Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3271/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayıllı r ayon Basqal bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi) qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setkanın onun öz hesabına sökülərək götürülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-102/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli şəhadətnaməyə əsasən, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X7, X5 və X2 birgə mülkiyyətinə verilmişdir.
2. X7 ilə İddiaçı arasında bağlanmış 8 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7 mülkiyyətində İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini (27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 30000000 manata İddiaçı satmışdır.Torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnaməyə əsasən, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 8 avqust 2005-ci il tarixli 4Ə-2-382 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
3. AR ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli **********23 nömrəli bildirişinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparması üçün əraziyə getmiş və məlum olmuşdur ki, torpaq sahəsinə yol yeri olmamış və başqa vətəndaş tərəfindən istifadə olunmuşdur. Torpaq sahəsi üzərində mübahisə olduğundan torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. AR ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 iyul 2021-ci il tari xli **********28 nömrəli və 31 avqust 2021-ci il tarixli **********99 nömrəli məktublarına əsasən, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən İddiaçı tərəfindən alqı-satqı qaydasında əldə olunan, 27 dekabr 2004-cü il tarixli JN647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol yeri nəzərdə tutulmamış, torpaq sahəsi bir tərəfdən bələdiyyə mülkiyyətində olan 876 BB nömrəli torpaq sahəsi ilə, bir tərəfdən bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli torpaq sahəsi ilə, digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəd olmuşdur. Bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsi hal-hazırda başqa bir vətəndaşın istifadəsində olmuşdur. 5. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli Qeydiyyat vəsiqəsi və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu ilə İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.m olan 6 otaqlı fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38-10301), qeydiyyat tarixi 30 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi və üzərində 113,3 kv.m fərdi yaşayış evi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-in 9 saylı Ərazi İ darəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsindən istifadə etmək üçün torpağın yerləşdiyi əraziyə gəldikdən sonra mülkiyyətində olan torpaq sahəsi ik i tərəfdən 876 BB və 877 BB torpaq sahələri ilə həmsərhəd olmaqla digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəd olduğu ona məlum olmuşdur. Onun mülkiyyətində olan torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq 2 metr uzunluğunda olan dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir setka quraşdırılmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə yeganə giriş-çıxışı bağlamaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir. O və ailə üzvləri bu barədə cavabdehlə dəfələrlə görüşmüş və sonuncuya qarşılıqlı razılığa gəlmək istədiklərini bildirmişlər. Həmçinin o, cavabdehə həmin torpaq sahəsini ona sata biləcəyi barədə v ə ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirmiş, cavabdeh isə bu barədə fikirləşmək üçün uzun müddətli vaxt almışdır. Lakin cavabdeh onunla heç bir razılığa gəlməmiş və qeyd olunan ərazidə darvaza və hasarın quraşdırılması ilə onun mülkiyyətində olan həmin torpaq sahəsinin istifadə olunmasında açıq-aşkar maneçilik etməklə, qanunsuz olaraq həmin torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerini hazırda da bağlı vəziyyətdə saxlamışdır. O, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması ilə bağlı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 24 iyun 2021-ci il tarixdə Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri onunla birlikdə qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə gəlmiş və həmin ərazidə inventarlaşdırma işlə rini aparmaq istəmişlər. Lakin cavabdeh 876 BB və 877 BB torpaq sahələrinin qanuni istifadəsində olduğunu və özünə məxsus torpaq sahəsi üzərindən ona məxsus torpaq sahəsinə heç kimi buraxmayacağını bildirmişdir. Mütəxəssislər cavabdehdən müvafiq torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməsini xahiş etsələr də o heç bir rəsmi sənəd təqdim etməmiş və mütəxəssislərin müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətdiyi üçün həmin torpaq sahəsi üzərində qanunvericilikdə nəzərdə tutulan qaydada sahiblik hüququnu həyata keçirə bilməmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli bildirişinə əsasən Qəbələ Ərazi İdarəsi nin mütəxəssisləri tərəfindən həmin ərazidə inventarlaşdırma işləri aparılması mümkün olmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinin hazırda kimə məxsus olması ilə bağlı Basqal bələdiyyəsinə müraciət edilsə də hazıra qədər Basqal bələdiyyəsi tərəfindən bununla bağlı heç bir cavab verilməmişdir.
12. Məhkəmə tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə 16 noyabr 2021-ci il tarixdə yerində müayinə keçirilmişdir. Müayinənin nəticəsi olaraq verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 noyabr 2021-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Basqal qəsəbəsində yerləş ən, iddiaçı tərəfindən alqı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçmiş və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır.
13. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-942/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, i ddiaçı tərəfindən alqı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gedişgəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçmiş və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157, 239.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmışdır.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-442/2022 nömrəli mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ələddin Məcidov-sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində cavabdehin məhkəməyə təqdim etdiyi 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsinin və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texnki pasportunun kserosurətləri və 4 oktyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və ******* n ömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışların kserosurətlərini cavabdeh tərəfindən notariat qaydasında təsdiqlənmədiyi üçün həmin sənədlərin həqiqiliyini müəyyən etməyin mümkün olmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin sənədlərin notariat qaydada təsdiq olunmuş surətləri rəsmi apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş və məhkəmə kollegiyasının iclasında öyrənilmişdir.
22. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 239.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.
25. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3962/2022 nömrəli mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə iddiaçı tərəf mə hkəməyə yazılı vəsatət verərək, İsmayıllı rayon Basqal Bələdiyyəsində və cavabdehdə saxlanılan Basqal Bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahələrinə dair bütün hüquq müəyyənedici sənədlərin (şəhadətnamə, torpaq sahələrinin planı və sərhədlərin ölçüsü, icarə müqaviləsi və sair) mülki işə əlavə olunması üçün bələdiyyədən və cavabdehdən tələb olunmasını xahiş etmişdir. 16 noyabr 2021-ci il tarixli mübahisəli torpaq sahələrinin yerində müayinəsi ilə bağlı məhkəmə iclasında məhkəmə iş üçün əhəmiyyət kəsb etmədiyindən vəsatəti təmin etməmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinə gediş-gəliş üçün istifadə olunmuş bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsi cavabdehin faktiki istifadəsində olmuşdur. Qeyd olunan torpaq sahəsinin təyinatı, digər şəxslərin qanuni istifadədə olub-olmaması işin mahiyyəti üzrə həlli baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Bu baxımdan həmin torpaq sahələrinə dair bütün hüquqmüəyyənedici sənədlərin işə əlavə edilməsi üçün tələb olunması barədə vəsatətin işə aid olmaması əsası ilə rədd edilməsi məntiqli görünməmiş və məhkəmənin vəsatətlə bağlı mövqeyi açıq-aşkar əsaslandırılmamışdır. Halbuki vəsatətin təmin olunması MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə uyğun olmaqla mübahisənin düzgün və qanuni həlli baxımından əhəmiyyətli ola bilərdi.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir inci instansiya məhkəməsi mübahisəli ərazini yerində müayinə etmiş və həmin müayinədə iştirak etmiş mütəxəssisin yazılı rəyini alaraq iş materiallarına əlavə etmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, iddiaçıya məxsus 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçmiş və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır.
29. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünmüşdür ki, məhkəmə yerində müayinədə iştirak etmiş mütəxəssisin tərtib etdiyi yazılı rəylə razılaşmış və rəydə ifadə edilmiş faktları eynilə işin müəyyən edilmiş halları kimi q əbul etmişdir. Lakin rəylə razılaşan və işin hallarını həmin rəyə uyğun müəyyən edən birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə anlaşılan olmamışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, istinad olunan prosessual hüquq normalarının pozulması və anlaşılmazlıqların aradan qaldırılması zərurəti iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin əsas dəlillərini təşkil etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə həmin dəlillərə qiymət verməmiş, yalnız birinci instansiya məhkəməsinə kserosurətləri təqdim edilmiş sənədlərə baxış keçirildiyini qeyd etməklə kifayətlənmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qeyd olunan hala aydınlıq gətirmək üçün mübahisəli torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi zamanı onun ayırmasına, qeydə alınmasına və sənədləşdirilməsinə məsul olan dövlət orqanları və yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini müəyyən etmək üçün həmin orqanları işə cəlb etməmiş, yaxud fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə işdə olan mübahisəli hallarla bağlı həmin orqanların rəy vermələri üçün yol verilən və zəruri prosessual hərəkətləri etməmişdir.
32. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157, 238, 239-cu, Torpaq Məcəlləs inin 84.1, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İşə yenidən apellyasiya baxışı zamanı İsmayıllı rayon Zeyvə bələdiyyəsinin 11 may 2022-ci il tarixli 5 saylı iclas protokolu ilə Zeyvə kəndi ərazisində yerləşən Zeyvə bələdiyyəsinin 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün müvafiq rəylərin verilməsindən ötrü DƏDK və RPHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsinə müraciət edilməsi qərara alınmışdır.
34. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu Zeyvə kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,12 hektar torpaq sahəsi 17 noyabr 2022-ci il tarixdən İsmayıllı rayon Zeyvə bələdiyyəsinin mü lkiyyətindədir.
35. İsmayıllı rayon Zeyvə Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli reyestrdə 4Ə-37 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən tam mülkiyyət hüquq üzrə İsmayıllı rayon Zeyvə bələdiyyəsinə verilmiş İsmayıllı rayon Zeyvə kəndində yerləşən ümumi sahəsi 0,12 hektar torpaq sahəsini alıcı cavabdehin mülkiyyətinə vermişdir.
36. İsmayıllı RİHB Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin və İsmayıllı Rayonu Basqal bələdiyyəsinin arayışlarına əsasən İsmayıllı rayonunda torpaq islahatı aparılarkən Basqal qəsəbə sakinlərindən heç kimə, o cümlədən X7 və ailə üzvlərinə torpaq payı ayrılmamışdır. Basqal qəsəbə sakini X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
37. ƏMDX DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli məktubuna əsasən cavabdehə məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən ümumi sahəsi 113.3 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi DVG məlumatlarına əsasən yaşayış məntəqələri torpaqlarına aid 877 BB nömrəsi ilə İsmayıllı rayonu Zeyvə bələdiyyəsi mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixli 4Ə-37 saylı alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və xx.xx.2023-cü il tarixdə hüquqları qeydiyyata alınmışdır (**********, xx.xx.2023). Qeyd olunan əmlak reyestr nömrəsi **********38-10301 olan çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
38. Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin 31 yanvar 2023-cü il tarixli, 348-23RA/2-1/2023 saylı məktubuna əsa sən İsmayıllı rayon Aqrar İslahat Komissiyası fəaliyyətə başladığı dövrdən fəaliyyətinə xitam verilənədək (fəaliyyət dövrünün) sənədləri işlənib Arxiv fonduna təhvil verilməmişdir. Ona görə də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 63 saylı qərarından çıxarışı verə bilməmişlər. Qeyd: Arxiv fonduna təhvil verilməyən sənədlərin harada olması barədə məlumatları olmamışdır.
39. Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin 15 fevral 2023-cü il tarixli 34823RA/2-1/2023 məktubuna əsasən İsmayıllı rayon Basqal qəsəbə “Kommunizim yolu” sovxozunun 135 №-li Arxiv fondunda saxlanılan 1985-1996-cı illəri əhatə edən əmr və əmək haqqı ödənişi üzrə hesablaşma kitab və cədvəllərində X3 və X1 adı aşkar edilməmişdir. Ona görə də yuxarıda adları qeyd olunan Basqal qəsə bə (kənd) sakinlərinin işə qəbul, işdən azad olma əmrləri və qazandıqları əmək haqqı barədə müsbət cavab verilə bilməmişdir.
40. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı məktuba əsasən Basqal qəsəbə sakini X4 Zeyvə bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsi satılmamışdır. Ümumiyyətlə, xx.xx.1991-ci il tarixdən Basqal qəsəbə statusu aldığına görə torpaq islahatı vaxtı qəsəbə sakinlərinin heç birinə pay torpaqları verilməmişdir. Bu imtiyazdan ancaq kənd sakinləri istifadə edə bilmişdir. İddiaçını Zeyvə bələdiyyəsi tanımamış və onlara bələdiyyə ərazisindən 2005-ci ildə torpaq sahəsinin satılması haqqında məlumatları olmamışdır. Bələdiyyəyə heç bir torpaq vergisi də ödənilməmişdir. İddiaçının məhkəmə iddiasından sonra Zeyvə bələdiyyəsinə onun ər azisindən xəbər verilmədən qanunsuz torpaq sahəsinin satılması bəlli olmuşdur. Həmin sözügedən torpaq sahəsi cavabdehə məxsus yaşayış evinin arxa hissəsində meşəlik ərazidə yerləşmiş və həmin sahəyə yol olmamışdır. Hər iki həyətyanı sahə bir-biri ilə kəsişməmiş, sərhəd olmamış və aralarında heç bir çəpər, hasar olmamış, iddiaçının adına rəsmişləşdirilmiş torpaq sahəsində də heç bir tikintiinşa işləri aparılmamış, ərazi ətrafında heç bir metal tor setka olmamışdır.
41. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-203/2023 nömrəli mülki iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Günay Cavadova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 877BB nömrəli konturda göstərilən torpaq sahəsi 1999-cu ildən cavabdehin istifadəsində (hal-hazırda mülkiyyətində) olduğu halda iddiaçı özünə məxsus torpaq sahəsini 2005-ci ildə əldə etmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsi bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsinin hal-hazırda başqa bir vətəndaşın istifadəsində olduğunu bildirdiyi şəxs cavabdehdir. Başqa sözlə, 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən cavabdehin adına qeydə alınmış fərdi yaşayış evi 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində yerləşmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişd ir ki, cavabdeh sözügedən yaşayış evinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, həmin yaşayış evinin yerləşdiyi özünün istifadəsində olan bələdiyyə mülkiyyəti olmaqla 877 BB nömrəli konturda göstərilən 0,12 torpaq sahəsini alqı-satqı yolu ilə Zeyvə bələdiyyəsindən almış, sonradan yaşayış evinə və evin yerləşdiyi alqı-satqı yolu ilə əldə etdiyi 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində vahid tam kimi qeydiyyata aldırmışdır. Belə olan halda, iddiaçının cavabdeh tərəfindən 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində qanunsuz olaraq dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir tor quraşdırması barədə bəyanı əsassız olmuşdur. Alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə elektron ba za məlumatlarında yol yeri nəzərdə tutulmadığından, həmin yolun başqa şəxsin mülkiyyətində olan torpaq sahəsindən açılmasının tələb edilməsi yolverilməzdir.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmadan əvvəl JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə mülkiyyət hüquqularının qeydiyyata alınması üçün keçmiş DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, həmin inzibati orqan qeyd olunan torpaq sahəsinə yolun nəzərdə tutulmaması səbəbi ilə qeydiyyatdan imtina etmişdir. İddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinə yol nəzərdə tutulmadığından və onun sökülməsini iddia etdiyi dəmir dirəklər üzərində darvaza və dəmir tor cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsin də yerləşdiyindən iddia tələbi əsassızdır.
45. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.4, 175.1, 238.1, 239-cu, Torpaq Məcəlləsinin 84.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2684/2023 nömrəli mülki iş üzrə 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər Sənan Hacıyev (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmas ı üçün həmin məhkəməyə göndərilmişdir.
48. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi ikinci apellyasiya icraatı zamanı iddianı iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün istifadə olunduğu iddia edilən torpaq sahəsinin cavabdehin mülkiyyətində olması əsası ilə rədd edilməsi qənaətinə gələrkən bunu sadəcə cavabdeh tərəfin təqdim etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın mövcudluğu ilə əsaslandırmışdır. Halbuki, iddiaçı tərəfin qiymət verilməsi xüsusi bilik tələb edən dəlilləri baxımından bu nəticəyə sadəcə çıxarışın mövcudluğu ilə deyil, həmin çıxarışın məhz mübahisəli əraziyə aid olub-olmamasının müəyyənləşdirilməsindən sonra gəlinə bilərdi.
49. Məhkəmə kollegiyası qeyd etmişdi r ki, kassasiya instansiya məhkəməsində əvvəlkli baxış zamanı da bu istiqamətdə göstərişlər verilsə də, apellyasiya baxışı zamanı nəzərə alınmamışdır.
50. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 175.1, 238.1, 239.1, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
51. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(107)-1218/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 9 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9473 nömrəli rəydə göstərilmişdir:
52. Məhkəmə Eks pertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə və xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38-10301) qeydiyyat tarixi 30 yanvar 2023-cü il olan çıxarışa əsasən X6 mülkiyyətində olan ismayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı üzrə göstərilmiş, torpaq sahəsinin sənəddə göstərilm iş koordinatları müəyyən edildikdən sonra naturada ölçüləri tərəflərin iştirakı ilə müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38), qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı üzrə göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38), qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra naturada ölçüləri tərəflərin iştirakı ilə müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi sonradan yəni 30 yanvar 2023-cü il tarixdə ********** qeydiyyat nöməsi ilə qeydiyyata alınaraq vahid daşınmaz əmlak kimi torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə birgə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-851F kod 40700016 nömrəli şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İsm ayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-851F kod 40700016 nömrəli şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 876 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış m əntəqələrinin torpaqlarına aid 876 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən ismayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiy yat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il olan Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin DVG məlumatlarına əsasən ismayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli torpaq sahəsinin sərhədləri daxilində, şimal-şərq hissəsində yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışlar mübahisəli əraziyə aiddir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN- 647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə ayrıca yol sahəsi nəzərdə tutulmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qeydiyya t nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışlar üzrə torpaq sahələri ilə həmsərhəddir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmadığından üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsin dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN- 647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətin də olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmadığından Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən torpaq sahələrinin kənarlarını hasarlaması (metal tor setkanın, dəmir darvazanın quraşdırılması) həmin yolun, yaxud onun hər hansı bir hissəsinin zəbti ilə nəticələnməsini müəyyənləşdirmək mümkün deyildir. Mübahisələndirilən dəmir darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü İl olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsindən kənarda, Bas qal bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin metal torla əhatələnmiş hissəsi yerquruluşu planı üzrə göstərilmişdir. İsmayıllı rayonu Basqal qəsəbəsi və Zeyvə kəndi islahatdan əvvəl eyni təsərrüfatın ərazisində yerləşdiyinə görə bəzi məlumatlarda torpaq sahələri həm Basqal qəsəbəsi həm də Zeyvə kəndi ərazisində göstərmişdir.
53. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Elçin Me hdiyev -sədrlik edən və məruzəçi, Şükürov İmamverdi və Xəqani Səmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) Cavabdeh1 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsinin Cavabdeh1 öz hesabına sökülərək götürülməsi qət edilmiş, iddia tələbi qalan hissəsi təmin edilməmişdir.
54. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
55. Həmçinin məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
56. Həmin rəyin verilməsində istinad edilmiş və iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli müşaiyət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş mütəxəssis rəyinə əlavə edilmiş ərazinin yerquruluşu pla nlarından görünür ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin ölçüsü 0,52 ha təşkil edir.
57. Ekspert rəyindən və ekspertiza tədqiqatı zamanı istinad edilmiş mütəxəssis rəyindən göründüyü kimi, İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmasa da iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə bitişik İsmayıllı rayonu Basqal Bələdiyyəsinə aid 877 BB nömrəli torpaq sahəsi yerləşir ki, Basqal Bələdiyyəsinə aid 877 BB nömrəli torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmuşdur. Cavabdeh1 tərəfindən isə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin hüdudları xaricində, yəni bələdiyyəyə aid ərazidə dəmir darvaza quraşdırılmış, həmçinin bələdiyyəyə aid olan torpaq sahəsinin bir hissəsində dəmir tor hasar quraşdırılmaqla iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə daxil olmaq imkanları məhdudlaşdırılmışdır.
58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarındakı göstərişlərə uyğun ekspert qarşısında qoyulmuş suala verilmiş cavabdan da aydın olmuşdur ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə verilmiş 26 yanvar 2023-cü il və 30 yanvar 2023-cü il tarixli çıxarışlar məhz mübahisəli əraziyə aiddir.
59. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə münasibətdə verilmiş çıxarış mübahisəli əraziyə aid olsa da həmin çıxarış üzrə torpaq sahəsi bütünlük də mübahisəli ərazini əhatə etməməklə, 877 BB nömrəli 0,52 hektar torpaq sahəsinin cəmi 0,12 hektar hissəsini cavabdehin mülkiyyətini təşkil edir ki, dəmir darvazanın, dəmir tor hasarın bir hissəsinin götürüləcəyi təqdirdə cavabdehin mülkiyyətinə müdaxilə ümumiyyətlə istisna edilir.
60. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsindən həmin torpaq sahəsinə doğru istiqamətlənmiş yoladək olan məsafədə, İsmayıllı rayonu Basqal Bələdiyyəsinə aid torpaq sahəsində Cavabdeh1 tərəfindən dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir tor hasar (dəmir setka) quraşdırılmış, bununla da iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yola çıxış imkanları məhdudlaşdırılmışdır.
61. Mülki iş materiallarına əlavə edilən İsmayıllı rayonu Basqal Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 9 saylı arayışından görünür ki, İsmayıllı rayonu Basqal Bələdiyyəsinin ərazisində həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan yolun orta enliyi 5 metr təşkil edir.
62. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli hasarın bir hissəsinin cavabdehə aid olmayan, yəni bələdiyyəyə aid torpaq sahəsində çəkilməsi, həmin hasarın mövcudluğunun iddiaçının yolunu bağlaması müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası hesab etmişdir ki, hasarın mövcudluğunun iddiaçının yolunu bağlamasını müəyyən edilməsinə baxmayaraq, iddiaçının hasarın sökülməsini məhz mülkiyyətində olan torpaq sahəsinə giriş hüququna, zəruri yol sahəsinə məhdudiyyətin aradan qaldırılması məqsədi ilə tələb etməsi işin mübahisəsiz halıdır. Bu b axımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən inşa edilmiş hasarın bütünlükdə deyil, İsmayıllı rayonu Basqal Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 9 saylı arayışı da diqqətə alınmaqla cavabdehin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr məsafədə sökülməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.
64. Məhkəmə kollegiyası həmçinin bu qənaətə gəlmişdir ki, mübahisəli dəmir darvaza və dəmir tor hasar cavabdeh tərəfindən quraşdırıldığından dəmir darvazanın və 5 metr məsafədə dəmir tor hasarın sökülməsi də cavabdehin vəsaiti hesabına həyata keçirilməlidir.
65. Məhkəmə kollegiyası iddia tələbinin 876 BB konturdakı torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın və dəmir tor hasarın sökülməsi, həmçinin 5 metr istisna olmaqla qalan hissədə də dəmir tor hasarın sökülməsi ilə bağlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, dəmir darvazanın və dəmir tor hasarın 877 BB nömrəli torpaq sahəsində quraşdırılması, ekspertiza rəyi və həmin rəyin verilməsi üçün əsas olmuş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında əksini tapmış ölçü işləri ilə 876 BB konturdakı dəmir tor hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmasına maneçilik təşkil etməməsi, bələdiyyə tərəfindən verilmiş arayışda nəzərdə tutulmuş 5 metr enindəki yol sahəsinin mülkiyyətdən istifadəyə yaranan maneəni aradan qaldırması nəzərə alınaraq, iddia tələbinin qalan hissələrdə təmin edilməsi üçün əsaslar mövcud deyildir.
66. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 175.1, 238.1, 2 39.1, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
67. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
68. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ”Hüquqi əsaslandırma üçün mülki işdə olan 9 saylı Qəbələ Ərazi İdarəsinin işə baxan məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda təsdiq olunur ki, “Torpaq sahəsinin planına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi bütövlükdə 877 BB saylı konturda göstərilən torpaq sahəsini əha tə edərək, 9-10-cu və 10-1-ci döngə nöqtələrində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissələrdə isə X13 məxsus torpaqlarla əhatə olunmuşdur”. Həmin məktuba əlavə olunmuş və müstəqil tələb irəli sürməyən şəxslər kimi işdə iştirak edən reyestr xidmətinin və Zeyvə Bələdiyyəsinin təsdiq etdiyi 002 saylı müfəssəl planla qonşu torpaqların koordinatları dəqiq şəkildə göstərilərək qonşuluqda digər şəxsin, o cümlədən iddiaçının torpaq sahəsinin olmadığı öz təsdiqini tapmışdır. X8 Məhkəməsinin keçirdiyi məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də göstərilən vəziyyət öz təsdiqini tapmış və yerquruluşu planlarında fərq, ziddiyət, mübahisələndirilən məqamlar aşkara çıxmamışdır. Lakin məhkəmə işin faktiki hallarına, işdə iştirak edən şəxslərin, xüsusilə cavabdehin və nümayəndəl ərin də izahatlarına məhəl qoymadan, uyğun maddi hüquq normalarını tətbiq etmək əvəzinə öz mövqeyini əsaslandıra bilmədən iddiaçının subyektiv hüquqa malik olmadığına düzgün qiymət verməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı subyektiv hüquqa malik deyildir. Saxta, həqiqətə uyğun olmayan, dələduzluq və sui-istifadə hərəkətlərinin mövcudluğuna dəlalət etdiyindən iddia tam həcmdə təmin edilməməli idi.
69. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iş üzrə göstərişlərini yerinə yetirməmiş, toplanmış və işin mahiyyətinə əsaslı təsir edə biləcək sübutlar yekun məhkəmə aktında öz əksini tapmamışdır. Aydın olmayan məsələlərin aradan qaldırılmasına yönəldilən vəsatətlər əsaslandırılmadan təmin edilməmişdir. Həmçinin ziddiyyətli sənədlər təhlil olunmamış və onlara hüq uqi qiymət verilməmişdir.
70. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 59, 68, 71, 125, 127-ci, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1-ci, Azərbaycan Respublikası Torpaq islahatı haqqında” qanunun 3-12-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
71. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
72. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya on dan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
73. Maddə 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
74. Maddə 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qo nşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
75. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
76. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
77. Maddə 239.2. Fizik i və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
78. Maddə 47 (hissə İİ). Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.
79. Maddə 47 (hissə İİİ). Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.
80. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla ba ğlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
81. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
82. Maddə 84 (hissə İ). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
83. Maddə 111 (hissə İ). Azərbaycan Respublikasında torpaqların özbaşı na tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
84. Maddə 111 (hissə İİ). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanunu
85. Maddə 7.2. Bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
86. Maddə 11.7. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir.
87. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır;
88. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
92. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
95. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
96. Qətnamə ilə iddia qismən təmin edildiyindən kassasiya şikayətinin dəlilləri əsasında qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
97. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
98. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
99. Həmçinin apellyasiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza rəyi alınmış və müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində o lan torpaq sahəsinə münasibətdə verilmiş çıxarış mübahisəli əraziyə aid olsa da, həmin çıxarış üzrə torpaq sahəsi bütünlükdə mübahisəli ərazini əhatə etməməklə, 877 BB nömrəli 0,52 hektar torpaq sahəsinin cəmi 0,12 hektar hissəsini cavabdehin mülkiyyətini təşkil edir ki, dəmir darvazanın, dəmir tor hasarın bir hissəsinin götürüləcəyi təqdirdə cavabdehin mülkiyyətinə müdaxilə ümumiyyətlə istisna edilir.
100. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş dir.
101. Kassasiya şikayətinin iddiaçının torpaq sahəsinin meşə fondu torpaqlarına aid olması, iddiaçıya torpaq sahəsini satan X4 və ailə üzvlərinə torpaq payı ayrılması barədə sənədlərin saxta olmasına dair dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini notarial qaydada bağlanmış alqısatqı əqdi əsasında əldə etmiş, satıcı X3 torpaq sahəsinə mülkiyyət hüququna dair 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli şəhadətnaməsi olmuşdur. Qüvvədə olan ilkin torpaq ayırma sənədlərinin qanuniliyinin yoxlanılması mülki məhkəmənin isə hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Cavabdeh və ya meşə fondu torpaqlarını idarə edən dövlət qurumu tərəfindən həmin sənədlər qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmişdir. Buna görə də, mülki məhkəmə icraatı çərçivəsində iddiaçıya satılan torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin qanuniliyi məsələsinə qiymət vermək mümkün deyil.
102. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.
103. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-102/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.