Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3228/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X2 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə Cavabdeh1 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ləğv edilməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-368/2020 saylı, 14 yanvar 2020-c i il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tаrixli, 2(075)-775/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.F.İmanov) ilkin iddia təmin edilərək, Cavabdeh1 31 oktyabr 2015-ci il tarixdə doğulmuş övladı X5 adına 3 saylı Bakı Cavabdeh2 mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 018606 nömrəli 25.09.2017-ci il tarixli, 5367 saylı doğum akt qeydinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 31 oktyabr 2015-ci il tarixdə anadan olmuş Tahirova (İbrahimbəyli) Fatimə Adəm qızının atasının xx xxxx 1987-ci il tarixdə Yardımlı rayonun Separadi kəndində anadan olmuş İddiaçı olması faktının müəyyən edilməsi və həmin uşağın doğum haqq ında akt qeydləri kitabında bu barədə müvafiq qeydlər aparılması, İddiaçı və Cavabdeh1 dövlət büdcəsinə ödədikləri rüsumun onların özlərinə aid edilməsi, Cavabdeh1 tərəfindən Genetik (DNT) ekspertizası üçün ödənilmiş 1.150 (min yüz əlli) manat ekspertiza xərcinin İddiaçı alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-368/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və M.R.Hüseynov), İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək,Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31 oktyabr 2015-ci il tarixdə doğulmuş qızı Fatimənin adına 3 saylı Bakı Cavabdeh2 mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 018606 nömrəli, 25.09.2017-ci il tarixli, 5367 saylı doğum akt qeydli 064512 saylı Şəhadətnamədə soyadı və ata qrafasında onun adının yazılması barədə vətəndaşlıq vəziyyəti aktları qeydlərinin düzgün aparılmadığı üçün vətəndaşlıq vəziyyəti aktlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 12 aprel 2019-cu il tarixdə məhkəmənin dəftərxanası vasitəsi İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yardımlı rayonu, Separadi kəndində qeydiyyatda olan xx xxxx 1987-ci il təvəllüdlü İddiaçı, 31 oktyabr 2015-ci il təvəllüdlü X5 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıx arılmasını xahiş etmişdir. Verilmiş qarşılıqlı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə işlə birlikdə 12 aprel 2019-cu il tarixdə baxılaraq qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. 25 aprel 2018-ci il tarixdə Cavabdeh1 Şəki Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qərardadına əsasən Cavabdeh1 İddiaçı qarşı “atalığın müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(075)-7 75/2019 nömrəli qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardadından Cavabdeh1 verdiyi şikayət təmin olunmamış və onun şikayəti müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(107)-1914/2019 saylı qərardadına əsasən iş üzrə Şəki Rаyоn Məhkəməsinin 12 aprel 2019-cu il tаrixli qərаrdаdının və həmin qərardadla bağlı məhkəmənin iş üzrə 25 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi və Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi Şəki Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Həmçinin Cavabdeh1 İddiaçı qarşı “atalığın m üəyyən edilməsi” tələbi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmiş, və mülki iş Yardımlı Rayon Məhkəməsində 05 aprel 2019-cu il tarixdə, 2(038)-163/2019 nömrə ilə qeydiyyata alınmış və həmin məhkəmənin 16.04.2019-cu il tarixli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)775/2019 nömrəli işlə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-775/2019 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh1 “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası ilə Yardımlı Rayon Məhkəməsində 2(038)-163/2019 nömrə ilə qeydiyyata alınmış iddiаçı Cavabdeh1 cavabdeh İddiaçı “atalığın müəyyən edilməsi” tə ləbinə dаir mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 04.09.2012-ci il tarixdə nikaha daxil olmuşdur. Lakin sonradan aralarında soyuqluq yaranmış və Şəki Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(075)-841/2013 saylı qətnaməsi ilə onun tələbi əsasında nikahları pozulmuşdur. Cavabdehlə onun arasında şiddətli keçimsizlik və onun uşağının olmamağı ucbatından aralarında çox söz-söhbətlər yaranmış, o müalicə olunmaq üçün həkimlərə dəfələrlə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Cavabdehlə nikah pozulduqdan sonra heç bir əlaqəsi qalmamış, onunla heç ünsiyyətdə də olmamışdır. Nikahları pozulduqdan sonra heç vaxt Gülnarəni görməmiş, onunla bir yerdə yaşamamış və onunla hər hansı münasibəti olmamışd ır. 31.10.2015-ci il tarixdə Cavabdeh1 kimliyi ona dəqiq məlum olmayan bir şəxsdən bir qız uşağı doğulmuşdur. Həmin uşağın ona heç bir aidiyyəti yoxdur və ola da bilməz. O, cavabdehdən çətinliklə canını qurtarmış və uşağının olmağı heç məntiqə uyğun deyildir. Həmçinin, onun uşağının olması ehtimalı belə yoxdur. Cavabdeh1 08.04.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini” xahiş etmişdir. Məhkəmədən xahiş etmişdir ki, doğduğu uşağa onun atalığı tanınsın. Məhkəmə iclasında hakim bu məsələ ilə bağlı DNK analizi etməli olduğunu bildirdikdə, cavabdeh bundan çəkinərək narazıçılığını bildirmiş və buna görə də iş baxılmamış saxlanılmışdır. Cavabdeh1 08.04.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə müraciət edilməsi ilə bağlı heç bir nəticə almadığından, 3 saylı Bakı "Cavabdeh2" mərkəzində qeydiyyat şöbəsinə 23.09.2017-ci il tarixdə onun iştirakı olmadan müraciət edərək, qeydiyyat orqanına yanlış məlumat verərək şəhadətnamədə adını uşağın atası kimi göstərməklə uşağına dair 25.09.2017-ci il tarixli, 5367 qeydli, AZ-T 064512 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Cavabdeh 08.04.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi “ barədə məhkəməyə müraciət edir və sonra isə bunu müəyyən etmədən 2017-ci ildə şəhadətnamə necə ala bilər? Cavabdeh şəxs uşağın atasının onun olmadığını dəqiq bilərək, onunla aralarında olan keçmiş nikahından istifadə etmişdir. Belə ki, uşaq 31.10.2015-ci il tarixdə doğulmuşdur. Halbuki, onlar arasın dakı nikah 27 sentyabr 2013-cü il tarixdə pozulmuş və bununla da onlar arasında ərarvad münasibətlərinə son qoyulmuşdur. Qeydiyyat şöbəsinə yanlış məlumat verərək həmin dövrdə nikahda olduqlarını bildirmiş və “Cavabdeh2” qeydiyyat şöbəsi bunu araşdırmadan şəhadətnaməyə uşağın ata adı kimi onun adını yazaraq 25.09.2017-ci il tarixli, 5367 saylı, AZ-T 064512 nömrəli doğum haqqında şəhadətnamə vermişdir. Bununla əlaqədar iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.05.2018-ci il tarixli, 2-1(81)-840/2018 saylı qərarı ilə 25.09.2017-ci il tarixli, 5367 saylı doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu şəhadətnamə ilə bağlı aparılmış qeydiyyatın ləğv edilm əsi öhdəliyinin cavabdeh 3 saylı “Cavabdeh2 mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Lakin cavabdeh həmin qətnamədən şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 21(103)-1755/2018 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.05.2018-ci il tarixli, 2-1(81)-840/2018 saylı qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərarın məzmununda göstərilmişdir ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələrdə baxılmalıdır. Buna görə də Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 ilə şiddətli keçimsizlik ucbatından boşandıqdan sonra heç bir əlaqəsi qalmamışdır. İddia etdiyi uşaq isə 2015-ci ilin oktyabr ayında dünyaya gəlmiş, 27 sentyabr 2013-cü il tarixdə onla r boşanmışlar, cavabdeh isə 25.09.2017-ci il tarixdə "Cavabdeh2" qeydiyyat şöbəsinə müraciət edərək onun iştirakı olmadan doğum haqqında şəhadətnamə almışdır. Cavabdeh1 iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 2012-ci ilin avqust ayında onu evlənmək məqsədi ilə qaçırmış, Bakı şəhərində bir həftə saxladıqdan sonra onu küçəyə atmışdır. Bu səbəbdən İddiaçı polisə şikayət etmişdir. Polisdə araşdırma aparılarkən Adəm şikayətdən qorxduğu üçün onunla 04.09.2013-cü il tarixdə rəsmi nikah kəsdirmişdir. 6 ay Bakı şəhərində kirayələrdə yaşamışlar. Bundan sonra Şəki şəhərinə atası evinə gəlmiş və bir müddət burada yaşamağa başlamışlar. Nikahları pozulsa da Adəmlə Bakı şəhərində bir yerdə ər-arvad kimi yaşamışlar. 2015-ci il tarixdə Bakı şəhərində Nərimanov rayonu ərazisində kirayədə qald ıqları dövrdə hamiləliyinin 5-ci ayında onun hamilə olduğunu bilə-bilə onu atıb çıxıb getmişdir. 31.10.2015-ci il tarixdə anadan olmuş X1 övladıdır. Hal-hazırda iddiaçı ilə birgə münasibətlərindən dünyaya gəlmiş qızları X10 onun himayəsindədir. Lakin iddiaçı 31.10.2015-ci il təvəllüdlü X8 öz atalığını verməmişdir. O, 25 sentyabr 2017-ci il tarixində cavabdehlə birgə münasibətlərindən dünyaya gəlmiş 31.10.2015-ci il təvəllüdlü X7 3 saylı Bakı “Cavabdeh2” mərkəzi qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə almışdır. Lakin iddiaçı bunu öyrəndikdən sonra 31.10.2015-ci il təvəllüdlü X10 üçün aldığı doğum haqqında şəhadətnamənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 31.10.2015-ci il təvəllüdlü X5 atasıdır. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək qızlarına öz at alığını verməkdən boyun qaçırmış, indi də qaçırır. Abşeron Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət edərkən də iddiaçı DNT analizi verməkdən belə yayınmışdır. Bu səbəbdən də o, hal-hazırda atalığın müəyyən olunması qarşlıqlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayə tinin dəlilləri: İlkin iddia üzrə İddiaçı və vəkili Umarova Sevər Nəcəf qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası icraatın çəkişmə prinsipini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və üçüncü şəxs 3 saylı Bakı Cavabdeh2 mərkəzindəki Qeydiyyat şöbəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlаvə edilmiş Şəki Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(075)-841/2013 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 04 sentyabr 2012-ci il tarixdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Yolocaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 12 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarında olan 06 fevral 2019-cu il tarixdə 3 saylı Bakı “Cavabdeh2” mərkəzi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 31.10.2015-ci il təvəllüdlü X5 atası İddiaçı, anası isə Cavabdeh1dır. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə 08.04.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki Gülnarə Həbillah qızı tərəfindən 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Q eydiyyat şöbəsinə təqdim edilmiş 23.09.2017-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 uşağın soyadının Tahirova, adının Fatimə və atasının adının Adəm yazılmasını xahiş etmişdir. İşdə olan doğum haqqında AZ-İV seriyalı, 018606 nömrəli, 25.09.2017-ci il tarixli şəhadətnaməyə əsasən X10 31.10.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. “Ata” qrafasında “İddiaçı”, “Ana” qrafasında “Cavabdeh1”göstərilmişdir. İş materiallarına əlаvə edilmiş AZ-İV seriyalı, 018606 nömrəli, 25.09.2017-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, “Ata haqqında məlumat” qrafasında “İddiaçı “xx.xx.1987” göstərilmişdir. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə 08.04.2019-cu il tarixli, 05/Q-52 /75 məktubla göndərilmiş sənədlər toplusundaki həkim mama-ginekoloq Sevda Məmmədova tərəfindən 04.11.2015-ci il tarixdə verilmiş AZS-103 nömrəli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X10 31.10.2015-ci il tarixdə Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında doğulmuşdur. İş materiallarında olan 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə 08.04.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki 07 sentyabr 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 noyabr 2015-ci il tarixində 182 nömrə ilə qeyd edil mişdir. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə 08.04.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki 25.09.2017-ci il tarixdə verilmiş AZ-İV 018606 seriya nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X10 31.10.2015-ci il tarixdə Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında doğulmuşdur. Ata haqqında məlumat qrafasında İddiaçı, ana haqqında məlumat qrafasında Cavabdeh1 göstərilmişdir. İşdə olan 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə 08.04.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki 23.09.2017-ci il tarixli arayışın surətindən görünür k i, Cavabdeh1 31.10.2015-ci il tarixdə doğduğu uşaq hal-hazırda sağlamdır. İş materiallarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 23 avqust 2019-cu il tarixli rəyin nəticə hissəsindən görünür ki; -İddiaçı Əlifırsənd oğlunun ABO sistemi üzrə qan qrupu: B/İİİ/. 2.X5 ABO sistemi üzrə qan qrupu: B/İİİ/. -1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-ı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə X10 adlı uşaq ilə güman olunan ata İddiaçı Əlifırsənd oğlu arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Testin keçirilməsi üç ün götürülən 16 STR lokusdan 16-ı (1-16 saylı STR lokuslar) üzrə təyinat apamaq mümkün olmuşdur (cədvəl 2). Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsizdir və lokuslann hər biri üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Amelogeninlə alınan nəticə reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq qızdır. Testə uğradılan şəxslərin genotiplərində tam homoziqotluq aşkar edilməmişdir. Cəmi iki halda (CSFİPO və D3S1358 STR lokusları üzrə) təkcə ananın, altı halda (D7S820, CSFİPO, D13S317, D16S5 39, vWA və TPOX STR lokusları üzrə) uşağın və cəmi üç halda (D8S1179, D7S820 və vWA STR lokusları üzrə) isə təkcə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdur. Tam homoziqotluğun olmaması və testə uğradılan şəxslərdə daxili homoqizotluğun aşağı olması (anada 2, uşaqda 6 və güman olunan ata cəmi 3 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı Əlifırsənd oğlunun ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. İş materi allarına əlаvə edilmiş 888062 nomrəli kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh1 Genetik (DNT) ekspertizasının keçirilməsi üçün 1.150 (min yüz əlli) manat pul ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 04.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin sonradan onların arasında soyuqluq yaranmış və Şəki Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(075)-841/2013 saylı qətnaməsi ilə onun tələbi əsasında nikahları pozulmuşdur. Tərəflərin aralarındakı nikah pozulsa da, bundan sonra da ər-arvad kimi bir yerdə yaşamışlar. 31.10.2015-ci il tarixdə Cavabdeh1 bir qız övladı dünyaya gəlmiş və qarşılıqlı iddiaçı 25 sentyabr 2017-ci il tarixində İddiaçıla birgə münasibətlərindən dünyaya gəlmiş 31.10.2015-ci il təvəllü dlü X7 3 saylı Bakı “Cavabdeh2” mərkəzində qeydiyyat şöbəsindən uşağına doğum haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. -46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın əri zəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. -46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağı atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. -47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəy yumunun tələbi ilə açıla bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 31.10.2015-ci il tarixdə anadan olmuş X7 3 saylı Bakı “Cavabdeh2” mərkəzində qeydiyyat şöbəsindən aldığı doğum haqqında şəhadətnaməni qanuni yolla almamışdır. Belə ki, güründüyü kimi Cavabdeh1 hal-hazırda İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı ilkin iddianın dolayısı ilə qəbul edilməsi kimi qiymətləndirir və hesab edir ki, 3 saylı Bakı “Cavabdeh2 mərkəzi”-ndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 018606 nömrəli 25.09.2017-ci il tarixli, 5367 saylı doğum akt qeydi qanunsuz verildiyindən ləğv edilməlidir. Belə ki, tərəflər arasında nikah pozulduqdan 2 il 1ay sonra doğulmuş dur. Deməli, uşaq uşaq aralarında nikah olmayan şəxslərdən olmuşdur. Belə olan halda, uşağın doğum haqqında şəhadətnamədə atasının soyadının əvəzinə ananın soyadı, həmçinin uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılmalı idi. Lakin cavabdeh yanlış məlumat verərək doğum haqqında şəhadətnamənin ata qrafasında iddiaçının adı, atasının adı və soyadının yazılmasına nail olmuşdur. Müəyyən edilmişdir ki, 31 oktyabr 2015-ci il tarixdə anadan olmuş Tahirova (İbrahimbəyli) Fatimə Adəm qızının qızının atası xx xxxx 1987-ci il tarixdə Yardımlı rayonun Separadi kəndində anadan İddiaçıdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır. İş materiallarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Ti bbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 23 avqust 2019-cu il tarixli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı Əlifırsənd oğlunun ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəylərinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətl əndirilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suall arına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Apelyasiya instansiyası məhkəməsi ekspertizanın verdiyi rəylərin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onlarla razılaşmışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini və icraatın çəkişmə prinsipinin pozulduğunu qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qəra ra aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-368/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3228/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3228/2020
30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver