Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3276/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçıların vəkili x1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə payların bölünməsi tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı 5 birgə verdikləri kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə payların bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Masallı rayon məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Musayev, iş 2(050)1991/2017) iddia təmin olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 8 saylı Ərazi İdarəsi tərəfindən RX ******* saylı çıxarışla verilmiş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 1.6252 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3, x11 və İddiaçı5 düşən payların ayrılaraq verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və F.Abbasov, iş № 2(106)-113/2020) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Əhədov Mais Möhübbət oğlunun apelyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli 2(050)-1991/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cava bdeh3 qarşı "birgə payların bölünməsi" tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada alınaraq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilməsi, iş üzrə mütəxəsis rəyinin verilməsinə görə 209.13 manatın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Kapitalbankın 1 saylı Xətai Filialı, kod: 200071 VÖEN (bank) **********, m üxbir hesab: AZ37NABZ********************, SWİFT:AİİBAZ 2X, Kadastr və x7 Mərkəzi MMC VÖEN:**********, hesab N:AZ23AİİB********************) hesablaşma hesabına keçirilməsi, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçılar İddiaçı1 və qeyriləri kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxi l olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçıların vəkili x3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasi ya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etm ək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-356 Kod 80500018 saylı Dövlət Aktının təsdiq olunmuş surətinə görə, Masallı rayon x2 23 noyabr 1998-ci il tarixli 65 nömrəli qərarına əsasən Əhədov Mais Möhübbət oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3, x13, İddiaçı5, Əhədova Nənəxanım Höccət qızı, x12, Cavabdeh1, Əhədov Möhübbət Məlik oğlu, x8, Əhədov Rais Möhübbət oğlu, Əhədov Vüqar Möhübbət oğlu, Cavabdeh3 Məlik oğlu, Cavabdeh2, x4, x10 və x9 Masallı rayon Ərkivan qəsəbəsi ərazisindən 1.63 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 aprel 2015-ci il tarixdə verilmiş ******* saylı çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə görə, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən mübahisəli 1.6252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Əhədov Mais Möhübbət oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3, x13, İddiaçı5, əhədova Nənəxanım Höccət qızı, x12, Cavabdeh1, Əhədov Möhübbət Məlik oğlu, x8, Əhədov Rais Möhübbət oğlu, Əhədov Vüqar Möhübbət oğlu, Cavabdeh3 Məlik oğlu, Cavabdeh2, x4, x10 və x5 ümumi birgə mülkiyyə tindədir. Məhkəmə ekspertizasının 30 dekabr 2019-cu il tarixli 25080 saylı ekspert rəyinə görə, Masallı rayonu, Ərkivan kəndi M.Bünyadov adına təsərrüfatına dair kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və RX ******* saylı **********82 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşlınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətə verilmiş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 1.6252 ha təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.45 hektarının alqı-satqı müqaviləsi ilə satılaraq x6 adına **********30 reyestr nömrəli Çıxarışın verilməsi və qalan 1.18 ha hissəyə Çıxaırşın alınmaması səbəbindən 1.63 hektar torpaq sahəsinin naturtada bölünməsi mümkün deyildir. Mütəxəsis tədqiqatının dəyəri 209.13 manat, ekspertiza tədqiqatının dəyəri is ə 50 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 220.3, 220.5, 220, 221-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təyin olunan məhkəmə ekspertizasının rəyinə əsasən tərəflərin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin paylarına mütənasib olaraq naturada bölünməsi mümkünsüzdür. İddiaçılar apelyasiya məhkəməsinin göstərilən nəticəsi ilə razılaşmadıqlarını göstərmiş olsalar da məhz apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq yeni qətnamə qəbul edərkən hansı maddi və ya prosessual hüquq normalarının tələblərini pozmas ını qeyd etməmişlər. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və y a digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəm ə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3276/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3276/2020
25.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver