Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3265/2023 01.08.2023 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(103)-86/2023 nömrəli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı 30.500 manat pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı avtomobil və 5300 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, ilkin iddia tələbi üzrə məhkəmə xərclərinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5300 manat pul və 101 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(107)-86/2023 nömrəli qətnaməsi ilə (hakimlər- E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbi maddi ziyana görə 5300 manat pul və 1 manat dövlət rüsmunun alınması na dair hissələrdə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iddianın qiyməti 30.500 manat olduğundan “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia üzrə ödənilməli dövlət rüsumunun məbləğim 181,5 manatdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinə baxılması üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında, yəni 90,75 manat dövlət rüsumu ödənilməlidir. Lakin kassasiya şikayətinə əlavə edilmiş 14 iyun 2023-cü il tarixli (qəbz nömrəsi: ********** və **********) qəbzlərdən görünür ki, kassasiya şikayət inə görə cəmi 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Bu səbəbdən məhkəmə kollegi yası hesab edir ki İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla, yəni müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməsi barədə sənəd əlavə edilməməklə verildiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 404-1.2, 408.1.3-c2 maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (vəkil Nümayəndə ) Şəki Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3265/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3265/2023
01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver