Məhkəmə qərarları › İş №2(102)-323/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-323/2022

18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-323/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-323/22 (Açar sözlər: kredit borcu, iddia müddəti) Bakı şəhəri, 18 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı "xxxx" QSC BOKT-nın vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1432/2021 nömrəli, 29.06.2021-ci il tarixli qə tnaməsindən iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 104.06.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. 17.06.2019-cu il tarixli qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 əməlində inzibati xəta olduğu üçün AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-i vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2. “European Cars” LTD-nin qüsur aktına əsasən, avğomobilə dəymiş zərərin aradan qaldırılması üçün təmir xərcləri 48125 manat məbləğində müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyini n 14.06.2019-cu il tarixli 532 saylı tibbi rəyə əsasən, İddiaçı bədən səthində aşkar edilmiş xəsarət - boyun nahiyəsinin boyunda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol saidin dərialtı hematoması, sol bazunun, hər iki saidin, sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X4 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 04.06.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər İddiaçı bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol -nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2020-ci il tarixli 21331 nömrəli rəyinin nəticə hissəsinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan, “European Cars” LTD-nin 06.06.2019-cu il tarixli aktı məlumatlarına əsasən, 2018-ci il “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 40210,00 manat müəyyən edilmişdir. 5. “European Cars” LTD-nin 15.09.2017-ci il tarixli zəmanət sazişə əsasən, “European Cars” LTD ilə İddiaçı arasındakı sazişə əsasən alqı-satqı predmeti olan avtomobilə 150000 km, 5 il zəmanət verilmişdir. 6. “European Cars” LTD-nin 28.10.2019-cu il tarixli mək tuba əsasən, İddiaçı mülkiyyətində olan 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “European Cars” LTD tərəfindən 06 iyun 2019-cu il tarixdə qüsur aktı tərtib edilmişdir. Sistemdə və bütün işləmələrdə nəqliyyat vasitəsinin buraxılış ili 2017-ci il qeyd edilmiş, xərclər həmin ilə uyğun hesablanmışdır. Lakin texniki səhv olaraq qüsur aktında buraxılış ili 2018-ci il qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Audi A6” markalı nəqliyyat vasitəsinin 2017-ci il buraxılışı və 2018-ci il buraxılışı arasında model fərqi olmadığından detal və təmir xərcləri eynilik təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödə nilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Muğanbank” ASC və Cavabdeh1 müştərək qaydada maddi zərərə görə 48000 manat və 12750 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat dövlət rüsumunun, cəmi 61780 manatın müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı daha sonra dəqiqləşdirmə ərizəsi təqdim edərək, iddia tələbinin Cavabdeh1 aid hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir.

9. Məhkəmənin 21.10.2019-cu il tarixli iclasında Cavabdeh1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

10. İddiaçı yenidən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ASC-dən maddi zərərə görə 43000 manat, avtomobilin dəyərinin azalmasına görə 12000 manat, mənəv i zərərə görə 5000 manat və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyun 2019-cu il tarixdə, saat 11:00 radələrində “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh2 ASC-yə məxsus olan və cavabdeh tərəfindən verilmiş yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə edilən “Kia Cerato” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş nəticədə İddiaçı səhhətinə və avtomobilə ziyan dəymişdir. Yol hərəkət hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və inzibati cərimə edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3587/2019 nömrəli, 01.08.2019-cu il tarixli qərardadı ilə məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizası t əyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2019-cu il tarixli, 21331 nömrəli rəyi ilə 2018-ci il buraxılışlı “Audi A6” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 40210 manat müəyyən edilmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-160/2020 nömrəli, 30.09.2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC-dən vurulmuş maddi ziyana görə 40210 (qırx min iki yüz on) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096.1, 109 6.2, 1097.1, 1099.1, 1108.1-ci maddələri, Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.

16. Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Mehdiyev sədrlik edən və məruzəçi, X.Sarıyev və N.Cəfərov) 2(103)-1432/2021 nömrəli, 29.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-160/20 20 nömrəli, 30.09.2020-ci il tarixli qətnaməsi maddi ziyanın tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh2 ASC-dən vurulmuş maddi ziyana görə 33244 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1432/2021 nömrəli, 16.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə-avtotexniki əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2021-ci il tarixli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “European Cars” LTD-nin 06.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 38764 manat müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası işin hallarını araşdırarkən həmçinin müəyyən etmişdir ki, “Audi A6 minik” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili sığorta edən "xxxx" MMC tərəfindən qeyd edilən yol nəqliyyat hadisəsi ilə əlaqədar sığortalı İddiaçı 5520 manat sığorta ödənişi edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd edilən ekspertiza rəyini və sığorta ödənişini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi ziyanın tutulması hissəsində dəyişdirilərək 33244 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 qətnamədən kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları b) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini iddiaçı tərəfindən nəqliyyat vasitəsinə çəkilmiş təmir-bərpa xərcləri ilə əlaqədar qəbzlərin təqdim edilməməsi və təkrar ekspertiza təyin edilməməsi ilə əsaslandırmışdır.

24. Üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini Cavabdeh2 ASC-nin kassasiya şikayətinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdeh2 ASC-nin nümayəndəsi X2 və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

27. İddiaçı və üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə. 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (del ikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası za manı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

33. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya ö z təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

38. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

39. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

40. Mənə vi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

43. Hər iki kassasiya şikayətinin dəlilləri eynilik təşkil edir. Belə ki, hər iki kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi zərərin əvəzi kimi qət olunan pul məbləğinin çox olduğunu bildirirlər.

44. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi zəruri ekspertiza təyin etmiş, ödənilmiş sığorta məbləğini nəzərə almaqla müvafiq ekspert rəyini rəhbər tutaraq iş üzrə gəldiyi nəticəni əsaslandırmışdır.

45. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

46. Kassasiya kollegiyası hesab edir ki, iş materiallarında ekspert rəyinin əsassızlığını sübut edən hər hansı dəlil mövcud deyildir. Belə olan halda, kassasiya şikayətlərində qeyd olunan dəlillər formal mülahizələr olmaqla, əsassızdır.

47. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1432/2021 nömrəli, 29.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar