Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3253/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər İddiaçı, X10, X8, X9 müştərək qaydada iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə 189.810,2 ABŞ dolları əsas, 102.311,91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və 80 manat xidmət haqqının tutulması, turmanın İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evinə yönəld ilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 15.000 manat məbləğində müəyyən edilməsi; İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 44.000 manat məbləğində müəyyən edilməsi; X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52.000 manat məbləğində müəyyən edilməsi; X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üz ərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 205.000 manat məbləğində müəyyən edilməsi; ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun iddiaçı və cavabdehlərdən müştərək qaydada tutulmas qət edilmişdir.
2. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh2 MMC-dən həmin əmlaklar ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir. Məktub xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə daxil olmuşdur.
3. Təkrar hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş həmin tarixli reyestrə əsasən iddiaçının icra vərəqəsində göstərilən rəsmi qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərilmişdir. Həmin bildirişə əsasən təkrar hərracın x x.xx.2022-ci il saat 11:00də keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X5 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir.
4. Hər iki hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə məlumatlar cavabdehin rəsmi internet səhifəsi www.e-herrac.com, habelə www.birjanews.az internet saytlarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində dərc olunmuşdur. 5. xx.xx.2022-ci il tarixə təyin edilmiş təkrar hərrac baş tutmadığına görə Cavabdeh2 MMC-nin ipoteka predmetlərinin təkrar hərracdakı satış dəyərinin 25%- dən az olmayan qiymətə əldə edilməsi barədə xx.xx.2022-ci il tarixli təklifi ipoteka saxlayan Cavabdeh1 QSC-yə, iddiaçıya və digər tərəflərə gön dərilmişdir. 6. 28.11.2022-ci il tarixdə Cavabdeh1 QSC tərəfindən qeyd olunan əmlakların əldə edilməsi üçün razılıq verilmişdir. 7. xx.xx.2022-ci il tarixli açıq hərracın yekunları barədə 274/22 nömrəli protokola əsasən təkrar hərrac baş tutmadığına görə ipoteka saxlayan Cavabdeh1 QSC Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evini 9.563 manata (15.000 – 15% = 12.750 – 25% = 9.563), İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 28.050 manata (44.000 – 15% = 37.400 – 25% = 28.050), X1 mülkiyyətin də olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evini 33.150 manata (52.000 – 15% = 44.200 – 25% = 33.150), X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni (istehsal sexi) 130.687,5 manata (205.000 – 15% = 174.250 – 25% = 130.687) əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İ cra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə əmlakın açıq hərracda satılması ilə bağlı sifarişi əsasında hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)386/2022 xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan, X10, X8, X9 müştərək qaydada cəmi 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə alınaraq Cavabdeh1 QSC-yə verilməlidir. Tələb ona məxsus Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinə, ona məxsus Xaçmaz Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X3 mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2a nörməli fərdi yaşayış evinə və X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksinə yönəldilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə cavabdeh olaraq ona göstərilən icra sənədi barədə heç bir məlumat vermədən evin açıq hərracda satılması ilə bağlı sifariş vermişdir. İcra sənədində göstərilən bütün əmlaklar hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən Cavabdeh1 QSC-nin mülkiyyətinə keçmişdir. Mübahisəli əmlaklar xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh 1 QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilən əmlakların Hərrac vasitəsi ilə satılaraq Cavabdeh1 QSC-nin mülkiyyətinə keçməsi barədə məlumatı Xaçmaz rayon icra və probasiya şöbəsinin məcburi icra tədbiri barədə göndərdiyi 2023-cü il tarixli bildirişindən sonra olmuşdur. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsindən hazırda mübahisələndirdiyi hərrac protokolunun surətini aldı. Hesab eldir ki, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protoklu etibarsız hesab edilməlidir. Göstərilən İcra sənədinin icrası ilə bağlı icra işinin materialları ilə tanış olarkən kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, bu neçə müddət ərzində cavabdeh kimi ona icra vərəqəsində göstərilən əmlakların hərracda satılması və Cavabdeh1 QSC-nin mülkiyyətinə keçməsi barədə heç bir məlumat verilməmişdir. Halbu ki, “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 8.2–ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Ona icraata başlanılma haqqında qərar çatdırılmamışdır. İcra məmuru könüllü icra üçün müəyyən edilmiş vaxtı gözləmədən mübahisəli əmlakın hərrac vasitəsi ilə satılması üçün Cavabdeh2 MMC-yə sifariş vermişdir. İcra sənədləri, icra məmuru tərəfindən könüllü icra barədə bildiriş verilərkən və əmlak açıq hərracda satılarkən o məlumatsız olmuşdur.
10. Cavabdeh2 MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, hazırki etiraz mülahizələrinə əlavə edilən Xaçmaz rayon icra şöbəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış **********2 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-386/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, tələbkar Ca vabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.m ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.l5687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sah ədən ibarət əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keşirilmşsi 02 noyabr 2022-ci il tarixinə, saat 11:00 təyin edilmiş və bu barədə sifarişçi icra vərəqəsinə, tələbkar Cavabdeh1 QSC-yə, o cümlədən borclular İddiaçı X4, X6 X11, X7 1998/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" X5 dərc olunmuş ve həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 02 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 02 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla, 22 noyabr 2022-ci il, saat 10:00 təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” intemet informasiya Ehtiyatrnda derc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracrn təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "Bir janyus" X5 və hərracın təşkilatçısının rəsmi intemet səhifesində də dərc olunmuşdur. Hazırkı etiraza əlavə edilən “tekrar herracın keçirilmesinə dair” xx.xx.2022-ci il tarixli, 2207/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırki etiraza əlavə edilən “hərracın baş tutmamasına dair" 22 noyabr 2022-ci il tarixli protokolun suretindən görünür ki, xx.xx.2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internetdə də yerləşdirilmişdir. Hazırki etiraza əlavə edilən xx.xx.2022-ci il tarixli, ******* saylı “ipo teka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur.
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(004)-117/2024 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.m ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmi n torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı məlumat göndərilmiş, həmçinin “Birjanyus” X5 (portalında) elan verilmişdir. Odur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılmaması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər süb ut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada tərəflərə təqdim olunması təsdiq edilmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 416.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3, 124.2-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə q əbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia birinci instansiya məhkəməsində kifayət qədər araşdırılmamış, formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir. Birinci instasiya məhkəməsində icraat materiallarının məhkəməyə təqdim olunması və icra məmurunun məhkəmə prosesində iştirakının təmin edilməsi üçün tərəfindən vəsatətlə məhkəməyə müraciət olunsa da, vəsatəti təmin olunmamışdır. Halbuki, icraata mteriallarına nəzər yetirilsə idi, olunan qanunsuzluqlar aşkara çıxarılar və iddianın təmin olunması üçün kifayət qədər əsasların olması aydın olardı. Bildirir ki, icra məmuru tələbin könüllü icra olunması barədə qərarı və bildirişi ona təqdim etməmiş, hərracın keçirilməsi üçün sifariş vermişd ir. Bu da kobud qanun pozuntusudur. Hesab edir ki, məcburi icra tədbirinin tətbiqinin əsasları könüllü icra barədə bildirişin borcluya təqdim edilməsidir. Göründüyü kimi, borcluya bildiriş təqdim edilməmiş, hərrac keçirilmiş və əmlaklar hərracda qanunsuz olaraq satılmışdır.
16. Cavabdeh1 QSC-nin nümayəndəsi məhkəmə iclasında etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bank tərəfindən iddiaçıya təkliflər olunmuş, vaxt da verilmişdir. Hətta ona bildirilmişdir ki, əmlaka alıcı tapsın, satıb pulu ödəsin. İddianın məqsədi müddətin uzadılmasıdır. Hərrac tam qanuni keçirilmişdir.
17. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3166/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.R üstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməlmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatıın üzərinə ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildirişin göndərilməsi vəzifəsi qoyulmuşdur, həmin bildirişin ipoteka qoyana çatdırılması deyil. Həmçinin ipoteka predmetinin hərracda ilkin satış qiyməti icra sənədində göstərilmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac baş tutmadığından ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış, hərrac baş tutmadığından ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə əldə etmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə kifayət qədər yüksək məbləğdə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların hüquqi taleyi ilə maraqlanmaması inandırıcı deyil. Bundan başqa, icra sənədinin könüllü icrası üçün ən çoxu on gün müddət təyin edildiyi halda, hərracın keçirilməsi zamanı da iddiaçı hərracda iştirak etməklə yanaşı, ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilərdi.
20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 324.1, 337.1, 414.1, 414.3, 415.3, 415.5, 416.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 42.3, 43.4, 43.5, 43.7, 44, 46.1-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 8.5, 61.1, 61.2, 62.1, 62.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim ədalətli məhkəmə araşdırma hüququnu pozmuş, sübutlara düzgün qiymət verməmiş və araşdırmamışdır. Hazırkı işdə hərracın keçirilmə qaydaları pozulmuşdur. Belə ki, icra məmuru mülkiyyətçiyə göstərilən borcun ödənilməsi üçün bildirişi təqdim etmədən, hərracın keçirilməsi üçün sifar iş vermişdir. Buna görə hesab edir ki, hərracın protokolu ləğv edilməlidir. Həmçinin onun tərəfindən bir neçə dəfə vəsatət verilməsinə baxmayaraq icraat materiallarını və icra məmurunun məhkəmə prosesinə dəvət etməmiş, göstərdiyi xüsusatları araşdırmamış və araşdırmaqda maraqlı olmamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
26. Maddə 337.5. Əqd etibarsız ol duqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti m üqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
28. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
29. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (mə ktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
31. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipot eka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
32. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
33. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuşqiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
34. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
35. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nə ticələrə səbəb olur.
36. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İş materiallarından görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsaslar üzrə ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyy ətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3166/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.