Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3214/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 may 2019-cu il iş № 2(102)-3214/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, vəkili BŞnun, cavabdeh 20 saylı Uşaq Poliklinikasının vəkili SMnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.S.Kərimov, iş 2(001)-4873/2018) İddiaçı cavabdeh 20 saylı Uşaq Poliklinikasına qarşı həkim qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli, 2(103)10407/2018 saylı qərardadı ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), hakimlər E.Q.Nəbiyev və A.N.İmanov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4873/2018 saylı mülki iş üzrə qəbul etdiyi 24 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış və iddiaçıya izah olunmuşdur ki, o, cavabdehlər X3, X5 və X2rşı şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pul tələbinə dair mülki işdə sübut kimi istifadə olunan və hazırkı işdə mübahisələnd irdiyi həkim qeydlərinə etiraz etmək hüququna malikdir. İşin halları: İddiaçı cavabdeh 20 saylı Uşaq Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı X1 “xəstəlik tarixçəsi”nə daxil edilən həkim travmatoloq-ortoped SVnın 05 fevral 2015-ci il tarixli “qamətdə pozğunluq, kürək sümüklərində assimetriya və onurğa sütununda əyrilik”, eləcə də, “xəstəlik tarixçəsi”nə, həm də “Poliklinika modulu” elektron proqramına daxil edilən 24 fevral 2016-cı il tarixli “skolioz”a şübhə diaqnozu haqqında qeydlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti ve rərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili BŞ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh 20 saylı Uşaq Poliklinikasının vəkiliSM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən iddiaçının hansı məqsədlə hazırkı iddianı irəli sürüb və hansı pozulmuş hüququnun bərpasına nail olmaq istədiyini müəyyən etmək mümkün olmur. İş materiallarından görünür ki, iddiaçı yuxarıda qeyd olunan həkim qeydlərin etibarsız hesab edilməsi tələbini irəli sürməklə yanaşı, yetkinlik yaşına çatmayan övladında həmin qeydlərə uyğun xəstəliyin (skolioz) aşkar olunması barədə sənədləri də təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər X3, X7 və X2rşı şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və hazırda həmin mülki işdə sübutlar olan həkim qeydlərini mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin həkim qeydləri məhkəmə qaydasında ayrıca icraatda mübahisələndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən həkim qeydləri yuxarıda qeyd olunan mülki işdə sübutlardır. Mülki iş üzrə tərəf lər isə hər hansı sübutun mötəbərliyinə şübhə etdikdə onu ayrıca icraatda deyil, sübutun təqdim edildiyi mülki işdə etiraz etməklə və öz etirazını təsdiq edən digər sübutlar təqdim etməklə mübahisələndirmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, həkim qeydləri özüözlüyündə hər hansı hüquq müəyyənedici əhəmiyyətə malik deyildir. İddiaçı da həmin qeydləri məhz digər mülki işdə sübut kimi istifadə olunduğuna görə mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə sübut olan həmin həkim qeydləri ayrıca məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş tələblərin ayrıca məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iş üzrə icraata xitam verilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçıya izah olunmalıdır ki, o, digər mülki işdə sübut kimi istifadə olunan həkim qeydlərinə etiraz etməklə m übahisələndirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3214/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3214/2019
08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver