Məhkəmə qərarları › İş №2(102)-3258/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3258/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3258/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, ACavabdeh3 və Cavabdeh4 qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, vəkil tərəfindən şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)-5176/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(094)1/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27668 (iyirmi yeddi min altı yüz altımış səkkiz) ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 7.202,93 (yeddi min iki yüz iki dollar doxsan üç sent) ABŞ dolları məbləğində faiz borcu və müqaviləni bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1540 (min beş yüz qırx) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 36410,93 (otuz altı min dörd yüz on dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Ca vabdeh1 və ACavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1A saylı evin 24 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1A saylı evin 24 saylı mənzili ilkin satış qiyməti 60000 (altımış min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1A saylı evin 24 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildə yaşayan şəxslər oradan çıxarılması, iddia tələbinin qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdi r. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5176/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh1 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5176/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-5176/2020 nömrəli qərardadı ilə X1 verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apelyasiya instan siyası məhkəməsi kasasiya şikayətini geri qaytararkən dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməməsinə əsaslanmışdır. Cavabdeh1 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş kassasiya şikayəti özü tərəfindən imzalanmış olsa da vəkil tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə q ərardadlarından kasasiya şikayəti verilə bilər. Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. İşin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının po zulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şik ayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti vəkil tərəfindən imzalanmaması səbəbi ilə kasasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-c i maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-5176/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar