Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3219/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 xxxoğlu, X6 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 xxxoğlu, X6 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1140/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsi ndən Cavabdeh3 kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 xxxoğlu və və Cavabdeh3 ilə elektron ticarətlə məşğul olmaqla bağlı razılığa gəlmişlər.
2. Bu məqsədlə iddiaçılar cavabdehlər Cavabdeh2 xxxoğlu, X6 və Cavabdeh3 nağd və sonuncuların bank kartları vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə sərmayə qismində pul vəsaiti ödəmişlər.
3. Mübahisə ödənilmiş pulların qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 onların hər birinə 7.206,66 manat olmaqla cəmi 21.620 manat pulun tutularaq ödənilməsi, Cavabdeh1 onların hər birinə 5.600 manat olmaqla cəmi 16.800 manat pulun tutularaq ödənilməsi, Cavabdeh3 onların hər birinə 3.090,19 ABŞ dolları olmaqla cəmi 9.270,59 ABŞ dolları pulun ödəniş gününə olan məzənnə ilə tutularaq ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 1.000 manat pulun tutularaq İddiaçı3 ödənilməsi, vəkillə bağlanan müqavilə xərci olan 363 manat və məhkəmədə iddianın qaldırılması üçün tərəflərindən ödənilmiş 255,54 manat, cəmi 618,54 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada alınaraq onlara bərabər həcmdə - hər birinə 205,18 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, 2021-ci il dekabr ayında İddiaçı 3 dostu İddiaçı2 dəvəti ilə onun icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən şirniyyat evinə getmişdir. Orda İddiaçı2 onu iki nəfər, Cavabdeh3 və Cavabdeh2 adlı şəxslərlə tanış edərək həmin şəxslərin ona təklif etdikləri onlayn biznesə sərmayə yatırıb qazanc əldə etmək imkanlarının olması barədə ona məlumat vermiş və həmin şəxslərdən görüləcək işin detalları barədə ona məlumat vermələrini istəmişdir. xxx və xxx ona yeni bir sayt yaratdıqlarını (tfaze.com) bildirmiş və qarşılarındakı kompüterdə həmin saytı açaraq orada türk rəssamları tərəfindən çəkilmiş fotoşəkillərin (rəsmlərin) satışının həyata keçirdiklərini bildirmişlər. Həmin sayt üzərindən artıq bir sifariş reallaşdırdıqlarını qeyd etmiş, lakin ilk sifarişi maliyyələşdirən xxx İbrahimov adlı şəxsin (hər ikisinin əvvəllər işlə tdikləri marvell marketinq şirkətinin sahibi) onlara şəkillərdən əldə edilmiş gəlirlərdən az faiz verdiyini əsas gətirərək, onunla iş birliyinə son verdiklərini bildirmiş və yeni sərmayəçi axtarışında olduqlarını demişdirlər. Kompüterdə yeni sifarişin olduğunu göstərdikdən sonra həmin sifarişi Türkiyədən pulunu ödəyib X8 adlı alıcıya çatdıraraq qoyulan vəsaitin iki qatından artıq məbləğ əldə etmək imkanının olduğunu vurğulamışlar. Məsələnin real olduğunu zənn edərək iddiaçılar xxx Vəzirlı, İddiaçı2 və digər dostları İddiaçı1la birgə bu işin maliyyələşdirilməsi üçün ilkin mərhələ olaraq Cavabdeh2 Cavabdeh3 iştirakı, Elvin Qəniyevin, Elvin Alməmmədovun, Xaliq Mahmudovun şahidliyi ilə 4700 manat pul vermişlər. Saytın (tfaze.com) qurucusu Cavabdeh2 bildirmişdir ki, qoyduqları pulla Türkiyədən onlayn sifarişlə guya Amerikalı alıcı Susan Burns adlı şəxsin tfaze.com saytı üzərindən ona sifariş verdiyi türk rəssamlarının 4 ədəd şəklini sifariş edəcək və sifariş 7-10 gün ərzində Türkiyədən Amerikaya yola düşən kimi sifarişçinin Paypal (ödəniş platforması) üzərindən göndərdiyi pul vəsaiti Cavabdeh2 atasına məxsus Gürcüstan Respublikasından alınmış TBC bankının kart hesabına köçəcək.
6. Cavabdeh2 bildirmişdir ki, yerli banklar bu kimi onlayn ticarət əməliyyatlarını dəstəkləmədiyi üçün vəsaitin məhz Gürcüstanin TBC bank kartına köçə biləcəyi mümkündür. Onlar pulları verdikdən 10 gün sonra Cavabdeh3 və Cavabdeh2la işin gedişatını müzakirə etmək üçün yenidən eyni məkanda görüşmüşlər (xxx, xxx, xxx, xxx və xxx ). Görüş zamanı Cavabdeh2 kompüterdə sifarişin uğurla X7 adlı alıcıya çatdığın ı göstərmiş və saytın balansında qazanc kimi 11000 ABŞ dolları ümumi məbləğin olduğunu əks etdirən saytın balansını göstərmiş və həmin şəxs tərəfindən (Susan Burns) yeni bir sifarişin daxil olduğunu bildirmişdir. Həmin sifarişin maya dəyərinin 18600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsi üçün əlavə vəsaitin tələb olunduğunu bildirərək, iddiaçılardan balansda olan 11000 dollar pulun üzərinə yenidən 7600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsini istəmişdir. İddiaçılar “uğurla” başa çatmış pulun qazancının nağdlaşdrılmasını istədikdə Cavabdeh2 bildirmişdir ki, pulun köçdüyü atası Cavabdeh1 məxsus olan TBC bank kartın çipi işləmədiyi üçün hal-hazırda pulun nağdlaşdırılması mümkün olmadığına görə vəsaiti götürmək mümkün deyil. xxx bu məsələnin həlli üçün Cavabdeh3 2-3 gündən sonr a Gürcüstana gedərək öz adına yeni bir TBC bank hesabının açacağını vurğulamışdır. Şifahi razılaşmadan sonra Cavabdeh3 Gürcüstana getmiş və onlar ikinci sifarişin təsdiqlənməsi üçün 7600 ABŞ dollarının ekvivalenti kimi 12920 manat pulu və 4000 manat karqo pulunu toplayaraq Cavabdeh2 vermişlər (12920 manat pulu Cavabdeh2 “Leobank” da olan kart hesabına, 4000 manat isə nağd, karqo pulunu 2 gün sonra Cavabdeh2 nağd şəkildə İddiaçı2 Babək prospekti 61 c ünvanında yerləşən iş yerində, Vüqar Hüseynlinin, Rəşad Məhərrəmovun və Elvin Qəniyevin şahidliyi ilə kafedə vermişlər). Məbləği hərəyə 5640 manat olmaqla bərabər şəkildə ödəmişlər. Hətta həmin məbləğin düzəlməsi üçün Elvin Qəniyevdən 2000 manat pul istəsələr də o, imkanı çatmadığı üçün onlara kömək edə bilməmişdir.
7. Bu hadisədən təxminən 7-1 0 gün keçdikdən sonra artıq Cavabdeh3 Gürcüstanda bank hesabı açaraq Azərbaycana qayıtmışdı. Cavabdeh2 bildirmişdir ki, pulu onlar qoyursa və işi o görürsə, o zaman Cavabdeh3 əlavə pul ödəməmək üçün onu bu məsələdən kənarlaşdırmaq lazımdır. Onlar da onun qərarına etiraz etməyərək, Cavabdeh3 qeyd-şərtsiz heç bir danışıq olmadan məsələdən kənarlaşdırılması üçün razılaşmışlar. Növbəti sifarişin hamısını Cavabdeh2 artıq özü sayt üzərindən etdiyindən Cavabdeh3 bildirməməyi təklif etmiş və onlar da razılaşmışlar. Növbəti sifarişin isə maya dəyəri 38000 dollar olduğundan, onlar buna imkanlarının çatmadığını qeyd etsələr də, Cavabdeh2 bildirmişdir ki, o guya atası Cavabdeh1 kart hesabından bu iş üçün 16800 manat götürərək ümumi məbləğin üzərinə əlavə edəcək, özünə bildirmədən, amma onlar da, həmin məbləği qısa müddət ərzində toplayıb ona qaytararlar. Həmin pulu, yəni 16800 manatı 1 ay ərzində hissə-hissə qaytarmaq üçün razılaşmış və Cavabdeh2 bildirmişdir ki, həmin pulları topladıqca atası Cavabdeh1 TBC bank kartına göndərsinlər. Həmin məbləği razılaşdıqları kimi Cavabdeh1 TBC bank Georgia kart hesabına ümumilikdə 2022-ci ilin fevral mart ayları ərzində ona, yəni İddiaçı3 məxsus “Rabitəbank” kartmane vasitəsilə 16800 manat pulu kartdan karta köçürmə vasitəsi ilə ödəmişlər. Onlar yenə də narahat olmuş və səbəb kimi Cavabdeh3 bu işlərdən kənarlaşdırılmasının vacib olduğunu vurğulamış və əldə ediləcək qazancın köçəcəyi (Cavabdeh2 20 gün ərzində köçəcəyini bildirmişdir) bank kartının artıq Cavabdeh2 atası Cavabdeh1 deyil, Cavabdeh3 adına olmasının onları narahat etdiyini qeyd etmişlər. Cavabdeh2 isə onlara bildirmişdir ki, Cavabdeh3 güvənmirlərsə, o zaman pul sahibi kimi onların üçündən birinin adına Gürcüstanda bank kartı açsın və 3-cü sifarişi təsdiq etdikdən sonra Cavabdeh3 adına olan bank kartını saytın hesabından çıxarsın və onların açdığı bank kartını əlavə etsin. Bu məqsədlə İddiaçı3 xx.xx.2022-cı il tarixdə Gürcüstana getmiş, oradan TBC banka məxsus kart hesabı açsa da, Cavabdeh2 ona zəng vuraraq bildirmişdir ki, əldə edəcəkləri vəsaitin Paypal beynəlxalq ödəmə sistemi vasitəsi ilə köçürüldüyü üçün İddiaçı3 adına açılmış TBC bank kartını həmin ödəmə sisteminə əlavə edib hesabı aktivləşdirmək bir həftə vaxt alacaq, onun üçün pulu 3-cü sifarişin təsdiqlənməsi üçün hazırda Paypal ödəmə sistemində qeydiyyatdan keçirdiyi Cavabdeh3 TBC bank kartına göndərmək lazımdır. İddiaçı3 Tbilisi şəhərində onlardan tələb olunan 9270.59 dollar pulun 8300 dollarının 6900 dollar hissəsini Bankın kassasında, 1400 dollar hissəsini isə ödəmə terminalı vasitəsilə Cavabdeh3 TBC bank kartına köçürmüşdür. Yerdə qalan 970.59 dollar pulu isə İddiaçı1 həmin vaxt Bakıda özünün Unibank kartından Western Union ödəmə sistemi vasitəsilə Cavabdeh3 TBC bank kartına göndərmişdir. Ümumilikdə 9270.59 dolları Cavabdeh3 TBC bank Georgia bank hesabına köçürmüşlər (ödəniş qəbzləri əlavə edilir). Qeyd olunan məbləği də üç nəfər arasında bölərək ödəmişlər.
8. İddiaçı3 Gürcüstan Respublikasında 3 gün müddətində qalmış və qaldığı müddətdə 1000 manat xərc çəkmişdir (bilet 200 dollar (340 azn), 240 manat otel və s. xərclər). 3-cü sifariş təsdiqləndikdən sonra Cavabdeh2 vəsaitin maksimum 10 gün ərzində hesaba köçəcəyini bildirmiş, təxminən 2022-ci ilin mart ayının ortalarında vəsaitin köçəcəyini vurğulasa da, günlər ötdükcə artıq aralarında narazılıqlar başlamışdır. Mart ayının sonları Cavabdeh2 vəsaitin köçdüyünü onlara bildirmiş, (bu müddət ərzində onlar artıq Cavabdeh1 TBC Bank kartına ona məxsus Rabitəbank kartı vasitəsilə 16800 manat pulu tam olaraq ödəmişdilər) və sayt üzərindən pulun balansda olduğunu göstərmişdir (əslində isə balansdakı pulun proqram vasitəsi ilə düzəlmiş saxta məbləğ olduğu daha sonra iddiaçılra məlum olmuşdur) və məbləğ böyük olduğu üçün birbaşa bank kartına köçürmə etmək mümkün olmadığını əsas gətirərək bir neçə gün gözləmələrini istəmiş və məsələni yaxın günlərdə həll edəcəyini demişdir.
9. Artıq bir müddətdən sonra Cavabdeh2 iddiaçıları aldatması şüb hələri yarandığı üçün təxminən 2 aydan çox müddətdə heç bir əlaqələri olmayan Cavabdeh3 zəng vurmuş və Nərimanov ərazisindəki “ünvan 2i”ndə görüşmüş, məsələni ona danışdıqda Cavabdeh3 bildirmişdir ki, Cavabdeh2 dələduzdur və onların qoyduqları vəsaitlərin bir qismini qanunsuz qumar oyunları, xarici bet saytlarda uduzub (bu faktı daha sonra Cavabdeh2 atası Cavabdeh1 da təsdiq etmişdir). 10. xxxlə görüşüb xxxın onları aldatdığını bildikdən dərhal sonra Cavabdeh3 iddiaçılarla birlikdə Cavabdeh2 yaşadığı binanın qarşısına gedərək tanımadıqları blokdan çıxan bir nəfər kişidən Cavabdeh2 hansı mənzildə yaşadığını soruşmuş, və cavabında 10-cu mərtəbədə liftdən çıxanda sağ qapıda qaldığını öyrənmişlər. Həmin mərtəbəyə qalxaraq Cavabdeh2 qapılarının arxasında olduqlarını və onun çölə çıxmasını tələb etmiş, Cavabdeh2 çölə çıxaraq onlardan atasının bayram olduğu üçün evdə olduğunu (sonuncu çərşənbə günü) binanın həyətinə düşməyi xahiş etmişdir. Onlar xxxla binanın həyətinə düşüb maşına əyləşmiş, maşında xxxa onun iddiaçıları aldatdığını demiş və ona verdikləri pulu tələb etməyə başlamışlar. O isə xeyli həyəcanlı olduğu üçün bildirmişdir ki, atasına zəng vursun, düşsün binanın həyətinə, onlar onunla danışsınlar. xxx atasına zəng vurmuş, atası Cavabdeh1 3-4 dəqiqədən sonra binanın qarşısına düşmüşdür. İddiaçı3 məsələni tam ətraflı ona danışmış, daha sonra Cavabdeh1 onun telefon nömrəsini götürərək bildirmişdir ki, gedib evə oğlu ilə danışsın, aydınlaşdırıb sabah günorta 13-14 radələrində onlarla əlaqə saxlayacaq. Onlar da həmin yerdən uzaqlaşmışlar. Səhəri gün Cavabdeh1 dediyi vaxtda İdd iaçı3 zəng vurmuş və axsam saat 18:30 üçün İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanında olan şirniyyat dükanında görüş təyin etmişlər. Görüş vaxtı Cavabdeh1la təxminən 1 saatdan artıq müddətdə söhbət etmişlər (söhbətin səs və video görüntüləri də mövcuddur). Söhbətlərinin sonunda Cavabdeh1 dəymiş zərəri, yəni 54000 manat pulu qaytaracağını bildirmiş və razılaşmışlar ki, növbəti aydan etibarən hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayin 15-i 18000 manat) ümumi borcu bağlayacaq. Lakin Cavabdeh1 söz versə də, növbəti ayın 15-i iddiaçılar onunla əlaqə saxlamağa çalışsalar da, nömrəsinə zəng çatmamışdır. İddiaçılar belə qənaətə gəlmişlər ki, onun da, pulu qaytarmaq fikri yoxdur. Ertəsi gün Cavabdeh1 Cavabdeh2la yaşadıqları eyni ünvana getmiş, Cavabdeh1 oğlu Cavabdeh2 ona bildirm ədən Türkiyəyə getdiyini demişdir. Buna görə də, artıq onun bu məsələ ilə bağlı yaranmış borcu ödəmək fikri yoxdur. Borcu oğlu Cavabdeh2 tələb etmələrini bildirmişdir. Bununla da Cavabdeh1 da bu məsələdə oğlu Cavabdeh2la əlbir olduğu qənaətinə gəlmişlər.
11. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh3 qarşı hissədə iddiya etiraz edərək göstərmişdir ki, bildirmişdir ki, iddia ərizəsində qeyd edilən Cavabdeh3 adına açılmış TBC bank hesabı formal olaraq onun adına açılmış, əsl istifadəçisi və hesabı idarə edən Cavabdeh2 olmuşdur. Cavabdeh3 qeyd olunan məbləğin onun hesabına ödənilməsi barədə, ümumiyyətlə, məlumatı yox idi, belə ki, iddiaçıların da ərizədə qeyd etdikləri kimi onu işdən uzaqlaşdırmaq niyyətləri olmuşdur. Cavabdeh2 onlara xxxin adına olan h esabın saytda aktiv olmasını səbəb gətirərək, məbləği o hesaba göndərməyi bildirmişdir. İddia edilən məbləğ 9270 ABŞ dolları hesaba daxil olduqdan sonra qısa vaxt kəsiyində müxtəlif vaxtlar Cavabdeh3 hesabından Cavabdeh2 atası Cavabdeh1 hesabına göndərilmişdir. Bundan başqa, iddia ərizəsində iddiaçılar vurğulamışlar ki, Cavabdeh1 ilə görüşləri olmuş və o onlara dəymiş 54000 manat pulu onlara ödəməyi öhdəsinə götürərək, hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayın 15-i 18 000 manat) borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Yəni qeyd edilən məbləğ 9270 ABŞ dolların onda olmasını Cavabdeh1 etiraf etmişdir ki, etiraza əlavə edilən çıxarışlarda da məbləğin onun hesabına göndərilməsi öz əksini tapmışdır. İddia tələbi üzrə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi, ümumiyyətlə əs assızdır, onun özü də Cavabdeh2 tərəfindən aldadılmışdır.
12. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, onun işlədiyi kafedə xxx, xxx, xxx xxxx xxxx tez-tez gəlib gedirdilər. xxx xxxx xxxx onun dostlarıdır. Ara-sıra onun işlədiyi yerə gəlirdilər. xxx də onunla bir yerdə işləyirdi, ona görə orada görüşürdülər. O, onlara çay verəndə eşidirdi ki, aralarında nə isə alqı-satqı söhbəti gedirdi. xxx və xxx pulu sayıb verirdilər digərlərinə, dəqiq sayını bilməsə də təxmini 4000-5000 idi. Bir dəfə onlar pul axtarırdılar, ondan soruşdular, onda pul olmadığına görə, iş yoldaşı Elvindən 200 manat istədilər, onda da pul olmadı.
13. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, su daşıyan şirkətdə işləyirdi. xxxlə “Marvel” marketinq şirkətindən tanış idi. Təxminən 2021-ci ilin dekabrında xxx ona zəng etmişdir ki, onun və dostu xxxın biznes təklifi var və xxx xxxla birlikdə onun yanına gəlmiş və bildirmişdir ki, sərfəli bir iş var, belə ki, onlar bir sayt yaratmışlar, türk rəssamlarının şəkillərini Türkiyədən onlayn alıb Amerikaya satacaqlar. Buna görə sərmayə qoyan axtarırlar. Buna görə də o bu təklifə razılaşıb şəriklərlə birlikdə ilk əvvəl 10000 dollar pul vermişdir. Alış-veriş xxxın saytında olurdu. xxx xxxla şərik idi və xxxə onlar pul verirdilər. xxxin gəliri 25% idi. Onlar razılaşarkən xxxlə xxx 50%, onlar da 50% şərik idilər. Əvvəl onlara pul qaytarırdılar, sonuncu dəfə 30000 dollar verdikdən sonra 60000 dollar istədilər, lakin həmin məbləği o və şərikləri vermədilər. Bundan sonra araşdırmağa başladılar. Onları ofisə çağırıb, kompüteri açdırmış və mə lum olmuşdur ki, kompüterdə xxxgilin göstərdikləri çeklər saxtadır. 30000 dollardan təxminən 24000 dolları geri ala bilmişlər. Bundan sonra polisə şikayət etmişlər.
14. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, o, Azərpoçtda loqistika şöbəsində mütəxəssis işləyir. İddiaçılar onun dostlarıdır. Onun yanında xxx və xxx gəlib iddiaçılardan pul götürmüş, pulu xxx qəbul etmişdir. İddiaçılar bir “paçka” pulu xxxa verdilər, ancaq nə qədər verildiyini bilmirdi. Ona da xxx belə bir işin olduğunu təklif etmiş, lakin o, bu işə razı olmamışdır.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 21620 manatın tutularaq hər birinə 7206,66 manat olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödən ilməsi, Cavabdeh1 16800 manatın tutularaq hər birinə 5600 manat olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9270,59 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq hər birinə 3090,19 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1000 manat pulun tutularaq İddiaçı3 ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada vəkilə ödənilmiş 363 manat və ödənilmiş 255,54 man at, cəmi 618,54 manatın tutularaq hər birinə 205,18 manat olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi qət edilmişdir. (hakim Mədinə Bağırova)
16. Birinci instansiya məhkəməsi işdəki sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçılara maddi zərər vurulduğundan iddia tələbi əsaslı hesab olunmalı və təmin olunmalıdır.
17. Birinci instansiya məhkəməsi Cavabdeh3 özünün də Cavabdeh2 tərəfindən aldadıldığına görə onun cavabdeh kimi işə cəlb edilməsinin və ona qarşı tələb irəli sürülməsinin heç bir əsası olmadığına dair etirazını inandırıcı hesab etməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat
19. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi, iddia tələbinin ona qarşı hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşin hallarından göründüyü kimi Cavabdeh2 birbaşa özü zərər vurmuşdur. Belə ki, iddiaçılara “xidmət” göstərilməsini və şərik olaraq işləməni Cavabdeh2 təklif etmişdir. Alınmış pullar Cavabdeh3 hesabına oturulsa da onun sahiblik və istifadəsində olmamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə hər hansı qiymət verməmişdir, hərçənd tərəflər arasında mülki münasibətl ər şifahi əqd formasında olmuşdur. Çünki bir tərəf X2 digər tərəflərə (iddiaçılara) müəyyən şərtlər altında əqd təklif etmişdir. Ədqin şərtlərinə əsasən iddiaçılar pul yatıraraq müəyyən qazanc əldə etməli idilər. Burada ilk öncə əqdin tərəfləri müəyyən edilməlidir, ədqin tərəfləri iddiaçılar və cavabdeh X2 və onun atası olmuşdur, Cavabdeh3 hər hansı iştirakçılığı olmamışdır. Məhkəmə, ümumiyyətlə, Cavabdeh3 hansı hərəkət və ya hərəkətsizliyinə görə cavabdehlik daşıdığını qeyd etməmişdir. Beləliklə, tərəflər arasında şifahi əqdin bağlandığı işin təkzibolunmaz hallarından biridir. Lakin hazırkı mübahisədə Cavabdeh3 heç rəftarı, o cümlədən pulların əldə edilməsində, istifadəsində hətta müəyyən müddət sahiblik etməsində belə müşahidə olunmur. Belə ki, Cavabdeh3 hesabına daxil olan məbləğ qısa v axt kəsiyində digər Cavabdeh1 hesabına keçirilmişdir. Bundan başqa, təqdim edilmiş sübutlarda qeyd olunan hesabdan ölkə xaricində post terminal vasitəsilə ödənişlər olmuşdur. Qeyd olunan müddətdə Cavabdeh3 Azərbaycan Respublikasından kənara hər hansı səfəri olmamışdır. Belə ki, etirazında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən onun adına açılmış TBC bank hesabı formal olaraq, onun adına açılmış əsl istifadəçisi və hesabı idarə edən Cavabdeh2 olmuşdur. Qeyd olunan məbləğin onun hesabına ödənilməsi barədə ümumiyyətlə, məlumatı yox idi, belə ki, iddiaçıların da ərizədə qeyd etdikləri kimi onu işdən uzaqlaşdırmaq niyyətləri olmuşdur. Cavabdeh2 onlara Cavabdeh3 adına olan hesabın saytda aktiv olmasını səbəb gətirərək məbləği o hesaba göndərməyi bildirmişdir. İddia edilən məbləğ 9270 ABŞ dolları hesaba daxil olduğdan sonra qısa vaxt kəsiyində müxtəlif vaxtlar Cavabdeh3 hesabından Cavabdeh2 atası Cavabdeh1 hesabına göndərilmişdir. Bundan başqa, iddia ərizəsində iddiaçılar vurğulayırlar ki, Cavabdeh1 ilə görüşləri olub və o, onlara dəymiş 54000 manat pulun onlara ödəməyi öhdəsinə götürərək, hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayın 15-i 18 000 manat) borcun ödəyəcəyini vəd etmişdir. Yəni Cavabdeh1 qeyd edilən 9 270 ABŞ dolların onda olmasını etiraf edib. Həmçinin əldə etdiyi digər sübutlar elektron məhkəmə sisteminə yüklənmişdir. Qeyd olunan hesabdan Moskva şəhərində və Çexiya Respublikasında post terminal vasitəsilə ödənişlər aparılmışdır. Yuxarıda qeyd etdiyi kimi də o, ölkə xaricinə səfər etməmişdir. Bundan başqa o, Cavabdeh2 yaratdığı tfaze.com saytının fəaliyyəti barədə xx.xx.2022-ci ildə Gallerymak.com saytına yazaraq, araşdırmalar aparmışdır. Eyni zamanda TBC banka kartının oğurlanması barədə onun tərəfindən müraciət olmuşdur ki, qeyd olunan müraciətin dəqiq vaxtının müəyyən edilməsi barədə tərəfindən sorğu göndərilsə də, bank tərəfindən 2022-ci ilə aid sənədlərin saxlanılmaması barədə geri cavab göndərilmişdir. Beləliklə, məhkəmə təqdim etdikləri sübutları iclasda tam araşdırmamış, münasibət bildirməmiş, qətnamədə sübutları qiymətləndirməmişdir. Məhkəmə yalnız şahid ifadələrinə əsaslanmışdır. Hansı ki, şahidlər nə qədər məbləğin dəqiqi verilməsini təsdiq etməmiş, ehtimallarla ifadə vermişlər. Şahidin biri, ümumiyyətlə, cavabdehlərin xxx ə müəyyən məbləğin verməsini ifadəsində bildirmişdir. Məhkəmə onun iddiaçılarla hansı hüquq münas ibətlərində olmasını, bu işdə faktiki iştirakını və rolunu araşdırmamış bu barədə qətnamədə hər hansı qeydlər aparmamışdır. Məhkəmə Cavabdeh3 münasibətdə iddianı formal olaraq təmin etmişdir. Bundan əlavə, iddiaçılar özləri belə onun hansı formada və kim qismində mübahisədə iştirak etdiyinə belə münasibət bilməmişdirlər. Məhkəmə iddia ərizəsinə verilmiş etiraza, ümumiyyətlə, münasibət bildirməmiş, etirazın inandırıcı olmamasını qeyd etmişdir.
21. İddiaçı3 oğlu apellyasiya şikyətinə etiraz edərək bildirmişdir ki, xxx və xxx İT mütəxəssisləridir. Qarşı tərəfin təqdim etdikləri sübutlar saxtadır. Onları xxxla tanış edən Cavabdeh3dur. Bu işdə zərərçəkmişlər çoxdur, hamısında da ssenari eynidir. Cavabdeh3 tanış edir, daha sonra guya faiz verilmədiyi üçün onu məsələdən çıxarırlar. xxx isə işini görür sonda isə ölkədən qaçır. xxxin marağı nədir ki, burdan Gürcüstana gedir və adına kart açdırır. O, şəxsən xxxin kartına 9800 dollar pul qoymuşdur. xxx burdan 25 faiz pul götürməli idi. Plana əsasən xxx ölkədə qalmalı idi, qaçmalı yeri yox idi. xxxin ortada məsuliyyət daşımaması üçün belə bir plan qurulmuşdur. Digər zərərçəkmiş şəxslərin sübutları olmadığı üçün iddialarını irəli sürə bilmirlər. Bu adamlar bu işin mütəxəssisləridir. Pulun kim tərəfindən məxaric olunmasını bilmir, pul parçalanırdı. Pulun onlar arasında necə bölüşdürülməsindən məlumatı yoxdur. Həmin sənədləri yüngül İT biliyi olan hər kəs düzəldə bilər. Xaricə gediş-gəliş pulu, oteldə qalmaq pulu və s. təqribi 1000 manatdır.
22. İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ona yaxınlaşaraq demişdilər ki, şirniyyat mağazalarını reklam edəcəklər. Həmin vaxtı xxxin nişanlısı özü ilə işləyirdi. Onlar başladı işləməyə, bununla bağlı ödənişləri də etdilər. Bir gün Cavabdeh3 yanında xxx adlı şəxsi gətirmiş və bildirmişdir ki, belə bir iş var, investor lazımdır. Ona internetdə nə isə göstərmiş, o isə ki, burada məbləğin böyük olmasını, bunu tək edə bilməyəcəyini demişdir. O, dostları xxx və xxx ı çağırmışdır. xxx kamera işi ilə məşğul olduğu üçün fikirləşmişdir ki, bəlkə onun bu işdən başı çıxar. xxx baxmış, və demişdir ki, narahatçılıq yoxdur və beləcə onlar tanış olmuşlar. Bu prosedurlar gedə-gedə danışıqlar oldu ki, ödənişin 50 faizini onlar böləcəkdi, qalan 50 faizini isə xxxla xxx götürəcəkdi. Üçüncü dəfə də xxxi kənarlaşdırdılar. xxx Gürcüstanda olan müddətdə xxx onlara demişdi ki, xxxi bu işdən uzaqlaşdıraq. xxx Gürcüstana dekabrın axırı, yanvar ayının əvvəli getmişdi. xxx ona demişdir ki, pulu xxxin kartına qoysun və sifariş edilsin. Bundan sonra xxxin kartı sistemdən çıxarılacaq və onun kartı sistemə oturacaq və bununla da onların xxxlə iş birliyi bitəcək və xxxə heç bir faiz verməyəcəklər.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1140/2024 nömrəli 01 may 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1.000 manat pulun müştərək qaydada tutularaq İddiaçı3 ödənilməsi” hissəsində dəyişdirilmiş, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavab deh1 və Cavabdeh3 214,7 GEL (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Gürcüstan larisinin manata məzənnəsi nəzərə alınmaqla) və 317,69 AZN məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı3 xeyrinə ödənilməsi, qətnamənin Cavabdeh3 aid digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), xxx Babayev, Günay Axundova)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 aid hissədə yoxlayaraq qeyd etmişdir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərə kətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.
25. Mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir.
26. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilərkən işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndi rmə aparılmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırki mübahisənin faktiki hallarına əsasən cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 iddiaçılara sayt yaratmaqla və həmin sayt üzərindən rəsmlərin satışını həyata keçirməklə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün pul qoymalarını təklif etmişlər. Həmin təkliflə razılaşan iddiaçılar, daha sonra cavabdehlər tərəfindən aldanmış olduqlarına, niyyətlərinin əvvəldən qanunsuz şəkildə pullarının ələ keçirilmələri olduğuna istinad edərək məhkəməyə müraciət etmişlər.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, pulun alınıb-verilməsində məqsədləri borc vermək, iş görmək və ya xidmət göstərmək olmamışdır. Cavabdehlərin hərəkətləri nətic əsində iddiaçılara ziyan vurulmuşdur, iddiaçılar da hazırkı tələbində onlara vurulmuş zərərin ödənilməsini tələb edirlər.
29. Apellyasiya instansiyası məhkəməsi alınmış pulun onun hesabına köçürülsə də, sahiblik və istifadəsində olmaması, həmin pulun Cavabdeh2 tərəfindən bankdan məxaric edilərək istifadə edilməsi barədə Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, iş materiallarına əsasən iddiaçıların ödənilməsini tələb etdikləri zərərin yaranmasına əsas olmuş qanunsuz hərəkətlərə yol vermədiyinə istinad edən Cavabdeh3 iddiaçıların birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına cəlb edilməsi ilə əlaqədar danışıqlarda iştirak etmiş, pul köçürmələrinin aparılması üçün öz kartının (hesabının) məlumatlarını iddiaçılara vermişdir.
30. Cavabdeh3 məxsus bank hesa bına 2022-ci ilin 27 yanvar tarixindən 31 yanvar tarixinə qədər ümumilikdə 9.270,59 ABŞ dolları məbləğində pul köçürüldüyü də müəyyən edilmişdir. Danışıqlarda iştirak edən Cavabdeh3 İT mütəxəssisi olduğundan, digər cavabdehlərin sayt yaratmaq, üzərində satışları həyata keçirmək və bu istiqamətdə digər İT hərəkətləri etmək niyyətində olmadıqlarını bilməyə bilməzdi. X1 Binəqədi RPİ-nin 5-ci PŞ-yə verdiyi cinayət işinin başlanması barədə ərizədə istinad edilən hallardan da görünür ki, cavabdehlər eyni tarixlərdə oxşar ssenari üzrə hərəkət etmişlər.
31. İşin bu hallarını faktiki inkar etməyən apellyator məhkəmənin gəldiyi qənaətə etiraz olaraq yalnız köçürülmüş pulu almadığına, kart (hesab) məlumatlarının oğurlandığına, bu barədə müvafiq banka ərizə ilə müraciət etdiyinə istinad etmiş, lakin q eyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinə görə etirazın bu əsasları, həmçinin hesabına köçürülmüş pulun daha sonra başqa cavabdehin hesabına ötürüldüyünə istinadı ilə əlaqədar isə apellyasiya şikayətində vurğulanan bu halların işin həlli üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, zərərin mövcud olması, bunun cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Halbuki bu hallar yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilib, bu da, delikt törətmiş şəxs üçün mülki hüquq məsuliyyətinin yaranması üçün əsasdır.
33. Apel lyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamə ilə 1.000 manat məbləğində pulun İddiaçı3 ödənilməsi vəzifəsinin həm də Cavabdeh3 aid edildiyini nəzərə alaraq, qətnaməni həmin hissədə də yoxlamış, iddiaçının həqiqətən də, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində müvafiq maliyyə itkilərinə məruz qaldığını müəyyən etsə də, çəkdiyi xərclərin istinad olunan məbləğdə olmasını müəyyən edə bilməmişdir. Belə ki, İddiaçı3 adına kart açmaq məqsədilə Gürcüstan Respublikasına səfər etməsi, səfərdə müəyyən tələbatlarının ödənilməsi ilə əlaqədar çəkdiyi və işdə olan sübutlarla öz təsdiqini tapmış xərclərin məbləği aşağıdakı kimidir: bilet pulu -257,69 AZN, COVİD-19 – 60 AZN və 76 GEL, taxi – 38,7 GEL, kartın açılması – 100 GEL (cəmi 214,7 GEL və 317,69 AZN).
34. Beləliklə, apellyasiya şi kayəti də həmin hissədə təmin edilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 493.1, 493.1, 493.2, 500.1, 500.2, 1096.1, 1097.1, 1097.3-cü, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən çıxarılmış qətnamə maddi hüquqi normalar pozularaq çıxarılmışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdehlər birgə borclulardır və bu baxımdan Mülki Məcəllənin öhdəlikdə kreditorların və borcluların çoxluğu norm alarını tətbiq etmişdir. Halbuki işin hallarından göründüyü kimi Cavabdeh2 birbaşa özü zərər vurmuşdur. Belə ki, iddiaçılara “xidmət” göstərilməsini və şərik olaraq işləməni Cavabdeh2 təklif etmiş, alınmış pullar Cavabdeh3 hesabına qoyulsa da, onun sahiblik və istifadəsində olmamışdır. Bundan əlavə, Cavabdeh2 özü həmin pulları bankdan məxaric edərək istifadə etmiş və atası Cavabdeh1 hesabına göndərmişdir ki, belə olan halda Cavabdeh3 real zərər vurmaqda məsuliyyətinin heç bir faktiki və ya hüquqi əsası yoxdur. İddia ərizəsindən göründüyü kimi Cavabdeh3 hər hansı iştirakçılığı olmamış, pul almamış, danışıqlarda iştirak etməmiş hər hansı vəd verməmişdir. Belə olan təqdirdə onun iştirakçı olmasından söhbət belə gedə bilməz. xxx təqdim etdiyi sübutlar tam olaraq araşdırılmamış, məhkəmə hər-han sı bir aidiyyətı olmayan normanı tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə, predmetinə, əsasına münasibət bildirməmişdir. Hazırkİ mübahisədə Cavabdeh3 heç bir rəftarı, o cümlədən pulların əldə edilməsində, istifadəsində hətta müəyyən müddət sahiblik etməsində belə müşahidə olunmur. Belə ki, Cavabdeh3 hesabına daxil olan məbləğ qısa vaxt kəsiyində digər Cavabdeh1 hesabına keçirilmişdir. Bundan başqa, təqdim edilmiş sübutlarda qeyd olunan hesabdan ölkə xaricində posterminal vasitəsilə ödənişlər olmuşdur. Qeyd olunan müddətdə Cavabdeh3 Respublikasından kənara hər hansı səfəri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəll əsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasın a hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquq i şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində cavabdeh apellya siya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın Cavabdeh3 qarşı təmin edilən hissəsi olub, bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-33-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
45. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya məhkəməsinin hazırki qərarın 24-33-cü bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1 140/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.