Məhkəmə qərarları › İş №2(102)-3238/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3238/2021

02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3238/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)1693/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh X1 övladlarıdırlar. X4 25 mart 2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı fərdi yaşayış evinin 9/10 hissəsində X2 məxsus olan pay açıq qalmaqla, 1/10 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən mənzilin 2/10 hissəsində X2 məxsus olan pay açıq qalmaqla, 1/10 hissədə isə İddiaçı adına 25 yanvar 2018-ci il tarixdə, 7/10 hissədə isə Cavabdeh adına 03 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar evin sahibləri: X4 (vəfat edib), İddiaçı və Cavabdeh 197570 manat kompensasiya və 24511 manat maddi yardım ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 52356 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ 1/10 hissədə iddiaçının adına, 9/10 hissədə isə vəfat etmiş anası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin mənzil sökülmüş və dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar olaraq 197570 manat kompensasiya ödənilmişdir. Bu kompensasiya ödənilə n zaman iddiaçı bacısı Cavabdeh etibarnamə vermişdir ki, onun adından alqı-satqını həyata keçirtsin. Onlar öz aralarında razılaşmışlar ki, veriləcək kompensasiyanın 2/3 hissəsi cavabdehə, 1/3 hissəsi isə iddiaçıya aid olacaqdır. Kompensasiyanı aldıqdan sonra cavabdeh iddiaçıya 13500 manat pul vermişdir. Lakin cavabdeh aldığı 197570 manat məbləğin 1/3 hissəsini, yəni 65856 manat iddiaçıya verməli idi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(009)609/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia qismən təmin edilərək, Cavabdeh 6257 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında kompensasiyanı sonuncu almış və həmin məbləğdən iddiaçıya onun payı na düşən 1/10 hissə üzrə 19757 manat deyil, 13500 manat məbləğində pul vermişdir. Məhkəmə hesab etmişdir ki, aralarında olan razılaşmaya əsasən veriləcək kompensasiyanın 2/3 hissəsinin cavabdehə, 1/3 hissəsinin isə iddiaçıya aid olacağı barədə iddiaçının dəlili əsassızdır, belə ki, həmin dəlillə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən 197570 manat kompensasiyadan iddiaçıya onun payına düşən 1/10 hissədən də artıq, yəni 23500 manat pul verilməsi barədə cavabdehin dəlilini də məhkəmə eyni səbəbə görə əsassız hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, evə görə ödənilmiş 197570 manat kompensasiya məbləğindən cavabdeh tərəfindən iddiaçıya onun payına düşən 1/10 hissə üzrə 19757 manat məbləğdən 13500 manat məbləğində pul verildiyi üçün qalan mə bləğ, yəni 6257 (19757-13500) manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)-1693/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin etməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-609/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)-1693/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflərin paylı mülkiyyətlərində olan mənzil 2018-ci ilin sentyabr ayında dövlət ehtiya cları üçün alınaraq sökülmüş və 197570 manat kompensasiya verilmişdir. Cavabdeh kompensasiya alan gün iddiaçının payından da artıq məbləğdə vəsaiti – 20000 manatı iddiaçının əri X3 vermiş, bir neçə gün sonra isə sonuncuya əlavə 3500 manat vermişdir. Məhkəmələr cavabdehin tələb etdiyi şahidləri dindirməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və ya vəkili məhkəmə iclasına gəlməm iş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməsə də, sonuncu həmin qətnaməni kassasiya qaydasında mübahisələndirməmişdir. Kassasiya şikayətini cavabdeh vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı m addəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçı ilə paylı mülkiyyətlərində olmuş daşınmaz əmlaka görə aldığı kompensasiyanın iddiaçının payına uyğun hissəsini sonuncuya verməsini sübut edə bilməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirazında və şikayətlərində iddiaçıya (sonuncunun əri vasitəsi ilə) 23500 manat məbləğində pul verməsini göstərsə də, istinad etdiyi hallara dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə iclaslarına şahidləri dəvət etməsi və həmin şahidlərin dindirilməsinə dair vəsatət verməsi işin faktiki hallarını araşdıran məhkəmələrin məhkəmə iclas protokollarında əks olunmamış və belə yazılı vəsatət iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımında n işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)-1693/2021 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar