Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3231/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:iddia tələbinin qanuni əsasının tapılması, yazılı müqavilənin bağlanması, borcun etirafı müqaviləsi, cinayət təqibi orqanını qərarının preyudisial xarakter daşımaması, iddia tələbinin faktiki əsası, dispozitivlik prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6586/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Binəqədi rayon Polis İdarəsinin 02.08.2018-ci il tarixli cinayət işinin istintaq icraatına xitam verilməsi haqqında qərara əsasən Cavabdeh 200000 X4 dirhəmi götürməsi və 2 günə qaytarmasını vəd etməsi mülki xarakter daşıdığından, cinayət işinin icraatına xitam verilmiş, tərəflərə bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200000 dirhəm məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən X2 şəhərində ticarətlə məşğul olur. 2013-cü ildə cavabdeh ilə tanış olmuş və həmin vaxtdan cavabdeh da işlətdiyi mağazada satıcı işləməyə başlamışdır. Cavabdeh 2017-ci ilin dekabr ayının sonunadək mağazada işləmişdir. İddiaçı 2017-ci ilin dekabr ayının ortalarında mağazada haqq-hesab edərkən külli miqdarda pulun çatışmadığını görmüşdür. Cavabdeh 20.12.2017-ci ildə olan əlyazmasında bildirmişdir ki, onun üçün nəzərdə tutulmuş seyf qutusundan 200000 dirhəm pul götürərək səhv edib və o qeyd olunan tarixdən etibarən 2 gün ərzndə pulları geri qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və ödənilməli olan pulu iddiaçıya ödəməmişdir. Həmin əlyazma cavabdehin imzası ilə təsdiq edilmişdir. Bununla da cavabdehin iddiaçıya 200000 dirhəm borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş əlyazmadan görünür ki, cavabdeh 20.12.2017-ci il tarixli əlyazmada qeyd etmişdir ki, iddiaçı üçün nəzərdə tutulmuş seyf qutusundan 200000 X5 Dirhəmi pul götürərək səhv etmişdir və o, qeyd olunan tarixdən etibarən 2 gün ərzində pulları geri qaytaracağını öz öhdəsinə götürmüşdür. Əlyazma cavabdehin imzası ilə təsdiq olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (Kamran Əsədov) 02 oktyabr 2018-ci il tarixli 2(001)-7654/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, cavabdeh əlyazmada iddiaçı üçün nəzərdə tutulmuş seyf qutusundan 200000 X5 dirhəmi götürdüyünü və qeyd olunan tarixdən etibarən 2 gün ərzində pulları geri qaytaracığını öhdəsinə götürmüşdür. Ona görə də, iddia tələbi əsaslıdır, pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739.1, 740-cı maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya baxışı zamanı 06.05.2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 50000 X5 dirhəminin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizə si onunla əsaslandırılmışdır ki, şəhərində yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının işçi vizası ilə onun yanında satıcı kimi işləməyə başlamışdır. O, türk, ərəb, ingilis və rus dillərini təmiz bilir və iddiaçı onun bu imkanlarından öz işlərində istifadə etmişdir. 11.05.2017-ci il tarixdə iddiaçı ona təcili 50000 BƏƏ dirhəmi lazım olduğunu bildirərək ondan həmin pulun keçmiş həyat yoldaşından alaraq ona borc verməsini xahiş etmiş, pulu bir-iki ay ərzində qaytaracağını bildirmiş və o, keçmiş həyat yoldaşından həmin gün 50000 BƏƏ dirhəmi alaraq iddiaçıya vermiş və iddiaçı 50000 dirhəmin borc götürülməsi barədə ona bank çeki vermişdir. O, iddiaçıya 50000 dirhəmi borc verdikdən 2 ay keçdikdən sonra borcun qaytarılmasını xahiş etmiş, lakin iddiaçı hər dəfə borcu yaxın va xtda qaytaracağını bildirərək 50000 dirhəm borcu qaytarmamışdır. O, iddiaçının etdiyi əməllərə dözməyərək, eləcə də çoxsaylı dil bilən şəxs kimi şəhərində yerləşən şirkət tərəfindən yüksək maaşlı işə dəvət olunduğu üçün 2017-ci ilin dekabr ayının ortalarında iddiaçıya işdən çıxaraq Azərbaycana qayıtmaq və viza alaraq həmin şirkətdə işləmək istədiyini bildirmiş, ondan onun işçi vizasından çıxarılmağını və borclu olduğu 50000 dirhəmin verilməsini xahiş etmişdir. İddiaçı buna guya razı olduğunu bildirərək sənədlərini almış və bundan bir neçə gün sonra X34 qoçusu mağazaya gələrək onun əl çantasında guya 200000 BƏƏ dirhəmini aşkar etdiklərini, həmin pulu iddiaçının seyfindən oğurlandığını bildirib ona işgəncə verəcəyi ilə hədələyərək iddiaçıdan 200000 dirhəm götürməyi və 2 günə qaytaracağı barə də yazdıqları əlyazmaya imza etməyini tələb etmişdir. O, qorxduğu üçün həmin əlyazmanı imzalamışdır. Bundan sonra onlar onun sənədlərini verməyəcəklərini, onu heç bir yerə buraxmayacaqlarını və iddiaçının yanında işləyəməli olduğunu bildirmişlər. O, şəhərində ailəsi ilə birlikdə yaşayan və həyat yoldaşı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Həmiyyət adlı qadına köməklik göstərməsi üçün müraciət etmiş və onun köməkliyi ilə iddiaçının yanından çıxaraq bir müddət Həmiyyətin evində qalmışdır. O, Bakıda yaşayan anasına zəng etmiş, anası 25.12.2017-ci il tarixdə şəhərinə gəlmiş və müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişlər. Həmçinin pulun oğurlanması barədə polisinə şikayət edərək ona imzalatdırdıqları əlyazmanı polisə təqdim etmişdir. İddiaçı polisi tərəfindən yalanının ifşa olun duğunu və böhtanla bağlı məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün şikayətini və təqdim etdiyi əlyazmanı geri götürmüşdür. Həmçinin sənədləri iddiaçıdan alınaraq ona qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 2(103)-11336/2019 saylı, 25.09.2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 200000 X5 dirhəmi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə Mülki Məcəllənin 385.1 və 739.1 maddələrini tətbiq edərək ilk iddianı təmin etmişdir. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı qarşısında həmin məbləğdə pulun qaytarılması öhdəliyi yaranmışdır. Məhkəmə borc münasibətlərini nizama salan maddi hüquq normasını tətbiq etməklə belə hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləridir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hissədə iddia tələbi sübuta yetirilmədiyinə görə təmin oluna bilməz. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Ələsgər Əliyev, Mehparə Əhmədova) 2(102)-1998/2020 saylı, 16.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilərək mülki işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Kasassiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının istinad etdiyi yeganə sübut olan ingilis və ərəb dilində yazılmış qəbzin borc müqaviləsi, və yaxud borcun etirafı barədə müqavilə olmasını aydınlaşdırmamış, borc münasibətlərini nizama salan maddi hüquq normasını tətbiq etməklə belə hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləridir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin istinad etdiyi 20.12.2017-ci il tarix li əlyazma tərəflər arasında borc münasibətləri olmadığından borcun etirafı kimi qiymətləndirilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi qeyd edilən əlyazmaya əsaslanmaqla tərəflər arasındakı münasibətə borc müqaviləsi haqqında müddəaları tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Sözügedən qəbzin təsdiq edilmiş tərcüməsində qeyd olunur ki, “Cavabdeh 200000 dirhəm pul götürərkən səhv etmişəm. X7 şirkətində işləyirəm, bu pullar xanım İddiaçı üçün nəzərdə tutulmuşdur. Bununla mən burada qeyd edilən tarixdən etibarən iki gün ərzində pulları geri qaytaracağıma söz verirəm.” əlyazmasının mətnindən də müəyyən edilir ki, iddiaçı cavabdehə borc verməmişdir və bu borcun etirafı deyildir. Mülki qanunvericilik bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasının əsaslarını konkretləşdirmişdir. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət ondan ibarətdir ki, cavabdeh iddiaçıdan borc alıb və onu qaytarmalıdır. Belə qənaət ondan hasil olur ki, yuxarıda qeyd olunduğu kimi məhkəmə MM-nin 739.1-ci maddəsini tətbiq etmişdir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya Məhkəməsi belə qənaətə gəlmək üçün ilk növbədə iddiaçının istinad etdiyi yeganə sübut olan ingilis və ərəb dilində yazılmış qəbzin borc müqaviləsi, ya xud borcun etirafı barədə müqavilə olmasını aydınlaşdırmalı idi. Hansı ki, qətnamədə belə bir dəyərləndirmə yoxdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qəbz ən yaxşı halda iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi mağazada əmələ gəlmiş əskikliyin etirafı (deliktin etirafı) ola bilər. Çünki qeyd olunan qəbz yazılanda iddiaçının cavabdehə borca pul verməsi faktının mövcud olmaması hər iki tərəfin təsdiq etdiyi haldır. Konkret vəziyyətdə borcun etirafından söhbət gedə bilər ki, həmin münasibətləri nizama salan maddi hüquq normaları isə fərqlidir. Beləki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o hal da qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən (31 may 2016-cı il tarixli qanunla edilmiş dəyişikliklər) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işə baxan Apellyasiya Məhkəməsi tərtib olunmuş qəbzin yuxarıda qeyd olunan əqdlərdən (borc müqaviləsi və yaxud mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) hansına aid olmasına aydınlı q gətirmədən tələbin qanuni əsasını düzgün seçə bilməzdi. Tərtib olunmuş iltizamın mövcud borcun etirafı haqqında mücərrəd müqavilə olması ilə bağlı yuxarıda qeyd olunan zəruri hallardan başqa digər hallara da qiymət verilməli idi. Belə ki, Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Hazırkı işdə borcun əvvəllər mövcud olmuş hansısa başlıca əqddən irəli gəlməsi halı yoxdur. İddiaçı cavabdehin həmin iltizamı onun mağazasından oğurluq etdiyi üçün yazmasını bildirir, cavabdeh isə həmin iltizamı ona göstərilən təsir nəticəsində yazdığın israr edir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc h esablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, borcun etirafı hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunduqda da həmin normanın tətbiqi mümkündür. Lakin, konkret işdə belə hesablaşma və razılaşma barədə sübutlar təqdim edilmədiyindən qeyd olunan normanın tətbiqində də problemlər yaranır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə iddiaçının tələbin əsası kimi irəli sürdüyü maddi hüquq normalarından asılı deyil və hər bir halda tələbin qanuni əsasını tapmaqda haqlıdır. İddiaçının deməsinə görə onun tələbinin qanuni əsası deliktdən irəli gələn maddi hüquq normaları çıxış edə bilərdi. Çünki iddiaçı tələbini belə əsaslandırır ki, cavabdeh şəhərində ona məxsus olan mağazada satıcı işləmiş və 2017-ci ilin dekabr ayında mağazada haqq-hesab edərkən külli miqdarda pulun çatışmadığını aşkar etmiş, buna görə cavabdeh qəbz yazaraq ona məxsus seyfdən 200000 Dirhəm pul götürməsini etiraf etmişdir. Lakin Apellyasiya Məhkəməsi qeyd olunan fakta və digər faktlarla bağlı başlanmış cinayət işi üzrə qəbul edilmiş qərarlarla müəyyən edilmiş hallara qiymət verməmiş, bununla bağlı qiymətləndirmə aparmamışdır. Mülki işdə olan cinayət işinin istintaq icraatına xitam verilməsi barədə 02 avqust 2018-ci il tarixli qərardan görünür ki, ilk iddiaçının oğlu X15 və X16 adlı digər şəxsin şikayəti əsasında onlara qarşı dələduzluq edilməsi faktı əsasında cinayət işi başlanaraq istintaq aparılmışdır. Ərizəçilər onların iddiaçıya vermək üçün Cavabdeh verdikləri pulun (əşyaların) aldadılaraq cavabdeh tərəfindən mənimsənilməsini və dələduzluq edilməsini bildirərək hüquq mühafizə orqanlarına müraciət etmişlər. Həmin fakt üzrə cinayət işi istinaq olunarkən İddiaçı da işə qoşularaq cavabdehin ona qarşı da dələduzluq etməsini, da onun mağazasında işlədiyi müddət ərzində 200000 ABŞ dolları pulunu ələ keçirməsini, 200000 Dirhəm pulunu seyfdən götürməsini bildirmiş və həmin faktlar da araşdırılmışdır. Cinayət işinin yekunu olaraq qəbul edilmiş yuxarıda qeyd olunan qərarda Cavabdeh qıznın digər şikayətçilərdən pul alaraq dədəduzluq etməsi, İddiaçı mağazasından 200000 ABŞ dolları pulunu ələ keçirməsi təsdiq olunmadığından cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdir. Hansı ki, iddiaçı iddia ərizəsində qeyd edirdi ki, cavabdeh şəhərində ona məxsus olan mağazada satı cı işləmiş və 2017-ci ilin dekabr ayında mağazada haqqhesab edərkən külli miqdarda pulun çatışmadığını aşkar etdikdən sonra cavabdeh qəbz yazaraq ona məxsus seyfdən 200000 Dirhəm pul götürməsini etiraf etmişdir. Yəni, mənimsənilən məbləğin elə həmin 200000 Dirhəm olmasına istinad etmişdir. Cinayət işində keçən 200000 ABŞ dolları (hansıki təsdiqini tapmadı) ilə seyfdən götürülməsi israr olunan 200000 Dirhəm pulun fərqli pullar olmasına dair heç bir məlumat yoxdur. Eyni zamanda işdə olan, cavabdehin dediyi kimi iddiaçı onun sənədlərini aldıqdan sonra Cavabdeh Dubya İbtidai Mülki Məhkəməyə iddia ilə müraciət edərək İddiaçı onun sənədlərini qaytarmadığını iddia etmiş və həmin məhkəmənin qərarı ilə sənədlərin cavabdeh İddiaçı alınaraq Cavabdeh qaytarılması qərara alınmışdır. Həmin qərar icra ol unması üçün X8 göndərilmişdir. Həmin iddiaya baxanda İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı heç bir iddia irəli sürməmişdir. Hansıki, həmin vaxt Cavabdeh 200000 Dirhəmlə bağlı iddiaçıya iltizam vermişdi. Kassasiya məhkəməsi ilk iddia tələbi ilə bağlı yuxarıda qeyd olunan dəyərləndirməni nəzərə alaraq belə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin qanuni əsası kimi deliktdən irəli gələn öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarının tətbiqi imkanlarını araşdırmalı və bunun üçün həmin hadisənin baş verib-verməməsi ilə bağlı mövcud sübutlar əsasında (iş materiallarında olan yuxarıda qeyd olunan sübutlara və hüquqi faktlara qiymət verməklə) hüquqi dəyərləndirmə aparmaqla yekun nəticəyə gəlməli idi. d) Apellyasiya instansiyası məhkəməsi ndə ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarında göstərişləri nəzərə alaraq hesab etmişdir ki, hazırki işdə 882.5-ci maddədə nəzərdə tutulan hesablaşma və razılaşma barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən həmin normanın tətbiqi də mümkün deyildir. İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişinə müvafiq olaraq cinayət işində keçən 200000 ABŞ dolları ilə seyfdən götürülməsi i srar olunan 200000 dirhəm pulun fərqli pullar olub-olmaması araşdırılmış və iddiaçı tərəf 200000 ABŞ dollarının cavabdehlə aralarında olan başqa mübahisə ilə əlaqəli olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı və cavabdeh arasında öhdəlik münasibətlərinin möcudluğunu təsdiq edən hər hansı sübut olmadığından və istinad olunan əlyazma borc müqaviləsi hesab edilmədiyindən birinci instansiya məhkəməsinin 200000 X5 dirhəminin cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarət gəldiyi nəticə əsassız olmuşdur. Ona görə də, məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin mülahizələri öz istinad etdiyi maddi normalara uyğun gəlməmişdir. Belə ki, tələb olunan məbləğ üç min manatdan çoxdur və MM-nin 740.2-ci maddəsində qeyd olunduğu kimi əlyazma yazılı formadadır. Həmçinin apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən hesablaşmaların və razılaşmalar məhkəməyə sübut təqdim edilmədiyini qeyd etsə də, əlyazmada götürülmüş pulların dəqiq məbləği (200000 dirhəm) və həmin pulların 2 gün müddətində qaytarılması öhdəliyi aşkar formada qeyd olunur. Həmçinin məhkəmə qərarında yeganə sübut ola n əlyazma qeyd olunması qəbul edilməzdir. Belə ki, mülki iş materiallarında iddiaçı tərəfindən sübut olaraq əlavə edilmiş əlyazmadan başqa Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 02 avqust 2018-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərar olmuşdur. Həmin qərarın 5ci vərəqəsində cavabdeh tərəfındən verilmiş ifadədən görünür ki, cavabdeh əlyazmanın mətni və orda qeyd olunan öhdəlik barədə məlumatı olmuş, onu şəxsən imza etmişdir. Cavabdehin etiraf ifadəsi ilə bağlı qeyd olunan qərarın nəticəvi hissəsinin üçüncü bəndində Cavabdeh 200000 dirhəmi götürməsi və iki günə qaytaracağını vəd etməsi mülki xarakter daşıdığından tərəflər bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-c ü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Əlyazmanın imza edilməsi ilə bağlı cavabdehin etirafı həm Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 02 avqust 2018-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarda, həmdə qarşılıqlı iddia ərizəsində öz əksini tapmışdır. Lakin cavabdeh əlyazmanın qanunsuz yolla əldə olunmuş sübut olduğunu bildirsə də, məhkəmədə bunu sübut edə bilməmişdir. Qanuni qüvvəyə minmiş “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarın müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddə sinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Bunda başqa apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə tam əməl etməmişdir. Belə ki, kassasiya məhkəməsi qərarında hazırki mübahisənin mülki hüquq pozuntusundan (deliktən) əmələ gələn münasibətlər olub- olmamasını araşdırılmasını qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı bir araşdırma aparmamışdır. Hesab edir ki, cavabdehdən tərəfindən onun pullarının götürülməsi mülki hüquq pozuntusudur. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şək ildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.5. Borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə qarşılıqlı iddia tələbinin rədd edilməsi mübahisələndirilməmiş, kassasiya məhkəmə işi ilk iddia tələbinin təmin edilməsi hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi də qətnaməni yalnız həmin hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiy ası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri işə apellyasiya instansiyası məhkəməsində baxılakrən irəli sürülmüş və məhkəmə həmin dəlillərə tam, hərtərəfli və obyektiv qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Əly azmanın yazılı olması və bununla da predmeti 3000 manatdan çox müqavilənin də yazılı şəkildə bağlanması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəlləni 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Qeyd edilən əlyazma cavabdeh tərəfindən imzalansa da iddiaçı tərəfindən imzalanmamışdır. Ona görə də, həmin sənəd yazılı müqavilə kimi qiymətləndirilə bilməz. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi həmin əlyazmanın məzmununa qiymət vermiş, əlyazmadan göstərilən pulun borc kimi alınmasının və ya verilməsinin öz təsdiqini tapmadığını müəyyən etmişdir. Cinayət işinin icraatına xitam verilməsi barədə polis orqanının qərarının üstün hüquqi qüvvəyə malik olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərar preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, MPM-nin 82.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi normada məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən və məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarından söhbət gedir. Hazırki işdə isə iddiaçının istinad etdiyi qərar məhkəmə tərəfindən qəbul edilməmişdir. Kassasiya şikayətinin hazırkı cavabdehi n ona məxsus pulları götürməklə mülki hüquq pozuntusu (delikt) törətməsi, həmin əsasla iddianın təmin olunmalı olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddia tələbindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələbinin faktiki əsası kimi borc münasibətlərinə istinad etmiş, cavabdehin 20 dekabr 2017-ci ildə imzaladığı əlyazmanı borc müqaviləsi kimi göstərməklə həmin müqavilədən irəli gələn 200000 dirhəm pulu 2 günə qaytarmaq öhdəliyinə əməl etməməsini irəli sürmüş və Mülki Məcəllənin öhdəliklə bağlı normalarını iddia ərizəsində qeyd etmişdir. İşə baxan məhkəmələr isə tərəflər arasında öhdəlik (borc) münasibətlərinin olmamasını müəyyən etmişdir. MPM-nin 53 və 149-cu maddələrinin mənasına görə tərəf birinci ins tansiya məhkəməsində iddia qaldıranadək kimdən, nəyi və nəyin əsasında tələb etmək istədiyini müəyyən etməli, bütün bunları öz ərizəsində əsaslandırmalı, öz sübutlarını və ya sübut qismində araşdırılmasını arzuladığı faktlar barədə məlumatları iddia ərizəsinə əlavə etməlidir. MPM-nin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, onlara verilmiş prosessual hüquqlardan qanuna uyğun şəkildə və vicdanla istifadə etməli, tələbin əsası kimi istinad etdikləri halları məhkəməyə düzgün təqdim etməli (məlumat verməli), məhkəmə prosesinin əsassız şəkildə, qeyri-müəyyən müddətə uzanmasına səbəb olan hərəkətlərə yol verməməlidirlər. Qanunverici işdə iştirak edən şəxslərin üzərinə öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat vermək vəzifəsi ni onunla əsaslandırır ki, qarşı tərəf ona qarşı yönələn tələblə bağlı özünün müdafiəsini təşkil edə bilsin (MPM-nin 9.2-ci maddəsi). Bu baxımdan işin məhkəmə baxışının gedişində müəyyən olunan hallarının iddia tələbinin əsası kimi istinad edilmiş hallara uyğun gəlməməsinin səbəb olduğu əlverişsiz nəticələrin riskini də məhz belə hallarla bağlı məhkəmə yanlış məlumat vermiş tərəf daşıyır. Qeyd olunanlarla yanaşı, prosessual qanunvericilik iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək iddia tələbinin həcmini azaltmaq və ya artırmaq hüququ verir. Lakin iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi ol an çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus 200000 dirhəm pulu borc kimi götürmüş, bu barədə yazılı iltizam imzalamış, lakin müəyyən olunmuş müddət ərzində borcu qaytarmamış, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İşə məhkəmələrdə baxılması zamanı iddiaçı iddianın əsasının dəyişdirilməsi barədə ərizə verməmişdir. İşə baxan məhkəmələr isə tərəflər arasında borc münasibətlərinin yaranmamasını müəyyən etmişdir. İdd iaçının kassasiya şikayətində göstərdiyi digər əsas, yəni ona məxsus pulun cavabdeh tərəfindən götürülərək mülki hüquq pozuntusunun törədilməsi artıq iddia tələbinin əsasının dəyişdirilməsidir. Belə ki, iddiaçı artıq ona məxsus pulun cavabdeh tərəfindən başqa əsasla, yəni mülki hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən götürüldüyünü iddia edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir araya sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutları nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara istinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6586/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul ed