Məhkəmə qərarları › İş №2(102)-3267/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3267/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3267/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-224/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinin mümkünlüyünə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı q əbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, ümumilikdə 80150 manatın, bank uçot dərəcəsinə görə 9618 manatın, həmçinin dövlət rüsumuna görə ödədiyi 395 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-166/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavbadeh Cavabdeh 30400 manatı pulun və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatlarına görə cavabadeh Cavabdeh 125 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət e dilmişdir. (hakim Nüsrət Mirzəyev)

3. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-224/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(022)-166/2023 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh 19000 (on doqquz min) manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan 94.8 (doxsan dörd manat səksən qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilmiş, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Samir Həsənov, Tofiq Heydərov)

5. Apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi 13 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elekton kabinetinə yerləşdirilmişdir.

6. Həmin qətnamədən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən elektron kabinet vasitəsilə 22 iyul 2024-cü il tarixdə kassasiya şikayəti təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylar la və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət k eçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Bur aya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilə r. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərl ə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 13 may 2024-cü il tarixdə yerləşdirilmişdir.

8. İddiaçının eyni nümayəndə və vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 27 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bununla da qətnaməd ən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət 14 gün ötürülmüşdür.

9. Göründüyü kimi, cavabdeh kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötübötməməsinə qiymət verməmişdir. Nəticədə kassasiya şikayəti prosessual müddətlə bağlı məsələyə aydınlıq gətirilmədən kassasiya instansiyasına göndərilmişdir.

10. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən so nra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

11. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

12. Şikayət verən şəxs Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

13. Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-224/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətna məsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar