Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3248/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – DİN) qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-1650/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadından verilmiş cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və DİN-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 200 000 manat maddi, 200 000 manat mənəvi ziyanın əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan son ra – birinci instansiya məhkəməsi) 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1650/2021 saylı mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.M ərdanova və V.N.Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı vurulmuş mənəvi zərərə görə 10 000 (on min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” hissəsində dəyişdirilmiş, mənəvi ziyanın kompensasiyası qismində 30 000 (otuz min) manat İddiaçı Dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə qətnamədən DİN-in nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qərardadı nı onunla əsaslandırmışdır ki, iddia tələbi DİN-ə münasibətdə təmin olunmamış, eyni zamanda adı çəkilən qurum birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, DİN-in kassasiya şikayəti verdiyi qətnamə ilə onun təmin edilməmiş tələbləri (şikayəti) mövcud deyildir. Belə olan halda, DİN-in kassasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və qətnamədən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin konstit usion hüquqların pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinin tələblərini hərfi mənada tətbiq etmişdir. Belə ki, DİN işin apellyasiya mərhələsində öz tələbləri üzrə məhkəməyə yazılı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsini hansı hissədə mübahisələndirdiyini bildirmiş və həmin qətnamənin ləğv olunmasını və iddiaçının apelyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehin tələbləri təmin olunmamışdır. Belə olan halda, DİN pozulmuş hüquqlarının bərpası üçün müvafiq qərardan MPM-in 403.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
10. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır.
11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
13. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1650/2022 nömrəli iş üzrə 10 fevral 2022-ci il tar ixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.