Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3226/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3226/2022 (açar sözlər: evə köçürülmə, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi),hakimlər Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarının müdafiəsi və qadağan edilmiş özbaşınalığa pozucu tərəfindən son qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-10160/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 ilə Babayev Vəli Həşim oğlu 01 iyul 1972-ci ildə nikaha daxil olmuş, arvada Babayeva soyadı verilmişdir.
2. Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 31 mart 1998-ci il tarixli 243 saylı sərəncamına əsasən Babayev Vəli Həşim oğluna Mərdəkan qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün torpaq ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən 45 nömrəli ev Babayev Vəli Həşim oğlunun adına xx.xx.1999-cu ildə qeydiyyata alınmışdır.
3. Babayev Vəli Həşim oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür.
4. İddiaçı (bundan sonra “iddiaç ı”) xx.xx.2021-ci ildə 7 saylı notariat ofisinə ərizə verərək mərhum əri Babayev Vəli Həşim oğlu ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.12319 ha torpaq sahəsinə, eləcə də, **-KE-*** dövlət nömrə nişanlı, VAZ 21074 minik markalı avtomaşına dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
5. Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdehlər”) iddiaçının övladlarıdır. Cavabdehlər yuxarıda qeyd edilən evdə yaşayırlar.
6. Mübahisə iddiaçının cavabdehlər tərəfindən evə buraxılmamasına görə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə 21 dekabr 2020-ci il tarixd ə vəfat etmiş əri Babayev Vəli Həşim oğluna məxsus olmuş və hazırda Bakı şəhəri 7 saylı notariat ofisində açılmış vərəsəlik işinə və gözlənilən hüquqa əsasən ümumi miras əmlakdan ona düşən pay kütləsinin 62.5 %-nın təşkil etməsi, həmin evdə pasport qeydiyyatında olması nəzərə alınaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evə köçürülməyi, bu evdən və bu evin yerləşdiyi texniki pasportda və çıxarışda göstərilən 0,12319 ha torpaq sahəsindən maneçiliyin yaradılmasının cavabdehlərə qadağan olunması və mülkiyyətçiyə məxsus hüquqlarının həyata keçirilməsi ilə bağlı etdiyi özbaşınalıqlarına son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri 7 saylı notariat ofisinə iş üzrə müstəqil tələb irə li sürməyən üçüncü şəxs kimi qoyulmuşdur.
9. İddiaçı onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 1, 84,5 kv.m ümumi sahəsi olan, 0,12319 torpaq sahəsi (bundan sonra “mübahisəli əmlak”) şəxsi mülkiyyət hüququ ilə 21 dekabr 2020-ci il tarixdə vəfat etmiş əri Babayev Vəli Həşim oğluna məxsus olmuşdur.
10. İddiaçının əri vəfat etdikdən sonra cavabdehlər iddiaçını əri ilə birlikdə yaşadıqları və qeydiyyatda olduğu evə buraxmamışlar. Aralarında baş vermiş mübahisə nəticəsində polis əməkdaşı onların yaşadığı ünvana gəlmiş, ancaq cavabdehlər polisin də sözlərinə heç bir məhəl qoymamışlar.
11. İddiaçı tələbinin əsası kimi Mülki Məcllənin 152.1, 164.1, 165.1 və 1159.1-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh2 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaç ı cavabdehin atası ilə nikahda olmuş olsa da, uzun illər öncə, iddiaçı qızı Məmmədova (Babayeva) Mahirə Vəli qızının Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 36 №-li evinə daimi yaşamağa köçmüşdür, hazırda da bu ünvanda yaşayır. İddiaçı mərhum ərinə sağlığında qulluq etməyib, mübahisəli əmlakda əri ilə birlikdə yaşamayıb; - iddiaçının mübahisəli əmlakda 2017-cı ilin oktyabr ayından faktiki yaşamadığını sübut edən notarial qaydada təsdiq olunmuş ərizələr vardır; - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 10 №-li məktuba əsasən mübahisəli əmlakda o, yəni Cavabdeh2 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayın dan isə qeydiyyatda olmaqla yanaşı, həmin ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi 2 mərtəbəli fərdi yaşayış evində ailəsi – X4 və oğlu X7 ilə birlikdə yaşayır. Kommunal xidmətləri ( su, qaz, elektrik enerjisi ) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir; - mərhum atasının fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 29 iyun 2018-ci il tarixli ərizəsi əsasında Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adıçəkilən yaşayış evinə yerində texniki baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi tikildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin 2 mərtəbəli fərdi yaşayış evi yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və həmin tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi üzərində Babayev Vəli Həşim oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 1999-cu ilin mart ayından ünvan 2 ünvanında qeydiyyatda olmağına baxmayaraq, həmin ünvanda fərdi həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X5 və X7 i lə birlikdə yaşayır; - atasının mülkiyyət hüquqları Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən 1231,9 kv.m torpaq sahəsində yerləşən, fərdi yaşayış evi kimi 16 noyabr 1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə Babayev Vəli Həşim oğluna Mərdəkan qəsəbəsi, 45 saylı sahədə 145-000-129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, mübahisəli əmlak mərhum atası Babayev Vəli Həşim oğluna Dövlət tərəfindən pulsuz ayrılmışdır;
13. Cavabdeh1 də iddiaya etiraz edib. Etirazın dəlilləri: - iddiaçı mübahisəli əmlakın heç vaxt mülkiyyətçisi olmamış, mülkiyy ətçisi deyildir və mülkiyyətçisi olması barədə məhkəməyə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı rəsmi sənəd təqdim etməmişdir. İddiaçının əmlakdan istifadə hüququ məhkəmə qaydasında heç vaxt tanınmamış və iddiaçı tərəfindən istifadə hüququnun mövcudluğunu təsdiq edən hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir; - iddiaçı iddia ərizəsinin 1-ci səhifəsində mərhum əri vəfat etdikdən sonra cavabdehlərin onu əri ilə birlikdə yaşadığı və qeydiyyatda olduğu evə buraxmamaları barədə ifadəsi tamamilə yalandır və məhkəməni aldadaraq öz xeyrinə nəticə əldə etmək məqsədini güdür. İddiaçı demək istəyir ki, guya əri ilə onun vəfat etdiyi xx.xx.2020-ci il tarixinə kimi mübahisəli əmlakda birlikdə yaşamış və sözügedən tarixdən sonra cavabdehlər iddiaçını “evinə” buraxmamışlar. Buna baxmayar aq, iddiaçı özünün iddia ərizəsində evdən qovulduğu barədə bir kəlmə belə qeyd etməmişdir (belə hadisə doğrudan da baş versə idi iddiaçı fürsəti qaçırmadan polisə xəbər verərdi və bu barədə iddia ərizəsində mütləq qeyd edərdi), deməli iddiaçı evdən qovulmamışdır; - həqiqət isə belədir ki, iddiaçı 2017-ci ilin oktyabr ayında o zaman yaşlı və qayğıya ehtiyacı olan ərini mübahisəli əmlakda xəstə vəziyyətdə həmişəlik tərk edərək ondan faktiki olaraq ayrılmış və qızı X2 Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi ev 36 ünvanına köçmüş, bu gün də həmin ünvanda yaşamaqdadır. İddiaçının əri sağikən iddiaçını evə qaytarmaq üçün çoxsaylı uğursuz cəhdlər etmiş, yəni iddiaçı əri ilə birlikdə yaşamaqdan birdəfəlik imtina edərək geri dönməmişdir. Atası dəfələrlə iddiaçıdan yaşadıqları ünvana gəlməsini təkid e tməyinə baxmayaraq, iddiaçı ümumilikdə yalnız üç dəfə, yəni atasının vəfat etdiyi günün gecəsi, üçü və qırxında mübahisəli əmlaka görüntü yaratmaq xətrinə gəlmiş və hər gəlişində tezliklə Şüvəlana, 3 (üç) ildən artıq müddət ərzində daimi yaşadığı ünvana, yəni qızının evinə geri dönmüşdür.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2541/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Babayev Vəli Həşim oğluna məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evə köçürülməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evdən və bu evin yerləşdiyi 0,12319 ha torpaq sahəsindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmişdir. (hakim Ramilə Xəzri)
15. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı mübahisəli ünvanın mülkiyyətçisi olan və 2020-ci ildə vəfat etmiş Babayev Vəli Həşim oğlu ilə 01 iyul 1972-ci il tarixdə ailə qurmuş, mübahisəli əmlakda yaşayaraq, birgə təsərrüfat aparmış, lakin həyat yoldaşının vəfatından sonra oğulları ilə yaşanan münaqişə zəminində iddiaçı həmin evi tərk etməli olmuşdur. Eyni zamanda, müəyyən olunub ki, mübahisəli əmlak yerləşən fərdi yaşayış evi mülkiyyətçisi vəfat etdikdən sonra heç kəsin adına qeydiyyata alınmamışdır.
16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan e vdə yaşamasına etiraz etmək, onun həmin evdə yaşamasına mane olmağa və ya onu həmin evdən çıxarmağa subyektiv hüququ yoxdur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanununun 2-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir.
20. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10160/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2541/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Anar Tanrıverdiyev)
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi yaşayış sahəsi onun mərhum ərinə məxsus olmaqla, hal-hazırda mülkiyyət üzərində heç kəsin hüquqları müəyyən olunmadığından, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin əmlakda yaşadığından və onu tikməyə və yaşamağa yararlı vəz iyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə qətnaməsində Mülki Məcəllənin 1243.2-ci maddəsi və MPM-in 88, 217.2-ci maddələri hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, mülki iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsindən ötrü miras kütləsinə daxil olan və hazırda barəsində mübahisə gedən torpaq sahəsinin miras qoyan tərəfindən mülkiyyət hüququ əldə edilənədək, mövcud olmuş hüquqi rejimi, miras kütləsinə daxil olan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququ miras qoyanın adına rəsmiləşdirilənədək, həmin daşınmaz əmlaklarla bağlı cavabdehlərin sahiblik və istifadə hüquqlarının yaranması halları, ən nəhayət isə, hazırkı iddia ilə məhkəməyə müraciət edən iddiaçının miras əmlak üzərində hüquqlarının yaranma əsasları mütləq qaydada araşdırılmalıdır; - həmçinin fərdi yaşayış evinin yerləşdiyi ünvandakı 1231,9 kv.m. torpaq sahəsi üzərində Babayev Vəli Həşim oğlunun mülkiyyət hüquqları qeydə alınanadək həmin torpaq sahəsinin hüquqi rejimi və onunla bağlı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları nəzərdən keçirilməlidir; - qanun üzrə vərəsəlik şəhadətnaməsi almadan və vərəsəlik payları barədə vərəsələr arasında ciddi mübahisələr olduğu vəziyyətdə iddiaçının məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarında şərh edilən hüquqi mövqeyə uyğun deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. “Yaşayış yeri və olduğu yer üzr ə qeydiyyat haqqında” Qanun Maddə
2. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Mad də 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
29. İşdən görünür ki, iddiaçı mərhum ərinin mülkiyyətində olan evə köçürülməsini və bununla bağlı maneələrin cavabdehlərə qadağan edilməsini xahiş edib, tələbinin hüquqi əsası kimi də həmin evdə mərhum əri ilə birgə yaşamasına müəyyən edib. Cavabdehlər etirazını onunla əsaslandırıblar ki, iddiaçı mübahisəli əmlakda uzun müddətdir yaşamır.
30. Məhkəmələr tərəfindən işin müəyyən edilən halına görə iddiaçı mübahisəli ü nvanın mülkiyyətçisi olan və 2020-ci ildə vəfat etmiş Babayev Vəli Həşim oğlu ilə 01 iyul 1972-ci il tarixdə ailə qurmuş, mübahisəli əmlakda yaşayaraq, birgə təsərrüfat aparmış, lakin həyat yoldaşının vəfatından sonra oğulları (cavabdehlər) ilə yaşanan münaqişə zəminində həmin evi tərk etməli olmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə iddia tələbinin təmin edilməsi tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün olmuşdur.
32. Məhkəmə kollegiyası qanun üzrə vərəsəlik şəhadətnaməsi almadan və vərəsəlik payları barədə vərəsələr arasında ciddi mübahisələr olduğu vəziyyətdə iddiaçının məhkəməyə müraciət etməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarında şərh edilən hüquqi mövqeyə uyğun ol maması barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, bu dəlil hazırki mübahisənin predmetinə aid deyil, mənzilə köçürülmə iddiasının vərəsəliklə bağlı hüquq münasibətlərinə hər hansı bağlılığı yoxdur.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10160/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.