Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3222/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov Cavabdeh kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş № 2(037)-78/2019) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh cəmi 8558 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)116/2020) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh kasasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, şikayət cavabdehin nümayəndəsi və vəkili olaraq Nümayəndə tərəfindən imzalansa da, iş materiallarına onun nümayəndə kimi səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu ver ən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kasasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinin tələbinə əsasən qeyd olunan hallar mövcud olduqda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, kasasiya şikayəti icraata qəbul olunmamalı və iş kasasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanı lması üçün ŞəkiApellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ M: Cavabdeh adından vəkil Nümayəndə tərəfindən imzalanmış kasasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş verilmiş kasasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3222/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3222/2020
22.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver