Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3243/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3947/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh bir neçə ildir ki, bir-birini tanıyırlar. İddiaçı həmin münasibətlər çərçivəsində cavabdehin ondan dəyəri 5.600 manat olan qızıl-zinət əşyasını götürdüyünü, lakin sonradan dəyərini ödəmədiyini, həmçinin qısa müddətdə lombarda qoyub pul götürmək üçün ondan 80 qram, əyarı 750 manat olan qızıl-zinət əşyalarını və sonradan yenə də dəyəri 3.800 manat olan qızıl-zinət əşyasını götürdüyünü, lakin qaytarmadığını iddia edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.600 və 3.800 manat pulun, 80 qram qızılın, cəmi 9.400 manat pulun, 80 qram qızılın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi nin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: cavadehi və onun həyat yoldaşı Ədaləti uzun müddətdir ki, tanıdığı üçün 2015-ci ilin noyabr ayında 5.600 manat borc vermişdir. Daha sonra cavabdeh yenidən evə gələrək, qızının cehiz pulu çatmadığından 15 günlük lombarda qoymaq üçün ondan 80 qram qızıl istəmiş, o cavabdehə 80 qram İtaliya istehsalı ola qızıl vermişdir. 15 gün keçdikdən sonra o, qızılı tələb etdikdə, cavabdeh qızılı və borcu qaytarmayaraq, ondan vaxt istəmişdir. 09 iyul 2017-ci il tarixdə cavabdeh onun evinə gələrək, Sevil massivində ev tikdirdiklərini, evi sataraq ona olan borclarını qaytaracağını bildirmişdir. Cavabdehə inanmadığı üçün ondan sadə yazılı qəbz almışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, 3.800 manat dəyərində italyan istehsalı olan 750 əyyarlı boyunbağı ona vermişdir. Lakin onlar yenidən onu aldatmışlar.
4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.600 manat pulun, 3.800 manat pulun və 80 qram qızılın, cəmi 9.400 manat pulun və 80 qram qızılın, qızıl olmadığı halda onun dəyəri olan 4.800 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-669/19 saylı 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Abdıyev) iddia tələbi təmin edilərək, Cavabdeh 9.400 (doqquz min dörd yüz) manat məbləğində pul, ümumi çəkisi 80 qram əyyarı 750 olan qızıl-zinət əşyaları-çəkisi 22 qram olan 1 ədəd z əncir boyunbağ-dəyəri 1.320 (bir min üç yüz iyirmi) manat, çəkisi 16 qram olan 1 ədəd tros qolbağ - dəyəri 960 (doqquz yüz altmış) manat, çəkisi 13 qram olan 1 ədəd halqa sırğa – 780 (yeddi yüz səksən) manat, çəkisi 3,5 qram olan 1 ədəd nazik boyunbağ - 210 (iki yüz on) manat, çəkisi 19 qram olan 1 ədəd kəllə klonlu boyunbağ - 1.140 (bir min bir yüz qırx) manat, çəkisi 7 qram olan 1 ədəd xırda firuzə qaşlı üzüyü - 440 (dörd yüz qırx) manat, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyərinin və 30 (otuz) manat məbləğində dövlət rüsumun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1, 1091, 1092, 1093-cü maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsi MK-nın 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-669/19 saylı 02 dekabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pulun tutulması və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh əyyarı 750 olan 1 ədəd zəncir boyunbağı və ya 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: işə səs yazısı əlavə etmişdir. Həmin səs yazısının aparılmasını cavabdehə bildirmişdi və cavabdeh ona görə aldığı qızılları və pulu etiraf edərək qaytaracağına söz vermişdi. Həmin səs yazısı cavabdehə məxsusdur, hətta bununla bağlı ekspertiza keçirilməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin səs yazısını nəzərə almamış, maddi və porosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edən apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
22. Məhkəmə müəyyən etmişdir ki, 07.09.2017-ci il tarixdə tərəflər arasında bağlanmış yazılı razılığa əsasən X1 Solmaz Allahqulu qızından dəyəri 3800 manat, əyyarı 750 olan boyunbağı almışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki pr osesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
24. Bu baxımdan iddiaçı iddia üzrə tələb etdiklərini cavabdehə verdiyini və sonradan almadığını subut etməlidir. Lakin iş materiallarında yuxarıda a dı çəkilən qəbzdən başqa cavabdehin iddiaçıdan pul məbləğinin və qızıl-zinət əşyalarının alınması barədə heç bir mötəbər sübüt yoxdur. 25. 07.09.2017-ci il tarixli qəbz üzrə götürülən qızıl-zinət əşyasının dəyəri borc məbləği kimi qiymətləndirildiyi təqdirdə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 3.800 manat məbləğində borcunu, yəni iddia tələbinin sübut olunan hisəsində iddiaçıya ödəməlidir.
26. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qərar çıxarır. Ona görə hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlar keçərli deyil.
28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təm in edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3947/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.