Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3236/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), maddi və mənəvi zərər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququna edilmiş qəsd və maneələrə son qoyulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3181/2024 nömrəli iş üzrə 29 may 2024-cü il tarixli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 36,4 kv metr sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 14 dekabr.2023-cü il tarixli məktubunda qeyd olumuşdur ki, vətəndaş Cavabdeh qonşusu tərəfindən tikinti işlərinin aparılması nəticəsində gediş-gəliş yolunun məhdudlaşdırılmasından narahatlığı barədə 6 noyabr 2023-ci il tarixli müraciətinə baxılmışdır. Mütəxəssisləri tərəfindən adı çəkilən ünvana baxış keçirilmiş və qonşu tərəfindən 2022-ci ildə aparılan tikinti işləri zamanı şikayətçinin həyətinə gedən avtomobil yolunun məhdudlaşdırması faktı öz təsdiqini tapmışdır. Daxil olmuş müraciət baxılması və səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 üzərində olan mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, cavabdehin bu cür hərəkətləri nəticəsində dəymiş 5000 (beş min) manat maddi, 5000 (beş min) manat mənəvi zərərin və 120 (yüz iyirmi) manat ödənilmiş d övlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşayır. İddiaçının himayəsində 3 azyaşlı uşağı, həyat yoldaşı, qayınanası və qayınatası var və bütün ailə üzvləri birlikdə yaşayırlar. Həmin evin ölçüləri çox kiçik olduğundan hələ bir neçə il bundan əvvəl iddiaçının mülkiyyətində olan evə dair heç bir qonşuya mane olmayan müəyyən genişlənmə işləri aparılmış, mülkiyyətdə olan evin üst qatında yerləşən otağa qalxıb düşmək üçü n yalnız iddiaçıya məxsus evə bitişik olan və heç bir qonşuya hər hansı formada mane yaratmayan yerdən pilləkən quraşdırılmışdır. Lakin cavabdeh tərəfindən guya qanunsuz tikinti işləri aparıldığı üçün, əslində isə onun heç bir hüququna toxunmadığı halda həmin xüsusi mülkiyyətə qanunsuz müdaxilələr olunur. Belə ki, özünü Prezident Aparatı yanında İctimai Birliyin üzvü kimi təqdim edən cavabdeh müəyyən məbləğdə “şirinlik” müqabilində bu işi yoluna qoyulacağını bildirmiş, lakin iddiaçı ona belə bir imkanının olmadığını bildirdikdə o əsəbiləşmiş, “Sənin bu pilləkənini sökdürüb başına çırpacam və bütün qonşuları üstünə ayağa qıldıracam” kimi ifadələrlə hədələmiş, iddiaçını və onun ailə üzvlərini nalayiq söyüşləri ilə təhqir etmişdir. O vaxtdan bu günədək cavabdeh tərəfindən müxtəlif dövlət quru mlarına çoxsaylı əsassız şikayətlər olunmuş və iddiaçı həmin dövlət orqanlarına dəvət edilərək izahat və sənədlər tələb olumuşdur. Sonda, iddiaçının heç bir qanunsuzluğa yol vermədiyi müəyyən edilmişdir. Bu isə həm vaxt itkisinə, yersiz mübahisələrə və cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində isə maddi və mənəvi ziyanın vurulmasına gətirib çıxarır. Eyni zamanda, cavabdeh iddiaçının və onun ailə üzvlərinin öz mülkiyyətlərində olan evdə rahat yaşamalarına imkan vermir, daim evin qarşısında mübahisələr yaradır, iddiaçını və onun ailə üzvlərini hədələyir, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir edir, evə rahat girib çıxmalarına mane törədir. Hətta cavabdeh qonşuları da iddiaçıya qarşı qaldıraraq və onların adından sui-istifadə edərək, müxtəlif orqanlara guya qonşular ın da iddiaçıdan narazı olmaqlarına, onun evinin qonşulara da mane yaratdığına dair müxtəlif müraciətlər göndərmiş, sonradan iddiaçı tərəfindən Səbail RPİ-nə cavabdehin qanunsuz əməlləri barədə verdiyi şikayətin araşdırılması zamanı isə, qonşuların hər biri cavabdehin göstərdiklərini təkzib edərək, iddiaçının yaşadığı evin onlara və cavabdehə heç bir mane yaratmadığını bildirmişdir. Cavabdehin arvadı isə səbəbsiz yerə yaratdığı münaqişəyə görə polis tərəfindən cərimə edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətinə yaradılmış maneələr səbəbindən bu iddianın qaldırılmasına zərurət yaranmışdır.
5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu b ağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Onun tərəfindən qarşı tərəfin ailə üzvlərinə və ya özünə qarşı söyüş, təhqir etmək kimi hərəkətlərə yol verməmişdir. Özü müəllim işləyir, onun tərbiyəsi və təbiəti də bu kimi hərəkətlərə yol verməz. İddiaçıya və ailəsinə mülkiyyətindən istifadə etmələrinə heç bir maneə törətməmiş, qanunsuz hərəkətlərə yol verməmişdir. İddiaçının hazırkı iddiasının məqsədi onun dövlət orqanlarına müraciət etməsinin qarşısını almaqdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia əri zəsində və izahatlarında cavabdehin onun evinin qarşısında mübahisələr yaratmasını, iddiaçını və onun ailə üzvlərini hədələməsini, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsini, onun mülkiyyətinə qəsd etməsini və cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da bu cür halların mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində də aralarında yaranan mübahisə nəticəsində polis orqanına müvafiq şikayətlər etdiyini və (cavabdehin deyil) cavabdehin həyat yoldaşının inzibati məsuliyyətə cəlb edildiyini göstərmişdir. Mə hkəmə iclasında iştirak edən cavabdeh isə izahatında bildirmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu bağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Onun tərəfindən qarşı tərəfin ailə üzvlərinə və ya özünə qarşı söyüş, təhqir etmək kimi hərəkətlərə yol verməmişdir. Özü müəllim işləyir, onun tərbiyəsi və təbiəti də bu kimi hərəkətlərə yol verməz. İddiaçıya və ailəsinə mülkiyyətindən istifadə etmələrinə heç bir maneə törətməmiş, qanunsuz hərəkətlərə yol verməmişdir. Haızırkı iddianın məqsədi onun dövlət orqanlarına müraciət etməsinin qarşısını almaqdır. Məhkəmə iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun izahatı özü-özlüyündə iddianın əsas lı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Tərəflərin izahatına əsasən iddiaçı tərəfindən tikilən pilləkənlə bağlı hər hansı bir məsələ hazırkı məhkəmə mübahisəsinin araşdırma predmeti olmadığından pilləkənə dair hər hansı bir hala hüquqi qiymət verilə bilməz. Belə ki, hazırda pilləkən məhkəmə qaydasında mübahisələndirilmir. Məhkəmə sadəcə cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasına, maddi və mənəvi zərərin ödənilməsinə dair tələbə qiymət verir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən edilmiş qəsd və maneələr yaradılmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir.
9. Məhkəmə iddianın mülki yyətə edilən maneələrə son qoyulması hissəsində rədd edilməsi qənaətinə gəldiyindən maddi və mənəvi zərərin ödənilməsi hissəsinin isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157.1 və 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 88, 106.1 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11. iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, cavabdeh həmin pilləkənləri n ona mane yaratmasına dair heç bir sübut təqdim etməmişdir. Əksinə, onun cavabdehin hərəkətləri nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmasına əhəmiyyət verilməmişdir. Baxmayaraq ki, cavabdeh onun tərəfindən tikilmiş pilləkənin həyətinə gedən avtomobil yolunu bağlamasını, bu səbəbdən onun müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etməsini göstərmişdir, lakin həmin pilləkənlər onun həyətinə gedən hər hansı bir avtomobilin yolunu kəsməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3181/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(009)- 166/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, dəlillər formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 36,4 kv metr sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçın adına daşınmaz əmlakın reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh qonşusu tərəfindən tikinti işlərinin aparılması nəticəsində gediş-gəliş yolunun məhdudlaşdırılmasından narahatlığı barədə 6 noyabr 2023-ci il tarixli müraciətinə baxılmışdır. Mütəxəssisləri tərəfindən adı çəkilən ünvana baxış keçirilmiş və qonşu tərəfindən 2022-ci ildə aparılan tikinti işləri zamanı şikayətçinin həyətinə gedən avtomobil yolunun məhdudlaşdırması faktı öz təsdiqini tapmışdır. Daxil olmuş müraciət baxılması və səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı tələbində cavabdehin onun evinin qarşısında mübahisələr yaratmasını, iddiaçını və onun ailə üzvlərini hədələməsini, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsini, o nun mülkiyyətinə qəsd etməsini və cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçı iddia tələblərini əsaslandırdığı hal ları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da bu cür halların mövcud olması öz təsdiqini tapmamışdır.
16. İddiaçı iddia ərizəsində də, aralarında yaranan mübahisə nəticəsində polis orqanına müvafiq şikayətlər etdiyini və (cavabdehin deyil) cavabdehin həyat yoldaşının inzibati məsuliyyətə cəlb edildiyini göstərmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələr yaradılmasının müəyyən edilməməsi və buna görə də iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlili olan cavabdehin özünün hərəkətləri ilə iddiaçının əmlakından istifa dəsinə maneçilik törətməklə, onun mülkiyyət hüquqlarını məhdudlaşdırması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Halbuki mülki qan unvericiliyin deliktlə bağlı müddəaları baxımından cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının iddia etdiyi kimi cavabdehin hansı qanunsuz hərəkətləri olması və iddiaçıya hər hansı bir ziyan dəyməsi məhz cavabdeh tərəfindən törədilmiş hərəkətlər nəticəsində yarandığı da iş materialları ilə öz təsdiqini tapmır.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı bildirmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu bağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Lakin bu halın mövcudluğu cavabdeh tərəfindən iddia çının mülkiyyətinə qəsd edən hərəkətlər kimi qiymətləndirməyə əsas vermir. Belə ki, cavabdeh öz hüquqlarının qorunması zamanı müvafiq qurumlara müraciət etmişdir, bu müraciətlər zamanı isə iddiaçının mülkiyyətinə hər hansı qəsdin edilməsi müəyyən edilmir.
19. Birinci instansiya məhkəməsi iddianın mülkiyyətə edilən maneələrə son qoyulması hissəsində rədd edilməsi qənaətinə gəldiyindən maddi və mənəvi zərərin ödənilməsi hissəsinin isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət olmaması barədə nəticəsi də düzgün olmuşdur.
20. Apellyasiya instansiyası məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157.1, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 1 06.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında təsbit olmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qanunvericiliyin tələblərinə əməl etməyərək onun tərəfindən kifayət qədər mötəbər sübutlar irəli sürülməsinə baxmayaraq həmin sübutlara əhəmiyyət verməmişdir. Cavabdeh həmin pilləkənlərin ona mane yaratmasına dair heç bir sübut təqdim etməmişdir. Cavabdehin etirazının əsaslarına dair dəlillərinin nədən ibarət olması da müəyyən deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəc əyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı 27. “... hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə z ərurət görmür.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3181/2024 nömrəli iş üzrə 29 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.