Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3240/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X X1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı X iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2244/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassas iya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X üzərində Cavabdeh2 7/18 hissədə, İddiaçı X 7/18 hissədə, Cavabdeh1 4/18 hissədə pay hüquqları dövlət qeydiyyatına alınmışdır.
2. X1 21 may 2020-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçilər arasında onların müvafiq olaraq 4/18 və 7/18 payına müvafiq olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitini tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 noyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında payçıların hissələri eyni dam altında yerləşdiyindən və yükgötürən divarlar eyni olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. 4. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin 11 mart 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, xxx evin bazar qiyməti 60000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X evin (39,90 kv.m) açıq hərracda satılması, satışdan əldə olunan məbləğin paylara mütənasib şəkildə 4/18 hissəsinin Cavabdeh1, 7/18 hissəsinin Cavabdeh2 və 7/18 hissəsinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etm işdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən mənzil üzərində onun 7/18 hissədə, Cavabdeh2 7/18 hissədə, Cavabdeh1 4/18 hissədə pay hüquqları dövlət qeydiyyatına alınmışdır. Mülkiyyət hüququ vərəsəlik qaydasında əldə edilmişdir. Cavabdehlər həmin ünvanda yaşamırlar. Belə ki, Cavabdeh1 ünvan 3 ünvanında, Cavabdeh2 isə Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Onların mübahisə predmeti olan mənzillə heç bir əlaqələri yoxdur. Mənzil ümumilikdə 39.9 kv. m. sahəli olmaqla paylara mütənasib şəkildə naturada bölünməsi mümkün deyildir. Onun sifarişi ilə evin hazırkı bazar dəyəri ekspert tərəfindən 60000 manat müəyyən edilmiş, həmin məbləğin ona düşən 23334 manat hissəsini ona ödəməklə o, öz payını cavabdehlərə təklif etsə də, cavabdehlər buna etiraz etmişlər. H azırda həmin məsələni yenidən reallaşdırmaq məqsədi ilə cavabdehlər qarşılıqlı iddia vermişlər, onun mülkiyyət hüququna xitam verilməsini istəyirlər. Halbuki, bunu etməmişdən əvvəl cavabdehlər rəsmi qaydada payın alınması üçün ona müraciət etməli idilər. Cavabdehlər isə bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət etmişlər.
7. Həmçinin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia verərək X evin 7/18 pay hissəsi üçün İddiaçı 23334 manat kompensasiya ödənilməklə cavabdehin həmin hissəyə olan mülkiyyət hüququna xitam verilməsi və ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil paylı mülkiyyətdir və Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər. Bu na görə də, həmin mənzil satıla bilməz.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(001)3255/2020 saylı qətnaməsi ilə (hakim E.Mustafayev) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evin açıq hərracda satılaraq payalara mütanasib şəkildə bölünməsi” tələbənə dair ilk iddiası təmin edilmiş, X evin açıq hərracda satılaraq, satışdan əldə edilən gəlirin paylara mütənasib şəkildə 4/18 hissədə Cavabdeh1, 7/18 hissədə Cavabdeh2 və 7/18 hissədə İddiaçı ödənilməsi qərara alınmış, həmçinin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı "kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi" tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evdən istifadəyə dair tərəflər arasında razılıq yoxdur və evin naturada bölünməsi mümkünsüzdür.
11. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçıların payın qiyməti və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətçi olan İddiaçı yazılı bildirişin verilməsi, onun məsələyə qanunla müəyyən edilmiş müddətdə münasibət bildirməsi işin məhkəmə araşdırılması ilə təsdiq olunmur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.1, 218.2, 218.3, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı Mülki Prossesual Məcəllənin 216-220, 227, 233, 358-360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Şikayət 27 noyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixl i, 2(001)3255/2020 saylı qərardadı ilə (hakim E.Mustafayev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(001)- 3255/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, qətnamə 09 oktyabr 2020-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanı üzrə göndərilmiş, onlar tərəfindən 23 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir.
16. Bundan başqa apellyasiya şikayətinə əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, şikayət poçt a 23 noyabr 2020-ci il tarixdə verilmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2244/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və C.Yusifov) hazırkı iş üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və iş apelyasiya baxışından çıxarılaraq Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iş materiallarında Binəqədi Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərardadının işdə iştirak edən şəxslərə veridliyini təsdiq edən sənəd yoxdur.
19. Bundan başqa İddiaçı vəkili bildirmişdir ki, belə bir qərardadın qəbul edilməsindən məlumatsızdırlar, əgər qərardad onlara verilə rsə onu mübahisələndirəcəklər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməm işdir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
29. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. (maddə 266.1)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 41 6)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əs assız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2244/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.