Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3237/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh1, onun və digər cavabdeh2 vəkilinin iştirakı ilə, Cavabdeh1, cavabdeh2 və onların vəkili Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2013/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (hakim H.Q.Səlimov) 2(019)-624/2018 nömrəli, 06 iyu n 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh1 və cavabdeh2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə - iddiaçını torpaq sahəsinə və evə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsi qoyulması, cavabdeh1 və cavabdeh2 zəbt etdikləri, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları və 10 manat dövlət rüsumu xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakimlər M.A.Əsədli (sədr lik edən və məruzəçi), Ə.T.Məcidov və İ.F.Quliyev) 2(107)-2013/2018 nömrəli, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 2(019)-624/2018 nömrəli, 06 iyun 2018-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı zəbt edilmiş əmlakdan çıxarılma və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yönəlm iş qərəzli hərəkətlərinə (torpaq sahəsinə və evə daxil olmağa qoymamaq, ora daxil olduqda onu qovmaq və təhdid etmək) son qoymaları vəzifəsinin qoyulması və cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1, Cavabdeh2 və onların vəkili kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2013/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq no rmalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh1, onun və digər cavabdeh2 vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı o lmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)2013/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən s übut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh1 və cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1 yerləşən 0,15 ha həyətyanı torp aq sahəsini zəbt edərək onun həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə və sahiblik etməsinə maneçilik törədirlər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X2 həyətyanı torpaq sahəsinin 0,25 ha hissəsinin kəsilərək X5 ev tikmək üçün verilməsi barədə göstərilənlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 157.4, 238.1, 238.3, 239.2-ci maddələrinə Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəfl ərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m olan fərdi yaşayış evi vardır. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cıxarışın və texniki pasportun təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m sahəsi ola n fərdi yaşayış evi 28.02.2018-ci ildə tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia tələbinə əsasən cavabdeh1 və cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1 yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini zəbt edərək onun həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə və sahiblik etməsinə maneçilik törədirlər. Cavabdeh tərəfin iddiaya olan etirazının əsası ondan ibarət olmuşdur ki, mübahisələndirilən ərazi onların xəbəri olmadan saxta sənədlər əsasında iddiaçıya satılmışdır və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təsdiq etdiyi Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli qərarından çıxarışa əsasən Balakən Rayon XDS İ craiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X2 həyətyanı torpaq sahəsindən yalnız 0.05 ha hissəsinin kəsilərək X5 ev tikmək üçün verilməsi qərara alınmışdır. 21 dekabr 1999-cu ildə Balakən rayon notariat kontorunda 3M-112 nömrə ilə reyestrdə qeydə alınmış bağışlanma müqaviləsindən görünür ki, X10 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,30 ha deyil, 628 kv/m torpaq sahəsində 1987-ci ildə tikilmiş üç otaqdan ibarət yaşayış evini arvadı Cavabdeh2 bağışlamışdır. X10 ilə Cavabdeh2 arasında olan nikah isə 10 may 2000-ci ildə ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, Zeynəbgillə qonşuluqda yaşayır. Mübahisələndirilən ev və torpaq sahəsi Saramanova Aşabelin olubdur. O, həmin t orpaq sahəsindən 0.02 ha hissəsini almaq üçün Aşabelə müraciət edərkən Aşabel ona torpaq sahəsini Cavabdeh2 satdığını bildirmişdir. Buna görə də o, həmin torpaq sahəsini almamışdır. Aşabellə Zeynəbin evi bir həyətdə yerləşir. Onların evləri arasında hasar olmasını xatırlamır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqları baxımından hüquqi qiymət versə də, nəzərə almamışdır ki, cavabdeh tərəf iddiaçıya olan etirazın əsası kimi hazırda iddiaçıya məxsus olan torpaq sahəsinin əvvəlki sahibi Aşabel Saramanova ilə əlaqələrinin olmamasını göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxılmasını və cavabdeh tərəfin iddiaya olan etirazlarının əsaslılığına qiymət verilməsi baxımından mübahisəli sahənin iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas olmuş sənədlərə baxış keçirməmiş, obyektivliyi təmin etmək məqsədi ilə istər cavabdeh tərəfin irəli sürdükləri dəlillərinə, istərsə də şahid ifadəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun formada hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin hallar ı barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində cavabdehlərin istifadə etdikləri 0,5 ha və 0,25 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə aydınlıq gətirilməsi, həmçinin X1 və X3 şahid qismində dindirilmələri barədə verdikləri vəsatət işə baxan məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, məhkəmənin qənaətinə görə cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində istifadə etdiklərini etiraf etdiklərindən şahid qismində dindirilməyi xahiş olunmuş şəxslərin ifadələri iş üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə ba xır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi bilik tələb edildiyindən, həm də işin tam və hərtərəfli araşdırılması baxımından iş üzrə müvafiq ekspertizanın təyin edilməsi və ya mütəxəssis rəyinin alınmasının zəruriliyini müzakirə etməmiş, vəsatətdə adları qeyd edilən şəxslərin hansı hallar üzrə dindirilməsi aydınlaşdırılmadan onların ifadələri iş üçün əhəmiyyət kəsb etməməsi kimi tələsik nəticəyə gəlmişdir. Kollegiyanın qənaətinə görə cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində istifadə etdiklərini etiraf etdikləri halda bunun səbəblərini apellyasiya instansiyası məhkəməsi tam və obyektiv araşdırmadan iddiaçının tələbinin qanuni olmasına dair nəticə işin natamam araşdırılmasının nəticəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektivliyi tam təmin etmək məqsədi ilə qeyd edilən və apellyasiya şikayətində sadalanan digər hallara hüquqi qiymət verməməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinə riayət etməmişdir. Həmin Qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Göstərilən Qərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayə t edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Sözügedən Qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunu özünün «İddiaçı şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübu tu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyy ən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin i ddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermə klə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: K assasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2013/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli ləğv edilsin və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3237/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3237/2019
31.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver