Məhkəmə qərarları › İş №2(102)-326/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-326/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-326/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ekspert rəyinin düzgün tərtib olunmaması, xüsusi bilik tələb olunan sualların konkret cavablandırılmaması, sübut növü kimi ekspert rəyinin məhkəmə üçün əhəmiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5122/2022 nömrəli, 2 sentyabr 2022-ci il t arixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sağlamlığa dəymiş zərərə görə 20.000 manat, maddi və mənəvi zərərə görə 30.000 manat, cəmi 50.000 manat pulun Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, o, 2018-ci il tarixdə transvaginal USM zamanı uşaqlığında polip aşkar edilməsi ilə əlaqədar Cavabdeh2ndə işləyən Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 onu USM etdikdən sonra, polip deyil, aybaşı qanı olduğunu v ə qalınlaşdığını, dərmanla sovrulub gedəcəyəni bildirərək, “Dufaston” adlı dərman yazmışdır. Ona qeyd edilən dərmanı əvvəlcə 2 ay ərzində qəbul etməsini bildirsə də, nəticədə o, həmin dərmanı 3 ilə yaxın müddətə qədər qəbul etmişdir. Sonradan başqa həkim mütəxəssisin yanına getdikdə, həkim polipin həddindən artıq böyüməsi və dərhal əməliyyat olunmasını bildirmişdir. O, “Oksigen” Klinikasında polipin götürülməsi barədə cərrahi əməliyyat olunmuşdur. Sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə polipin gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulmuşdur. Bu səbəbdən ikinci dəfə əməliyyat edilməli olmuş, uşaqlıq və yumurtalıqları götürülmüş, ana olma hüququndan məhrum olmaqla bərabər dərin mənəvi sarsıntı keçirmiş və bununla da sağlamlığına ci ddi zərər dəymişdir.

3. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı polip diaqnozunu 3 (üç) il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına daş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xəbərlərdə göstərilib biabır olandan sonra üzə çıxacağı” kimi “güli196620” instaqram hesabı və “elmiraanam” instagram hesabı vasitəsilə ondan rəsmi qaydada üzr istənilməsi, İddiaçı maddi zərər kimi sağlamlığına vurulmuş zərərə görə 5.000 (beş min) manat pulun tutularaq ona ödənilməsi, mənəvi zərər kimi 100.000 (yüz min) manat pulun tutularaq “Heydər Əliyev” Fondunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı instagram sosial şəbəkəsində müxtəlif istifadəçi profillərdən onun paylaşımlarına təhqiramiz şərhlər yazır. Onun bu cür təhqir edilməsi tanınmış ginekoloq kimi cəmiyyət içərisində onu nüfuzdan salır və pasiyentlərin ona qarşı olan inamını azaldır. Bundan başqa, o, işlədiyi illər ərzində heç bir pasiyentlə problem yaşamamış, əksinə müxtəlif şəxslər tərəfindən təşəkkürlər edilməsi onun instagram və digər hesablarından görünür. İddiaçı onun tərəfindən düzgün diaqnoz qoyulmuş, hər hansı müalicə dərman preparatları isə yazılmamışdır.

5. İşin mübahisəsiz hallarına görə, “X9”da X2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli transvaginal USM cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası (polipə şübhə?)” diaqnozu qoyulmuşd ur.

6. Cavabdeh2ndə X2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu qoyulmuşdur.

7. Cavabdeh2ndə X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu qoyulmuşdur.

8. Cavabdeh2ndə X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu qoyulmuşdur.

9. Cavabdeh2 İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti. Sağ yumurtalıqda follikullar izlənilir” diaqnozu qoyulmuşdur. 10. “X11 Mərkəzin”də İddiaçı adına tər tib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu qoyulmuşdur. 11. “X11 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Sol yumurtalıqda follikullar izlənilir” diaqnozu qoyulmuşdur. 12. “X11 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası” diaqnozu qoyulmuşdur.

13. Cavabdeh2ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası. Sol yumurtalığın follikullyar kistası” diaqnozu qoyulmuşdur. 14. “X10”da İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il ta rixli transvaginal USM cavabından görünür ki, ona “Endometrial polip. Sol tərəfli follikullyar kistası” diaqnozu qoyulmuşdur. 15. “X4”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Daxil olarkən şikayəti USM müayinəsində endometrial polip? vaginal qanaxmadandır. A/T-120/80 mm.cv.st, Nəbzi 75 vurğu, ritmikdir. Dil avazımış, qarnı palpasiyada yumşaq və ağrılıdır. Qaraciyər və dalaq əllənmir. xx.xx.2021-ci il tarixdə venadaxili anesteziya altında operativ histereskopiya əməliyyatı icra olundu. Polip və mioma xaric edildi. Ağırlaşma olmadı. Xəstə kafi vəziyyətdə xx.xx.2021-ci il tarixdə evə yazıldı. Son klinik diaqnoz: “Endometrial polip? Mioma?”. 16. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2 021-ci il tarixli mikroskopik rəyindən görünür ki, nəticə “orta differensiasiyalı (G2) endometrioid adenokarsinoma. Endometrial polip ilə uyğun fraqmanlar” kimi müəyyən edilmişdir. 17. “Zəfəran Hospital”da İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli çanaq MRT rəyindən görünür ki, endometrium qalınlığı 7,5 mm qədər olub. 18. “Milli Onkologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, uşaqlıq cismində malign xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasiyalı xəfif hipermetabolik limfa düyünü, yüksək hipermetabolik limfa düyünləri aşkar edilmişdir. 19. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, nəticə “uşaqlıq cismində: orta defferensiasiyalı (G2) endometrioid adenokarsinoma” kimi müəyyən edilmişdir. Qeyd: “materialda rezidual tümor (invaziya) izlənməmişdir (karsinoma kütləsi qaşıntı zamanı eksizyon olunmuşdur)”. 20. “X4”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə müraciət elmişdir. Daxil olarkən şikayəti biyopsiya nəticəsi endometrium karsinoma olmasındandır. A/T-l40/80 mm.cv.st. Nəbzi 70 vurğu, ritmikdir. Ürək tonları aydın eşidilir. Tromboza meyillik (müalicə almaqdadır). Güzgü-serviks normal, obezitə səbəbilə bimanuel müayinədə uterus hiss edilə bilmədi. Xəstəyə əməliyyat haqqında məlumat verildi, kilo və yanaşı xəstəliklər səbəbiylə sadəcə histereklomiya və overektomiya tövsiyə olundu, limfodisseksiya olunmayacağı bildirildi. 18.03.202l-ci il tarixdə “Total abd ominal histerektomiya, ikitərəfli overektomiya, omentum biyopsiya” əməliyyatı icra olundu. Ağırlaşma olmadı, 22.03.202l-ci il tarixdə xəstə evə yazıldı. Son klinik diaqnoz: “Endometrium karsinoması”.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsinin 149 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlər və iş materiallanna əsaslanaraq, qərarada qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə '‘X11 Mərkəzi” MMC-də müayinə edilərkən onun uşaqlığında (sağ və ya sol yumurtalıqlarında) polip, törəmə və ya hər hansı şiş ( xoşxassəli və ya bədxassəli) müəyyən edilməmişdir. Bu da onun adına tərtib edilmiş USM nəticədə və usm- fotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma) aşkar edilmiş, yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı folikulyar (kistalar) aşkar edilmişdir. (USM nəticə və foto-printlərində əksini tapmışdır).

2. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də müayinə edilərkən qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun gələn düzgün diaqnoz qoyulmuşdur.

3. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün ç atının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır.

4. Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır. Ümumiyyətlə endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri probləmlərindən biridir. Buna görə də polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kicik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olduqda polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir.

5. İddiaçı adına tərtib edilmiş tibbi sənəd və iş materilannda əks olunan həkim tərəfindən xx.xx.2019-cu tarixində 10 gün, xx.xx.2020-ci tarixində 14 günlük “dufaston” dərman pr eparatı təyin edilmişdir. Bu uzun müddətli qəbul deyildir. “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” qəbulu 2G bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə deyildir.

6. İddiaçı sağlamlığının hazırki vəziyyəti onun xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməsi ilə hər hansı əlaqəsi yoxdur.

7. Götürülmüş uşaqlığın (sağ və sol yumurtalığın) əməliyyatdan sonra histoloji müayinəyə göndərildiyi həkim Qəmbərov Məhəmməd tərəfindən xx.xx.2021-ci il tarixində xəstəlik tarixi vərəqəsinə qeyd edilsə də, xəstəlik tarixi vərəqəsində nəticə haqqında hər hansı qeyd və ya histoloji rəy cavabı yoxdur. Lakin iş materiallarında olan “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks arteriyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. 8. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsaydı, daha ağır nəticələrə gətirib çıxarıb, limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.

9. İddiaçı xx.xx.2021-ci il tarixdə “Oksigen Kli nikasında kliniki diaqnozda endometrial karsinoması və endometriyanın hiperplaziyası sual altında qoyulmuşdur. Afa Kərimova xx.xx.2018-ci il tarixdə Gülnarə İmranovaya endometriyanın polipi və endometriyanın hiperplaziya diaqnozunu sual altında qoymuşdur. Nərmin Xasayeva xx.xx.2018-ci il tarixdə İddiaçı çanaq nativ və intravenoz KT-nin nəticəsindən məlum olur ki, onda hər iki yumurtalıqların ölçüləri, forması və parenximasının strukturu norma daxilindədir, uşaqlığın ölçüləri norma daxilindədir, strukturu qeyri-həmcins, konturları nahamar olub parenximasının strukturası qeyri-həmcins və heterogendir. Endometrium qalınlaşmış olub daxilində hipodens strukturlu ocaqlar qeyd olunur. Həsən İsayevin xx.xx.2021-ci il tarixli çanaq MRT-də İddiaçı endometriyanın qalınlığının 7,5 mm olduğu və dib his sədə bir qədər hitrogen siqnalda olduğunu qeyd etmişdir. Elmar Axundovun xx.xx.2018-ci il tarixli USM-nin nəticəsində Gülnarə İmranovanın endometriumunun 16,6 mm, hetrogen, dib nahiyəsində hiperexogen əlavələr izlənildiyini qeyd etmişdir. Max3,2mm. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. Cavabdeh1 İddiaçı təyin etdiyi diaqnozlar düzgün olmuş və USM fotopritlərdə öz əksini tapmışdır.

10. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və oc aqlı. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır.

11. İddiaçı 2018-ci ilin dekabr ayından xx.xx.2021-ci ilədək Cavabdeh2ndə müayinədə olarkən ona endometriyanın hiperplaziya diaqnozu təyin edilmişdir və bu cavab USM fotoprinterlərdə öz təsdiqini tapmışdır. Cavabdeh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi”nə onkoginekoloqa yönləndirmişdir. “Vita Med” Hospitalın xx.xx.2021-ci il tarixli USM-dən bəlli olur ki, İddiaçı endometrial polip, sol tərəfli folikulyar kista aşkar olunmuşdur. İş m terialında olan 18.02.202İ-ci il tarixinə aid olan “Oksigen” Tibb mərkəzinin USM nəticəsində uşaqlıq boşluğunda 2-2,5sm olan polip? Mioma? izlənilmiş və histereskopiya tövsiyə olunmuşdur.

12. Menstruasiyanın 5-7-ci günləri arasında endometriyanın 21,5- 26 mm olması ilə bağlı şübhənin aradan qaldırılması məqsədilə Cavabdeh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olr ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi”nə onko-ginekoloqa yönləndirmişdir. Lakin iş materialında xəstənin “Milli Onkologiya Mərkəzi”nə müraciət edib-etməməsi barədə, əgər etmişsə aparılmış müayinə və müalicə barəsində heç bir material əlavə olunmamışdır. Eyni zamanda “Oksigen” Tibb Mərkəzinin xx.xx.2021-cİ il tarixli epikrizindən məlum olur ki, İddiaçı sual altında endo metrial polip və ya mioma diaqnozu qoyulduğundan ona operativ histeroskopiya əməliyyatı icra olunmuşdur. Bədxassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır. Bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsada tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyil. 13. xx.xx.2021-ci ildə Cavabdeh2ndə aparılmış müayinənin nəticəsində xəstəyə endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistası dianozu qoyulmuş, USM printlərlə diaqnoz öz əksini tapmışdır. “X11 Mərkəzi’'nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə Milli Onkologiya Mərkəzinə onko-ginekoloqa yönləndirmişdir.

14. Polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kiçik öl çülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilməlidir. Əgər müşahidə və müalicə efektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat üçün göstəriş verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

22. Nəsimi Rayon Məhkəməsinin 2(027)-192/2021 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

23. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan sübutlarla iddiaçının sağlaml ığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqənin mövcud olması müəyyən edilməmişdir. Belə olan halda isə, onların üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, iş materiallarından göründüyü kimi o, həmin cavabdehə qarşı iddia qaldırmaqda həm də Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə haqlı olmamışdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh1 iddiaçını müalicə edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. O, cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin tə hlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmişdir. Bu faktlar məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən də öz təsdiqini tapmışdır. İrəli sürülmüş iddia tələbləri həm də Cavabdeh1 iddiaya cavab verməli olan subyekt olmadığından təmin edilə bilməz. Cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.

24. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki, iddiaçı tərəfindən şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması istinad edilən instagram hesablarının İddiaçı məxsus olması, bunun la da, baş verməsi ehtimal edilən zərərin məhz qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqazidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5122/2022 nömrəli, 02 sen tyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, təkrar ekspertizanın rəyi kifayət qədər əsaslandırılıb, bir daha təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Cavabdeh2 MMC-də ginekoloq Cavabdeh1 tərəfindən aparılan müalicə zamanı İddiaçı sağlamlığına zərər vurulması müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş in yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul еdilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı Cavabdeh1 (vəkil X3) etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

35. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəx si qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şə xsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçi rməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatə ti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

45. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

47. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını ba şqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

55. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

60. Məhkəmə kollegiyası ilk növbədə ekspert rəyinə münasibət bildirilməsini zəruri hesab edərək qeyd edir ki, hazırkı iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibblə bağlı xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Çünki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər.

61. Məlum olduğu kimi, mülki prosessual qanunvericiliyə görə, ekspertlərin rəyləri ilə müəyyən edilən məlumatlar sübut hesab olunur (maddə 76). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin edə bilər (maddə 97.1).

62. Baxılan iş üzrə alınmış təkrar məhkəmə-tibbi ekspert rəyinin araşdırılması zamanı ekspertlər tərəfindən ziddiyyətli, bir-birinə uyğun olmayan, ehtimal xarakterli və məhkəmə tərəfindən qoyulmuş suallara konkret olmayan cavablar verilməsi müəyyən olunur ki, belə olan halda, həmin ekspert rəyinə əsaslanaraq qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab oluna bilməz.

63. Belə ki, ekspert rəyində birinci suala cavabdan görünür ki, Cavabdeh2 MMC-də müayinə edilərkən iddiaçının uşaqlığında polip, törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən edilməmiş, uşaqlığın daxilində endometri qatında hiperplaziya aşkar edilmişdir. Qoyulmuş üçüncü suala cavabdan isə görünür ki, polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır.

64. Yəni, ekspert rəyində Cavabdeh2 MMC-də müayinə edilərkən iddiaçıda polip aşkar olunmadığı bildirilsə də, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də iddiaçıya q oyulmuş diaqnoz əslində polipin aşkar olunması ilə bağlı olmuşdur.

65. Ekspertlər qoyulmuş birinci suala tam cavab verməmiş, məhkəmənin “polip olmasının aşkar edilməməsi nəticəsində iddiaçının vaxtında müalicə olunmaması bu xəstəliyin inkişafına və kəskinləşməsinə necə təsir göstərə bilər?” sualı cavabsız qalmışdır.

66. Digər tərəfdən, ekspert rəyində 4-cü suala cavabda qeyd edilənlərdən (endometrial polip bədxassəli proses deyildir, polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır) görünür ki, polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı mövcuddur və iddiaçıda aşkarlanmış polipdən bədxassəli törəmənin əmələ gəlmiş olması ehtimalı da istisna oluna bilməz. Çünki, ehtimalın az olması, ehtimalın ümumiyyətlə mövcud olmamasını ehtiva etmir.

67. Həmçinin, ekspert rəyində 6-cı suala cavabda qeyd edilənlər (iddiaçının hazırkı vəziyyəti ilə aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməməsi ilə hər hansı əlaqə yoxdur) həqiqət kimi qəbul oluna bilməz. Şübhəsizdir ki, hər hansı müayinənin düzgün həyata keçirilməməsi, xəstənin səhhətində yaranmış problemin səbəbinin müayinə ilə düzgün müəyyən olunmaması, nəticədə düzgün diaqnoz qoyulmaması və düzgün müalicənin təyin olunmaması xəstənin vəziyyətini yalnız ağırlaşdıra və onun sağlığında daha böyük problemlərin yaranmasına səbəb ola bilər. Əks yanaşma məntiqi olmamaqla, absurd sayılmalıdır ki, bu da ekspert rəyinin düzgün tərtib olunmamasının digər göstəricisidir.

68. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 iddiaçıya hər hansı müalicə dərman preparatları yazılmadığını bildirsə də, iş materiallarında olan dərma n reseptləri ilə müəyyən olunmuşdur ki, iddiaçıya “Dufaston” adlı dərman preparatı yazılmışdır. Lakin, məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulmamışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də iddiaçıya qoyulmuş “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu zamanı müalicə məqsədilə sözügedən dərman preparatı qəbul olunmalıdırmı?

69. Bunlarla yanaşı, ekspert rəyində 8-ci suala cavabda qeyd edilənlərlə (xx.xx.2018-ci il tarixdən polip, törəmə və ya şiş inkişafa başlamış olsaydı, daha ağır nəticələrə çıxarıb, limfodisseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı) həmin rəydə 15-ci suala cavabda qeyd edilənlər (PEK/KT-i nəticələrinə əsasan xəstəyə limfodisseksiya əməliyyatı icra olunmalı idi) ziddiyyət təşkil edir.

70. Göründüyü kimi, ekspert rəyində əvvəlcə iddiaçı üzər ində limfodisseksiya əməliyyatının icra olunmasına səbəb olmadığı üçün aşkar olunmuş polipin xx.xx.2018-ci il tarixdən inkişafa başlamadığı qeyd olunsa da, sonuncu suala cavabda iddiaçı üzərində limfodisseksiya əməliyyatının icra olunmalı olması bildirilmişdir.

71. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda aşkarlanmış polipin yaranma vaxtının müəyyən olunması barədə də ekspert qarşısında sual qoyulmalıdır.

72. Digər tərəfdən, ekspert rəyində 15-ci suala cavabda qeyd edilmişdir ki, xəstə limfodisseksiyadan imtina etmişdir. Halbuki, iddiaçı üzərində əməliyyatların icra olunduğu “X4” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş epikrizdən və xəstənin əməliyyat öncəsi yazdığı izahatından aydın görünür ki, müalicə həkimi tərəfindən iddiaçıya kilo və yandaş xəstəlikl ər səbəbiylə sadəcə histerektomiya və overektomiya tövsiyə olunmuş, onun limfodisseksiya olunmayacağı bildirilmişdir.

73. Ekspert rəyində 8-ci suala cavabda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsaydı, daha ağır nəticələrə gətirib çıxarıb, limfodisseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.

74. Qeyd olunmalıdır ki, iddiaçının limfodisseksiya yox, histerektomiya və overektomiya əməliyyatları keçirməsi, həmin əməliyyatların ağır əməliyyatlar olmaması anlamına gəlmir. Ekspert rəyinin ehtimala əsaslanan həmin mövqeyi Cavabdeh1 həyata keçirdiyi müayinələrin düzgünlüyü kimi də şərh edilə bilməz. Belə ki, id diaçı üzərində aparılmış əməliyyatlarla onun uşaqlığı və yumurtalıqları götürülmüşdür. O da vurğulanmalıdır ki, iddiaçının sağlamlığına bundan daha ağır zərər vurulmamasının səbəbi Cavabdeh1 əmək fəaliyyətinin nəticəsi deyil, iddiaçının müayinə üçün başqa klinikalara müraciət etməsidir.

75. Belə ki, xx.xx.2021-ci il tarixdə “X4” MMC-də həyata keçirilmiş USM nəticəsində iddiaçının uşaqlıq boşluğunda endometrial polip? mioma? izlənilmiş, histereskopiya əməliyyatı tövsiyə olunmuşdur. Lakin, həmin tarixdən 1 ay əvvəl - xx.xx.2021-ci il tarixdə müayinə aparmış Cavabdeh1 iddiaçıya əməliyyat tövsiyə etməmiş, sadəcə Milli Onkologiya Mərkəzinə yönləndirmişdir (bu barədə həkim tərəfindən tibbi göndəriş vərəqəsi verilməsi də iş materialları ilə təsdiqini tapmır).

76. Halbuki, cavabdeh xx.xx.2018-ci i l tarixdən xx.xx.2021-ci il tarixə qədər eyni şikayətlərlə müraciət edən xəstəyə daha diqqətlə yanaşaraq, şikayətlərinin səbəbini öyrənmək üçün ilk növbədə kompleks müayinə aparmaq olmalı idi.

77. Ümumiyyətlə, iddiaçı üzərində aparılmış müayinə cavablarının xronoloji ardıcıllığından işin mübahisəsiz halı olaraq müəyyən olunur ki, iddiaçı mütəmadi olaraq yoxlanışdan keçmişdir. Buna görə də, iddiaçının səhhətində müsbət istiqamətdə dəyişiklik olmadığı və eyni şikayətlərlə cavabdehə müraciət etməyə davam etdiyi halda, Cavabdeh1 tərəfindən nəyə görə daha dəqiq diaqnozun qoyulması və iddiaçının sağlamlığının qorunması üçün kompleks müayinələrin keçirilməməsi, iddiaçının əlavə yoxlanış üçün digər klinikalara yönləndirilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır.

78. Həmçinin, ekspert rəyində tədqiqatların hansı metodla və hansı formada aparılması da təsvir olunmamışdır. Halbuki, MPM-in 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

79. Göründüyü kimi, məhkəmələr ekspert rəyini ətraflı tədqiq etməmiş, həmin rəyə MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.

80. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yenidən araşdırma zamanı təkrar ekspertiza təyin etməli, ekspert qarşısında hazırkı qərarda şərh edilən nöqsanlara uyğun suallar qoymalıdır.

81. MPM-in 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıq da, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

82. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, diaqnozun vaxtında dəqiq qoyulmaması nəticəsində iddiaçının konstitusion hüququ pozulmuş, nəticədə o ana olmaq imkanından məhrum olmuşdur.

83. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 84. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığını n qorunmasının əsas prinsiplərindəndir.

85. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi təkrar araşdırma zamanı hazırkı qərarda şərh edilən göstərişlərə uyğun araşdırma aparmalı, iddiaçının səhhətinə vurulmuş zərərdə Cavabdeh1 təqsirini müəyyən etdikdə, xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məsələsini müzakirə etməlidir.

86. Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyətinə səbəb olur.

87. Mülk i Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

88. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 89. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prose ssual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

90. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiy a məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

91. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

92. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5122/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar