Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3231/2023 25.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlundan (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(106)-378/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, İddiaçı 1000 manat məbləğində ödədiyi aliment pulunun və ali ment ödənilməsi məqsədilə 3330 manat pulun Cavabdeh Allahaverdi qızından tutulmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaitinin alınması haqqında iddialarda alınan məbləğlə müəyyən edilib. Göründüyü kimi, hazırki kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ 1000 manat və 3330 manat olmaqla MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülk i işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM- in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(106)-378/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3231/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3231/2023
25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver