Məhkəmə qərarları › İş №2(102)-3238/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3238/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3238/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı cavabdehlər qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4642/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadından iddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər qarşı (mübahisə predme ti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 63.000 manat dəyərində qiymətləndirilmiş “X1” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3.215 avronun, 5.400 ABŞ dollarının, 26.500 manatın; onun adına olan 1.759.500 manat qiymətləndirilmiş "xxxx" MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X1” kompleksində 615B saylı mənzilin və - 63.000 manat dəyərində qiymətləndirilmiş, onun adına "xxxx" MTK-dan Bak ı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X1” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2812/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilmişdir. İddiaçının həmin qərardaddan şikayəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4642/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(006)-2812/2024 nömrəli qərardadı dəyişdirilm ədən saxlanılmışdır. Həmçinin qərardaddan şikayət verilə bilməməsi izah edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4642/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində nəzərdə tutulmuş barəsində kassasiya şikayəti verilə bilən qərardadlardan deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsin in mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 402.3-cü maddəsinə görə birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilə bilən qərardadların dairəsini dəqiq göstərmişdir və yalnız həmin qərardadlardan kassasiya şikayəti verilə bilməsinin mümkünlüyünü təsbit etmişdir. İddiaçının barəsində kassasiya şikayəti verdiyi qərardad isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə birinci instansiya məhkəməsinin qərardadının apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanması barədədir. Başqa sözlə, b arəsində kassasiya şikayəti verilən qərardad iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədədir ki, həmin qərardadlardan da kassasiya şikayəti verilməsi prosessual qanunvericilikdə istisna edilmişdir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində nəzərdə tutulmuş qərardadlardan verilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.2 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı (vəkil Nümayəndə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4642/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar