Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3247/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3247/2023 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5834/2022 nömrəli iş üzrə 06 iyun 20 23-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 151.000 ABŞ dolları və 65.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı, 04 dekabr 2019-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alın maqla manat hesab ilə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
3. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, 442, 443.1, 443.7, 491.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının Cavabdeh qarşı 100.000 ABŞ dolları məbləğində behin onun xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov, Ə.Əhmədov və V.Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiy a baxışına qaytarılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6279/2021 nömrəli 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiya məhkəməsində ikinci icraat
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(102)-2718/2022 saylı qərarı ilə (hakimlər İ.Xələfov, Z.Əliyev və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
11. Bakı Apelyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(103)-5834/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir.
12. İddiaçı kassasiya şikayəti vermiş, habelə “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə müraciət edərək, Bakı Ap elyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə bərpa edilmiş, həmin qətnamədən onun tərəfindən verilmiş kassasiya şikayəti qəbul edilərək baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2023cü il tarixli 2(102)-1233/2023 saylı qərardadı ilə İddiaçı adından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kassasiya şikayəti elektron imza ilə cavabdehin adından etibarnamə əsasında nümayəndəsi kimi göstərilən vəkil Nümayəndə1 tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayətinə əlavə olunmuş 09 dekabr 2022-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı Nümayəndə1 Azərbaycan Respublikası İXM-in 65-ci maddəsinin tələblərinə uyğun hərəkətlərin edilməsi səlahiyyətlərini vermişdir. Etibarnamədə iddiaçı tərəfindən vəkilə MPM-in 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərin, o cümlədən apellyasiya məhkəməsinin qərarlarından kassasiya şikayətinin verilməsi səlahiyyətinin etibar edilməsi qeyd olunmamışdır. Kassasiya şikayətini iddiaçının nümayəndəsi kimi vəkil Nümayəndə1 imzalasa da, sonuncuya belə səlahiyyət MPM-in 74.2-ci maddəsinə uyğun olaraq verilməmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti geri qaytarılmışdır.
16. Daha sonra iddiaçı yenidən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə müraciət etmişdir.
17. Bakı Apelyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(103)-5834/2022 saylı qərardadı ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov, M.Rüstəmli) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
18. Məhkəmə kollegiyası iddiaçının müddətin bərpa olunması barədə dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı daha əvvəl də “müddətin bərpa edilməsi barədə” ərizə ilə müraciət etmiş və ərizə təmin edilmişdir. Lakin kassasiya şikayəti vəkil Nümayəndə1 tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şika yətinə əlavə olunmamış, kassasiya şikayətini iddiaçının nümayəndəsi kimi vəkil Nümayəndə1 imzalasa da, etibarnamədə sonuncuya MPM-in 74.2-ci maddəsinə uyğun olaraq belə səlahiyyət verilmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır.
19. Kollegiya qeyd etmişdir ki, əvvəlki kassasiya şikayəti verilərkən işə əlavə olunmuş 09 dekabr 2022-ci il tarixli etibarnamə verilərkən, hansı səlahiyyətlərin etibar edilməsi hər iki tərəfə məlum olmuşdur, etibar edilən isə vəkil olmaqla etibarnamə ilə ona kassasiya şikayəti verilməsi üçün səlahiyyətin verilmədiyini gördüyü halda, belə bir səlahiyyətin verilmədiyi etibarnaməni əlavə etməklə kassasiya şikayəti vermişdir. İddiaçı tərəfin bu hərəkətləri vaxt uzadılmasına yönəlməklə, digər tərəfin hüquqlarının pozulması ilə nəticələndiyindən hazırki ərizə r ədd edilməli və verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı kassasiya şikayətini üzürlü səbəblərdən verə bilməmişdir. Vəkil hazirki iş üzrə İddiaçı hüququnu mudafiə məqsədi ilə inzibati xəta haqqinda və mulki işlər üzrə müqavilə bağlamışdır. Həmin zaman isə texniki səhv olaraq MPM-in 74.2-ci maddəsi ilə nəzərdə tu tulmuş səlahiyyətlərini təstiq edən etibarnamənin əvəzinə Azərbaycan Respublikası İXM-in 65-ci maddəsinin tələblərinə uyğun hərəkətlərin edilməsinə uyğun hərəkətlərin edilməsi səlahiyyətlərini verən etibarnaməni əlavə etmişdir.
23. İddiaçının iddia tələbi 165.000 ABŞ dolları və maddi ziyan ilə bağlıdır. Böyük məbləğdə pul tələb edən iddiaçının məhkəməsinin uzadılmasında marağı ola bilməz. Qərardadda məhkəmənin istinad etdiyi dəlillər düzgün deyil.
24. Kassator öz şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.3, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 130.1. Qanunla müə yyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
29. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddə tin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci ins tansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
38. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən ol unur.
39. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
40. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bundan əvvəl iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə bərpa edilmişdir. Lakin iddiaçının adından kassasiya şikayətini imzalamış şəxsin bu cür səlahiyyəti etibarnamədə göstərilmədiyinə görə Ali Məhkə mənin Mülki Kollegiyasının 13 fevral 2023-cü il tarixli 2(102)-1233/2023 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçı yenidən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə müraciət etmişdir.
41. Apelyasiya instansiyası məhkəməsi müddətin bərpa olunması barədə iddiaçının dəlillərini əsassız sayaraq hesab etmişdir ki, əvvəlki (09 dekabr 2022-ci il tarixli) etibarnamə verilərkən, hansı səlahiyyətlərin etibar edilməsi hər iki tərəfə məlum olmuşdur, etibar edilən isə vəkil olmaqla etibarnamə ilə ona kassasiya şikayəti verilməsi üçün səlahiyyətin verilmədiyini gördüyü halda, belə bir səlahiyyətin verilmədiyi etibarnaməni ə lavə etməklə kassasiya şikayəti vermişdir.
42. İddiaçı müddətin ötürülməsinin səbəbi kimi etibarnamədə MPM-in 74.2-ci maddəsinə uyğun səlahiyyətlər əvəzində Azərbaycan Respublikası İXM-in 65-ci maddəsi üzrə səlahiyyətlər verilməsinin texniki səhv olduğunu bildirib və apellyasiya instansiyası məhkəməsi həmin səbəbləri üzürlü saymamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üç ün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
44. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu pros essual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
45. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.
46. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşıla şa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
47. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
48. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual m üddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5834/2022 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.