borcalan deyil, ipoteka qoyanlardır. Belə olduğu halda ipoteka qoyanlardan borc məbləğinin ödənilməsinin tələb edilməsi tamamilə qanunsuz olduğu halda məhkəmə tərəfindən bu xüsusata da əhəmiyyət verilməmişdir. Bundan başqa, borclu və ipoteka qoyanlara təqdim edilmiş bil dirşlərdə borc məbləğləri arasında fərqlər movcud olmuşdur. Ömərov Elşən Ədalət oğluna və X3 göndərilən bildirişlərdə xx.xx.2021- ci il tarixli 1**-MF*** nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 245.811,09 manat məbləğində borclu olmaları, borclu X10 göndərilən bildirişdə isə xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 246.036,04 manat məbləğində borclu olması qeyd edilmişdir. Göründüyü kimi, borclu X10 göndərilən bildirişdə məbləğ və müqavilənin nömrəsi fərqli göstərilmişdir. İcra qeydi isə tamamilə fəqrli məbləğə (232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat) dair aparılmışdır. Belə olan halda bildiriş iddiaçıya çatdırıldığı təqdirdə də, notarius borcun mübahisəsiz olduğuna əmin ola bilməzdi. İcra qeydləri yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin təqdim olunduğu halda aparılır və “borcun mübahisəsizliyi” borcu təsdiq edən sənədlərin notariusa təqdim olunması ilə məhdudlaşır və sənədlərin təqdim olunması borcun “mübahisəsiz”liyi faktını təsdiq edir və bu “icra qeydi”nin aparılması üçün əsasdır. Lakin, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda “icra qeydi”nin verilməsi üçün “borcu təsdiq edən sənədlərin təqdim olunması”ndan əlavə notarius tərəfindən “borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsininin yoxlanılması” da şərt kimi irəli sürülür. Başqa sözlə, borclunun öhdəliyi icra etməməsinin yoxlanılması həmin borc məbləğinin mübahisəsiz olmasını sübut əhəmiyyətli materiallarla öz təsdiqini tapmalı olmasını müəyyən edir. “Borcu n mübahisəsizliyi” borcun mübahisə predmeti olub-olmamasını, borclu tərəfindən “mübahisələndirilməsi” huququnun olmamasını və ya mübahisə etmək imkanlarının qanunla müyyən olunmuş qaydada başa çatmasının sübut əhəmiyyətli materiallarla təsdiqini nəzərdə tutur. Belə sübut materiallarına “borcun” məhkəmə qaydasında müəyyən olunması faktını təsdiq edən sənədlər: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, borcun mübahisəsizliyinə dair tərəflərin “barışıq sazişi”ni və ya “icraata xitam verilməsi”nə dair qanuni qüvvəsini almış məhkəmə qərarları və sairə ola bilər. Yəni, eləsənədlər ki, həmin borc məbləğinə dair borclu tərəfindən “borc məbləği” mübahisələndirilməmiş olsun vəya borc məbləğini mübahisə edə bilmək imkanları tükənmiş olsun. Yaxud “müqavilə üzrə müəyyən ediliş öhdəliyin icra müddəti b itmiş olsun” vəs. Buna görə də, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cımaddəsinin 2-ci hissəsində qeyd olunan “borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin” təqdim olunması anlayışı məhdud formada tək tələbkar tərəfindən borcu müəyyən edən sənədlərin təqdim olunmasını nəzərdə tutmur, borc məbləğinin mübahisəsiz olmasının və notarius tərəfindən yoxlanılmalı olmasını nəzərdə tutur. Qeyd olunan sübutların olmadığı halda kreditor tərəfindən notariusa təqdim olunan borc sənədləri yalnız borcun mövcud olması faktını təsdiq edir. Onun mübahisəsizliyini təsdiq edə bilməz. Çünkü borcun mübahisələndirilməsi və ya borcun mübahisəsiz olması borclu tərəfin həmin sənədlərdə borc tələbinə, borcun miqdarına və borcla yanaşı cərimə, dəbbə pulu və digər tutmaların yönəldilməsinə mün asibətindən asılı olaraq müəyyənləşdirilə bilər. Çünkü mübahisə etmək hüququ subyektiv hüquqdur. Hər bir şəxsin subyektiv hüququ ona qarşı yönələn və onun hüquq və azadlıqlarının pozulması hissəsində onun özü tərəfindən mübahisələndirilə bilən hüquqdur və bu mübahisələndirmə heç bir kəs və orqan tərəfindən məhdudlaşdırıla bilməz
16. Apellyasiya instansiyası sübutları düzgün qiymətləndirməmiş, səthi münasibət göstərmiş, qanunvericiliyin tələbinin pozulması, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə riayət edilməməsi faktını təsdiq etsə də, bu əsasları formal hesab etmişdir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolveril məzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instanasiyası sübutları düzgün qiymətləndirməmiş, formal əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
18. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansi yasında icraata xitam verilir.
19. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. İddiaçı MMC-nin nümayəndəsi Vəkil “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək İddiaçı MMC ilə "xxxx" ASC arasında razılıq əldə olunduğunu və bank qarşısında olan öhdəliklərin hissə-hissə ödənilməklə icra edilməsinin qarşılıqlı olaraq razılaşdırıldığını və tərəflər arasında müqavilə bağlandığını, odur ki, hazırkı işin məhkəmədə baxılması zərurəti aradan qalxdığını nəzərə alıb mülki Prosessual Məcəllənin 410-cu maddəsini rəhbər tutaraq kassasiya şikayətindən imtina etdiklərini bildirmiş və kassasiya instansiyasında icraata xitam verilməsini xahi ş etmişlər.
21. Məhkəmə kollegiyası qeyd edir ki,, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir.
22. Qeyd olunmalıdır ki, şikayətdən imtina şikayət verən şəxsin məhkəmə qərarı ilə barışmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə başqa şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilmədiyindən, iddiaçının nümayəndəsinin kassasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçı MMC-nin kassasiya şikayəti üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin nümayəndəsi (vəkil) Vəkil kassasiya şikayətindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 may 2024-cü il tarixli 2(103)2229/2024 nömrəli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayəti üzrə kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.