Məhkəmə qərarları › İş №2(102)-3274/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3274/2025

27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3274/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 27.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkkül oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)943/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bi nasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Borc verən Cavabdeh ilə borclu Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsindən görünür ki, borcluya 55.000 ABŞ dolları kredit verilmiş, o da həmin borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən Cavabdeh ilə borclu Maraqlı şəxs arasında bağlanmış 28 fevral 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, borcluya 15000 ABŞ dolları kredit verilmiş, o da həmin borc məbləğini xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə işəgötürən "xxxx" MMC ilə işçi X18 arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası nın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh və X10 cəlb edilməklə cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir (qətnamə ilə müəyyən edilir ki, borc verən X11 ilə borclu Maraqlı şəxs arasında sadə yazılı qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 55000 ABŞ dolları məbləğində borc verilm iş, borclu isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür; Borc verən X11 ilə borclu Maraqlı şəxs arasında sadə yazılı qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 65000 ABŞ dolları məbləğində borc verilmiş, borclu isə xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür; Bir tərəfdən X11, digər tərəfdən Maraqlı şəxs və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə Maraqlı şəxs X11 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Həsənov Ələmdara cəmi 62000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X1 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcu n ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər; İşə baxılan zaman cavabdeh Maraqlı şəxs iddiaçı X5 olan borcunu sonuncunun qohumu olan və üçüncü şəxs Cavabdeh ödədiyini bildirmiş, lakin bunu sübuta yetirə bilməmişdir; Məhkəmə cavabdehin borcu iddiaçıya verilməsi məqsədilə qohumu olan Cavabdeh ödəməsini ağlabatan hesab etməyərək bu halı borcun ödənilməsi kimi qəbul etməmişdir).

4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. 5. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsələri arvadı İddiaçı, qızı X15 və qızı X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 və Mühasibatlıq idarəsinin xx.xx.2023-cü il tarixli, məktubuna əsasən alınmamış pensiya məbləği 364,52 manat pul vəsaitindən ibarət miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. 6. xx.xx.2019-cu il tarixli F290519-3400 nömrəli qəbzdən görünür ki, Etamil Əliyev tərəfindən Cavabdeh adına olan:- **********6944-016306 hesab nömrəsinə 3400 manat, xx.xx.2019-cu il tarixli e10107-3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2020-ci il tarixli e12801- 3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2020-ci il tarixli SA010720-3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2020-ci il tarixli G011020-2762 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2020-ci il tarixli G0211202762 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2020-ci il tarixli ix2762-3011 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2021-ci il tarixli F0102-2762 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2021-ci il tarixli G020321-2762 nömrəli qəbz üzrə 2762,0 manat, 30 mart 2021-ci il tarixli F300321-2762 nömrəli qəbz üzrə **********6944- 016306 hesab nömrəsinə 2762,0 manat, xx.xx.2021-ci il tarixli 33405 nömrəli qəbz üzrə 54********286526 nömrəli kartına 2000,0 manat, xx.xx.2021-ci il tarixli 33406 nömrəli qəbz üzrə 54********2865 nömrəli kartına 762,0 manat, xx.xx.2021-ci il tarixli 182371 nömrəli qəbz üzrə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 162372 nömrəli qəbz üzrə 762,0 manat, xx.xx.2021-ci il tarixli 70570 nömrəli qəbz üzrə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 70571 nömrəli qəbz üzrə 762 manat, xx.xx.2021-ci il t arixli 71268 nömrəli qəbz üzrə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 71269 nömrəli qəbz üzrə 762,0 manat, xx.xx.2021-ci il tarixli 5415 nömrəli qəbz üzrə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 11989 nömrəli qəbz üzrə 762,0 manat ödənilmişdir. 7. "xxxx" ASC tərəfindən təqdim olunmuş, Cavabdeh adına olan 540110******286526 nömrəli kart üzrə aparılmış əməliyyatlar üzrə açıqlamadan görünür ki, Cavabdeh **********6944-016306 nömrəli hesabına xx.xx.2020-ci il tarixdə 3400 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat, xx.xx.2021-ci il tarixdə 27 62 manat, **********944-16306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat, **********50944-016306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021ci il tarixdə 762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021- ci il tarixdə 762 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, Cavabdeh 44583 manat (43982 manat əsas, 225 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı) tutularaq İddiaçı ödənilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X18 "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. "xxxx" MMC-nin direktoru Maraqlı şəxs X2 xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla borc almışdır. Həmin borc müqaviləsi üzrə ödənişlər tərəflərin şifahi razılaşmasına əsasən Cavabdeh adına ödənilmişdir. Ödənişləri şirkətin işçiləri olan hazırkı iddiaçılar müxtəlif vaxtlarda ödəmişlər. X11 tərəflər arasında olan şifahi razılaşmanı (Cavabdeh adına ödənişlər edilməsi) ödənişlər qurtardıqdan sonra nəzərə almayaraq Maraqlı şəxs qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəməyə şifahi razılaşma ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, tər əflərin bir-birinə olan etimadı, vicdani davranışı da məhkəmə tərəfindən nəzərə alınmayaraq iddia tələbi Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 saylı qətnaməsi ilə qismən təmin edilərək Maraqlı şəxs 62000 ABŞ dolları tutularaq X5 ödənilməsi qət edilmişdir. Bundan sonra "xxxx" MMC-nin direktoru Maraqlı şəxs Gəncə Şəhər Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83067 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 432 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin pulun Maraqlı şəxs birbaşa özü tərəfindən Cavabdeh hesabına mədaxil edilmədiyindən iddia tələbi təmin edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi həmin vəsaitlər hazırkı iş üzrə Cavabdeh hesabına iddiaçının mərhum əri tərəfindən ödənilmişdir. O, həmin pulları "xxxx" MMC-nin kassasından götürərək Cavabdeh hesabına köçürmüşdür. Hazırda "xxxx" MMC həmin vəsaiti ondan tələb edir. O da Əhəd Əhmədovdan bir il vaxt alaraq məhkəmə qaydasında Cavabdeh həmin vəsaiti tələb etməyi qərarlaşdırmışdır. İddiaçının Cavabdeh hesabına mədaxil etdiyi vəsait aşağıdakı kimidir. X18 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün onun əvəzindən iddianı həyat yoldaşı və varisi İddiaçı irəli sürmüşdür. İddiaçı həyat yoldaşı olan X18 vəfat etdiyi günədək, yəni xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də ekspeditor vəzifədə işləyən X12 varisidir. X18 tərəfindən "xxxx" MMC-dən götürərək Cavabdeh ümumilikdə 43982 manat olmaqla o cümlədən, xx.xx.2 019-cu il tarixli F290519-3400 nömrəli qəbz üzrə 3400 manat, 2. xx.xx.2019-cu il tarixli e10107-3400 nömrəli qəbz üzrə 3400 manat, 3. xx.xx.2020-ci il tarixli e12801-3400 nömrəli qəbz üzrə 3400 manat, 4. xx.xx.2020-ci il tarixli SA010720- 3400 nömrəli qəbz üzrə 3400 manat, 5. xx.xx.2020ci il tarixli G011020- 2762 nömrəli müqavilə üzrə 2762 manat, 6. xx.xx.2020-ci il tarixli G021120-2762 nömrəli qəbz üzrə 2762 manat, 7. xx.xx.2020-ci il tarixli ix2762-3011 nömrəli qəbz üzrə 2762 manat, 8. xx.xx.2021-ci il tarixli F0102-2762 nömrəli qəbz üzrə 2762 manat, 9. xx.xx.2021-ci il tarixli G020321-2762 nömrəli qəbz üzrə 2762 manat, 10. 30 mart 2021-ci il tarixli F300321-2762 nömrəli qəbz üzrə 2762 manat, 11. xx.xx.2021-ci il tarixli 33405 nömrəli qəbzlə 2000 manat, 12. xx.xx.2021-ci il tarixli 33406 nömrəli qəbzlə 762 manat, 13. xx.xx.2021-ci il tarixli 162371 nömrəli qəbzlə 2000 manat, 14. xx.xx.2021-ci il tarixli 162372 nömrəli qəbzlə 762 manat, 15. xx.xx.2021-ci il tarixli 70570 nömrəli qəbzlə 2000 manat, 16. xx.xx.2021-ci il tarixli 70571 nömrəli qəbzlə 762 manat, 17. xx.xx.2021-ci il tarixli 71268 nömrəli qəbzlə 2000 manat, 18. xx.xx.2021-ci il tarixli 71269 nömrəli qəbzlə 762 manat, 19. xx.xx.2021-ci il tarixli 5415 nömrəli qəbzlə 2000 manat, 20. xx.xx.2021-ci il tarixli 11989 nömrəli qəbzlə 762 manat vəsait ödənilmişdir. Hazırkı iddia üzrə iddiaçıların çəkdiyi məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, İddiaçı iş üzrə əlavə 601 manat əlavə (225 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı üçün) xərc çəkmişdir. Həmin xərclər də qanunveric iliyin tələbinə əsasən cavabdehdən tutulmalı və ona ödənilməlidir.

10. Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 11. "xxxx" ASC-nin xx.xx.2025- ci il tarixli, məktubuna əsasən Cavabdeh adına "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilmiş, həmin plastik kart vasitəsilə aparılmış məhkəmə qərarında sadalanan əməliyyatlar aşkarlanmış, həmin əməliyyatlara dair təqdim olunması mümkün olan məlumatlar və aparılmış maliyyə əməliyyatlarına dair hesabdan çıxarış təqdim edilmişdir. Qeyd olunan karta bağlı olmayan, lakin məhkəmə qərarında qeyd olunan ödəniş məlumatları da aşkarlanmış və təqdim edilmişdir. Əlavə olaraq məhkəmə qərarında qeyd olunan hesablara bağlı kartlar müəyyən edilmiş və hesabdan çıxarışlar təqdim olunmuşdur.

12. Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(125)-298/2025 nömrəli (hakim Cavid Tağıyev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 43982 manat pul, 376 manat hüquqi yardıma görə ödənilmiş xərc və 223,07 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 777.1, 777.2, 779.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayə tini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi üçüncü şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında 15000 ABŞ dolları və 55000 ABŞ dolları borcla bağlı kredit müqavilələrinin olmasını və Etamil Əliyevin ödədiyi pulların məhz Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişləri olmasını təkzib etmir. Eyni zamanda məhkəmə öz qətnaməsində göstərir ki, “Məhkəmə hesab edir ki, cavabdehin həmin pulu özündə saxlamasının hüquqi əsası olmamışdır. Cavabdeh tərəfin həmin pulun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ilə cavabdeh arasında olan borc müqaviləsinə görə ödənilməsi barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, hər bir halda ödənilən məbləğlər iddiaçının mərhum ərinin adından ödənilmişdir və borc müqaviləsi də cavabdehlə Maraqlı şəxs arasında bağlanmışdır. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, X4 Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası üzrə işə baxılarkən cavabdehin hesabına ödənilən pulun X5 olan borca görə ödənildiyi mübahisələndirilmişdir.” Lakin məhkəmə nədənsə qeyd etməmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli e-2(004)-1240/2023 nömrəli qətnaməsi ilə üçüncü şəxs Maraqlı şəxs Cavabdeh ödədiyi pulun X5 olan borca görə ödənildiyi öz təsdiqini tapmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(004)-1240/2023 nömrəli qətnaməsinin 6-cı səhifəsinin 6-cı abzasında qeyd olunur ki, “Bu halda məhkəmə cavabdehin borcu iddiaçıya verilməsi məqsədilə qohumu olan Cavabdeh ödəməsini ağlabatan hesab etməyərək bu halı borcun ödənilməsi kimi qəbul etmir.” Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1841/2024 saylı qətnaməsinin 5-ci səhifəsinin 3-cü abzasında qeyd olunur ki, “Bununla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1240/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, həmin iş üzrə cavabdeh Maraqlı şəxs iddiaçı X5 olan borcunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh ödəməsi sübuta yetirilməmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə dair məhkəmə qeyd edir ki, həmin qəb zlər üzrə Cavabdeh hesabına ödənilmiş məbləğlər ayrı-ayrı şəxslər tərəfindən ödənildiyindən həmin ödənişlərin onunla X11 arasında olan borc müqaviləsi üzrə məhz onun tərəfindən ödənilməsinin nə ilə sübut olunduğu müəyyən edilmir.” Gəncə Şəhər Məhkəməsi bundan öncə Maraqlı şəxs ona, yəni Cavabdeh qarşı pul tələbinə dair iddiasına məhkəmədə baxıb iddianın rədd edilməsi barədə yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli e-2(125)1841/2024 saylı qətnaməni qəbul edərkən, öz qətnaməsində Maraqlı şəxs X5 olan borcunu Cavabdeh ödəməsinin sübuta yetirilmədiyini əminliklə qeyd etmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Artıq burada qanuni qüvvəyə minmiş iki məhkəmənin (Yasamal rayon və Gəncə şəhər Məhkəmələrinin) qətnamələri ilə aşağıdakı faktlar müəyyən olunmuş və sübut olunmuşdur ki, Mar aqlı şəxs Cavabdeh bank hesabına iddiaçı X18 tərəfindən şifahi tapşırıq əsasında ödənilən pullar X5 ödənilən borc deyildir. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktların həmin işdə iştirak etmiş şəxslər tərəfindən (bu halda Maraqlı şəxs tərəfindən) yenidən mübahisələndirilə və sübut edilə bilməz. Hazırkı mülki işə baxan məhkəmə nədənsə həmin məsələyə diqqət yetirməmişdir. Apellyasiya şikayəti ilə mübahisələndirilən Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində məhkəmə qeyd etmişdir ki, “İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs X11 adlı şəxsə olan borcunun hazırkı Cavabdeh vasitəsi ilə ödənilməsini öz işçisi hazırki iddiaçının əri X16 tapşırmış, lakin sonuncu həmin pulları Maraqlı şəxs adından deyil, öz adından ödəmişdir. Göründüyü kimi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə Etamil Əliyev cavabdehin hesabına ödənişləri Maraqlı şəxs adından deyil öz adından ödədiyi üçün sonuncu həmin pulu ondan (arvadından) tələb edir.” İddiaçı əri Etamil Əliyev tapşırığı icra edən şəxs kimi üçüncü şəxs Maraqlı şəxs tapşırığını tam şəkildə icra etmiş, sonuncunun borc pullarını kreditor Cavabdeh ödəmişdir, yəni tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən vicdanla etməməsi hərəkətlərinə yol verməmişdir, ona görə ki, İddiaçı (əslində həmin sənədləri Maraqlı şəxs iddiaçıya vermişdir) məhkəməyə təqdim etdiyi və mülki işə əlavə olunmuş 20 ədəd qəbzlərdən görünür ki, 10 ədəd qəbzlərdə "xxxx" ASC-nin Yasamal və Nəsimi filiallarından xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020- ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020- ci il tarixli, xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli ödənişlər X12 adından icra edilmişdir. Qalan digər 10 ədəd qəbzlər– xx.xx.2021-ci il tarixli 2 ədəd, xx.xx.2021-ci il tarixli 2 ədəd, xx.xx.2021-ci il tarixli 2 ədəd, xx.xx.2021-ci il tarixli 2 ədəd və xx.xx.2021-ci il tarixli 2 ədəd qəbzlər E-MANAT” Ödəniş terminalından köçürülən pulların qəbzləridir. E-MANAT” Ödəniş terminalının qəbzlərində ödəyici kimi X12 adı qeyd olunmamışdır, pulu ödəyən şəxsin (şəxslərin) kimliyi bilinmir. Ona görə də göstərilən E-MANAT” ödəniş terminalının 10 ədəd qəbzində köçürülən pulların X18 tərəfindən cavabdehə ödənilməsinə dair hər ha nsı sübut yoxdur. Maraqlısı ondadır ki, mülki işin materiallarında İddiaçı tərəfindən əlavə olunmuş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi”ndə müəyyən olunur ki, İddiaçı əri X12 "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə hələ ödənişlərdən əvvəl - xx.xx.2019-cu il tarixdə xitam verilmişdir və Etamil Əliyev xx.xx.2019-cu il tarixdə üçüncü şəxs Maraqlı şəxs direktoru olduğu "xxxx" MMC-dən işdən azad olunmuşdur. Qaldı ki, məhkəmənin qətnaməsində üçüncü şəxs Maraqlı şəxs iddiaçılardan, bu halda İddiaçı mərhum əri Etamil Əliyevdən pulları Maraqlı şəxs yox, Etamil Əliyevin adından ödənilməsi səbəbindən geri tələb etməsi, bu tamamilə yalan və uydurmadır, üçüncü şəxs Maraqlı şəxs təklifi ilə İddiaçı ilə öz aralarında razılaşdırılaraq qurulmuş bir ssenar idir. Çünki əvvəla, Etamil Əliyev üçüncü şəxs Maraqlı şəxsla uzun illər yaxın münasibətdə olan, ailəvi gediş-gəlişi olan şəxs olmuşdur, eyni zamanda Etamil Əliyev hazırki iddianın məhkəməyə verilməsindən 3 il əvvəl (xx.xx.2021-ci il tarixdə) ölmüşdür. Bundan başqa üçüncü şəxs Maraqlı şəxs İddiaçı həmin pulları onun əri tərəfindən cavabdehə onun adından ödənilmədiyi üçün geri tələb etməsinə dair məhkəməyə hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi bu məsələləri ümumiyyətlə araşdırmamış və araşdırmaq fikri olmamışdır, ona görə ki, bu işdə iddia tələbinin iddiaçının xeyrinə iddianın təmin olunmasında maraqlı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, üçüncü şəxs Maraqlı şəxs İddiaçı (Etamil Əliyevdən) tapşırıq üzrə ödənilmiş pulların tələb etməsi h üququ olmamışdır. Belə ki, pulun Cavabdeh bank hesabına ödənilməsi üçün şifahi tapşırıq müqaviləsi əsasında vəkalət verən Maraqlı şəxs ödəniş xidməti barədə tapşırıq sərəncamını vəkalət alan Etamil Əliyev tam şəkildə icra etmiş, ödəniş xidmətini göstərmiş, pulun hamısını Cavabdeh bank hesabına köçürmüşdür. Kassa mədaxi orderinin qəbzində kassaya nağd pulu ödəyən şəxsin ad, soyad və atasının adı qeyd olunmalı və həmin şəxs tərəfindən imza edilməli olduğundan Etamil Əliyev pulu bankın kassasına şəxsən təqdim etdiyi üçün kassa mədaxil orderi qəbzinə də şəxsən imza etmiş və özünün ad, soyadını və ata adını yazmışdır. Başqa cür mümkün deyildir. Belə ki, Mərkəzi Bankın təlimatları, qərar və sərəncamları, ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderi qəbzlərinin forma və qaydaları, onl ardan istifadə qaydaları ilə tənzimlənir. Kassa mədaxil orderi qəbzinə pulu nağd qaydada bankın kassasına ödəyən şəxsin bütün məlumatları - adı, soyadı və atasının adı daxil edilir və onun tərəfindən imzalanır. Kassa mədaxil orderi qəbzinə birbaşa ödənişi etməyən şəxsin ad, soyad və ata adını daxil edilməsi qanunla mümkün deyildir. Ona görə də tapşırıq müqaviləsi üzrə vəkalət alana verilən tapşırıq sərəncamı qanunauyğun olmalıdır. İddiaçı əri X12 Cavabdeh ödədiyi pullar üçüncü şəxs Maraqlı şəxs Cavabdeh olan xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişləridir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş 2 ədəd xx.xx.2018-ci il tarixli kredit müqavilələrindən görünür ki, hər iki kredit müqaviləsi bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs ilə Ca vabdeh arasında xx.xx.2018- ci il tarixdə bağlanmış 15000 ABŞ dolları və 55000 ABŞ dolları pul borcunun Cavabdeh tərəfindən Maraqlı şəxs borc verilməsinə dair borc müqavilələridir. Üçüncü şəxs Maraqlı şəxs Etamil Əliyev vasitəsilə Cavabdeh ödədiyi pullar onun Cavabdeh olan müqavilələr üzrə borclarının ödənişidir. Hazırki mülki iş üzrə üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə bağladığı 2 ədəd kredit müqaviləsini inkar etməmişdir və mübahisələndirməmişdir. Eyni zamanda üçüncü şəxs Maraqlı şəxs Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 1841/2024 saylı qətnaməsindən (qətnamənin 3-cü səhifəsində) müəyyən olunur ki, Maraqlı şəxs məhkəmədə Cavabdehlə aralarında borc müqaviləsinin olduğunu və Cavabdeh 15000 və 55000 ABŞ dolları borc aldığını etiraf etmişdir. Bununla yanaşı hazırkı mülki mübahisədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Maraqlı şəxs onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə imzalanmış digər kredit müqaviləsi – 15000 və 55000 ABŞ dolları borc alması barədə müqavilələri inkar etməmiş, onları mübahisələndirməmişdir, qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 779.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Bu maddənin hazırkı mülki mübahisəyə tətbiq olunması üçün əsaslar yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə Etamil Əliyevin cavabdehin hesabına ödənişləri Maraqlı şəxs adından deyil öz adından ödədiyi üçün sonuncu həmin pulu ondan tələb edir. Ona görə də vəkalət verən üçüncü şəxs Maraqlı şəxs borc müqaviləsinə əsasən borclu olduğu pulun kreditor Cava bdeh hesabına ödəməsi barədə vəkalət alan - Əliyev Etamilə verdiyi tapşırığın icrasında vicdanla icra edilməməsi halları olmamışdır. Üçüncü şəxs Maraqlı şəxs Etamil Əliyevə tapşırmışdır ki, pulu Cavabdeh bank hesabına ödəsin və iddiaçının əri Etamil Əliyev tapşırığı tam şəkildə icra etmiş, özgəsinin pulunu tam məbləğdə Cavabdeh hesabına köçürmüşdür, bankın mədaxil qəbzində ödəyən qismində imza etmiş və onun soyadı yazılmışdır. Mülki qanunvericiliyin tələbinə görə, şifahi və ya yazılı müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. İşin faktiki hal larından görünür ki, tapşırığı icra edən vəkalət alan tapşırıq müqaviləsi üzrə tapşırıq öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Vəkalət verənin tapşırığı ilə vəkalət alan Etamil Əliyevin vəkalət verənə məxsus pulu düzgün ödədiyi şəxsdən həmin pulu geri tələb etmək hüququ yoxdur. Ona görə də hazırkı mübahisədə mərhum Etamil Əliyevin tapşırıq müqaviləsini düzgün icra edərək Cavabdeh ödənilmiş pulu Etamil Əliyevin hüquqi varisi İddiaçı tələb etməklə bağlı subyektiv hüququ yoxdur, onun iddiası təmin edilə bilməzdi. Lakin birinci instansiya məhkəməsi bu hüquqi məsələləri aydınlaşdırmadan, iddiaçı ilə cavabdeh arasında yaranmış mülki mübahisəyə Müllki Məcəllənin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçının qohumu Etamil Əliyevlə üçüncü şəxs arasında olan tapşırı q öhdəliyi üzrə yaranan hüquq münasibətlərini düzgün qiymətləndirməmişdir, bununla da İddiaçı iddiasını qanunsuz şəkildə təmin etmişdir. Mülki işin materiallarından göründüyü kimi, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi iddiaçının əri Etamil Əliyevin Cavabdeh bank hesabına köçürdüyü 43982 manat məbləğində pul üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə aralarında imzalanmış kredit müqavilələrinə əsasən ödənilmiş puldur. Yəni, həmin pul öhdəlikdən kənar deyil, məhz borc öhdəliyinə əsasən ödənilmiş puldur.Hətta hesab edilsə ki, həmin pul Ələmdar Həsənova verilməsi üçün Cavabdeh ödənilmiş puldur, yenə də Ələmdar Həsənovla üçüncü şəxs Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsinə əsasən Maraqlı şəxs tapşırığını icra edən vəkalət alan Etamil Əliyev tərəfind ən köçürülən borc öhdəliyidir. Burada öhdəlikdən kənar ödəmə yoxdur. Çünki İddiaçı əri X18 heç vaxt Cavabdeh tanımamışdır, aralarında hər hansı pul münasibətləri olmamışdır və heç nədən olmaz kimi X28 Nəbiyevə pul ödəməmişdir, iddiaçı tərəf və üçüncü şəxs də etiraf edir ki, Cavabdeh adına köçürülmüş pul borc öhdəliyinin icrasıdır. Borc öhdəliyi də tərəflər arasında imzalanmış kredit müqaviləsindən yaranmışdır. Ona görə də burada əsassız varlanmadan söhbət gedə bilməz. X30 tərəfindən Cavabdeh köçürülən pullar öhdəlikdən kənar ödənilmiş pullar deyildir. İddiaçının qohumunun cavabdehə ödədiyi pulların müqavilə əsası vardır, həmin müqavilə tərəflər arasında bağlanmış kredit müqavilələridir. Məhkəmə Mülki Məcəllənin 439.4-cü, 1091.1, 1091.2 və 1092.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Bun dan başqa, Mülki Məcəllənin 1092.1-ci maddəsi yalnız pul (əmlak) sahibinin, mülkiyyətçisinin öz pulundan (əmlakından) məhrum olunduğu halda qaytarılmalıdır. Hazırki mübahisədə İddiaçı (onun hüquqi varisi olduğu əri Etamil Əliyev) heç bir puldan (əmlakdan) məhrum olmamışdır, çünki onun köçürdüyü pullar ona məxsus deyildir, üçüncü şəxs Maraqlı şəxs puludur və iddiaçının həmin pulu cavabdehdən qaytarılması üçün tələb etmə hüququ yoxdur. Mülki işin materiallarına əlavə olunmuş V-559/2022 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2023-cüil tarixli, 2V-300 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 qanun üzrə vərəsələri arvadı – İddiaçı, qızları vərəsələri arvadı – İddiaçı, qızları X15 və X13 hər biri miras əmlakından 1/3 hissədə p ay almaq hüquqları vardır. Şəhadətnamə ilə verilən miras əmlak miras qoyan X12 alınmamış pensiya məbləğidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırda məhkəmədə pul tələbinə dair iddianı miras qoyan Etamil Əliyevin 3 vərəsəsindən biri - arvadı İddiaçı irəli sürmüşdür. Yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakı X12 alınmamış pensiya məbləğidir, həmçinin şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzi fələr mirasın tərkibinə daxil deyildir. Tapşırıq müqaviləsinə icra edildiyi andan xitam verildiyindən tapşırıq üzrə icra edilmişlərin geri qaytarılması barədə tələb hüququ miras tərkibinə daxil deyildir. Odur ki, miras tərkibinə daxil olmayan tələb hüquqları miras qoyanın vərəsələrinə keçmədiyindən vərəsə İddiaçı iddiası üzrə mülki işin icraatına MPM-nin 261.0.7-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə qətnamə qəbul edərkən mülki işdə olan sübutları düzgün qiymətləndirməmişdir. İddiaçı təqdim etdiyi “E-MANAT” ödəniş terminalının 10 ədəd ödəniş qəbzlərin (13810 manat ödəniş) üzərində pulu ödəyənin kimliyi bilinmədiyindən, həmin ödənişlərin iddiaçının əri Etamil Əliyev və ya başqa bir şəxs tərəfindən icra edilməsi sübut olunmadığı halda məhkəmə həmin sübutları düzgün qiymətləndirməmiş dir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman MPM-nin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(004)-1240/2023 nömrəli qətnaməsi ilə, həmçinin Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-1841/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs X5 verilməsi məqsədilə Cavabdeh üçüncü şəxslərin vasitəsilə göndərdiyi pullar X5 edilən ödəniş olduğu sübut edilməmişdir. Yəni, bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs X18 vasitəsilə Cavabdeh ödədiyi pull arın X5 göndərdiyi pulların olmadığı sübut edilmişdir. Bununla tam sübut olunur ki, üçüncü şəxs Maraqlı şəxs şifahi tapşırıq müqaviləsinə əsasən vəkalət verən qismində tapşırığı icra edən vəkalət alan -Etamil Əliyevin vasitəsilə Cavabdeh bank hesabına ödənilən pullar üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə imzaladığı xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə pul öhdəliyinin icra edilməsidir, yəni Cavabdeh olan borcunun ödənişidir. Ona görə də iddiaçının qohumu Etamil Əliyevin Cavabdeh köçürdüyü pul vəsaitləri Əhəd X3 borcunun ödənilməsi kimi qiymətləndirilə bilməz və buna görə hazırkı iddia tələbi əsaslı olmadığına görə rədd edilməlidir. Vacib məsələ ondan ibarətdir ki, İddiaçı iddia edir ki, hüquqi varisi olduğu X18 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi 20 dəfə olmaql a üçüncü şəxs Maraqlı şəxs şifahi tapşırığını icra edərək, Cavabdeh hesabına ümumilikdə 43982 manat pul ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə bildirmişdir ki, pullar Maraqlı şəxs tərəfindən Etamil Əliyevə verilmiş, o isə ödəmiş, tapşırığı icra etmişdir, "xxxx" MMC-nin işçisi olmuş, ödənişlər etməklə bağlı rəsmi səlahiyyəti olmuşdur, guya üçüncü şəxs Maraqlı şəxs həmin pulları Etamilin vərəsələrindən tələb edir, bildirir ki, pulları EtamilƏliyev öz adından deyil, Maraqlı şəxs adından ödənilməli idi, ona görə də Maraqlı şəxs həmin pulları tələb edir və o, mərhum Etamil Əliyevin vərəsəsi kimi bu səbəbdən Cavabdeh məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır: - Necə ola bilər ki, pul köçürülən anda "xxxx" MMC-nin işçisi olmayan X16 (xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir) MMC və ya MMC-nin təsisçisi və müdiri Maraqlı şəxs həmin pulları etibar edir və cavabdehə köçürməyi tapşırır? - Cavabdeh "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına kassa mədaxil qəbzləri ilə pulları mədaxil edən şəxs X18 şəxsiyyət vəsiqəsi ilə bankın filialına yaxınlaşıb pulları hesaba mədaxil edən zaman bankın kassa mədaxil qəbzlərinə “Ödəyənin imzası” qrafasında özü şəxsən imza etdiyi halda Maraqlı şəxs adını qəbzdə ödəyən kimi yazdıra bilərdimi? Bundan əlavə hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-298/2025 saylı qətnaməsində məhkəmə üçüncü şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında 15000 ABŞ dolları və 55000 ABŞ dol ları borc münasibətlərinin olmasını və Etamil Əliyevin ödədiyi pulların məhz Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişləri olmasını qəbul etdiyi halda və üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə aralarında yuxarıda qeyd olunan 2 ədəd xx.xx.2018-ci il tarixli kredit müqavilələrini inkar etmədiyi halda necə ola bilər ki, üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə vəkalət alan X18 tərəfindən Cavabdeh ödənilmiş pul vəsaitləri başqa bir şəxs X7 verilməsi məqsədilə ödənilsin. Bu inandırıcı və ağlabatan deyildir. Ona görə ki, mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-1240/2023 saylı qətnaməsi ilə tam sübut olunur ki, bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs 03 may 2023-cü il tarixdə olunur ki, bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs 03 may 202 3-cü il tarixdə X11 ilə “Barışıq sazişi” imzalamış və “Barışıq sazişi”nə əsasən Maraqlı şəxs X11 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Həsənov Ələmdara cəmi 62000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X1 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Buradan belə bir sual yaranır- əgər Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi Etamil Əliyevin Cavabdeh köçürdüyü pulları Ələmdar Həsənova ödənilməsi üçün köçürüldüyünü və ona borcu olmadığını iddia edirsə, onda nə üçün Maraqlı şəxs Ələmdar Həsənova pulları ödədiyi h alda xx.xx.2023- cü il tarixdə yuxarıda qeyd olunan “Barışıq sazişi”ni Ələmdar Həsənovla imzalamış və ona olan 62000 ABŞ dolları borcunu etiraf etmiş və 31 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür? Bu onu deməyə əsas verir ki, Etamil Əliyevin Cavabdeh ödədiyi pullar borclu Maraqlı şəxs kreditor Cavabdehlə aralarında olan kredit müqaviləsi üzrə 55000 və 15000 ABŞ dolları borcların ödənişidir, həmin pullar Ələmdar Həsənova verilməsi üçün Cavabdeh ödənilməmişdir. Odur ki, şifahi tapşırıq müqaviləsinə əsasən tapşırığı icra etmiş vəkalət alan - X12 vərəsələri köçürülən pulları kreditor Cavabdeh tələb edə bilməz, çünki həmin pullar Cavabdeh Maraqlı şəxs kredit müqaviləsinə görə kreditor qismində aldığı pullardır. Həmçinin ona görə tələb edə bilməz ki, tapşırığı icra edən vəkalət alan-X31 Əsg ərovun tapşırığını tam şəkildə şəxsən vicdanla icra etmişdir və şifahi tapşırıq müqaviləsinə icra olunduğu andan xitam verilmişdir. Mülki Məcəllənin 780.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmamışdır. Birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə də verilmişdir, lakin məhkəməsi pul tələbi ilə bağlı iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(104)-943/2025 (hakimlər: İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Salman Hüseynov) qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 2(125)-298/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş,iddia rədd edilmişdir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, üçüncü şəxs Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri olmuşdur. İddiaçı əri X18 isə həmin MMC-nin işçisi (inkassatoru) olmuşdur. X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı İddiaçı və iki nəfər qızı olmuşdur. Bununla yanaşı müəyyən edilir ki, X11 ilə borclu Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixli sadə yazılı qaydada kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 55000 ABŞ dolları məbləğində borc verilmiş, borclu isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, borc verən X11 ilə borclu Maraqlı şəxs arasında daha sonra bağlanmış xx.xx.2019-cu il tarixli sadə yazılı kredit müqaviləsinə əsasən sonuncuya 65000 ABŞ dolları məbləğində borc verilmiş, bor clu isə xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bununla belə, "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs başqa kredit öhdəlikləri də olmuşdur. Belə ki, borc verən Cavabdeh ilə borclu Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixli 1 nömrəli borc müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borcluya 55000 ABŞ dolları kredit verilmiş, o da həmin borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Habelə, borc verən Cavabdeh ilə borclu Maraqlı şəxs arasında bağlanmış 28 fevral 2019-cu il tarixli 2 nömrəli borc müqaviləsi əsasında borcluya 15000 ABŞ dolları borc verilmiş, o da həmin borc məbləğini xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs ilə MMC-nin işçisi X18 arasında tapşırıq müqaviləsindən irəli g ələn öhdəlik hüquq münasibətləri yaranmış, vəkalət verən Maraqlı şəxs vəkalət alan Etamil Əliyevə tapşırıq verərək özünün kredit borclarının ödənilməsi məqsədilə vəkalət alan Etamil Əliyevə müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul vəsaiti vermişdir ki, sonuncu həmin pulları Cavabdeh ödəsin. Vəkalət alan Etamil Əliyev də tapşırığı icra edərək həmin vəsaitləri bank əməliyyatları yolu ilə öz adından Cavabdeh adına köçürmüşdür.

18. Bundan başqa müəyyən edilmişdir ki, X1 Əhəd Tofiq oğluna qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1240/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Maraqlı şəxs 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun X4 xey rinə tutulması qət edilmişdir (həmin işə baxılan zaman Əhəd X6 borcunu sonuncunun qohumu olan Cavabdeh ödədiyini bildirmiş, lakin bunu sübuta yetirə bilməmişdir; Məhkəmə isə cavabdehin borcu iddiaçıya verilməsi məqsədilə qohumu olan Cavabdeh ödəməsini ağlabatan hesab etməyərək bu halı borcun ödənilməsi kimi qəbul etməmişdir). Bundan sonra Maraqlı şəxs məhkəmədə iddia qaldıraraq "xxxx" MMC-nin işçisi Etamil Əliyev, habelə digər işçilər vasitəsilə Cavabdeh ödənilmiş pulları sonuncudan tələb etmiş, lakin iddiası təmin edilməmişdir. Hazırda da tərəflər arasında olan mübahisə ondan ibarətdir ki, Maraqlı şəxs Cavabdeh ödəməsi üçün müxtəlif vaxtlarda "xxxx" MMC-nin işçisi olmuş Etamil Əliyevə verdiyi pul vəsaitini onun məhz Ələmdar Həsənov qarşısında olan borc öhdəliyini icra etmək məqsədilə (Ə ləmdar Həsənovun tapşırığı ilə) verdiyini bildirir. Eyni zamanda, Maraqlı şəxs birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində də qeyd etmişdir ki, Etamil Əliyevə verdiyi pullar sonuncu tərəfindən onun adından deyil də, öz adından (E.Əliyevin adından) Cavabdeh ödənildiyi üçün həmin pulun onun tərəfindən ödənilməsini Ələmdar Həsənov və Cavabdeh danırlar, buna görə də həmin pulu iddiaçıdan tələb edir (hətta Etamil Əliyev tərəfindən Cavabdeh ödənilmiş vəsait öz təsdiqini taparsa iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir). Cavabdeh isə bildirir ki, Maraqlı şəxsla aralarında kredit müqavilələri bağlanmış və sonuncu ondan borc almışdır. Etamil Əliyev tərəfindən bank əməliyyatları yolu ilə ona ödənilmiş pullar Əhəd X8rşısında götürdüyü kredit öhdəliyinə gö rə deyil, onun qarşısında götürdüyü kredit öhdəliyinə görə ödənilmiş pullardır. Mərhum vəkalət alan Etamil Əliyevin hüquq varisi İddiaçı isə hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə əsas kimi onu göstərir ki, Cavabdeh təqdim edilməsi üçün mərhum ərinə tapşırıq müqaviləsi üzrə pul vəsaiti vermiş Maraqlı şəxs tapşırıq müqaviləsinin lazımi qaydada icra edilmədiyini bildirərək həmin pulları hazırda ərinin hüquq varisi kimi ondan ondan tələb etmişdir.

19. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının mərhum ərinin cavabdehin hesabına tələb olunan 43982 manat məbləgində pulun köçürülməsi sübuta yetirilmişdir, cavabdeh tərəf də həmin məbləğdə pulun onun hesabına köçürülməsini mübahisələnd irməmişdir. Ona görə də, cavabdehin həmin pulu özündə saxlamasının hüquqi əsası olmamışdır. Hər bir halda ödənilən məbləğlər iddiaçının mərhum ərinin adından ödənilmişdir və borc müqaviləsi də cavabdehlə Maraqlı şəxs arasında bağlanmışdır. Eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, X4 Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası üzrə işə baxılarkən cavabdehin hesabına ödənilən pulun X5 olan borca görə ödənildiyi mübahisələndirilmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik şəxsdir. Ona görə ki, işin hallarından göründüyü kimi üçüncü şəxs Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri, iddiaçının əri E. Əliyev isə həmin MMC-nin işçisi olmuşdur. İddiaçının əri xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra qanun üzrə vərəsələrindən biri də arvadı İddiaçıdır. Bununla belə, üçüncü şəxs Maraqlı şəxs iddiaçının mərhum əri E.Əliyevə verdiyi pulların sonuncu tərəfindən onun adından deyil də, öz adından (E.Əliyevin adından) Cavabdeh ödənildiyi üçün həmin pulun onun tərəfindən ödənilməsinin Ələmdar Həsənov və Cavabdeh tərəfindən inkar edildiyini bildirməklə həmin pulu iddiaçıdan tələb edir. Bir sözlə, üçüncü şəxs (vəkalət verən) Maraqlı şəxs iddiaçının mərhum əri ilə aralarındakı tapşırıq müqaviləsi üzrə öhdəliklərin sonuncu tərəfindən lazımi qaydada icra edilmədiyini əsas göstərərək tapşırıq müqaviləsi üzrə vəkalət alana verdiyi pulların sonuncunun vərəsələrindən tutulması iddiasınd adır. Bu barədə onlar arasında məhkəmə mübahisəsi olmasa da, lakin üçüncü şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən bu hallar müəyyən edilmişdir. Odur ki, mərhum E.Əliyevin tapşırıq müqaviləsi üzrə üçüncü şəxs Maraqlı şəxs qarşısında öhdəlik (tapşırığın icrası) götürməsini, öhdəliyin lazımi qaydada icra edilməməsi barədə vəkalət alanın hazırda arqumentləri olmasını və İddiaçı da vəkalət alanın hüquq varisi olmasını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsini mülki qanunvericiliyin tələbləri baxımından yolverilən hesab etmişdir.

21. Baxılmış işdə Cavabdeh ödənilmiş vəsait İddiaçı və ya onun mərhum ərinə məxsus olmamışdır. İddiaçı tərəf özü də qəbul edir ki, həmin vəsait "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs məxsus olmuş və onun tapşırığı ilə iddiaçının mərhum əri E.Əliyev tərəfindən bank əməliyyatları yolu ilə cavabdehin hesabına köçürülmüşdür.

22. Məhkəmə işin mübahisəsiz halına münasibətdə hesab etmişdir ki, üçüncü şəxs Maraqlı şəxs xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Ələmdar Həsənovdan 55000 ABŞ dolları borc almış və xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür, həmçinin, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında Ələmdar Həsənovdan 65000 ABŞ dolları borc almış və xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, üçüncü şəxs Maraqlı şəxs xx.xx.2018-ci il tarixli 1 nömrəli borc müqaviləsi əsasında Cavabdeh 55.000 ABŞ dolları borc almış və borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarmağı ö hdəsinə götürmüşdür, habelə, 28 fevral 2019-cu il tarixli 2 nömrəli borc müqaviləsi əsasında yenə Cavabdeh 15000 ABŞ dolları kredit almış və həmin borc məbləğini də xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

23. İşin mübahisəsiz halı həmçinin ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin rəhbəri olan üçüncü şəxs Maraqlı şəxs ilə MMC-nin işçisi olmuş E.Əliyev arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, vəkalət verən Maraqlı şəxs vəkalət alan E.Əliyevə tapşırıq verərək özünün kredit borclarının ödənilməsi məqsədilə E.Əliyevə müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul vəsaiti vermişdir ki, sonuncu həmin pulları Cavabdeh ödəsin. Vəkalət alan Etamil Əliyev də tapşırığı icra edərək həmin vəsaitləri bank əməliyyatları yolu ilə öz adından Cavabdeh a dına köçürtmüşdür.

24. Məhkəmə işin mübahisə doğuran tərəfi üçüncü şəxs Maraqlı şəxs Cavabdeh ödəməsi üçün müxtəlif vaxtlarda iddiaçının mərhum əri E.Əliyevə verdiyi pul vəsaitinin Cavabdeha olan borcun və ya üçüncü şəxsin digər kreditoru olan Ələmdar Həsənova ödənilməsi ilə bağlı olmasıdır. Çünki, İddiaçı mərhum əri tərəfindən Maraqlı şəxs tapşırığı icra edilərək pul vəsaitinin Cavabdeh hesabına köçürüldüyünü, sonuncunun isə bunu inkar etməsi səbəbindən Maraqlı şəxs həmin pul vəsaitini ondan tələb etdiyini, nəticədə isə Cavabdeh mərhum ərinin hesabına əsassız varlandığı iddiasındadır. Cavabdeh isə iddianı qəbul etməyərək ona ödənilmiş pulların üçüncü şəxs Ə.X3 borcu ilə bağlı olmadığını, həmin vəsaitin Maraqlı şəxs ona olan borcuna görə ödənildiyini bildirmişdir.

25. Məhkəmə kollegiyası m üəyyən edilmişdir ki, üçüncü şəxs Maraqlı şəxs Cavabdeh ödəməsi üçün müxtəlif vaxtlarda iddiaçının mərhum əri E.Əliyevə verdiyi pul vəsaitinin onun məhz Ələmdar Həsənov qarşısında olan borc öhdəliyini icra etmək məqsədilə (Ələmdar Həsənovun tapşırığı ilə) Cavabdeh verilməsi işin faktiki halları ilə öz təsdiqni tapmamış, habelə iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası borc müqavilələrinə münasibətdə qeyd etmişdir ki, üçüncü şəxs Maraqlı şəxs xx.xx.2018-ci il tarixli 1 nömrəli borc müqaviləsi əsasında Cavabdeh 55000 ABŞ dolları borc almış və borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür, habelə, 28 fevral 2019-cu il tarixli 2 nömrəli borc müqaviləsi əsasında yenə Cavabdeh 15000 ABŞ dolları kredit almış və həmin b orc məbləğini də xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu hal isə ağlabatanlıq meyarları əsasında ona dəlalət etmiş, üçüncü şəxs Maraqlı şəxs Cavabdeh ödəməsi üçün müxtəlif vaxtlarda iddiaçının mərhum əri E.Əliyevə tapşırıq vermiş, vəkalət alanda öz növbəsində ona verilən tapşırığı icra edərək həmin pul vəsaitlərini məhz Cavabdeh olan borcuna görə ödəmişdir. Eyni zamanda Cavabdehlə 3-cü şəxs Maraqlı şəxs arasında olan münasibətlərin xronoloji ardıcılığı yəni, cavabdeh tərəfindən ilk müqavilə üzrə üçüncü şəxsə 55000 ABŞ dollarının borc olaraq xx.xx.2018-ci il tarixdə bir il müddətinə verilməsi, üçüncü şəxsin tapşırığı əsasında vəkalətli nümayəndəsi E.Əliyevində xx.xx.2019-cu il tarixdən başlayaraq kreditor Cavabdeh məxsus bank kartına ödənişlər həyata keçirtməsi halı iddiaçının səmimi olmadığı və həqiqəti bəyan etmədiyi qənaətinə gəlməyə əsas verir.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1240/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən olunur ki, «Bir tərəfdən X11, digər tərəfdən Maraqlı şəxs və X10 arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə Maraqlı şəxs X11 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Həsənov Ələmdara cəmi 62000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X1 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər». Üçüncü şəxs Maraqlı şəxs hazırkı işə baxılan zaman isə Cavabdeh ödəməsi üçün müxtəlif vaxtlarda iddiaçının mərhum əri E.Əliyevə verdiyi pul vəsaitinin onun məhz Ələmdar Həsənov qarşısında olan borc öhdəliyini icra etmək məqsədilə (Ələmdar Həsənovun tapşırığı ilə) Cavabdeh verdiyini qeyd etmişdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin halları Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmişdir.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarındakı hüquqi mövqeyə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4, 779.1, 779.2, 780.1, 1091, 1091.1, 1092.1, 1091.2, 1092.1, 1151.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.4, 261.0.7, 372, 372.7, 376.2, 384, 385, 392-393, 402 və 405-ci maddələrinə, Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 439.4, 779.1 və 1091-cü maddəsinin tələbi pozulmuşdur.

32. Belə ki, vəkalət alan, tapşırığı qəsdən və ya ehtiyatsızlıq nəticəsində kifayət qədər vicdanla yerinə yetirmədiyinə görə vəkalət verənə dəyən zərərə görə məsuliyyət daşımışdır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə isə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıqla yerinə yetirmədiyinə görə vəkil verənə dəymiş zərərə görə məsuliyyət daşımalı idi. Cavabdeh Fəqan Nəbiyevə ödənilmiş vəsaitlərin, üçüncü şəxs Maraqlı şəxs tapşırığı əsasında Ələmdar Həsənova olan borcun ödənilməsi məqsədilə göndərildiyi faktı sübut olunmuş və bu, həm üçüncü şəxs tərəfindən, həm də Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən Ələmdar Həsənov tərəfindən qəbul edilmişdi. Lakin Məhkəmə nədənsə bu faktı nəzərə almamışdı. Halbuki, Məhkəmə cavabdeh X20 Həsənovun kürəkəni olması faktının işin real faktiki hallarına təsirini də nəzərə almamışdı. Məlum olmuşdu ki, X27 Həsənovun kürəkəni olduğuna görə Maraqlı şəxs və Ələmdar Həsənov şifahi şəkildə razılaşmışdılar ki, vəsait birbaşa Fəqan Nəbiyevə göndərilsin.

33. Cavabdeh heç bir razılaşmada adı çəkilməyən mərhum Etamil Əliyev tərəfindən ona ödənilmiş vəsaitin, guya Maraqlı şəxsla aralarında olan razılaşmaya əsasən verildiyini qəbul etmişdi. Lakin həmin vəsaitin Ələmdar Həsənov və Maraqlı şəxs arasında olan borca görə ödənildiyi sübutlarla təsdiq olunduğu halda, cavabdeh özünün bar ışıq müqaviləsində adının olmamasını əsas gətirərək bildirmişdi ki, əgər belə olsaydı, onun da adı müqavilədə qeyd olunardı. Bu mühüm nüans Məhkəmə tərəfindən diqqətdən kənarda saxlanılmışdı. Nəticədə Məhkəmə, tərəflərin bərabərliyi prinsipini kobud şəkildə pozmaqla, yuxarıda qeyd edilən maddəyə əsasən iddiaçının haqlı tələbini təmin etməmişdi. Məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, cavabdehin əsassız varlanmış şəxs olduğunu istisna etmiş və bu əsassız nəticəyə əsaslanaraq qərar qəbul etmişdi.

34. Məhkəmə qətnamədə qeyd etmişdi ki, əsassız varlanma ilə bağlı tələb təmin olunması üçün cavabdeh həmin əmlakı birbaşa iddiaçının vəsaiti hesabına əldə etməlidir. Məhkəmə hesab etmişdi ki, cavabdeh bu vəsaiti birbaşa iddiaçıdan almadığı üçün tələb təmin edilməməlidir. Halbuki, üç üncü şəxs Maraqlı şəxs həmin vəsaiti bilavasitə iddiaçıdan tələb edirdi. Belə olan halda açıq şəkildə görünmüşdü ki, cavabdeh faktiki olaraq əsassız varlanmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

37. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

38. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

39. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

40. Maddə 778.3.Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət al an vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

41. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma h əmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəti cələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı dır.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

57. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işd əki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazım i şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-943/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar