Məhkəmə qərarları › İş №2(102)-3251/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3251/2023

23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3251/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqaviləyə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqaviləyə xitam verilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2558/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyəti tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC (bundan sonra – Təhsil Müəssisəsi və ya cavabdeh) ilə İddiaçı arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə əsasən tələbə X5 xx.xx.2019-cu ildən Təhsil proqramı yekunlaşanadək Təhsil Müəssisəsinə “İGCSE-1, 8-ci sinif, High School” Proqramı (bundan sonra - Tədris Proqramı) üzrə qəbul olunmuşdur.

2. Müqaviləyə əsasən Təhsil Proqramının və bu Müqavilənin qüvvədə olma müddəti tələbənin təhsil müəssisəsinə qəbul olduğu vaxt təhsil səviyyəsi nəzərə alınmaqla müəyyən olunmuşdur. (bənd2.3) Təhsil Müəssisəsinin təhsil haqqının vaxtından ödənilməsini valideyn və tələbəd ən tələb etmək; bu Müqavilənin şərtləri və Təhsil Müəssisəsinin qaydaları tələbə və ya valideyn tərəfindən kobud şəkildə pozulduqda, Müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək hüququ vardır (bənd 3.1.1 və 3.1.3). İllik təhsil haqqı 8000 manat təşkil edir, təhsil haqqı qabaqcadan tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15-ci gününədək, bu Müqavilənin bağlandığı tarixdən asılı olmayaraq müvafiq tədris ili üzrə illik ödənilməlidir (bənd 4.1, 4.6, 4.8), müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ Təhsil Müəssisəs ində saxlanılır (bənd 4.9), müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqları və digər ödənişlər Təhsil Müəssisəsi tərəfindən geri ödənilmir. Aydınlıq gətirilməsi üçün tərəflər razılaşırlar ki, Təhsil Müəssisəsi valideyn və ya tələbə tərəfindən ödənilməmiş hər hansı ödənişlərin ödənilməsini tələb edə bilər (bənd 4.13). Tərəflərin bir-birinə ünvanladıqları bildirişlər, xəbərdarlıqlar və digər sənədlər bu Müqavilənin 12-ci bəndində göstərilən (tərəflərin rekvizitləri) əlaqə məlumatlarına əsasən sifarişli məktub, elektron poçt və ya faks vasitəsi ilə göndərilir (bənd 11.3).

3. Təqdim olunmuş ödəmə qəbzlərinə əsasən İddiaçı tə rəfindən 2021/2022-ci tədris ili üçün 8000 manat illik təhsil haqqının 1000 manat hissəsini özünün "xxxx" ASC-də olan 01749234 hesabından Təhsil Müəssisəsinin "xxxx" ASC-də olan AZ55A11B******************** nömrəli hesabına xx.xx.2021-ci il tarixdə, 3000 manatını isə xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. Ötən tədris ilindəki təhsil haqqına edilən endirimlə bağlı keçən ildən İddiaçı hesabında 600 manat qalmışdır.

4. İddiaçı Təhsil Müəssisəsinə məktub ünvanlayaraq (məktubun üzərində tarix qeyd edilməmişdir) bildirmişdir ki, oğlu Səid Kərimliyə bir il deyil, yarım il təhsil verilməsini tələb edir və bu barədə 6 ay öncədən məlumat verir, qanunvericilikdə müəyyən edilmiş qaydada işin həcmi azaldılığından yeni qiymətlər tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda 4600 manat təhsil haqqı ödədiyini bildirərək bu məbləğin 2022-ci il tarixə kimi dövr üçün nəzərdə tutulan təhsil haqqı kimi razılaşdırmağı xahiş etmişdir.

5. Təhsil Müəssisənin direktoru Timur Leznikin 14 sentyabr 2021-ci il tarixli cavab məktubunda İddiaçı ödəniş müddətinin keçməsinə baxmayaraq əlavə olaraq 10 iş günü ərzində 29 sentyabr 2021-ci il tarixədək müddət verilməklə təhsil haqqı borcunun qalan hissəsinin ödənilməsi və ya müvafiq ödəniş üsullarının tətbiq edilməsi üçün Təhsil Müəssisəsinə müraciət etməsi təkrarən xahiş olunmuş, əks təqdirdə tərəflər arasında bağlanılan müqavilənin 8.1.2, 8.1.3-cü yarımbəndlərinə uyğun olaraq müqaviləyə həmin tarixdən xitam veriləcəyini, tərəflərin hüquq və öhdəliklərinin qüvvədən düşərək, ödənilmiş təhsil haqlarının geri qaytarılmayacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Təhsil Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 429 saylı “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilməsi və X3 2021-ci ilin sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün Təhsil Müəssəsinə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə oğlu Kərimli Səid Təhsil Müəssisəsində 10 A2 sinfində təhsilinə "xxxx" proqramı üzrə başlamalıdır. Oğlu 2018-ci i ldə Təhsil Müəssisəsinin “Pre Landau” kurslarında təhsil almış və 2019-cu ildən etibarən həmin məktəbdə təhsil almışdır. Hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə online qaydada Təhsil Müəssisəsinin internet saytı vasitəsilə müraciət etmişdir. Təhsil haqqının ödənilməsi ilə əlaqədar Təhsil Müəssisəsinin əməkdaşı Cəmil müəllim ilə aralarında anlaşılmazlıq əmələ gəlmişdir. Bağladıqları 429 nömrəli xx.xx.2019-cu il tarixli “Təhsil xidməti göstərilməsi haqqında” müqavilənin 4.1-cü bəndinə əsasən illik təhsil haqqı 8000 ma nat təşkil etmişdir. 4.6-cı bəndinə görə, təhsil haqqı qabaqcadan ödənilməlidir. Müqavilənin 4.9-cu bəndinə əsasən, bu müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ Təhsil Müəssisəsində saxlanılır. Beləliklə, ilin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən Təhsil Müəssisəsini xəbərdar etmişdir ki, müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verəcək. Belə hal müqavilədə nəzərdə tutulmamışdır. Lakin, bu vəziyyət Mülki Məcəllənin 753-cü maddəsi ilə tənzimlənir. Hazırki müqavilə üzrə Təhsil Müəssisəsinin göstərdiyi xidmətlər Azərbaycan Respublikasında təqdim edildiyindən hazırki müqavilə Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir (bu mühüm məs ələ nədənsə bilərək və уa bilməyərək müqavilədə əks olunmamışdır). Sifarişçi olaraq sərəncam vermişdir ki, oğluna bir il deyil, yarım il təhsil verilsin və bu barədə 6 ay öncədən məlumatlandırmışdır. Belə olan halda, yuxanda qeyd edilən maddənin tələblərinə əsasən işin həcmi azaldığından yeni qiymət tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda artıq 4600 manat təhsil haqqı ödəmişdir. Bu məbləğ illik təhsil haqqının yarısından çox olmuşdur. Lakin, Cəmil müəllim ona hədə-qorxu gəlmişdir ki, əgər illik təhsil haqqının qalan hissəsini ödəməsə, oğlu dərsə buraxılmayacaq. Ödədiyi vəsait oğlunun xx.xx.2022-ci il tarixə kimi təhsil alması üçün tamamilə ədalətli olmuşdur. xx.xx.2021-ci il tarixdə rəsmi məktubla Təhsil Müəssisəsinə müraciət edərək, Təhsil Müəssisəsinə ödədiyi 4600 manatı oğlun un xx.xx.2022-ci il tarixə kimi dövr üçün nəzərdə tutulan təhsil haqqı kimi razılaşdırılmasını xahiş etmişdir. Lakin, Təhsil Müəssisəsinin baş icraçı direktoru Timur Leznikin imzaladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 753.2-ci bəndinin (muzd barəsində razılaşma) Sizinlə Təhsil Müəssisəsi arasında bağlanan müqavilənin predmetinə deyil, podrat münasibətlərinə aid olduğunu da nəzərinizə çatdırmaq istərdik. Əlavə olaraq, həmin müddəa da öz növbəsində Təhsil Müəssisəsinin öhdəliyini yox, tərəflərin razılaşmasını müəyyən edir.” Beləliklə, Təhsil Müəssisəsi ona ünvanlanan xahişi rədd edərək iki əsas gətirmişdir. Birinci əsas ondan ibarət olmuşdur ki, guya tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi deyil. Bu dəlil yanlış olmuşdur. Belə ki, Təhsil Müəssisəsi həmin müqaviləyə əsasən onun tapşırığı ilə işləri icra etmək öhdəliyini üzərinə götürmüşdür. İş dedikdə hazırki müqavilədə onun övladına təhsil verilməsi başa düşülür. Təhsil Müəssisəsinin məktubda gətirdiyi ikinci dəlil faktiki olaraq onun ilkin dəlilini inkar etmiş, çünki bir tərəfdən Təhsil Müəssisəsi bildirmişdir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi ona qarşı tətbiq edilə bilməz və digər tərəfdən də qeyd etmişdir ki, həmin maddəyə əsasən işin həcmi azaldıldıqda muzdu azaltmaq onun öhdəliyi deyil, hüququdur. Bu dəlil də yanlış olmuşdur. Qanun tələb edir ki, işin həcmi azaldıldıqda tərəflər buna mütənasib olaraq muzdun azaldılmasını razılaşdırmalıdırlar. Qanunverici “razılaşdıra bilərlər” deyil, məhz “razılaşdırmalıdırlar” ifadəsini işlətmişdir. Bu o deməkdir ki, r azılaşdırmaq tərəflərin vəzifəsidir. Lakin, belə razılaşma mümkün olmadıqda tərəflərdən biri öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-6239/2021 nömrəli iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilərək, iddiaçı ilə Təhsil Müəssisəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 429 saylı “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilməsi, iddiaçının oğlu X3 2021-ci ilin sentyabr ayının 15-dən dekabr ayının 31-dək Təhsil Müəssisəsinin 10 A2 sinfində təhsil alması üçün ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

9. Birinci instansiya mə hkəməsi işin faktiki hallarına əsasən 2021-2022-ci tədris ilində şagird X3 Təhsil Müəssisəsində təhsil almasını, təhsil haqqının 1 il üçün 8000 manat olmaqla, iddiaçı tərəfindən həmin məbləğdən 4600 manatının ödənilməsini, həmin məbləğin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yarım illik təhsil haqqından da artıq olmasını, Təhsil Müəssisəsi tərəfindən təhsil haqqının qalan hissəsi ödənilmədiyi təqdirdə, müqavilə öhdəliklərinə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılmaması, habelə, şagird X3 dərsə buraxılmayacağı barədə mülahizələrinin hüquqdan sui-istifadə olmasını, həmçinin, iddiaçının ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətində olmasının müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsas olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 324, 390, 421, 422, 423, 424, 425, 752, 753-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı Müqavilə münasibətlərinə hüquqi qiymət verərkən, “Təhsil xidməti göstərilməsi haqqında” Müqavilə üzrə tərəflər arasında yaranan münasibətləri podrat münasibətlərinə şamil etmiş, lakin bunu öz qətnaməsində düz gün əsaslandıra bilməmişdir. Həmin Müqavilə münasibətlərinin podrat münasibətlərinə şamil olunmasının qanuni əsasları mövcud olmamışdır. Belə ki, podratı digər növ xidmət göstərilməsi üzrə münasibətlərdən fərqləndirən əsas xüsusiyyət, podrat müqaviləsi üzrə işlərin icrasının əsas məqsədinin müəyyən maddi (əşyavi) nəticəyə nail olmaqdır: yeni əşya yaratmaq və ya əşyanın keyfiyyətini dəyişməkdir. Əvəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, xidmət göstərənin maddi nəticə yaradılmasına gətirib çıxarmayan fəaliyyəti, xidmətin icrası prosesinin özü əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 753.2-ci maddəsi bu münasibətlərə tətbiq oluna bilməz. Mübahisəyə Mülki Məcəllənin 777.1-ci maddəsi tətbiq edilməli idi. Təhsil verilməsi üzrə müqavilə tələbənin verilən təhsili mənimsəyib-mənimsəməməsindən asılı olmayaraq, xidmətlərin göstərilməsini nəzərdə tutur. Yəni burada tələbənin verilən təhsili tam və ya qismən mənimsədiyi, yaxud mənimsəmədiyi əsas deyil, tapşırıq üzrə tələbəyə (şagirdə) müqavilə üzrə keyfiyyətli təhsil xidməti göstərilməsi üzrə təhsil müəssisəsinin görməli olduğu işlərin yerinə yetirilibyetirilmədiyi nəzərə alınır. Müqavilədə təhsil haqqı ödənilməsi və ödəniş qaydası şərtləşdirilmişdir. Təhsil Müəssisəsi təhsil xidmətləri göstərilməsi sahəsində ixtisaslaşmış özəl təhsil müəssisəsi olmaqla, təhsil xidmətlərini ödənişli əsaslar ilə təqdim edir. Təhsil haqqı əvvəlcədən ödəniş qaydasında hər növbəti tədris ili üçün iyul ayında ödənilməlidir. Təhsil haqqının əvvəlcədən ödənilməsi Müqavilənin icrası baxımından əhəmiyyətlidir. Belə ki, təhsil h aqqının əvvəlcədən ödənilmədiyi halda, təhsil Müəssisəsinin tələbəni (şagirdi) təhsilə buraxmamaq hüququ vardır. Digər tərəfdən, iddiaçının övladının təhsil haqqını gecikdirməsi və hazırkı iş üzrə məhkəmədə qaldırdığı iddia üzrə təhsil haqqının qalığını ödəməkdən boyun qaçırması nəticəsində Təhsil Müəssisəsi 2021-2022-ci tədris ili üzrə tələbə (şagird) X5 üçün əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmasına, başqa sözlə, Təhsil Müəssisəsinin maddi zərərə (itkiyə) məruz qalmasına gətirib çıxarmışdır. Müqavilədə iddiaçının istinad etdiyi kimi, sifarişin dəyişdirilməsi şərtləşdirilməmişdir. Yəni, əgər Müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulursa, xitam anınadək tərəflər Müqavilə üzrə yarımçıq qalmış öhdəliklərini yerinə yetirməlidirlər.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4724/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərə şamil etmiş, halbuki bunun üçün heç bir qanuni əsas olmamışdır. Tərəflər arasında münasibətlər birmənalı olaraq müqavilə münasibətləri olmuşdur. Hazırkı mübahisə üzrə tərəflər arasında münasibətlə rin nəticəsi kimi qeyri-maddi nəticəli hərəkət, fəaliyyətin özü çıxış etdiyindən, burada podrat münasibətlərindən söhbət gedə bilməz.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisənin mahiyyətinə gəldikdə isə tərəflər arasında “təhsil xidməti göstərilməsi” haqqında müqavilə bağlanmış, müqavilə şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş, hər iki tərəf müqaviləni imzalamışlar. Müqavilənin bağlanması tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün əsas olmuşdur. Qanun müqavilə bağlandığı andan tərəflərin üzərinə müqavilə şərtlərinə əməl etməyi vəzifə olaraq tərəflərin üzərinə qoyur.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə şərtlərindən də məlum olmuşdur ki, tələbə təhsil haqqını hər bir halda birdəfəlik və ya hissə-hissə olmaqla ödəməlidir. İşin mübahisəsi z halı olmuşdur ki, iddiaçı övladının illik təhsil haqqı üçün razılaşdırdıqları 8000 manat məbləğdən 4600 manat Təhsil Müəssisəsinə ödəmişdir. Müqavilə şərtlərinə əsasən Təhsil Müəssisəsi müqavilənin dəyəri tam ödənildiyi təqdirdə xidmət göstərməyi öhdəsinə götürür. Müqavilədə təhsil haqqını geri qaytarmamaq Təhsil Müəssisəsinin vəzifəsi deyil, hüququ olaraq müəyyən edilmiş, özü də bu zaman müqaviləyə xitam verilməsinin səbəbinin (üzrlü və ya üzrsüz) bu məsələyə təsir etmədiyi tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır.

17. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının övladının təhsilini Təhsil Müəssisəsində xx.xx.202 2-ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə mövqeyi onunla Təhsil Müəssisəsi arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ Təhsil Müəssisəsinə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək bundan imtina etmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 324.1, 324.5, 386.1, 390.1, 405.1, 405.2, 421.1, 421.2, 422.1, 423.2, 424.2, 752.2, 753.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə Təhsil Müəssisəsi iddiaçının övladının “High School” proqramı üzrə təhsil almasından imtina etməsini qəbul etməmiş və iddia tələbini təmin etməməklə Səid Kərimlinin üzərinə vəzifə qoymuşdur ki, o həmin proqram üzrə təhsili 2023-cü ilin iyun ayına kimi davam etsin. Səid Kərimli “High School” proqramı üzrə təhsil almış və təhsili bitirməli idi. Məhkəmə müqaviləyə xitam verməməklə Səid Kərimlinin təhsilinin Təhsil Müəssisəsində davam etməsinə məcbur etmişdir. Məhkəmə tərəflər arasında münasibətlərə podrat müqaviləsinin d eyil, tapşırıq müqaviləsinin normalarını tətbiq etmişdir. Lakin, tapşırıq müqaviləsini tənzimləyən norma da Təhsil Müəssisəsinə yalnız zərərinin əvəzinin ödənilməsini tələb etmək hüququ vermişdir. Təhsil Müəssisəsi zərərçəkmə ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırda Təhsil Müəssisəsi təhsil xidmətləri göstərmədiyi dövrlər üçün xidmət haqqının ödənilməsini tələb etmişdir. Təhsil Müəssisəsinin bu hərəkəti əsassız varlanma ilə müşayiət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnamədən kassasiya şikayəti verilə bilməməsinə dair mövqeyi yanlış olmuşdur. Belə ki, iddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir-tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi, Səid Kərimlinin təhsil alması üçün Təhsil Müəssisəsinə ödəniləcək məbləğin 4600 manat müəyyə n edilməsi. Birinci tələb əmlak xarakterli deyil, hüquqi xarakterli olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. İllik ödəniləcək təhsil haqqının qiyməti 8000 manat olmuşdur. Beləliklə, mübahisələndirilən məbləğ 8000 manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. İddiaçı, həmçinin əlavə yazılı izahat təqdim edərək bildirmişdir ki, aralarında bağlanmış müqavilə Təhsil Müəssisəsi tərəfindən təqdim edilmiş, onun müqaviləyə düzəlişlər etmək imkanı olmamışdır. Çünki əks halda övladı Təhsil Müəssisəsinə qəbul edilməyəcəkdi. Bu baxımdan, müqavilə azadlığından söhbət gedə bilməz. Beləliklə, Təhsil Müəssisəsi beynəlxalq təcrübəyə zidd olaraq valideyni tamamilə məktəbin müdiriyyətindən, onun lütfündən, istəyindən asılı vəziyyətə salmış, bu vəziyyətin yaranmasına səbəb isə Azə rbaycan Respublikası Təhsil Nazirliyinin lazımi tənzimləmə tədbirlərini həyata keçirməməsi (oxşar halları nizama salan normativ hüquqi akt qəbul etməməsi) olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu maddəsini düzgün təfsir etməmişdir.

21. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-102/2023 nömrəli mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Zaur Əliyev və Əhməd Nurməmmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətin podrat hüquq münasibəti olmadığı və Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflərin həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarına malik olduqları barədə qanuni və əsaslı qənaətə gəlmişdir.

23. Buna baxmayaraq məhkəmə bağlanmış müqavilənin şərtləri əsasında belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının davranışları bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək, bundan imtina etmişdir.

24. Halbuki iddiaçı iddia tələbində aralarında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və övladının 2021-ci il sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası ondan ibarət olmuşdur ki, hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətindədir. 1 yanvar 2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etmişdir.

25. Cavabdeh iddiaya etirazını müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verildiyi halda, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququnun təhsil müəssisəsində saxlanıldığı barədə aralarında bağlanmış müqavilənin 4.9-cu maddəsi ilə əsaslandırmışdır.

26. Göründüyü kimi iddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normalarından asılı olmayaraq iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsindən (şərtlərinin dəyişdirilməsindən) ibarətdir.

27. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurul ması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir.

28. İddianın faktiki əsaslarından fərqli olaraq məhkəmə işə baxarkən iddiaçının istinad etdiyi hüquqi əsaslara bağlı deyil və “məhkəmə hüququ bilir” p rinsipinə əsasən iddia tələbinin hüquqi əsaslarını müəyyən etməkdə sərbəstdir.

29. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

30. Həmçinin Mülki Məcəlləyə müvafiq olaraq müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şər tlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar (maddə 422.1). Məcəllənin 422.2-ci maddəsində qeyd olunan əsasla müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi və dəyişdirilməsi əsasları sadalanmışdır.

31. Tərəflər arasında bağlanmış müqavilədə tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi istisna edilməmişdir. Belə ki, müqavilənin 4.13-cü bəndinə əsasən müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqları və digər ödənişlər təhsil müəssisəsi tərəfindən geri ödənilmir.

32. Belə mübahisəyə baxan məhkəmənin əsas vəzifələrindən biri də məhz iddiaçının konkret tarixdən müqavilədən imtina etməsinin mülki qanunvericil iyin müddəalarına və müqavilə şərtlərinə uyğun olub-olmadığına, yaxud iddiaçının istinad etdiyi müqavilənin ləğvi və ya dəyişdirilməsi əsaslarının mülki qanunvericilik normalarının dispozisiya şərtləri ilə uyğun olub-olmadığına qiymət verməkdən ibarətdir.

33. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı kimi müqavilənin ləğvi və ya dəyişdirilməsi tələbini irəli sürmüş tərəfin davranışlarının bağlanmış müqavilənin şərtlərinə uyğun olmaması özü-özlüyündə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Lakin işə baxmış apellyasiya instansiya məhkəməsi istinad olunan məsələ, o cümlədən iddiaçının müqavilədən birtərəfli imtina etməsi, yaxud müqavilələrin ləğv edilməsi (dəyişdirilməsi) üçün qanunla müəyyən edilmiş şərtlərə riayət edib-etmədiyi barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış dır.

34. Halbuki işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək işə baxan məhkəmənin əsas prosessual vəzifələri sırasındadır.

35. Yuxarıda göstərilən məsələyə veriləcək hüquqi qiymətin nəticəsindən asılı olaraq, məhkəmə tərəfindən iddiaçının ödədiyi vəsaitin müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməsi kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır.

36. Sonuncu hal isə mülki qanunvericilik müddəalarının tətbiqi ilə yanaşı, müqavilə şərtlərinin Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq təfsirini tələb edə bilər.

37. Hazırkı mübahisə üzrə müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda ödənilməli olan təhsil haqqının məbləğinə dair müqavilə şərtlərinin tətbiqi ilə bağlı, həmçinin qeyd olunmalıdır ki, təcrübədə təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq təhsil müəssisələri tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir.

38. Mülki qanunvericiliyə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

39. Bu baxımdan standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyə tətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə ç evrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verməlidir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 390.5, 404.1, 404.2, 417.1, 418.1, 419.1, 419.2, 420.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 423.2, 424.1, 424.2, 424.5-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 407.2, 416.1, 416.2-ci maddələrinə, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarna istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2558/2023 nömrəli mülki iş üzrə 5 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Fuad Abdıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. İş materiallarından göründüyü kimi, iddiaçı ailəsi ilə birlikdə müvafiq səbəblərdən X1 Dubay şəhərinə köçmək niyyətində olduğu və 1 yanvar 2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlunun təhsilini Dubaydakı məktəbdə davam etdirəcəyi barədə sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırdığını, həmçinin onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etdiyini bildirərək onunla cavabdeh arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və X3 2021-ci il sentyabr ayının 15dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. Cavabdeh müqavilənin 4.9-cu maddəsinə əsaslanaraq iddiaya etiraz etmiş, müqaviləyə hər hansı səbəbdən xitam verildiyi halda, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququnun təhsil müəssisəsində sax lanıldığını qeyd etmişdir.

45. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. İddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki halların məcmusundan gö ründüyü kimi iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsindən (şərtlərinin dəyişdirilməsindən) ibarətdir. Beləliklə hazırkı iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci və 423-cü maddələri təşkil edir.

47. Həmin maddələrin məzmununa görə şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda Məcəllənin 422.2 -ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

48. İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçı övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə cavabdeh tərəfə məlumat vermiş, bununla əlaqədar müqavilənin yeni şərtlərlə bağlanmasının və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışmışdır.

49. Tərəflər razılığa gəlmədiyi üçün maraqlı tərəf (hazırki halda iddiaçı) məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. İddiaçının konkret tarixdən müqaviləyə xitam verilməsinin mülki qanunvericiliyin müddəalarına və müqavilə şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparılması üçün məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər müqavilə bağlanan zaman razılaşmanın mahiyyətinə uyğun olaraq əsasında yaranan münasibətlərin uzunmüddətli olacağını əsas götürmüşlər. İddiaçının ailəsi ilə birlikdə başqa ölkəyə köçməsi övladının təkbaşına Azərbaycan Respublikasında qalmasını, təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixdən sonra davam etdirməsini qeyrimümkün edən və mövcud vəziyyəti əsaslı şəkildə dəyişdirən səbəblərdən olmuşdur. Şəraitin dəyişməsini doğuran bu səbəblərin mövcudluğu işin mübahisəsiz hallarına aiddir və həmin səbəblərin maraqlı tərəfdən müqavilənin xarakterinə görə tələb edilən qayğı və ehtiyatla aradan qaldırılmasının mümkün olmaması da məhkəmə tərəfindən mübahisəsiz hal kimi qəbul edilməlidir. Belə ki, bu səbəblərin iddia çının ailə sirrini təşkil edən məlumatlar olduğu üçün məhkəmə tərəfindən araşdırılması istisna olunur.

51. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi imkanı istisna edilməmişdir. Belə ki, müqavilənin 4.13-cü bəndinə əsasən müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə ödənilmiş təhsil haqlarının və digər ödənişlərin təhsil müəssisəsi tərəfindən geri ödənilməməsi şərtilə müqaviləyə xitam vermək hüquqları tanınmışdır.

52. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ailəsi ilə birlikdə yaşayış yerinin başqa ölkəyə getməklə dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab verən, maraqlı tərəfin tələbi ilə mübahisə predmeti olan müqavilənin ləğv edilməsini mümkün edən haldır və bu əsasla müqaviləyə xitam verilməsi Mülki Məcəllənin 422-ci maddəsində göstərilən tələblərinə və tərəflər arasında bağlanmış müqavilənin hüquqi mahiyyətinə uyğundur.

53. Məhkəmə kollegiyası iddiaçının ödədiyi vəsaitin müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməsi kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edir ki, təcrübədə təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq təhsil müəssisələri tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir.

54. Mülki qan unvericiliyə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onların özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vic danlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

55. Bu baxımdan standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyə tətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verməlidir.

56. Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin 405-ci maddəsinə istinadən qeyd edir ki, qanunverici müqavilənin mühüm şərtləri ilə yanaşı standart şərtləri ilə bağlı da xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış elə şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta, qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Qeyd edilməlidir ki, xüsusilə istehlak yönümlü standart şərtli müqavilələrdə fiziki şəxs iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur.

57. Təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq, standart şərtli müqavilələrdən olub, əvvəlcədən müəssisə tərəfindən müəyyən edilmiş şərtlərlə iste hlakçıya təklif olunduğundan, fiziki şəxs müqavilənin tərəfi kimi onun məzmununa təsir etmək, şərtlərini müfəssəl şəkildə müəyyənləşdirmək imkanına malik olmur.

58. Hazırki halda təklif edənin (məktəbin) əvvəldən tərtib etdiyi və hamıya eyni şəkildə təklif etdiyi müqavilə üzrə təhsil haqqının müqavilənin bağlandığı tarixdən asılı olmayaraq müvafiq tədris ili üzrə ona ödənilməsini və müqavilənin təkrar imzalanması üçün təhsil müəssisəsinin razılığına əsasən təhsil haqqının tam ödənilməsini tələb etmək, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququnu özündə saxlamaq, tələbin hər hansı müddət ərzində dərslərdə iştirak etmədiyi təqdirdə qabaqcadan ödənilmiş təhsil haqqını geri qaytarmamaq, müqavilənin qüvvəyə minməsində n sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqlarını və digər ödənişlərı geri ödəməmək hüququnu təhsil müəssisəsinə verən müqavilə şərtləri standart şərtlərdir.

59. Bununla əlaqədar qeyd edilməlidir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

60. Bu səbəbdən Mülki Məcəllənin 560.3.5-ci maddəsinə əsasən, bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə hüquqdan sui-istifadə hesab edilir.

61. Hazırkı işdə müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun olmasına baxmayaraq cavabdehin təhsil haqqının göstərilən xidmətə uyğun məbləğdə deyil, tam ödənilməsini tələb etmək, ödənil ən təhsil haqqının geri qaytarılması hüququnu özündə saxlamaq səlahiyyətlərinə malik olmasına dair şərtləri müqaviləyə daxil etməsi müqavilənin digər tərəfini ondan asılı və daha əlverişsiz vəziyyətə qoymaqla, müqavilənin verdiyi imkanlardan bərabər şəkildə istifadə etməsinə əngəl törətməklə, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması üçün zəmin yaradır, hüquqdan sui-istifadə təşkil edir.

62. Sui-istifadə edilən hüquqa söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz. Belə ki, Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

63. Halbuki mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.

64. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zid d olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

65. Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin etirazın əsası kimi istinad etdiyi tapşırıq müqaviləsinə aid normalardan da göründüyü kimi əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər (maddə 786.5). Hazırki işdən də müəyyən edilir ki, iddiaçı, tərəfi olduğu müqavilə üzrə təhsil haqqı olaraq ödənilməli olan 8.000 manat məbləğindən 4.600 manat ödəmişdir. Həmin məbləğ tərəflər arasında bağlanmış müqavil ənin şərtlərinə əsasən iddiaçının oğlunun cavabdehin təqdim etdiyi xidmətlərdən istifadə etdiyi (oxuduğu) yarım illik müddət üçün ödəməli olduğu təhsil haqqından da artıqdır.

66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

67. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 390.5, 404.1, 404.2, 417.1, 418.1, 419.1, 419.2, 420.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 423.2, 424.1, 424.2, 424.5-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 407.2, 416.1, 416.2-ci maddələrinə istinad etmişdir. 68. 386, 390, 404, 417, 418, 419, 420, 421, 422, 423, 424-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

69. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

70. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının hər hansı səbəbdən digər ölkəyə köçməsi və övladını özü ilə aparması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilməz. Belə ki, iddiaçı müqavilənin xitam olunmasına və ya müqavilə şərtlərinin dəyişdirilməsinə səbəb ola biləcək halı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən aylar əvvəl bilmiş, yəni şəraitin dəyişəcəyini öncədən başa düşmüş və bunu öz iddiasında da etiraf etmişdir. Şəraitin “əhəmiyyətli” dərəcədə dəyişməsi elə bir haldır ki, bu tərəflər üçün son dərəcə gözlənilməz xarakter daşımalı, tərəflər bunun qarşısını ala bilməkdən məhrum olmalı və bu hal onların iradəsindən kənar baş verməlidir. İddiaçının xarici ölkəyə köçməsi tamamilə iddiaçının iradəsindən asılı olan hal olmuş, iddiaçı bunu əvvəlcədən bilmiş və gözləmişdir.

71. Kassator qeyd etmişdir ki, məhkəmə müqavilənin ləğv edilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş şərtlərə riayət edib-etmədiyi barədə hər hansı hüquqi dəyərləndirmə aparmamışdır. Qətnamədə məhkəmə müqavilənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində ləğv olunaraq xitam olunmasını vurğulamışdır. Təhsil haqqının ödənilməsi öhdəliyi müqavilənin məzmunu, mahiyyəti, təbiəti və tərəflər aras ında mövcud olan mülki hüquq münasibəti baxımından dövri deyil, məhz müqavilənin bağlandığı anda yaranan öhdəlikdir. Bu səbəbdən, müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunması anında xidmət haqqının ödənilməsi öhdəliyi yaranmış olduğundan, müqavilə xitam olunsa belə, iddiaçı həmin öhdəliyin icrasından azad olmamalı, xitam anınadək yaranmış öhdəliklərin icrası olaraq, müqavilə şərtlərinə uyğun olaraq təhsil haqqını tam şəkildə (8000 AZN) ödəməlidir.

72. Kassator qeyd etmişdir ki, iddiaçı 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuş, Azərbaycan Respublikasında kifayət qədər nüfuzlu olan peşəkar hüquqşünasdır. Bu səbəbdən, iddiaçının Müqavilə şərtləri ilə tanış olmaması, Müqaviləni razılığı olmadan imzalaması və ya Müqavilə şərtlərinin mənası ilə bağlı məlumatsız olması mümkün olmamışdır. Bundan əlavə, iddiaçı Müqavilənin hər hansı bəndini mübahisələndirməmiş və ya etibarsızlığının tanınmasını tələb etməmiş, eləcə də Müqavilənin sözügedən bəndlərinin standart şərt anlayışı təsirinə düşməsini, bunun səbəb və əsaslarını irəli sürməmişdir. O da qeyd olunmalıdır ki, müqavilə ilə bağlı danışıqların getdiyi, müqavilənin bağlandığı, eləcə də iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman iddiaçı müqavilənin hər hansı bəndinin dəyişdirilməsi, düzəliş edilməsi və ya çıxarılması tələbi ilə çıxış etməmiş, belə müzakirə baxımından iradə ifadəsini açıqlamamış, müqavilə şərtlərinin cavabdeh ilə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik olmadığını bildirməmişdir. Belə olduğu halda, Müqavilənin şərtləri hə m iddiaçı tərəfindən müzakirə edilə bilən olduğu, belə müzakirə ilə bağlı iddiaçının iradəsinin mövcud olmadığı, həmçinin müqavilə şərtləri ilə razılaşdığı qənaəti yaranmaqla, məhkəmə tərəfindən müqavilə şərtləri mübahisəsiz olaraq qəbul edilməlidir. Məhkəmənin qətnamədə qeyd etdiyi bəndlər müqavilənin standart şərtləri deyil,tərəflərin qarşılıqlı razılığı ilə, iradə ifadəsinin nəticəsi olaraq qəbul edilmiş bəndlər, yəni müqavilənin tərkib hissəsi hesab edilməlidir.

73. Kassator qeyd etmişdir ki, Dövlət Statistika Komitəsindən əldə etdiyi Bakı şəhəri və rayonları üzrə 2020/2021-ci tədris ilinin əvvəlinə dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələri haqqında hesabata görə Bakı şəhərində 380 (28-i qeyri-dövlət) ümumi təhsil müəssisəsi yerləşir. Anlaşılmazdır ki, hansı əsasla məhkəmə cavabdehin əlverişli vəziyyətdə olduğunu bildirib, hüququndan sui-istifadə etdiyini qeyd etmişdir. Cavabdeh xidmət göstərdiyi bazarda heç bir əlverişli və hökmran mövqeyə sahib olmamaqla birlikdə, çox geniş, rəqabətli, o cümlədən dövlət məktəblərinin çoxluq təşkil etdiyi bazarın iştirakçısıdır. Belə olan halda, iddiaçının icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətdə olması, tənasübsüz qiymətlərə və müqavilə şərtlərinə məruz qalması halı mövcud olmamaqla, cavabdehin iştirak etdiyi bazarda rəqabətə və istehlakçı hüquqlarına təsir göstərə biləcək hər hansı mövqeyinin olması da istisna edilməkdədir. Bu səbəbdən, tərəfin təhsil haqqını, xidmətin dəyərini illik formada tələb etməsi və müqaviləyə xitam verildiyi halda müqavilə tərəfinin təhsil haqqını geri qaytarması hüququnu özündən sa xlaması hüquqdan sui-istifadə halı kimi təfsir oluna bilməz.

74. Kassator qeyd etmişdir ki, hazırki mülki iş üzrə tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş və razılaşdırılmış şərtlərə əsasən müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxmaqla, sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılmış, müqavilənin şərtləri və təhsil müəssisəsinin qaydaları tələbə və ya valideyn tərəfindən kobud şəkildə pozulduqda, müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək təhsil müəssisəsinin hüququ olması müəyyənləşdirilmişdir. Tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə mövqeyi onunla cavabdeh təhsil müəssisəsi arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək bundan imtina etmişdir. Tərəflərin qarşılıqlı iradəsi ilə razılaşdırılmış və müqavilədə nəz ərdə tutulmuş şərtlərin sonradan müqaviləyə zidd olaraq dəyişdirilməsi, yaxud müqavilə üzrə tərəflərin üzərlərinə götürmüş olduqları öhdəliklərin pozulması və ya müqavilədə nəzərdə tutulmuş xitam şərtlərinə riayət edilməməsi mülki hüquq münasibətlərinin təbiətinə zidd olmaqla, yuxarıda qeyd olunan müqavilə azadlığı prinsipinə də tamamilə zidd hesab olunmalıdır.

75. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olan münasibətləri podrat müqaviləsinin tələbləri baxımından qiymətləndirərək qanunsuz və əsassız nəticəyə gəlmiş, bu hal apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan Ali Məhkəmənin qərarı ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq, məhkəmə Ali Məhkəmənin məcburi göstərişinə və mövqeyinə zidd olaraq rayon məhkəməsinin qərarını d əyişdirmədən saxlamış, bununla bağlı qətnamədə qeyd etmişdir ki, “Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.” Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən rayon məhkəməsinin qətnaməsini birmənalı olaraq ləğv etməli olmasına baxmayaraq, Ali Məhkəmənin göstərişini nəzərə almadan hüquqi münasibətə və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və qətnamənin əsaslandırıcı və nəticə hissəsində ciddi səhv etmiş, prosessual pozuntuya yol vermişdir.

76. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1. 5, 6.2, 14.2.1, 390, 405, 417, 421, 422, 423, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

77. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək Cavabdeh Təhsil Kompleksi QSC-nin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2558/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

78. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

79. M addə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

80. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

81. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

82. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranm ış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

83. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

84. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

85. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu ş ərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

86. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.

87. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

88. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

89. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

90. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvü rlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

91. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

92. Maddə 422.2.1. Müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

93. Maddə 422.2.2. Şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

94. Maddə 422.2.3. Müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

95. Maddə 422.2.4. İşgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

96. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

97. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə z idd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

98. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

99. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

100. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

101. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyiş dirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

102. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

103. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv e dilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

104. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

105. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

106. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

108. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

109. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

110. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

111. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

112. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilməklə, göstərişlərə müvafiq maddi hüquq normaları düzgün tətbiq edilmişdir.İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

113. İşə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibi göstərişlərini aşağıdakı kimi ifadə etmişdir: a) Belə mübahisəyə baxan məhkəmənin əsas vəzifələrindən biri də məhz iddiaçının konkret tarixdən müqavilədən imtina etməsinin mülki qanunvericiliyin müddəalarına və müqavilə şərtlərinə uyğun olub-olmadığına, yaxud iddiaçının istinad etdiyi müqavilənin ləğvi və ya dəyişdirilməsi əsaslarının mülki qanunvericilik normalarının dispozisiya şərtləri ilə uyğun olub-olmadığına qiymət verməkdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı kimi müqavilənin ləğvi və ya dəyişdirilməsi tələb ini irəli sürmüş tərəfin davranışlarının bağlanmış müqavilənin şərtlərinə uyğun olmaması özü-özlüyündə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Lakin işə baxmış apellyasiya instansiya məhkəməsi istinad olunan məsələ, o cümlədən iddiaçının müqavilədən birtərəfli imtina etməsi, yaxud müqavilələrin ləğv edilməsi (dəyişdirilməsi) üçün qanunla müəyyən edilmiş şərtlərə riayət edib-etmədiyi barədə hər hansı hüquqi dəyərləndirmə aparmamışdır. Yuxarıda göstərilən məsələyə veriləcək hüquqi qiymətin nəticəsindən asılı olaraq, məhkəmə tərəfindən iddiaçının ödədiyi vəsaitin müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməsi kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır; b)Standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyə tətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verməlidir. c) İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

114. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən, işə daha əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini tam icra edərək ətraflı araşdırma və hüquqi qiymətləndirmə aparmaqla gəldiyi nəticəni əsaslandırmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

115. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

116. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ümumi Təhsil Müəssisəsi QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-ci il tarixli 2(103)-2558/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar