Məhkəmə qərarları › İş №2(102)-322/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-322/2021

22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-322/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı, X3 Kontoruna cavabdehlər Nümayəndə1, Ağstafa rayonu Notariat qarşı iş üzrə QƏRARİ iş № 2(102)-322/21 (Açar sözlər: vərəsəliyin müəyyən edilməsi, mirasın payının bölünməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, X3 cavabdeh Nümayəndə1 qarşı “vərəsəliyin müəyyən edilməsi və mirasın paylara bölünməsi” tələbi barədə iddiasına dair Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-577/2020 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə1 kassasiya şikayətinə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı və X10 cavabdeh Nümayəndə1 qarşı iddia ərizəsi ilə Ağstafa rayon Məhkəməsinə müraciət edib, X2 miras qalmış Ağstafa şəhəri N.Sədiyev küçəsi, 15 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.5 kv.m, yaşayış sahəsi 59 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və miras paylarının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi belə əsaslandırılıb ki, Ağstafa şəhə ri, N.Sədiyev küçəsi, 15 saylı yaşayış evi X1 nənəsi X4 mülkiyyətində olmuşdur.

3. X11 xx xxxx 2007-ci il tarixdə Ağstafa Rayon Notariat kontorunda 2-V-25 reyestr nömrəsi ilə Ağstafa şəhəri, Gəncə küçəsi, 15 ünvanında yerləşən (indiki ünvan 3 yaşayış evini iddiaçı X8 vəsiyyət etmişdir.

4. X1 8 yaşı olanda, xx xxxxx 2007-ci il tarixdə nənəsi X11 vəfat etmişdir.

5. X1 anası İddiaçı qanuni nümayəndə kimi xx xxxx 2007-ci il tarixdə mirasın qəbul edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ağstafa rayon notariat kontoruna müraciət etmişdir.

6. X1 babası Mikayılov Qazax Hacı oğlu ilə nənəsi X11 xx xxxx 1972-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Həmin nikahdan X15, X12 və Nümayəndə1 anadan olmuşdur.

7. X1 atası X12 xx xxxxxx 2013-cü i l tarixdə, babası Mikayılov Qazax Hacı oğlu xx xxxxxx 2017-ci il tarixdə, əmisi X15 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişlər.

8. Evə dair X4 adına Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı X7 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı 125212 saylı çıxarış verilmişdir.

9. Cavabdehlə mübahisə olduğu üçün Notariat kontoru şəhadətnamə verməmiş, məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir.

10. Bu səbəbdən iddiaçı X10 atasından miras qalan evə dair pyın müəyyən edilməsini istəyir.

11. İdiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1159.1.3, 1243.1, 1243.2 və 1255-ci maddələri nə istinad etmişdir.

12. Ağstafa Rayon Məhkəməsinin 2(015)-123/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Zamiq Rəsulov)

13. Biri nci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Mikayılov Qazax Hacı oğlu ilə X4 faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların faktiki nikah münasibətlərindən X15, X12 və Nümayəndə1 doğulmuşdur. X4 xx xxxxx 2007-ci ildə, Mikayılov Qazax Hacı oğlu xx xxxxxx 2017-ci ildə ölmüşdür. X11 ölümündən sonra Ağstafa şəhəri, N.Sədiyev küçəsi, 15 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.5 ı m, yaşayış sahəsi 59 kv.m olan 3 otaqlı fərdi yaşayış evini iddiaçı (nəvəsi) X8 vəsiyyət etmişdir.

14. X4 birinci növbə vərəsələri olan X12 xx xxxxxx 2013-cü ildə, X15 xx xxxxxx 2018ci ildə ölmüşdür. İddiaçı da daxil olmaqla birinci dərəcəli vərəsələr mirası qəbul etmiş və əməli surətdə idarə etmişlər.

15. Birinci instansiya məhkəməsi i şin müəyyən etdiyi bu hallarına görə belə nəticəyə gəlib ki, iddia əsaslıdır və X2 miras qalmış Ağstafa şəhəri, N.Sədiyev küçəsi, 15 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.5 kv.m, yaşayış sahəsi 59 kv.m olan 3 otaqlı fərdi evdə vəsiyyətnamə üzrə 3/6 hissədə, irsi transmissiya qaydasında 2/6 hissədə, cəmi 5/6 hissədə X5, 1/6 hissədə Nümayəndə1 vərəsəlik payları müəyyən edilməli və onlara həmin paylara uyğun müvafiq şəhadətnamələr verilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1159.1.1, 1166, 1193, 1194, 1195, 1196, 1231.1, 1243.2, 1246, 1252,1255, 1274, 1301.1,1301.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat

17. Cavabdeh Nümayəndə1 apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırlılıb ki, iddiaçı Rövşanə X14 2008-ci ildə rəsmi nikaha giriblər. X22 isə 2007-ci ildə vəfat etmişdir.

19. Vəsiyyətnamə şübhəlidir, anası əqli cəhətdən xəstə olmuşdur.

20. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli, 2(104)-577/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(015)-123/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev )

21. Apellyasiya məhkəməsi müəyyən edib ki, miras qoyan mərhum Nüşabə Hacıyeva 2007-ci ildə ölərkən onun 3 vərəsəsi An ar Mikayılov, Rəşad Mikayılov və Nümayəndə1 qalmışlar. Anar Mikayılov 2018-ci ildə vəfat etmiş və onun nikahı olmamışdır. Rəşad Mikayılov 2013-cü ildə, ataları Qazax Mikayılov isə 2017-ci ildə vəfat etmişlər. Deməli, mərhum Nüşabə Hacıyevanın 2 vərəsəsi qalmışdır. Onlardan biri oğlu iş üzrə cavabdeh Nümayəndə1 və nəvəsi Nüşabə Xəlilovadır. Nüşabə Xəlilovanın adına 2007-ci ildə nənəsi Nüşabə Hacıyeva tərəfindən qoyulmuş vəsiyyətnamə mövcüddur. Bu səbəbdən də iddiaçı Nüşabə Xəlilova həm qanun üzrə və həm də vəsiyyət üzrə vərəsə hesab edilməlidir.

22. Apellyasiya məhkəməsi həmçinin müəyyən edib ki, Nüşabə Hacıyeva xx xxxxx 2007-ci ildə vəfat edəndən sonra, xx xxxx 2007-ci ildə Nüşabə Xəlilovanın qanuni nümayəndəsi kimi onun anası İddiaçı mirasın qəbul edilməsi üçün Ağstafa rayon notariat kont oruna müraciət etmiş, lakin mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bundan başqa Nüşabə Xəlilova mübahisəli miras əmlakdan yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Eyni zamanda mirasın cavabdeh Nümayəndə1 tərəfindən qəbul edilməsini də iddiaçılar mübahisələndirməmişlər.

23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və mahiyyət etibari ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavab deh Nümayəndə1 qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya məhkəməsi miras qoyan Nüşabə Haçıyevanın xx xxxxx 2007-ci ildə ölərkən qanun üzrə 3 vərəsəsinin olmasını müəyyən edib, halbuki həmin vaxt miras qoyanının əri X13 da sağ olmaqla 4 nəfərə vərəsə olub.

26. X6 miras payı nəzərə alınmayıb. X13 2017-ci ildə vəfat edib.

27. Belə olan halda cavabdeh Nümayəndə1 atası X9 çatan hissədə mirasdan pay almaq hüququ yaranardı. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin formal olmasına istinad edilmişdir. c) Kassasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1162. Sağ qalan arvad ın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını v ə ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliy inin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

33. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, miras qoyan X17 şəhəri, N.Sədiyev küçəsi, 15 ünvanında yerləşən evini xx xxxx 2007-ci il tarixli vəsiyyətnamə ilə iddiaçı Nüşabə Xəlilovaya vəsiyyət etmişdir. Nüşabə Hacıyeva xx xxxxx 2007-ci ildə ölmüşdür.

34. Apellya siya məhkəməsi birinci instransiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Nüşabə Hacıyevanın xx xxxxx 2007-ci ildə öldüyü məqamda onun 3 vərəsəsinin – Anar Mikayılov, Rəşad Mikayılov və Nümayəndə1 qalmasına istinad etmişdir. Halbuki birinci instansiya məhkəməsi miras qoyanının əri Qazax Mikayılovun də həmin vaxt sağ olmasını nəzərə almamış, onun arvadından qalan mirasdakı məcburi payını qəbul edib-etməməsini araşdırımamış, həmçinin Qazax Mikayılovun 2017-ci ildə öldükdən sonra onun payına açılmış mirasın vərəsəlik qaydasında cavabdeh tərəfindən qəbul edilib-edilməməsinə qiymət verməmişdir. Apellyasiya məhkəməsi də işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi işin bu halına diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin yol verdiyi həmin pozuntunu aradan qaldırmamışdır.

35. Bundan başqa, iddiaçı N.Xəlilovaya vəsiyyət edilmiş evin Nüşabə Hacıyeva ilə Qazax Mikayılovun birgə nikah vaxtı ümumi vəsait hesabına əldə edilib-edilməməsi, həmin evin ərlə-arvadın ümumi birgə mülkiyyəti olub-olmaması və bundan asılı olaraq Nüşabə Hacıyevanın vəsiyyətnamə üzrə evi bütövlükdə və ya özünə düşən hissəsini vəsiyyət edibetməməsi, Nüşabə Hacıyevanın ölümü ilə mirasın Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən bütövlükdə evə və ya evin Qazax Mikayılovun payına düşən hissəsinə açılıbaçılmaması da məhkəmə araşdırmasından kənarda qalıb. Halbuki məhz bu halların müəyyən edilməsi ilə tərəflərin mirasdakı paylarının həcmi qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilə bilərdi. Başqa sözlə, qeyd edilən hallar müəyyən edilmədən mübahisənin qanuni və əsaslı şəkildə həll edilməsi d ə mümkün deyildir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Nümayəndə1 oğlunun kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-577/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar