Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3238/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddət, buraxılmış prosessual müddətin bərpası, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1300/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 avqust 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı Şəhər Xəzər Rayon Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-172/2022 nömrəli iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim – Sabit Bəhrəmzadə) İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında ye rləşən cavabdehin zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1300/2023 nömrəli iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qətnamədən elektron qaydada verdiyi kassasiya şikayəti, habelə ötürülən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(103)-1300/2023 saylı qətnaməsi 27 mart 2023cü il tarixdə elektron məhkəmə sistemində yerləşdirilib. Həmin qətnamədən kassasiya şikayəti verilməsinin son günü 27 may 2023-cü il tarixi idi. 27-28-29 may 2023-cü il tarixləri qeyri-iş günləri olduğundan kassasiya şikayəti verilməsinin son günü 30 may 2023-c üil tarixi olmuşdur. Onun tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddət üzrlü s əbəbdən ötürülmüşdür. O qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddəti üzrlü səbəbdən buraxıb. Belə ki, o ailə problemləri ilə bağlı 30 may 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixə kimi Bakı şəhərində olmayıb. Bu səbəbdən də kassasiya şikayətini elekron kabinet vasitəsi ilə göndərmək imkanı olmamışdır. O Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli 2(103)-1300/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən buraxıb.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1300/2023 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 27 mart 2023-cü il tarixdə yerləşdirilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti eyni nümayəndə və vəkil – Vəkil tərəfindən imzalanmışdır. İddiaçı münasibətdə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 27 may 2023-ci il tarixə qədər olmuşdur. 27 mart 2023-cü il tarixi qeyri-iş günü olduğu üçün şikayət verilməsi üçün son müddət 30 may 2023-cü il tarixə kimi olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil isə müddət bərpa barədə ərizəni və kassasiya şikayətini 03 iyun 2023-ci il tarixdə elektron kabine t vasitəsi ilə verməklə kassasiya şikayəti üçün müəyyən edilmiş müddəti 04 gün ötürmüşdür.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki,apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə İddiaçı tərəfindən verilmiş ərizə əsassızdır və eləcə də göstərilənlər mötəbər sübutlarla təsdiq edilməmişdir.
10. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 128.1, 133.1, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, buraxılmış müddətin bərpa edilməsinə dair ərizədə iddiaçı göstərmişdir ki, iddiaçı, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. Göstərmişdir ki, iddiaçı, ailə problemləri ilə bağlı 30 may 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixə kimi Bakı şəhərində olmamışdır. Bu səbəbdən də kassasiya şikayətini elektron kabinet vasitəsi ilə göndərmək imkanı olmamışdır.
13. Kassator qeyd etmişdir ki, kassasiya şikayətini ancaq elektron kabinet vasitəsi ilə qəbul olunduğundan iddiaçının bunu etmək imkanı olmamışdır. Bildirmişdir ki, iddiaçı tərəfindən bir ay deyil, bir il deyil, cəmi 4 gün müddət ötürülmüşdür. Heç bir əsas olmadan sadə formal olaraq yazılmış ərizələrə əsasən, daha çox buraxılmış müddət bərpa olunur. Müddətin buraxılması səbəbini də göstərmişdir (ailə problemləri).
14. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinin və məhkəmə kollegiyasının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa e dilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
24. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
25. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmiş, ona görə də müddətin bərpa olunması üçün əsaslar mövcud deyil.
26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli və şikayətin geri qaytarılması üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(103)-1300/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.