Məhkəmə qərarları › İş №2(102)-3259/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3259/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3259/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və "xxxx" Şirkəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahibliyə yaradılmış maneənin aradan qaldırılması, evdən çıxarılma, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cava bdeh2 və Cavabdeh3 qarşı “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2982/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş torpaq sahəsində 2007-ci il tarixdə yaşayış evi inşa edərək qohumuna (mərhum bacısı və ailəsi) istifadəyə vermişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2009-cu il tarixli, 2(001)2036/2009 saylı qətnaməsi ilə 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin sonuncunun vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi və "xxxx" Şirkətinin qanuni istifadəsinə qaytarılması, Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 07/22 saylı 29 mart 2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2 avqust 2010-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. İş üzrə qəbul edilmiş məhkəmə aktları a Birinci instansiya məhkəməsində icraat b İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkü olan Xocəs ən Bələdiyyəsinin ərazisində 300 m2 torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən sahibliyə yaradılmış maneənin aradan qaldırılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 öz ailəsi ilə birlikdə 2007-ci ildən etibarən iddiaçıya məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. İddiaçı evi boşaltmalarını tələb etsə də, cavabdehlər bu tələbi yerinə yetirməmişdir. Cavabdeh2 və digər cavabdehlər artıq həmin evdə yaşamır, digər cavabdehlərlə birlikdə iddiaçının mülkiyyətində olan əmlakı tərk etmişlər. Lakin cavabdehlər özlərinə məxsus əşyaları evdə saxlayıb və evin qapısını kilidləyərək, iddiaçının evə girişini məhdudla şdırmışlar. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunurdu. d İddiaçının inşa etdiyi evdən sahiblik hüququnu həyata keçirmək haqqı vardır. Bunun əksi yanaşma, yəni onun sahiblik hüququnun təmin edilməsindən imtina edilməsi, qanun qarşısında bərabərlik hüququnun pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəşt və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdehlər iddiaçını öz mənzilinə buraxmadığından, iddiaçı öz mülkü üzərində sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. e İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 152.1, 152.5, 157.2, 157. 4 və 157.5-ci maddələrinə istinad etmişdir. f Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və "xxxx" Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. g Cavabdeh2 iddaya yazılı etiraz verərək, bildirmişdir ki, iddiaçı onun baldızı və dayısı qızıdır. O, həmin vaxt Rusiyada olduğundan iddiaçıya torpağı almaq üşün pul göndərmiş, lakin iddiaçı həmin torpağı öz adına almışdır. Torpağın alınması üçün iddiaçıya 900 manat pul verilmişdir. Bundan sonra bacısı (rəhmətə gedib) torpaq və evi satıb iddiaçıya vermişdir ki, torpaqda ev tikdirsin. h Cavabdeh1 da iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı onun xalası olmuş, atası həmin torpağın alınması üçün 900 manat pul göndərmiş və atası Rusiyada, o, isə əsgərlikdə olduğu üçün xalası həmin torpağı öz adına almışdır. O, hərbi xidmətdən qayıtdıqdan sonra torpaqlarında ev inşa etmişlər. iBakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 10 yanvar 2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktuba əsasən Xocəsən Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına bələdiyyənin elektron məlumatlar barəsində hər hansı bir torpaq ayrılması barədə məlumat aşkarlanmamışdır. Lakin Cavabdeh1 Xocasən bələdiyyəsinin elektron məlumat bazasında vergi ödəyicisi kimi qeydə alınmış və vergi ödəyicisi olmuşdur. jBakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 23 yanvar 2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktuba əsasən, vətəndaş İddiaçı Xocəsən bələdiyyəsinin “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alınmayıb, vət əndaş Cavabdeh1 Xocəsən bələdiyyəsinin inzibati ərazisi daxilində özbaşına zəbt etdiyi torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. k Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" şirkəti etiraz ilə məhkəməyə müraciət edərək, etirazın onunla əsaslandırmışdır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “birgə əməliyyat” sazişi imzalanmamışdan da öncə, dövlət mülkiyyətində olan, sənayə təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahəsinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə "xxxx" şirkətinin q anuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İddiaçı tərəfindən təqdim olunmuş Binəqədi rayon Xocasən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı özü-özlüyündə etibarsız inzibati akt olmuşdur. Belə ki, iddiaçının istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı Binəqədi Rayon Məhkəməsinin 2(001)-2036/2009 nömrəli 09 sentyabr 2009-cu il tarixli qətn aməsi ilə etibarsız hesab edilmiş və həmçinin 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində hazırkı iş üzrə iddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılıb, əvvəlki vəziyyətinə gətirilməsi və "xxxx" Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfəndən dəyişdirilmədən saxlanmışdır. l Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Fərid Hətəmzadə) m Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildi rdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. n Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı iddia tələbini mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarı əsasında ona verilməsi ilə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qərar Ba kı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə ilə İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Həmin qətnamə ilə qeyd olunan torpaq sahəsinin "xxxx" Şirkətinin istifadəsində olması və həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, məhkəmənin qərarına əsasən sökülməli olan əmlak olması müəyyən edilmişdir. Belə olan halda mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının hüquqları, yəni sahiblik, istifadə və mülkiyyət hüquqları olmadığından iddia tələbi təmin edilməməlidir. o Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8, 180.1. 180.2-ci, mülki prosessual məcllənin 14.2, 77.1-ci maddələri və, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. p Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normalarını düzgün qiymətləndirməyib. İddiaçının Xocəsən Bələdiyyəsinin ərazisində 300 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin mülkiyyətçisi olması hər hansı mübahisə predmeti olmamaqdadır. Qeyd olunmalıdır ki, həmin ərazidə çox lu sayda fərdi yaşayış evləri sökülərək yerində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti inşa edilmişdir. Lakin iddiaçı və digər vətəndaşların Azərbaycan Respublikasının Prezidentinə müraciətlərindən sonra digər fərdi yaşayış evləri, o, cümlədən iddiaçının fərdi yaşayış evi üzrə məhkəmə aktlarının icrası dayandırılmışdır. Bundan başqa, Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli, 2(102)-424/2011 nömrəli qərarında iddiaçının 300 kv.metr torpaq sahəsində olan fərdi yaşayış evinə mülkiyyət hüququ, hətta həmin evin inşasına sərf olunmuş əmək və materiallara görə kompensasiya hüququ öz əksini tapmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi araşdırmadan, cavabdehin xeyrinə qətnamə qəbul etmək yanaşması ilə işdə olan sübutları görməzdən gəlmişdir. Məhkəmə qətnaməsinin hüquqi nəticəs i fərdi yaşayış evinin faktiki mövcudluğunu, istifadə edildiyini (dövlət qurumları qaz, su, işıq verir, bələdiyyə vergi alır, həyat davam edir) görməzdən gəlir, iddiaçını öz mülkündən (məhkəmə aktı ilə təsbit edilmiş) məhrum edir, cavabdehə qanunsuz olaraq iddiaçının əmlakına sahibliyi ələ keçirməsinə hüquqi zəmin yaratmışdır. Məhkəmə bu nəticəyə cavabdehin mənafeyi naminə gəlmişdir. Bundan başqa, iddiaçı tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması üçün şahidlərin dindirilməsi üçün təqdim edilən vəsatət təmin edilməmiş, əsas olaraq da şahidlərin dindirilməsinə ehtiyac olmadığı bildirilmişdir. Həmçinin, məhkəmə prosesləri gedişində Xocasən Bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 03/02 nömrəli məktub təqdim edərək, bildirmişdir ki, Cavabdeh1 Xocasən bələdiyyəsinin elektron məlumat baz asında vergi ödəyicisi kimi qeydə alınmışdır. Onun vergi ödəyicisi kimi qeyd edildiyi halda, təqdim edilmiş Ədliyyə Nazirliyinin məktubunda isə Cavabdeh1 qanunsuz olaraq vergi ödəyicisi kimi qeyd olunduğu və bu qanunsuzluğun aradan qaldırılması tələbi öz əksini tapmışdır. Bələdiyyənin bilərəkdən cavabdehlə əlbir olaraq hüquq müəyyənedici rəsmi sənədlərə yalan məlumatlar daxil etmək, özgə əmlakının ələ keçirilməsinə əsaslar yaratmasına dair ciddi əsaslar olduğu halda məhkəmə bələdiyyə barəsində xüsusi qərardad çıxarılmasına dair vəsatəti təmin etməmişdir. Bu faktın araşdırılması və fakta hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası prokurorluğuna göndərilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə tanış olarkən məlum ol muşdur ki, iddiaçının vəkili ilə Xocasən Bələdiyyəsinin nümayəndəsi arasında olan sual-cavablar protokolda öz əksini tapmamışdır. Bununla bağlı məhkəməyə protokola dair qeyd təqdim edilsə də, həmin qeydə baxılmamış, məhkəmə tərəfindən hər hansı qərardad qəbul edilməmişdir. Məhkəmə işə birtərəfli yanaşaraq, ancaq cavabdehin xeyrinə olan hallara əsaslanmış, iddiaçı tərəfindən iş materialllarına əlavə edilməsi üçün təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X2 tərəfindən Cavabdeh1 vergi ödəyicisi kimi qanunsuz qeydiyyata alınmasına bildirdiyi münasibət iş materiallarında vurğulanmamış, bəzi sübutlar isə natamam qiymətləndirilərək, cavabdehin xeyrinə olan hissələrdə vurğulanmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2982/2024 nömrəli, 7 iy un 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev)

7. Apellyasiya instansiyası məhkəməsi birinci instabnsiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının tələbi iki obyektə - bələdiyyə qərarı əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yönəlmişdir. Tələbin predmetini isə həmin obyektlər üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin boşaldılması təşkil etmişdir. Belə o lan halda, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə qeyd olunan obyektlər üzərində iddiaçının sahiblik hüququnun olub-olmaması müəyyənləşdirilməlidir.

8. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarına əsaslanaraq ona ayrılmış torpaq sahəsi üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması tələbini məhkəmədə irəli sürmüşdür. İddiaçının bələdiyyənin qərarına əsaslanaraq iddia irəli sürməsinin səbəbi həmin qərar ilə ona torpaq sahəsi üzərində mülkiyyət hüququnun verilməsi və bu hüquq nəticəsində həmin torpaq sahəsi üzərində sahiblik hüququnu da əldə etməsi olmuşdur.

9. Digər tərəfdən vaxtı ilə "xxxx" Şirkəti Xocəsən bələdiyyəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və bələdiyyə qərarının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilməsi və "xxxx" Şirkətinin qanuni istifadəsinə qaytarılması, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli sərəncamının etibarsız hesab olunması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş şikayətlərə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılmış, yekunda dəyişdirilmədən saxlanılmışdır.

10. Göründüyü kimi, iddiaçın ın iddia tələbinin əsasını təşkil edən və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsinə səbəb olan inzibati akt - qərar etibarsız hesab edilmişdir. 11. “İnzibati icraat haqqında” Qanunun 64.4 və 65.2-ci maddələrinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə olan halda, iddia tələbinin əsaslandığı bələdiyyə qərarının etibarsız olması, birbaşa həmin qərar üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni torpaq sahəsi üzərində mülkiyyət, sahiblik və s. hüquqların yaranmadığını göstərir.

12. Həmçinin nəzərə alınmalıdır ki, iddianın yönəldiyi obyekt, yəni torpaq sahəsi hazırda mədən ərazisi kimi "xxxx" Şirkətinin istifadəsindədir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqi qüvvəsi olmayan, etibarsız hesab olunmuş bələdiyyə qərarına əsaslanaraq, hazırda ona münasibətdə mövcud olmayan hüququn qorunmasını tələb etdiyindən onun belə tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır.

14. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının hazırda qeyd olunan fərdi yaşayış evinə dair qanuni sahiblik hüququnun olmaması işin mübahisəsiz halıdır, lakin onun həmin fərdi yaşayış evinə dair faktiki sahibliyinin mövcud olubolmaması da iş üçün əhəmiyyət daşıyır. Çünki fərdi yaşayış evi ilə bağlı mübahisədə subyektiv hüququn yaranması üçün iddiaçının həmin fərdi yaşayış evinə faktiki sahiblik etməsi (qanuni sahiblik hüququ olmadığı üçün) zəruridir. Lakin iş materiallarından aydın olur ki, mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının yox, cavabdehlərin faktiki sahibliyindədir

15. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı Xocəsən bələdiyyəsinin “X1 Sistemində” vergi ödəciyicisi kimi qeydiyyata alınmadığı, lakin Cavabdeh1 Xocəsən bələdiyyəsinin inzibati ərazisi daxilində özbaşına zəbt etdiyi torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alındığı müəyyən edilmişdir (əsas – Xocəsən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu). Göründüyü kimi, iddiaçıdan fərqli olaraq cavabdeh Ağayevlər ailəsi uzun müddətdir ki, Xocəsən bəldiyyəsinin ərazisində yaşamaqla, oradakı fərdi yaşayış evinə faktiki sahiblik edirlər. Bununla yanaşı, iddiaçı özü də iddia ərizəsində 2007-c i ildən (ev tikildikdən sonra) cavabdeh Ağayevlər ailəsinin həmin fərdi yaşayış evində yaşadıqlarını bildirmişdir.

16. Təsadüfi deyildir ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair mübahisəyə 2010- 2011-ci illərdə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılarkən, hazırkı iş üzrə cavabdeh X3 xxx qızının nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmiş, həmin torpaq sahəsi və fərdi yaşayış evinin onların qanuni mülkiyyətində qalmalarında maraqlı olmuş, hüquqlarını müdafiə etmişdir (əsas - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2751/2010 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarı).

17. Həmçinin məhkəmə iclaslarında Cavabdeh1 qeyd olunan evə dair kommunal ödənişləri özünün həyata keçirdiyini və bununla bağlı müqavilələrin də məhz onun adına olduğunu bil dirmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yuxarıda qeyd olunanların hər biri cavabdehlərin mübahisəli yaşayış evinə faktiki sahiblik etməsini təsdiq edir. Belə ki, onlar uzun müddətdir ki, həmin evdə yaşayır, bələdiyyəyə vergi və komunnal xərclər ödəyirlər. İddiaçının isə həmin evə faktiki sahiblik etməsi halı şübhə altındadır. Bu şübhəli hal cavabdehlər tərəfindən də təkzib edildiyi üçün sübutetmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşmüşdür.

19. Apellyasiya instansiyası məhkəməsi sübutetmə ilə bağlı prosessual qanunvercliyin prinsip və normlarına istinadən göstərmişdir ki, iddiaçı öz iddiasının əsasını sübut edə bilməmiş və bu barədə məhkəməyə mötəbər dəlillər təqdim etməmişdir.

20. Birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin faktiki mövcudluğunu, istifad ə edildiyini görməzdən gəlməsi, iddiaçını öz mülkündən (məhkəmə aktı ilə təsbit edilmiş) məhrum etməsi, cavabdehə qanunsuz olaraq iddiaçının əmlakına sahibliyi ələ keçirməsinə hüquqi zəmin yaratması barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, iddiaçının tələbini hüquqi cəhətdən əsassız edən fərdi yaşayış evinin mövcud olub-olmaması yox, həmin fərdi yaşayış evi üzərində hazırda iddiaçının hüquqularının mövcud olmamasıdır. Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarında isə iddiaçının inşa edilmiş fərdi yaşayış evinə deyil, həmin fərdi yaşayış evinə sərf olunmuş əmək və tikinti materiallarına münasibətdə mülkiyyət hüququ tanınmışdır. Ali Məhkəmənin bu mövqedən çıxış etməsində əsas məqsəd səhlənkarlıq nəticəsində söküləcək e və sərf olunmuş əmək və tikinti materialları qarşılığında zərərçəkmişin kompensasiya almaq hüququnun yaranmasını əsaslandırmaq olmuşdur. Həmin iş üzrə zərərçəkmişin məhz İddiaçı olması isə şübhəli məqamdır. Belə ki, məhkəmələr bələdiyyə qərarı ilə mülkiyyət hüququnun İddiaçı münasibətdə verilməsini nəzərə alaraq zərərçəkmiş qismində İddiaçı qeyd etmişdir. Lakin bu hal mübahisənin predmeti olmadığından və həmin vaxt fərdi yaşayış evinə dair cavabdeh Ağayevlər ailəsinin hər hansı iddiası olmadığından qətnamə və qərarda bu məsələyə ətraflı toxunulmamışdır. Hazırkı mülki işdə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, torpaq sahəsinin onların vəsaiti hesabına alındığını və fərdi yaşayış evinin onların vəsaiti hesabına inşa edildiyini, məhkəmə icl asında isə fərdi yaşayış evindən çıxarılacaqları təqdirdə kompensasiya barədə məhkəməyə müraciət edəcəklərini bildirmişlər.

21. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddiaçının hazırda boşaldılmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazinin boşaldılması vəzifəsi onsuz da məhkəmə qətnaməsi əsasında iddiaçının üzərinə qoyulmuşdur. Bu baxımdan, özü tərəfindən boşaldılmalı olan evə münasibətdə digərlərinə qarşı iddia irəli sürülməsi də qanunauyğun olmamışdır.

22. Hazırkı iş üzrə müəyyən edilmiş faktlar iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tələb irəli sürməsinə hüquqi ixtiyarının olmadığı nəticəsinə gəlməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

23. Apellyasiya şikayətində qeyd olunan di gər dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, şikayətdə qeyd olunanlardan fərqli olaraq birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında şahidlərin dindirilməsi barədə vəsatət rədd yox, təmin edilmişdir. Lakin onlar həmin və digər məhkəmə iclasında iştirak etməmiş, nəticədə dindirilməmişlər. Şahidlərin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri iş materiallarından müəyyən edilmir. Belə olan halda, şahidlərin məhkəmə iclasında iştirak etməmələri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla yanaşı izah edilir ki, iddiaçı şahidlər tərəfindən əhəmiyyətli ifadələrin veriləcəyini güman edirdisə, bu barədə apellyasiya instansiyası məhkəməsinə də vəsatət verə, həmin şahidlər birinci instansiya məhkəməsinin i clasında iştirak etmədikləri üçün onların izahatları apellyasiya baxışında alına bilərdi. Lakin iddiaçı tərəf bu barədə vəsatət verməmiş, hər hansısa şahidin iş üçün əhəmiyyətli ifadəsinin alınmasını təklif etməmişdir.

24. Bələdiyyə barəsində xüsusi qərardadın çıxarılmasına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 265.4-cü maddəsinə əsaslanaraq, bələdiyyənin əməllərində cinayət əlamətlərinin olduğu qənaətinə gəlməmiş və öz mülahizəsinə əsasən, bu barədə vəsatəti rədd etmişdir. Belə olan halda, bələdiyyə barəsində xüsusi qərardadın çıxarılmaması qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

25. Eləcə də protokola dair qeydlərin təqdim edilməsi iş materiallarında mövcud deyil.

26. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası mə hkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir

27. Kassasiya instansiyası məhkəməsindəki icraat: a Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c Kassasiya əsaslandırılmışdır. şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni d Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məh dudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəm ə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquq a malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M addə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi ü zrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

48. İddia tələbi sahibliyə yaradılan maneələrin aradan qaldırılması barədədir. İddiaçı torpaq sahəsinə sahibliyini torpağın Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona ayrılmasına istinad etmişdir.

49. İşin müəyyən edilən hallarına görə isə Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2009-cu il tarixli, 2(001)-2036/2009 saylı qətnaməsi ilə ləğv edilmiş, üstəlik, iddiaçıdan fərqli olaraq cavabdeh Ağayevlər ailəsinin uzun müddətdir ki, Xocəsən bəl diyyəsinin ərazisində yaşamaqla, oradakı fərdi yaşayış evinə faktiki sahiblik edirlər. Hazırkı iş üzrə müəyyən edilmiş hallara görə iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tələb irəli sürməsinə hüquqi ixtiyarı yoxdur.

50. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 20-39-cü bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.

52. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür k, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tər əflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, iddianın və apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət vermiş, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

53. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlillər olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassa siya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2982/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və "xxxx" Şirkəti cəlb edilməklə) qarşı iş üzrə QƏRA Rİ (Açar sözlər: sahibliyə yaradılmış maneənin aradan qaldırılması, evdən çıxarılma, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2982/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

29. İddiaçı Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarix li qərarı ilə, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş torpaq sahəsində 2007-ci il tarixdə yaşayış evi inşa edərək qohumuna (mərhum bacısı və ailəsi) istifadəyə vermişdir.

30. Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2009-cu il tarixli, 2(001)2036/2009 saylı qətnaməsi ilə 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin sonuncunun vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi və "xxxx" Şirkətinin qanuni istifadəsinə qaytarılması, Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 07/22 saylı 29 mart 2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2 avqust 2010-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

31. İş üzrə qəbul edilmiş məhkəmə aktları a Birinci instansiya məhkəməsində icraat b İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkü olan Xocəsən Bələdiyyəsinin ərazisində 300 m2 torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən sahibliyə yaradılmış maneənin aradan qaldırılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 öz ailəsi ilə birlikdə 2007-ci ildən etibarən iddiaçıya məxsus fərdi yaşayış evində ya şamağa başlamışdır. İddiaçı evi boşaltmalarını tələb etsə də, cavabdehlər bu tələbi yerinə yetirməmişdir. Cavabdeh2 və digər cavabdehlər artıq həmin evdə yaşamır, digər cavabdehlərlə birlikdə iddiaçının mülkiyyətində olan əmlakı tərk etmişlər. Lakin cavabdehlər özlərinə məxsus əşyaları evdə saxlayıb və evin qapısını kilidləyərək, iddiaçının evə girişini məhdudlaşdırmışlar. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunurdu. d İddiaçının inşa etdiyi evdən sahiblik hüququnu həyata keçirmək haqqı vardır. Bunun əksi yanaşma, yəni onun sahiblik hüququnun təmin edilməsindən imtina edilməsi, qanun qarşısında bərabərlik hüququnun pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəşt və imtiyazl arın tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdehlər iddiaçını öz mənzilinə buraxmadığından, iddiaçı öz mülkü üzərində sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. e İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 152.1, 152.5, 157.2, 157.4 və 157.5-ci maddələrinə istinad etmişdir. f Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və "xxxx" Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. g Cavabdeh2 iddaya yazılı etiraz verərək, bildirmişdir ki, iddiaçı onun baldızı və dayısı qızıdır. O, həmin vaxt Rusiyada olduğundan iddiaçıya torpağı almaq üşün pul göndərmiş, lak in iddiaçı həmin torpağı öz adına almışdır. Torpağın alınması üçün iddiaçıya 900 manat pul verilmişdir. Bundan sonra bacısı (rəhmətə gedib) torpaq və evi satıb iddiaçıya vermişdir ki, torpaqda ev tikdirsin. h Cavabdeh1 da iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı onun xalası olmuş, atası həmin torpağın alınması üçün 900 manat pul göndərmiş və atası Rusiyada, o, isə əsgərlikdə olduğu üçün xalası həmin torpağı öz adına almışdır. O, hərbi xidmətdən qayıtdıqdan sonra torpaqlarında ev inşa etmişlər. iBakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 10 yanvar 2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktuba əsasən Xocəsən Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına bələdiyyənin elektron məlumatlar barəsində hər hansı bir torpaq ayrılması barədə məlumat aşkarl anmamışdır. Lakin Cavabdeh1 Xocasən bələdiyyəsinin elektron məlumat bazasında vergi ödəyicisi kimi qeydə alınmış və vergi ödəyicisi olmuşdur. jBakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 23 yanvar 2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktuba əsasən, vətəndaş İddiaçı Xocəsən bələdiyyəsinin “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alınmayıb, vətəndaş Cavabdeh1 Xocəsən bələdiyyəsinin inzibati ərazisi daxilində özbaşına zəbt etdiyi torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. k Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" şirkəti etiraz ilə məhkəməyə müraciət edərək, etirazın onunla əsaslandırmışdır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay b ölgüsü haqqında” saziş və “birgə əməliyyat” sazişi imzalanmamışdan da öncə, dövlət mülkiyyətində olan, sənayə təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahəsinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə "xxxx" şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İd diaçı tərəfindən təqdim olunmuş Binəqədi rayon Xocasən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı özü-özlüyündə etibarsız inzibati akt olmuşdur. Belə ki, iddiaçının istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı Binəqədi Rayon Məhkəməsinin 2(001)-2036/2009 nömrəli 09 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və həmçinin 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində hazırkı iş üzrə iddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılıb, əvvəlki vəziyyətinə gətirilməsi və "xxxx" Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfəndən dəyişdirilmədən saxlanmışdır. l Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Fərid Hətəmzadə) m Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalm ır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. n Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı iddia tələbini mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarı əsasında ona verilməsi ilə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə ilə İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Həmin qətnamə ilə qeyd olunan torpaq sahəsinin "xxxx" Şirkətinin istifadəsində olması və həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, məhkəmənin qərarına əsasən sökülməli olan əmlak olması müəyyən edil mişdir. Belə olan halda mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının hüquqları, yəni sahiblik, istifadə və mülkiyyət hüquqları olmadığından iddia tələbi təmin edilməməlidir. o Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8, 180.1. 180.2-ci, mülki prosessual məcllənin 14.2, 77.1-ci maddələri və, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. p Apellyasiya instansiyası məhkəməsində icraat

32. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normalarını düzgün qiymətləndirməyib. İddiaçının Xocəsən Bələdiyyəsinin ərazisində 300 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin mülkiyyətçisi olması hər hansı mübahisə predmeti olmamaqdadır. Qeyd olunmalıdır ki, həmin ərazidə çoxlu sayda fərdi yaşayış evləri sökülərək yerində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti inşa edilmişdir. Lakin iddiaçı və digər vətəndaşların Azərbaycan Respublikasının Prezidentinə müraciətlərindən sonra digər fərdi yaşayış evləri, o, cümlədən iddiaçının fərdi yaşayış evi üzrə məhkəmə aktlarının icrası dayandırılmışdır. Bundan başqa, Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli, 2(102)-424/2011 nömrəli qərarında iddiaçının 300 kv.metr torpaq sahəsində olan fərdi yaşayış evinə mülkiyyət hüququ, hətta həmin evin inşasına sərf olunmuş əmək və materiallara görə kompensasiya hüququ öz əksini tapmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi araşdırmadan, cavabdehin xeyrinə qətnamə qəbul etmək yanaşması ilə işdə olan sübutları görməzdən gəlmişdir. Məhkəmə qətnaməsinin hüquqi nəticəsi fərdi yaşayış evinin faktiki mövcudluğunu, istifadə edildiyini (dövlət qurumları qaz, su, işıq verir, bələdiyyə vergi alır, həyat davam edir) görməzdən gəlir, iddiaçını öz mülkündən (məhkəmə aktı ilə təsbit edilmiş) məhrum edir, cavabdehə qanunsuz olaraq iddiaçının əmlakına sahibliyi ələ keçirməsinə hüquqi zəmin yaratmışdır. Məhkəmə bu nəticəyə cavabdehin mənafeyi naminə gəlmişdir. Bundan başqa, iddiaçı tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması üçün şahidlərin dindirilməsi üçün təqdim edilən vəsatət təmin edilməmiş, əsas olaraq da şahidlərin dindirilməsinə ehtiyac olmadığı bildirilmişdir. Həmçinin, məhkəmə prosesləri gedişində Xocasən Bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 03/02 nömrəli məktub təqdim edərək, bildirmişdir ki, Cavabdeh1 Xocasən bələdiyyəsinin elektron məlumat bazasında vergi ödəyicisi kimi qeydə alınmışdır. Onun vergi ödəyicisi kimi qeyd edildiyi halda, təqdim edilmiş Ədliyyə Nazirliyinin məktubunda isə Cavabdeh1 qanunsuz olaraq vergi ödəyicisi kimi qeyd olunduğu və bu qanunsuzluğun aradan qaldırılması tələbi öz əksini tapmışdır. Bələdiyyənin bilərəkdən cavabdehlə əlbir olaraq hüquq müəyyənedici rəsmi sənədlərə yalan məlumatlar daxil etmək, özgə əmlakının ələ keçirilməsinə əsaslar yaratma sına dair ciddi əsaslar olduğu halda məhkəmə bələdiyyə barəsində xüsusi qərardad çıxarılmasına dair vəsatəti təmin etməmişdir. Bu faktın araşdırılması və fakta hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası prokurorluğuna göndərilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə tanış olarkən məlum olmuşdur ki, iddiaçının vəkili ilə Xocasən Bələdiyyəsinin nümayəndəsi arasında olan sual-cavablar protokolda öz əksini tapmamışdır. Bununla bağlı məhkəməyə protokola dair qeyd təqdim edilsə də, həmin qeydə baxılmamış, məhkəmə tərəfindən hər hansı qərardad qəbul edilməmişdir. Məhkəmə işə birtərəfli yanaşaraq, ancaq cavabdehin xeyrinə olan hallara əsaslanmış, iddiaçı tərəfindən iş materialllarına əlavə edilməsi üçün təqdim edilmiş Azərb aycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X2 tərəfindən Cavabdeh1 vergi ödəyicisi kimi qanunsuz qeydiyyata alınmasına bildirdiyi münasibət iş materiallarında vurğulanmamış, bəzi sübutlar isə natamam qiymətləndirilərək, cavabdehin xeyrinə olan hissələrdə vurğulanmışdır.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2982/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-844/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev)

35. Apellyasiya instansiyası məhkəməsi birinci instabnsiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarına əsasən iddi açının tələbi iki obyektə - bələdiyyə qərarı əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yönəlmişdir. Tələbin predmetini isə həmin obyektlər üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin boşaldılması təşkil etmişdir. Belə olan halda, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə qeyd olunan obyektlər üzərində iddiaçının sahiblik hüququnun olub-olmaması müəyyənləşdirilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarına əsaslanaraq ona ayrılmış torpaq sahəsi üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması tələbini məhkəmədə irə li sürmüşdür. İddiaçının bələdiyyənin qərarına əsaslanaraq iddia irəli sürməsinin səbəbi həmin qərar ilə ona torpaq sahəsi üzərində mülkiyyət hüququnun verilməsi və bu hüquq nəticəsində həmin torpaq sahəsi üzərində sahiblik hüququnu da əldə etməsi olmuşdur.

37. Digər tərəfdən vaxtı ilə "xxxx" Şirkəti Xocəsən bələdiyyəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və bələdiyyə qərarının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəz iyyətə gətirilməsi və "xxxx" Şirkətinin qanuni istifadəsinə qaytarılması, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli sərəncamının etibarsız hesab olunması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş şikayətlərə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılmış, yekunda dəyişdirilmədən saxlanılmışdır.

38. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsinə səbəb olan inzibati akt - qərar etibarsız hesab edilmişdir. 39. “İnzibati icraat haqqında” Qanunun 64.4 və 65.2-ci maddələrinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə olan halda, iddia tələbinin əsasl andığı bələdiyyə qərarının etibarsız olması, birbaşa həmin qərar üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni torpaq sahəsi üzərində mülkiyyət, sahiblik və s. hüquqların yaranmadığını göstərir.

40. Həmçinin nəzərə alınmalıdır ki, iddianın yönəldiyi obyekt, yəni torpaq sahəsi hazırda mədən ərazisi kimi "xxxx" Şirkətinin istifadəsindədir.

41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqi qüvvəsi olmayan, etibarsız hesab olunmuş bələdiyyə qərarına əsaslanaraq, hazırda ona münasibətdə mövcud olmayan hüququn qorunmasını tələb etdiyindən onun belə tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır.

42. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının hazırda qeyd olunan fərdi yaş ayış evinə dair qanuni sahiblik hüququnun olmaması işin mübahisəsiz halıdır, lakin onun həmin fərdi yaşayış evinə dair faktiki sahibliyinin mövcud olubolmaması da iş üçün əhəmiyyət daşıyır. Çünki fərdi yaşayış evi ilə bağlı mübahisədə subyektiv hüququn yaranması üçün iddiaçının həmin fərdi yaşayış evinə faktiki sahiblik etməsi (qanuni sahiblik hüququ olmadığı üçün) zəruridir. Lakin iş materiallarından aydın olur ki, mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının yox, cavabdehlərin faktiki sahibliyindədir

43. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı Xocəsən bələdiyyəsinin “X1 Sistemində” vergi ödəciyicisi kimi qeydiyyata alınmadığı, lakin Cavabdeh1 Xocəsən bələdiyyəsinin inzibati ərazisi daxilində özbaşına zəbt etdiyi torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə “X1 Sistem ində” vergi ödəyicisi kimi qeydiyyata alındığı müəyyən edilmişdir (əsas – Xocəsən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu). Göründüyü kimi, iddiaçıdan fərqli olaraq cavabdeh Ağayevlər ailəsi uzun müddətdir ki, Xocəsən bəldiyyəsinin ərazisində yaşamaqla, oradakı fərdi yaşayış evinə faktiki sahiblik edirlər. Bununla yanaşı, iddiaçı özü də iddia ərizəsində 2007-ci ildən (ev tikildikdən sonra) cavabdeh Ağayevlər ailəsinin həmin fərdi yaşayış evində yaşadıqlarını bildirmişdir.

44. Təsadüfi deyildir ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair mübahisəyə 2010- 2011-ci illərdə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılarkən, hazırkı iş üzrə cavabdeh X3 xxx qızının nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmiş, həmin torpaq sahəsi və fərdi yaşayış evinin onların qanuni mülkiyyətində qalmalarında maraqlı olmuş, hüquqlarını müdafiə etmişdir (əsas - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2751/2010 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarı).

45. Həmçinin məhkəmə iclaslarında Cavabdeh1 qeyd olunan evə dair kommunal ödənişləri özünün həyata keçirdiyini və bununla bağlı müqavilələrin də məhz onun adına olduğunu bildirmişdir.

46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yuxarıda qeyd olunanların hər biri cavabdehlərin mübahisəli yaşayış evinə faktiki sahiblik etməsini təsdiq edir. Belə ki, onlar uzun müddətdir ki, həmin evdə yaşayır, bələdiyyəyə vergi və komunnal xərclər ödəyirlər. İddiaçının isə həmin evə faktiki sahiblik etməsi halı şübhə altındadır. Bu şübhəli hal cavabdehlər tərəfindən də təkzib edildiyi üçün sübutetmə və zifəsi iddiaçı tərəfin üzərinə düşmüşdür.

47. Apellyasiya instansiyası məhkəməsi sübutetmə ilə bağlı prosessual qanunvercliyin prinsip və normlarına istinadən göstərmişdir ki, iddiaçı öz iddiasının əsasını sübut edə bilməmiş və bu barədə məhkəməyə mötəbər dəlillər təqdim etməmişdir.

48. Birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin faktiki mövcudluğunu, istifadə edildiyini görməzdən gəlməsi, iddiaçını öz mülkündən (məhkəmə aktı ilə təsbit edilmiş) məhrum etməsi, cavabdehə qanunsuz olaraq iddiaçının əmlakına sahibliyi ələ keçirməsinə hüquqi zəmin yaratması barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, iddiaçının tələbini hüquqi cəhətdən əsassız edən fərdi yaşayış evinin mövcud olub-olmaması yox, həmin fərdi yaşayış evi üz ərində hazırda iddiaçının hüquqularının mövcud olmamasıdır. Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarında isə iddiaçının inşa edilmiş fərdi yaşayış evinə deyil, həmin fərdi yaşayış evinə sərf olunmuş əmək və tikinti materiallarına münasibətdə mülkiyyət hüququ tanınmışdır. Ali Məhkəmənin bu mövqedən çıxış etməsində əsas məqsəd səhlənkarlıq nəticəsində söküləcək evə sərf olunmuş əmək və tikinti materialları qarşılığında zərərçəkmişin kompensasiya almaq hüququnun yaranmasını əsaslandırmaq olmuşdur. Həmin iş üzrə zərərçəkmişin məhz İddiaçı olması isə şübhəli məqamdır. Belə ki, məhkəmələr bələdiyyə qərarı ilə mülkiyyət hüququnun İddiaçı münasibətdə verilməsini nəzərə alaraq zərərçəkmiş qismində İddiaçı qeyd etmişdir. Lakin bu hal mübahisənin predmeti olmadığından və həmin vaxt fərdi yaşayış evinə dair cavabdeh Ağayevlər ailəsinin hər hansı iddiası olmadığından qətnamə və qərarda bu məsələyə ətraflı toxunulmamışdır. Hazırkı mülki işdə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, torpaq sahəsinin onların vəsaiti hesabına alındığını və fərdi yaşayış evinin onların vəsaiti hesabına inşa edildiyini, məhkəmə iclasında isə fərdi yaşayış evindən çıxarılacaqları təqdirdə kompensasiya barədə məhkəməyə müraciət edəcəklərini bildirmişlər.

49. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddiaçının hazırda boşaldılmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazinin boşaldılması vəzifəsi onsuz da məhkəmə qətnaməsi əsasında iddiaçının üzərinə qoyulmuşdur. Bu baxımdan, özü tərəfindən boşaldılmalı olan evə münasibətdə digərlərinə qarşı idd ia irəli sürülməsi də qanunauyğun olmamışdır.

50. Hazırkı iş üzrə müəyyən edilmiş faktlar iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tələb irəli sürməsinə hüquqi ixtiyarının olmadığı nəticəsinə gəlməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

51. Apellyasiya şikayətində qeyd olunan digər dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, şikayətdə qeyd olunanlardan fərqli olaraq birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında şahidlərin dindirilməsi barədə vəsatət rədd yox, təmin edilmişdir. Lakin onlar həmin və digər məhkəmə iclasında iştirak etməmiş, nəticədə dindirilməmişlər. Şahidlərin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri iş materiallarından müəyyən edilmir. Belə olan halda, şahidlərin məhkəmə iclasında iştirak etməmələri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla yanaşı izah edilir ki, iddiaçı şahidlər tərəfindən əhəmiyyətli ifadələrin veriləcəyini güman edirdisə, bu barədə apellyasiya instansiyası məhkəməsinə də vəsatət verə, həmin şahidlər birinci instansiya məhkəməsinin iclasında iştirak etmədikləri üçün onların izahatları apellyasiya baxışında alına bilərdi. Lakin iddiaçı tərəf bu barədə vəsatət verməmiş, hər hansısa şahidin iş üçün əhəmiyyətli ifadəsinin alınmasını təklif etməmişdir.

52. Bələdiyyə barəsində xüsusi qərardadın çıxarılmasına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 265.4-cü maddəsinə əsaslanaraq, bələdiyyənin əməllərin də cinayət əlamətlərinin olduğu qənaətinə gəlməmiş və öz mülahizəsinə əsasən, bu barədə vəsatəti rədd etmişdir. Belə olan halda, bələdiyyə barəsində xüsusi qərardadın çıxarılmaması qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

53. Eləcə də protokola dair qeydlərin təqdim edilməsi iş materiallarında mövcud deyil.

54. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir

55. Kassasiya instansiyası məhkəməsindəki icraat: a Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. d Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən t anınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Mad də 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yarars ız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə ya zılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

48. İddia tələbi sahibliyə yaradılan maneələrin aradan qaldırılması barədədir. İddiaçı torpaq sahəsinə sahibliyini torpağın Xocəsən Bələdiyyəsinin xx.xx.20 06-cı il tarixli qərarı ilə ona ayrılmasına istinad etmişdir.

49. İşin müəyyən edilən hallarına görə isə Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2009-cu il tarixli, 2(001)-2036/2009 saylı qətnaməsi ilə ləğv edilmiş, üstəlik, iddiaçıdan fərqli olaraq cavabdeh Ağayevlər ailəsinin uzun müddətdir ki, Xocəsən bəldiyyəsinin ərazisində yaşamaqla, oradakı fərdi yaşayış evinə faktiki sahiblik edirlər. Hazırkı iş üzrə müəyyən edilmiş hallara görə iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tələb irəli sürməsinə hüquqi ixtiyarı yoxdur.

50. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 20-39-cü bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.

52. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür k, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, iddianın və apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət vermiş, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

53. Kassasiy a şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlillər olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2982/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar