Məhkəmə qərarları › İş №2(102)-3239/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3239/2021

03.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3239/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı və digərlərinin Cavabdeh1 MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3239/21 (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, İddiaçı: Vəkil və İddiaçı iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)2753/2021 saylı qərardadından iddiaçılar İddiaçı və Vəkil kasasiya şikayəti üzrə i şə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlər tərəfindən onların “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrində göstərilən hüquqlarının pozulması faktının tanınması və dəymiş mənəvi zərərə görə cavabdehlərdən İddiaçı xeyrinə 70.000 manat, iddiaçı Vəkil xeyrinə 50.000 manat kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia rədd edilib. Bir inci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılar “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34cü maddələrində göstərilən hüquqlarının pozulduğunu iddia etsələr də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməyiblər. Eyni zamanda iddiaçılar Avropa Məhkəməsinə göndərilməli olan poçt göndərişini (şikayəti) 2014-cü il tarixdə poçt xidmətinə təqdim etdikləri halda, yalnız bundan 4 il sonra, yəni 2018-ci il tarixdə həmin göndərişin (şikayətin) ünvana çatıb-çatmaması ilə bağlı maraqlanmağa başlamışlar. Belə olan təqdirdə hazırki iddia tələbi Cavabdeh1 MMC münasibətdə təmin edilə bilməz. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə onların mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1096, 1097.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) iddiaçı tərəfin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 no yabr 2020-ci il tarixli qətnaməsindən verdikləri apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilərək, mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki iş materiallarına əsasən, iddia tələbləri iki fiziki şəxs İddiaçı və Vəkil tərəfindən irəli sürülüb. Eyni zamanda iddiaçılardan Vəkil digər İddiaçı nümayəndəsi və vəkili kimi iştirak edir. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti versələr də apelyasiya şikayəti yalnız İddiaçı nümayəndəsi kimi Vəkil tərəfindən imzalanıb. Belə olan halda apelyasiya şikayətini hər iki iddiaçının, yoxsa yalnız İddiaçı verməsi aydın deyil. Əgər hər iki iddiaçı qətnamədən apelyasiya şikayəti vermişdirsə, o zaman iddiaçı Vəkil şikayəti müstəqil iddiaçı kimi həm öz adından, həm də digər İddiaçı nümayəndəsi kimi sonuncunun adından imzalamalı idi. Hazırki halda apelyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməyib və birinci instansiya məhkəməsi bu hala diqqət yetirməyib. Apelyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunaraq, şikayəti vermiş şəxs(lər)in dairəsinin dəqiq müəyyən olunması apelyasiya baxışının həddi baxımından da zəruridir. Məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apelyasiya qeyri -mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 361, 363-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsinə icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçılar kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştira kçılarının izahatları Məhkəmə iclasında iddiaçı Vəkil və İddiaçı kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də nümayəndələrini məhkəmə iclasına göndərmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsində göstərilir ki, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 74.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin imzalanması; məhkəmə aktından şikayət verilməsi və sair...ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə əsasən, apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin 366.2-ci maddəsi ndə göstərilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Eyni zamanda həmin Məcəllənin 407.2-ci maddəsində göstərilir ki, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə görə, kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasa siya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçıların kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəmə sinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, iddiaçı Vəkil fərdi qaydada fəaliyyət göstərən vəkildir. O, eyni zamanda 01 noyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə və 25 iyul 2020-ci il tarixli orderə əsasən digər İddiaçı həm nümayəndəsi, həm də vəkilidir. Eyni zamanda işdən görünür ki, iddia ərizəsinin imzalanması; məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndə Vəkil səlahiyyətləri təmsil olunan İddiaçı verdiyi sözügedən etibarnamədə xüsusi olaraq göstərilib. Bundan başqa iddiaçılar, hazırki mülki iş üzrə birgə iddiaçılardır və onların cavabdehlərə qarşı “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrində göstərilən hüquqlarının pozulması faktının tanınması və dəymiş mənəvi zərərə görə cavabdehlərdən İddiaçı xeyrinə 70.000 manat, iddiaçı Vəkil xeyrinə 50.000 manat kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayəti İddiaçı nümayəndəsi və vəkili kimi iddiaçı Vəkil tərəfindən imzalanıb. İddia ərizəsi və apelyasiya şikayəti yalnız iddiaçı Vəkil tərəfindən imzalansa da, iddia ərizəsinin və apelyasiya şikayətinin giriş və nəticə hissələrində Vəkilla yanaşı İddiaçı da iddiaçı kimi göstərilib. Əvvəla, yuxarıda sadalanan mülki prosessual normaların mənasına görə, apelyasiyanın mümkünlüyü işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasından asılıdır. Apelyasiyanın mümkünlüyünü şərtləndirən belə prosessual əsaslara: apelyasiya şikayətinin bu şikayəti vermək hüququna malik olan şəxslər tərəfindən verilməsi; apelyasiya şikayətinin həmin şəxslər və ya onların nümayəndəsi (qanuni nümayəndəsi) tərəfindən imzalanması və sair aiddir. Apelyasiyanın mümkünlüyü dedikdə- işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olması başa düşülür. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Burada apelyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apelyasiyanın mümkünlüyü üçün əsasların olmaması dedikdə isə- işə apelyasiya qaydasında baxılması üçün prosessual əsas ların mövcud olmaması başa düşülür. Hazırki halda iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayəti yalnız iddiaçı Vəkil tərəfindən imzalansa da, apelyasiya şikayətinin giriş və nəticə hissələrində hər iki iddiaçının soyadı, adı, atasının adı göstərilib və iddiaçı Vəkil digər İddiaçı adından da apelyasiya şikayətini imzalamağa tam səlahiyyəti, hüququ olub. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi, iddiaçı Vəkil apelyasiya şikayətini müstəqil iddiaçı kimi həm öz adından, həm də digər İddiaçı nümayəndəsi kimi sonuncunun adından imzalamamasını əsas tutub, işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmaması qənaətinə gələrkən, əslində mübahisəli məsələyə formal yanaşıb. Belə ki, birgə iddiaçıların birinci instansiya məhk əməsinin qətnaməsindən narazı qalaraq birgə apelyasiya şikayəti vermələri və apelyasiya şikayətinin giriş və nəticə hissələrində hər iki iddiaçının soyadı, adı və atasının adının göstərilməsi, habelə qətnamədən apelyasiya şikayəti verilməsi ilə əlaqədar nümayəndə Vəkil səlahiyyətləri təmsil olunan İddiaçı verdiyi etibarnamədə xüsusi olaraq göstərilməsi, apelyasiya şikayətinin açıq-aşkar hər iki iddiaçının iradəsini ifadə etməsi anlamına gəlməyə əsas verir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə əlaqədar nümayəndə Vəkil səlahiyyətləri təmsil olunan İddiaçı verdiyi etibarnamədə xüsusi olaraq göstərildiyindən, iddiaçı Vəkil həm öz adından, həm də digər İddiaçı adından apelyasiya şikayətinə ikinci imza atmasına zərurət olmayıb. Həmçinin, apelyasiya şikayətinin giriş, əsaslandırıcı və nəticə hissələrində hər iki iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qaldıqları, ondan şikayətləndikləri açıq-aşkar görünür. Belə olan halda iddiaçı Vəkil bir imzası həm özünü, həm də nümayəndəsi və vəkili olduğu İddiaçı təmsil etmək üçün yetərli olub. Çünki, iddiaçı Vəkil həm öz adından, həm də digər İddiaçı adından birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermək və onu imzalamaq hüququ olub. Apelyasiya instansiyası məhkəməsi, apelyasiya şikayəti üzrə apelyasiyanı qeyrimümkün hesab etməklə iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarını pozub. Halbuki, həmin maddələrin mənasına görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və ağlabatan müddətdə açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququna qoyulan istənilən məhdudiyyətlər yalnız o, halda 6cı maddənin tələblərinə uyğun ola bilər ki, onlar: birincisi, qanuni məqsəd daşısın; ikincisi, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd ar asında ağlabatan əlaqə mövcud olsun. Hazırki halda birgə iddiaçıların birgə verdikləri apelyasiya şikayətinə əsasən, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mülki iş materialları ilə istisna olunmur. Digər tərəfdən, apelyasiya şikayətinin yalnız İddiaçı tərəfindən verilməsini, digər iddiaçı Vəkil tərəfindən imzalanmamasını qəbul etsək belə, apelyasiya instansiyası məhkəməsi nəyə görə İddiaçı münasibətdə də apelyasiyanı qeyri-mümkün hesab etməsini və onu münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını yoxlamamasını qərardadda kifayət qədər əsaslandırmayıb. Halbuki, İddiaçı münasibətdə ümumiyyətlə işə apelyasiya qaydasında baxılmasını istisna edən prosessual əsaslar olmayıb. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan mülki prosessual normaların tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, ka sasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar Vəkil və İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)-2753/2021 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar