Məhkəmə qərarları › İş №2(102)-324/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-324/2021

26.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-324/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-xx/21 (Açar sözlər: gediş-gəliş yolunun açılması) 26.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı vəkili X1 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-xx/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Bərdə rayonu, ev1 yerləşən cavabdehlər tərəfindən tutulmuş kəndarası yolun 5 metr enində, 14 mert uzunluğunda hissəsinin açılması və həmin yolun əvvəlki vəziyyətinin bərpa edilməsini iddia etmiş və tələbini onunla əsaslandırıb ki, cavabdehlər sözügedən gedən yolun bir hissəsini zəbt edərək daşla hörüblər və gediş-gəliş yolu üçün böyük problem yaratmaqla onu bağlayıblar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehlər tərəfindən tutulmuş kəndarası yolun 5 metr enində, 14 mert uzunluğunda hissəsinin açılması və həmin yolun əvvə lki vəziyyətinin bərpa edilməsini iddia edir. Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlər heç bir hüquq müəyyənedici sənədləri olmadan kəndarası sözügedən gediş-gəliş yolunu daş hasarla bağlayıblar. Cavabdehlər qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar