Məhkəmə qərarları › İş №2(102)-3222/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3222/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3222/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti üçün qanunda nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi iştirakı, Cavabdeh və onun vəkili X2, Üçüncü şəxs X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6859/2020 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qəra rdadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi məqsədi ilə 7800 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hak im Fuad Abdıyev) 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsini, 6800 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov sədrlik e dən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 21 yanvar 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın qiyməti 500 manatdan çoxdur. Hazırki iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən kassasiya şikayəti vermək istəyən cavabdeh 15 manat məbləğində dövlət rüsumu ödəməlidir. Lakin, kassasiya şikayətinə 15 manat deyil 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Göründüyü kimi, kassasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin də lilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, texniki səbəbdən rüsum ödənilməmiş, rüsumun çatışmayan hissəsi ödənilərək şikayətə əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X3 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 112.1.1. Pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya insta nsiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Dövlət rüsumu haqqında” Qanun: Maddə

8. Məhkəməyə iddia ərizəsi verilərkən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Kassasiya şikayəti verilərkən, ödənilməli olan dövlət rüsumunun məbləği, yuxarıda qeyd edilən dövlət rüsumunun məbləğinin 50 faizini təşkil etməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki cavabdeh qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəməmişdir. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, rüsumun sonradan ödənilməsi qanuni məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsmunun ödənilməməsi cavabdehə qərardaddan kassasiya şikayəti verən zaman bəlli idi. Cavabdeh isə çatışmayan dövlət rüsumunu ödəməklə təkrar kassasiya şikayəti vermək əvəzinə, dövlət rüsumunun çatışmayan hissəsini ödəyərək bu əsasla qərardaddan kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin ol unmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6859/2020 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar