Məhkəmə qərarları › İş №2(102)-3279/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3279/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3279/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s. tələbi barədə iddiasına dair ilk, "xxxx" ASC-nin İddiaçı qarşı pul tələbi barədə qarşılı qlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1800/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra icarəyə verən) idarə heyətinin sədri Cavabdeh2 simasında bir tərəfdən və icarəyə götürən (bundan sonra icarədar adlanacaq) ünvan 1i ünvanda qeydiyyatda olan İddiaçı timsalında ünvan 2 ünvanda yerləşən sahəsində ailəsi ilə birlikdə yaşamaq üçün, mülkiyyət hüququ ilə "xxxx" ASC məxsus olan 105.5 kvm sahəsini həyəti birlikdə icarədarın istifadəsinə verməyi, icarədar isə bunların əvəzində bu müqavilənin 3.1 maddəsində nəzərdə tutulmuş məb ləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürməsi barədə icarə müqaviləsi bağlanmışdır. 2. "xxxx" ASC (icarəyə verən) İddiaçı (icarədar) mülkiyyət hüququ ilə Cavabdeh1 ASC məxsus olan ünvan 3 ünvanda yerləşən 105.5 kv.m. sahəsini ailəsi ilə birlikdə yaşamaq üçün 01 il müddətinə, yəni 05 yanvar 2015-ci il tarixədək icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarədar 90 manat təşkil edən icarə haqqını hər ayın 10-dan gec olmayaraq ödənilməsini öhdəsinə götürmüşdür.

3. İcarədar İddiaçı tərəfindən Cavabdeh1 ASC-nə 2008-ci ilin may ayındın 2015-ci ilin may ayına kimi hər ay 90 manat məbləğində ödənişlər olunmuşdur.

4. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvanında yerləşən 311,0 kv.m qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 Açıq Səhmdar C əmiyyətin adına qeydiyyata alınmışdır.

5. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2019-cu il tarixli, 15649 nömrəli ekspert rəyindən görünür ki, hər hansı daşınmaz əmlak (tikili, obyekt, ev və s.) üzrə yerinə yetirilmiş tikinti, təmir, quraşdırma və s. işlərin müddətinin müəyyən olunmasına və hansı dövrdə icra olunmasının tədqiq edilməsinə dair hazırda metodikanın olmadığı, eləcə də, ünvan 3 ünvanında yerləşən sahəsi 105,5 kv.m. olan qeyri-yaşayış sahəsi və 7 ünvanında yerləşən 40,0 kv.m. olan qeyri-yaşayış sahəsi üzrə aparılmış işlərin konkret olaraq hansı növlərinin, məsələn söküntü, tikinti, quraşdırma, təmir, abadlıq və s. işlərin hansı ildə (dövrdə) görülməsi barədə dəqiq məlumat iş materiallarında olmadığını və hər hansı obyekt (qeyri yaşayı ş sahəsi, fərdi yaşayış evi, mənzili, tikili və s.) üzrə yerinə yetirilmiş işlərin, o cümlədən bu işlərə sərf olunan xidmət (əmək) haqqı və tikinti materiallarının dəyərinin, işlərin aparıldığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq müəyyən olunduğunun nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahələrində, iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün dəqiq olaraq hansı ildə (tarixdə) yerinə yetirilməsini, illər üzrə görülən işlərin dairəsini və işlərin görülməsinə çəkiliş xərclərin dəyərini müəyyən etmək mümkün deyildir.

6. Məhkəmə tikinti-texniki ekspertizası üzrə "xxxx" MMC-nin ƏEM/İ 25-264/20 saylı, 10 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 105,5 kv.m. yaşayış sahəsinə vizual-texniki baxış zamanı müəyyən edilmişdir ki, hazırda yaşayış sahəsinin daxilində və həyətyanı sahəsində rekonstruksiya işləri aparılmışdır, təmir işləri davam etməkdədir. Əmlakın iddiaçı tərəfindən təqdim edilən fototəsvirlər təhlil edilmişdir. Lakin əmlakın ilkin vəziyyətini əks etdirən fototəsvirlər məhdud olduğundan və hazırda yaşayış sahəsinin daxilində rekonstruksiya işləri davam etdiyindən hansı elementin hansı dövrə aid olduğunu müəyyən etmək ekspertin zəruri bilik səviyyəsinin hüdudları xaricində olmuşdur. Beləliklə, ünvan 4 ünvanında yerləşən 105,5 kv.m qeyri-yaşayış sahəsində və onun həyətyanı sahəsində görülən təmir-tikinti işlərinin həcminin və onların görülməsinə çəkilmiş xərclərin 2006-2014-cü illərə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. ünvan 5 ünvanında yerləşən 40 kv.m. yaşayış sahəsində 2003 -2005-ci ilədək təmir-tikinti işlərinin həcminin və həmin işlərin görülməsinə çəkilmiş xərclərin dəyərini müəyyən etmək üçün əmlaka baxış keçirilmişdir. Fototəsvirlərdən də göründüyü kimi əmlak köhnə təmirlidir. Təmir işlərinin aşınması 90% təşkil edir. Yaşayış üçün istismara qismən yararlıdır. Əmlakın daxilində mövcud olan təmir işlərinin 2003-2005-ci il və ya daha əvvəlki illərə aid olduğunu müəyyən etmək yalnız laboratoriya şəraitində müəyyən elementlərdən nümunə götürməklə mümkün olduğu ehtimal olunur.

7. Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı və X1 ünvan 7ləşən 105.5 kv.m sahədən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cav abdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada yerinə yetirilmiş təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat, əldən çıxmış faydaya görə 20.000 manat, obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin əvəzi olaraq 34.400 manat, obyekt boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş zərərin – 10.000 manat, mənəvi zərərin – 50.000 manat, cəmi 195.146 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının qohumudur və cavabdeh ASC-nin rəhbəridir. ASC-nin ərazisində müxtəlif vaxtlarda bir çox qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdır. Cavabdeh ASC əvvəllər Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərirdi. Əsas fəaliyyəti Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən təşkilatlara məxsus binaların təmir və tikintisi ilə məşğul olmaqdan ibarət idi. Cavabdeh ASC-nin təkcə Bakı şəhərində Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi, Xəzər və Səbail rayonunda tikinti sahələrinin olduğunu bilirdi. Cavabdeh ASC-nin 1 saylı tikinti sahəsi isə Sabunçu rayonu ərazisində yerləşirdi. 1 saylı tikinti sahəsi ASC-nin tikililərin sayına və ölçüsünə görə ən böyük sahəsi sayılırdı. Bu ərazidə çoxlu qaçqın və məcburi köçkün ailəsi məskunlaşdığı üçün dəfələrlə həmin binaların bu ailələr tərəfindən qanunsuz zəbt edilməsi halı ilə rastlaşan cavabdehlər bu qanunazidd hərəkətlərlə hüquq müstəvisində mübarizə aparmaq məcburi yyətində qalırdılar. İddiaçı 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olduqdan sonra Cavabdeh2 təkid və istəyi ilə, həmin tikinti sahəsinə nəzarət etməyə başlamışdır. Hətta xx.xx.2003-cü il tarixdə cavabdeh ASC-nin 1 saylı tikinti sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə qəbul edilmiş və xx.xx.2003-cü il tarixdə həmin sahədə böyük iş icraçısı vəzifəsinə keçirilmişdir. Bu vəzifələrə keçirilməyində Cavabdeh2 əsas məqsədi iddiaçının hüquqşünas olmağından istifadə etmək və bir qohum kimi onun ərazisinə daha etibarlı biri tərəfindən nəzarət olunması istəyi idi. İddiaçı, həmin vaxtlarda həyat təcrübəsinin az olması səbəbindən onun yalan vədlərlə bir çox insanları aldatmasından xəbəri yox idi. Qeyd olunan vaxtdan etibarən Cavabdeh2 iddiaçının həmin əraziyə daha yaxşı baxmağ ı üçün, əvvəlki iş icraçısının qaldığı otağı iddiaçının istifadəsinə vermişdir. Həmin otağın sahəsi təxminən 40 və 50 kv.metrdən çox olmazdı. Həmin otağı (iş kabineti) iddiaçıya verən Cavabdeh2 iddiaçıya bildirmişdir ki, həmin yeri iddiaçıya verir və iddiaçı öz istədiyi kimi düzəldə bilər, bundan sonra isə həmin yeri iddiaçının adına keçirəcək. İddiaçı, Cavabdeh2 sözlərinə inanaraq, təxminən 2004-cü ilədək həmin evdə yaşamağa başlamışdır. Bu evin gələcəkdə ona veriləcəyini nəzərə alaraq iddiaçı, müxtəlif vaxtlarda həmin evin yaxşılaşdırılması üçün, çoxlu vəsait xərcləmişdir. Belə ki, iddiaçı, orda qaldığı 3 il müddət ərzində həmin evi yaşayış üçün yararlı vəziyyətə salmaq məqsədi ilə 12.000 manatdan artıq pul vəsaiti xərcləmiş, orada hamam tikdirib, qaz və su xətləri çəkdirmiş, elektrik xətti yeniləmişdir. 2004-cü ildə iddiaçı, nikaha daxil olaraq ailə qurduğu üçün mütəmadi olaraq rayona getməli olurdu. İddiaçının orda olmamağından istifadə edən Cavabdeh2 həmin evi başqa bir şəxsin istifadəsinə vermişdir. Bununla bağlı iddiaçı etirazını Cavabdeh2 bildirəndə isə, sonuncu iddiaçıya demişdir ki, ona yeni, rahat, yola yaxın olan və daha iri həcmli sahə verəcək ki, ailəsi ilə birlikdə orada yaşaya bilsin. Bundan sonra iddiaçı, cavabdehin təkid və təklifi ilə əvvəlki sahədən çıxardılaraq, ünvan 7ləşən 105,5 kv.metr qeyri-yaşayış sahəsinə köçmüş və bununla bağlı olaraq iddiaçı ilə Cavabdeh2 arasında 2004-cü ildə “İcarə müqaviləsi” bağlanmışdır. Müqavilə bağlanan zaman Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onlar qohum olduqları üçün gələcəkdə bu qeyri-yaşayış sahəsini iddiaçının a dına keçirəcəkdir. Həmin qeyri-yaşayış sahəsi olduqca yararsız və istifadə üçün yararsız vəziyyətdə olsa da, Cavabdeh2 iddiaçıya bildirmişdir ki, bu qeyri-yaşayış sahəsini onun istifadəsinə verməkdə məqsədi bir qohum kimi guya yaxşılıq etmək istəyidir. Bunun müqabilində də, iddiaçı həmin qeyri-yaşayış sahəsini yaxşılaşdıraraq oranı təmir etməli və icarə müqaviləsi üzrə hər ay ASC-yə rəsmi olaraq 90 manat, qeyrirəsmi olaraq isə Cavabdeh2 özünə 200 manat məbləğində pul verməli idi. Həmin sahə olduqca yarasız və bərbad vəziyyətdə olduğu üçün, iddiaçı, təxminən 2 ay müddətində öz vəsaiti hesabına oranı qismən yararlı vəziyyətə salmış və ailəsi ilə birlikdə oraya köçmüş və 2004-cü ildən 2015-ci ilədək, hər ay 290 manat pulu Cavabdeh2 ödəmişdir. Təxminən 10 ildən artıq müddətdə iddiaçı tərəfində n ASC-nin hesabına 10.000 manatdan, Cavabdeh2 isə əlavə olaraq 24.000 manatdan artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa iddiaçı, həmin sahənin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 10 ildən artıq müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 85.000 manat məbləğində pul xərclənmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən həmin tikilinin dam örtüyündən tutmuş xarici fasadlarına qədər təmir edilmiş, binanın özülünün qrunt sularından azad olması üçün drenaj şəbəkəsi qurulmuş, daxili hissəsi yaşayış üçün yararlı vəziyyətə gətirilərək otaqlara ayrılmış və dəfələrlə təmir edilmişdir. Bina köhnə tikili olduğu üçün təmirdən sonra qısa müddət ərzində yararsız vəziyyətə düşürdü. Buna baxmayaraq, Cavabdeh2 həmişə iddiaçıya bildirirdi ki, guya gələcəkdə səhmdarların icl asını keçirməklə həmin binanı onun adına keçirəcək və iddiaçı hər ay 190 manat ödəməkdən azad olacaq. Lakin 2015-ci ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 onun etibarından istifadə etməklə onu aldadır, onun pullarını mənimsəməklə əslində həmin binanı ona vermək istəmir. İddiaçı bununla bağlı Cavabdeh2 irad və etirazlarını bildirsə də, Cavabdeh2 iddiaçının ödədiyi və xərc çəkdiyi pulları qaytarmaq istəmir, nə də, həmin binanı iddiaçının adına keçirtmək istəyir. Artıq iddiaçı başa düşmüşdür ki, Cavabdeh2 niyyəti onun etibarından istifadə etməklə ona məxsus pulları mənimsəmək və aldatmaq yolu ilə onun hesabına varlanmaqdır. Odur ki, göstərilənlərə əsasən iddiaçı hesab edir ki, yerinə yetirilmiş təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat və 2004-cü ildən 2015-ci ilədək, hər a y cavabdehlərə ödədiyi 34.400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.

10. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 705-ci maddəsinin tələbləri qaydasında xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün aylıq 90 manat hesablanmaqla 2.700 manat, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün 4.391 manat əldən çıxmış gəlir, cəmi 7.091 manat pulun ilkin iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-yə məxsus qeyriyaşayış sahəsi illərdir ki, ilkin iddia tələbləri üzrə İddiaçı tərəfindən 1 il lik xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq heç bir ödəniş olmadan qanunsuz istifadə edilir. Sahənin İddiaçı tərəfindən zəbt olunma faktı qanuni qüvvəsini almış Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də icarə müqaviləsi müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq, ilkin iddia üzrə İddiaçı illər boyu sözü gedən sahədən çıxmaması nəticəsində sahənin mülkiyyətçisi Cavabdeh1 ASC həmin sahəni təyinatı üzrə istifadə edə bilməmiş, sahəni icarə haqqını ödəyə bilən hər hansı üçüncü şəxslərə icarəyə vermək imkanlarından, bununla da adi mülki dövriyyə şəraitində ala biləcəyi gəlirlərdən məhrum olmuşdur. İş materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin xx. xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsindən görünür ki, “xx.xx.2015-ci il tarixli 07 saylı icarə müqaviləsindən görünür ki, “Təmir-Tikinti N.H.” ASC (icarəyə verən) İddiaçı (icarədar) özünə məxsus olan ünvan 6 ünvanında yerləşən 105.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 01 il müddətinə, yəni xx.xx.2016-cı il tarixədək icarəyə vermişdir. İşin materiallarından görünür ki, icarəyə verən Cavabdeh1 ASC icarədar İddiaçı xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə bildiriş məktubları göndərərək, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin müddətinin artırmaq niyyətində olmadığını bildirmiş və xx.xx.2016-cı il tarixdə cəmiyyətə məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını təklif olunmuşdur.İcarə müddəti bitməsinə baxmayaraq icarədar icarəyə verənin yazılı xəbərdarl ıqlarına baxmayaraq qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir.” Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9728/2016 saylı qətnaməsi ilə İddiaçı və X1 ünvan 7ləşən 105.5 kv.m sahədən çıxarılması qət edilmiş, apellyasiya və kassasiya məhkəmələri tərəfindən qətnamə həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamənin icrası hazırda Sabunçu rayon icra şöbəsinə həvalə edilmişdir. Yəni icra hələ də baş tutmayıb və İddiaçı həmin sahədən çıxarıllmayıb, icra hərəkətlərinin keçirilməsi xx.xx.2018-ci il tarixinə təyin edilib. Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-9728/2016 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2724/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı icarə müqaviləsi üzrə qalıq borcu 270 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə cavabdeh İddiaçı 270 manat pulun alınaraq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, Cavabdeh1 ASC ilə İddiaçı arasında ünvan 7ləşən 105.5 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin xx.xx.2016-cı il tarixdə müddəti bitmişdir. Həmin müqavilə üzrə ödənilməmiş 270 manat icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2724/2017 saylı qətnaməsi ilə İddiaçı tutulmuşdur. Bununla da, İddiaçı həmin sahədən çıxarılmasına dair Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)9728/2016 saylı qətnaməsi çıxarılsa da, İddiaçı həmin qətnaməni apellyasiya və kassas iya qaydasında mübahisələndirmişdir və bu günədək sahədən çıxmamışdır. Bununla da, ilkin iddia tələbləri üzrə İddiaçı xx.xx.2016-cı ildən etibarən ünvan 7ləşən 105.5 kv.m. qeyri-yaşayış sahəsini heç bir qanuni əsas olmadan və heç bir ödəniş etmədən istifadə edir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 705-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İlkin iddia tələbləri üzrə İddiaçı qeyd etm işdir ki, ünvan 7ləşən 105.5 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 90 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş həmin xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin 3.1-ci maddəsi də aylıq icarə haqqının 90 manat olmasını təsbit edir. Buna görə də İddiaçı Azərbaycan Respublikası MM-nin 705-ci maddəsinin tələbləri qaydasında xx.xx.2016-cı il tarixdən etibarən, yəni xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində (həmin dövrdə 30 təqvim ayı vardır) aylıq 90 manat, cəmi (30x90=2.700) 2.700 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X2 arasında bağlanılmış ünvan 7ləşən 302.5 kv.m və 15.3 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2015-ci il tarixli 12 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 700 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X3 arasında bağlanılmış ünvan 7ləşən 302.5 kv.m və 15.3 kv.m qeyriyaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2016-ci il tarixli 17 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 700 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X3 arasında bağlanılmış ünvan 7ləşən 302.5 kv.m və 15.3 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixli 13 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 800 manat təşkil edir. İş materiallarına əl avə edilmiş Cavabdeh1 ASC ilə X4 arasında bağlanılmış ünvan 7ləşən 113.1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli 09 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə X3 arasında bağlanılmış ünvan 7ləşən 302.5 kv.m, 15.3 kv.m, 75.4 lcv.m, 142.0 kv.m qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli 08 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 1 il müddətinə bağlanılmışdır və aylıq icarə haqqı 1.100 manat təşkil edir. Göründüyü kimi, ilkin iddia tələbləri üzrə İddiaçı icarəyə götürdüyü sahə ilə eyni ünvanda yerləşən sahələrin aylıq icarə haqqısı 250, 700, 800, 1100 manat təşkil edir. Qarşıl ıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ASC həmin sahələri müxtəlif şəxslərə icarəyə verməklə gəlir əldə edir. İcarə müqaviləsinin qüvvədə olduğu müddətdə qohumluq münasibətlərinə əsasən İddiaçı güzəşt edilmiş, icarə haqqının aylıq məbləği 90 manat göstərilmişdir. Onunla xx.xx.2015-ci il tarixdə bağlanılmış 1 illik icarə müqavilənin müddətinin bitməsindən sonra (xx.xx.2016-ci il tarixdən sonra) o həmin sahədən çıxmamışdır və nəticədə Cavabdeh1 ASC adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdə məhrum edilmişdir. İddiaçı icarə müqavilənin müddətinin bitməsindən sonra (xx.xx.2016-ci il tarixdən sonra) həmin sahədən çıxmamasına görə həmin sahə Cavabdeh1 ASC-nin qanuni sahibliyində çıxmış, hər hansı şəkildə istifadə oluna bilməmişdir, həmin sahənin hər hansı şəxsə icarəyə verilməsi mümkün o lmamışdır. Yuxarıdakı icarə müqavilələrindən görünür ki, İddiaçı tutduğu sahə ilə eyni ünvanda, ünvan 7ləşən 302.5 kv.m+15.3 kv.m=317.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində aylıq icarə haqqı 700 manat təşkil etmişdir. Bununla da, İddiaçı icarə müqaviləsi əsasında verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəyə verilməsinə görə aylıq icarə haqqı həmin dövrdə 232.4 manat təşkil etmişdir (X6 ilə bağlanılmış xx.xx.2015-ci il tarixli 12 saylı icarə müqaviləsi). 302.5 kv.m+15.3 kv.m=317.8 kv.m qeyriyaşayış sahəsinin icarəyə verilməsinə görə xx.xx.2016xx.xx.2017-ci il tarixlərində aylıq icarə haqqı 700 manat təşkil etmişdir. Bununla da, İddiaçı icarə müqaviləsi əsasında verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəyə verilm əsinə görə aylıq icarə haqqı həmin dövrdə 232.4 manat təşkil etmişdir (X7 ilə bağlanılmış xx.xx.2016-ci il tarixli 17 saylı icarə müqaviləsi). 302.5 kv.m+15.3 kv.m=317.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə, görə xx.xx.2017xx.xx.2018-ci il tarixlərində aylıq icarə haqqı 800 manat təşkil etmişdir. Bununla da, İddiaçı icarə müqaviləsi əsasında verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəsinə görə aylıq icarə haqqı həmin dövrdə 266 manat təşkil etmişdir. (X7 ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 13 saylı icarə müqaviləsi). 113.1 kv qeyri-yaşayış sahələsinin icarəyə verilməsinə görə xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində aylıq icarə haqqı 250 manat təşkil etmişdir. Bununla da, İddiaçı verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəsinə görə aylıq icarə haqqı həm in dövrdə 233 manat təşkil etmişdir. (X8 ilə bağlanılmış xx.xx.2018-ci il tarixli 09 saylı icarə müqaviləsi). 302.5 kv.m+15.3 kv.m+75.4 kv.m+142.0 kv.m=535.2 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində aylıq icarə haqqı 1100 manat təşkil etmişdir. Bununla da, İddiaçı verilmiş 105.5 kv.m sahəyə bərabər olan sahənin icarəsinə görə aylıq icarə haqqı həmin dövrdə 217 manat təşkil etmişdir. (X7 ilə bağlanılmış xx.xx.2018ci il tarixli icarə müqaviləsi). Bununla da, yuxarıdakı icarə müqavilələrindən görünür ki, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərində İddiaçı tərəfindən tutulan 105.5 kv.m sahəyə bərabər olan, həmin ünvanda (ünvan 8ələrin icarəsində görə aylıq icarə haqqı: xx.xx.2016-cı il tarixlərində 232.4 manat; xx.xx.2017-ci il tarixlərində 2 32.4 manat; xx.xx.2018-ci il tarixlərində 266 manat; xx.xx.2019-cu il tarixlərində 233 manat; xx.xx.2019-cu il tarixlərində 217 manat təşkil edir. Göründüyü kimi, İddiaçı tərəfindən onunla bağlanılmış xx.xx.2015-ci il tarixli 1 illik icarə müqaviləsinin bitməsi tarixindən sonra (xx.xx.2016-cı il tarixindən sonra) həmin müqaviləyə əsasən icarəyə götürülmüş 105.5 kv.m sahə onun tərəfindən icarə müqaviləsinin bitməsi vaxtında Cavabdeh1 ASCyə qaytarılsaydı, Cavabdeh1 ASC 2016-2017-ci il tarixlərində aylıq ən azı 232.4 manat; 2016-2018-ci il tarixlərində orta hesabla aylıq 239 manat ((266+233+217)/3=239) gəlir əldə etmiş olardı. Buna görə də, xx.xx.2016-cı il tarixdən (icarə müqaviləsinin bitməsi tarixi) xx.xx.2018-ci il tarixədək olan müddət üçün əldən çıxmış gəlir məbləği hesablanaraq İddia çı tutulmalıdır. xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində (həmin dövrdə tam 12 təqvim ayı vardır) aylıq 232.4 manat hesablanmaqla 2789 manat (12x232.4=2789); xx.xx.2017xx.xx.2018-ci il tarixlərində (həmin dövrdə tam 18 təqvim ayı vardır) aylıq 239 manat hesablanmaqla 4.302 manat (18x239=4302), cəmi xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində (2789+4302=7091) 7091 manat əldən çıxmış gəlir məbləği vardır. Yuxarıda qeyd edilmişdir ki, İddiaçı AR Mülki Məcəlləsinin 705-ci maddəsinin tələbləri qaydasında xx.xx.2016-cı il tarixdən etibarən, yəni xx.xx.2016xx.xx.2018-ci il tarixlərinə görə (həmin dövrdə tam 30 təqvim ayı vardır) aylıq 90 manat olmaqla, cəmi (30x90=2700) 2700 manat pul tutulmalıdır. Bu hal nəzərə alınaraq, əldən çıxmış gəlirin qəti məbləği aşağıdakı qaydada hesablanmalıdır. Yuxarıda qeyd edilmiş 7091 manat əldən çıxmış gəlir məbləğindən indiyədək ödənilməmiş 90 manat aylıq icarə haqqı məbləğinin cəmi çıxıldıqda (7091 manat-2700 manat=4391) əldən çıxmış gəlirin qəti məbləği 4391 manat təşkil edir. İddiaçı xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində mübahisəli sahədən çıxmaması nəticəsində sahənin mülkiyyətçisi "xxxx" ASC-yə cəmi 7091 manat ziyan dəymişdir, həmin pulun 2700 manata bərabər hissəsi xx.xx.2016xx.xx.2018-ci il tarixlərində ödənilməmiş aylıq 90 manat icarə haqqının cəmi məbləği, 4391 manata bərabər olan hissəsi ilə əldən çıxmış gəlir məbləğidir. Bu kimi hesablama nəticəsində xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün müqavilə münasibətlərində olarkən aylıq ödənilməli olan 90 manat pulun cəmi və əldən çıxmış gəlirləri müəyyən etmək olur. Nəzərə alınmalıdır ki, x x.xx.2016-cı il tarixdən etibarən icarə müqaviləsi qüvvədə deyildir, buna görə də dəymiş ziyanın məbləğinin aylıq 90 manat hesablanmaqla məhdudlaşdırılması yolverilməzdir. Müqavilə müddəti bitdiyindən sonra (xx.xx.2016-cı ildən sonra) sahə İddiaçı tərəfindən boşaldılsaydı adi mülki dövriyyə şəraitində hər hansı üçüncü şəxslərlə icarə müqaviləsi bağlayaraq Cavabdeh1 ASC ən azı 7091 manat gəlir əldə edə bilərdi. Eyni dövr üçün həm aylıq 90 manat pulun və həm də əldən çıxmış gəlirin tutulmaması məqsədilə, aylıq 90 manat pulun cəmi olan 2700 manat məbləğ ayrıca hesablanır, ümumi əldən çıxmış gəlirdən çıxılır və nəticədə əldən çıxmış gəlirin 4391 manat qəti məbləği ayrıca göstərilir. Qeyd olunanlar sübut edir ki, ilkin iddia üzrə İddiaçı xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün aylıq 90 manat hesablanmaqla 2700 manat, 05.01. 2016-xx.xx.2018-ci il tarixləri üçün 4.391 manat əldən çıxmış gəlir olan, cəmi 7091 manat pul tutulmalıdır. 12. 20 may 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada yerinə yetirilmiş təmirtikinti, yaxşılaşdırma işlərinə görə 80746 AZN, 20000 AZN əldən çıxmış faydaya görə, 34400 AZN obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, 10000 AZN obyekt boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş zərərin, 50000 AZN mənəvi zərərin, cəmi 195146 AZN məbləğində pulun tutularaq ona verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin (“dələduzluq” cinayətinin) əlamətləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) (bundan sonra – birinci instansiya məhkəməsi) 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia təmin edilməmişdir.

14. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onun tərəfindən iddiaçıya hər ay 90 manat icarə haqqı ödəmək şərti ilə 1 illik icarə müqavilələri əsasında icarəyə verilmişdir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, cavabdeh tərəfindən icarəyə verilmiş qeyri- yaşayış sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması üçün iddiaçıya heç bir tapşırıq və sifariş verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbində sad alanmış təmir bərpa işlərinin görülməsi barədə cavabdehdən ona tapşırıq və yaxud sifariş verilməsi barədə hər hansı sübutu təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən yerinə yetirilmiş təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80746 manat pul tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.

15. Əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığından mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində də iddia təmi n edilməməlidir.

17. Məhkəmə, iddia tələbinin cavabdehləri hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsinin tələbin “maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyanın əvəzinin tutulması” hissəsi ilə birbaşa bağlı olduğunu, tələbin sözügedən hissəsinin isə təmin olunmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsində də rədd edilməlidir. 18.Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 7091 manat pul tələbi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, əldən çıxmış fayda ilə əlaqədar dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı tələb təmin edilə bilməz, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə zidd olaraq iddiaçı cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq həmin məbləğin əldə edilməməsini təsdiq edən hər hansı əsasları təqdim etməmişdir.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 157.6, 157.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat

20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəç i), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-1800/2022) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh ASC iddiaçının mübahisəli sahədə ailəsi ilə birlikdə yaşamasına xx.xx.2016-cı il tarixədək razı olmuşdur. Həmin tarixdən sonra onunla icarə müqaviləsi bağlamaqdan imtina etmiş və həmin sahədən çıxarılmalarını tələb etmişdir. Lakin iddiaçı əmlakın qanuni sahibinin bu tələbini yerinə yetirməmiş, yalnız xx.xx.2018-ci il tarixdə əmlakı boşaltmışdır. Bu baxımdan hesab etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixədək mübahisəli sahənin qanuni sahibi, yəni vicdanlı olmuş, həmin tarixdən sonra sahədən çıxan tarixədək isə qanunsuz sahiblik etmiş, yəni vicdansız sahib olmuş dur. Odur ki, hazırki iş üzrə iddiaçı xx.xx.2016-cı il tarixədək həm zəruri xərcləri, həm də yaxşılaşdırmaları tələb edə bilər, həmin tarixdən sonra isə yalnız zəruri xərcləri.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçı təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat pul tələbi barədə iddia tələbi üzrə sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. Odur ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə, 20.000 manat məbləğinə əldən çıxmış faydanın, 34.400 manat məbləğində obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, mübahisəli sahə boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş 10.000 manat məbləğində zərərin tutulması barədə apellyasiya şikayətinin dəlillərini də əsassız hesab etmişdir. Belə k i, iddiaçı, qeyd olunan tələblərinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilmişdir ki, rayon məhkəməsi qeyd edilən bu tələbləri rədd etməkdə haqlı olmuşdur.

24. Məhkəmə apellyasiya şikayətinin mənəvi ziyanın əvəzinin - 50.000 manat, məbləğində pulun tutulması barədə iddianın Rayon Məhkəməsi tərəfindən rədd edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokol ları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. İş üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, ona vurulmuş mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də hesab edilmişdir ki, rayon məhkəməsi müzakirə edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənlərdən başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində cavabdehlərin barəsində xüsusi qərardadın qəbul edilərək prokurora göndərilməsini xahiş edir. Məhkəmə bildirmişdir ki, xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Əgər iddiaçı hesab edirsə ki, cavabdehlər ona q arşı cinayət törədiblər, onda o, həmin şəxslər barəsində prokurorluq orqanına özü müraciət edə bilər. Digər tərəfdən qeyd edilmişdir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə xüsusi qərardadın qəbul edilməməsi, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas deyil; MPM-da bu kimi göstəriş nəzərdə tutulmamışdır.

25. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 157, 1091, 1092-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. İddiaçı kassasiya şikayətini onunl a əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 157, 357, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 2, 9, 62, 76, 77, 79, 88, 89, 90, 95, 97-ci maddələrinin tələbləri pozulmuşdur.

28. Kassasiya şikayətində qeyd edilir ki, cavabdehlər iddiaçı tərəfindən mənzilin yaxşılaşdırılması üçün çəkilən xərci ödəməlidirlər. Belə ki, həmin yaxşılaşdırmalar icarəyə götürülmüş əmlakın dəyərini külli miqdarda artırmışdır. Həm də bu yaxşılaşdırmalar mənzildən təyinatı üzrə istifadə edilməsi üçün zəruri olmuşdur. Əslində bu yaxşılaşdırmaları cavabdeh özü etməli olduğu halda etməmişdir. Cavabdehlərin iddiaçı tərəfindən çəkilən xərcləri ödəməkdən yayınmağa çalışmaqda i fadə olunan hərəkətləri əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb etməyə mane ola bilməz. Bir halda ki, təmirlə edilən yaxşılaşdırmaları iddiaçı olaraq mənzildən çıxarkən özü ilə götürmək hər iki tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmamamışdır, deməli, əmlakı yaxşılaşdırmaq üçün tərəfindən çəkilmiş məsrəflərin əvəzi ödənilməlidir. Cavabdeh əmlakı ona icarəyə verərkən heç də yaşamaq üçün yararlı olmamışdır. Müvafiq şəraiti yaratmaq üçün zəruri xərclər tərəfindən çəkilmiş, cavabdeh isə öz növbəsində həmin yaxşılaşdırmalara etiraz etməməklə bəyənmişdir. Əksini düşünmək üçün əsas yalnız o hal ola bilərdi ki, cavabdeh təmir işlərinə etiraz etmiş olsa idi və ya dayandırılmasını tələb edə idi. Nə rəsmi yazılı etiraz, nə də işlərin dayandırılması tələbi cavabdeh tərəfindən ona təqdim edilmədiyindən, çəkilmiş xərclərin əvəzi ona ödənilməlidir. Onu da qeyd etmək yerinə düşər ki, onun yaxşılaşdırmalarının nəticəsidir ki, bu gün həmin mənzil 500 manata cavabdeh tərəfdən icarəyə verilməkdədir. Yəni cavabdeh onun hesabına pul qazanaraq fayda götürməkdədir. Sübutlarını təkzib edəcək sübut olmadığı halda araşdırılmamış və qətnamədə istinad edilməmişdir. Məhkəmələrin hazırkı iş üzrə qətnamələri adıçəkilən maddənin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, onun hüquq və mənafelərinin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, vəsatəti təmin edilməmiş, təqdim etdiyi sübutlara isə qiymət verilməmişdir. Tərəflərin bərbərliyi pozulub. Belə ki, məhkəmə MPM-in 77.1-ci maddəsinə əsasən təmirə xərc çəkməyini təsdiq edən sübutu tə qdim edə bilməməyinə əsaslanıb iddianı rədd edib. Lakin cavabdehin 2005-ci ildə evi ona guya təmirli verməsi ilə bağlı iddiası üzrə sübutun təqdim edilməməsinə qiymət vermir. Bundan başqa, təyin edilmiş ekspertizanın keçirilməsinə mane olan cavabdeh barədə MPM-in 97.5-ci maddəsi üzrə tədbir görmür və qoyulmuş suallar üzrə haların təsdiq edilməli olduğundan bəhs etmir. Məhkəmə bununla da qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Şahidləri birinci instansiya məhkəməsində ifadə verdilər və nə iş gördüklərini, nə qədər xidmət haqqı aldıqlarını, hansı mal-materialdan istifadə etdiklərini və s. barədə məlumat verdilər. Cavabdeh isə özündən bir neçə şahid gətirərək çalışdı ki, məhkəmədə elə fikir formalaşdırsın ki, guya onun şahidləri yalan danışır. L akin elə özünün gətirdiyi şahidlərdən biri bildirdi ki, “Adamın üstündə Allah var! Gərək düzünü deyəsən, ev iddiaçı tərəfindən təmir edilmişdir və evdə yaşayış üçün hər bir şərait yaradılmışdır” İşin bu halına qiymət verilməmişdir. Sübutemə yükü təkzib edənin deyil, iddiaçının üzərinə düşür deyən məhkəmə nə üçün təqdim etdiyi sübutların heç birinin adını çəkmir? Cavabdeh deyir ki, guya 2005-ci ildə evi ona təhvil verəndə təmirli verib. Bəs bu iddia etmək deyil nədir? Belə olan halda nə üçün cavabdehi bu iddiası üzrə hər hansı sübutun olmadığı cavabdehn əleyhinə, onun isə leyhinə qiymətləndirilmir. Göründüyü kimi hazırki maddənin özü belə birtərəfli tətbiq edilmişdir. Məhkəmə işdəki təqdim etdiyi sübutları ən azından elan edib onlara hüquqi qiymət verməyə başlasa idi görərdi ki, o, lazımi s übutları təqdim etmişdir. Son olaraq isə ekspertiza təyin etməklə və yerində baxış keçirməklə məsələni həll edə biləcəyi halda vəsatətini təmin etməmiş, rədd etməsini əsaslandırmamış, yerində baxış isə keçirməmişdir. Məhkəmələr şahid ifadələri, qiymətləndirmə hesabatları, foto şəkillər, video yazılar və s sübutlarından heç birini qiymətləndirməmişdir. Əvəzində sübutetmə yükü üzrə vəzifəsini yerinə yetirməməkdə ittiham etmişdir. Yazılı sübut kimi qiymətləndirmə hesabatları, icarə müqaviləsi, ustalara və fəhlələrə verilmiş ödənişlər barədə qeydlər, evin təmirdən əvvəlki və sonrakı halı barədə fotoşəkillər və s. təqdim edilmişdir. Lakin məhkəmələr heç bir sübutuna qiymət verməmişdir. Hazırkı işdə maddi sübut evdəki görülmüş yaxşılaşdırma işləridir. Onları isə işə əlavə etmək olmur. Çünki daşı nmaz əmlakın tərkib hissələri və ya özləridir. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə yerində baxış keçirərək maddi sübutlarla tanış ola bilərdi. Lakin bunu etməmişdir. İşdə olan video yazılarına qiymət verilməmişdir. Ümumiyyətlə məhkəmə qətnamələrini oxuyanda elə təəsürat yaranır ki, sanki, heç bir sübut təqdim etməmişdir. Halbuki, evdən çıxarılma işinin qətnaməsinin icrası zamanı icra məmuru tərəfindən qeydə alınmış video yazı tədqiq edilməmişdir. Həmin video yazını qeydə alan Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Amil müəllim və digər icra məmurları şahid qismində dindirilməmişdir. Video yazıdan da görünür ki, həyat yoldaşı Gülnarə Məmmədova evdən çıxarkən evin hansı vəziyyətdə olmasını və hansı işlərin görüldüyünü elan etmişdir. Məhkəmə ekspertizanın təyin edilməsi barədə təkrar vəsatətini təmin etməkdən imtina edərkən bunu əsaslandırılmış qərardadla etməli olduğu halda, bunu etməmişdir. Təyin edilmiş ekspertizanın keçirilməsinə mane olan cavabdehin nümayəndəsinin hərəkətlərinə 97.5-ci maddə üzrə hüquqi qiymət verməmişdir. Halbuki, cavabdehin nümayəndəsi ekspertə mane olmuşdur ki, tədqiqat obyektinə daxil olsun, onu şikayət edəcəyi ilə hədələmişdir. Bu barədə apellyasiya instansiyası məhkəməsinin iclasında bildirsə də, əhəmiyyət verilməmişdir. Məhkəmə qətnamələri qanuni və əsaslı olmamışdır. Təqdim etdiyi sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməmiş, iş birtərəfli olaraq cavabdehlərin leyhinə əsaslandırılmışdır. Qətnamələr tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, onunla cavabdeh arasındakı münasi bət icarə münasibətləri olsa da, icarəyə verilmiş sahənin yaşayış üçün istifadəyə yararlı olmadığına, çəkdiyi zəruri xərclər olmadan yaşayışın təmin edilməsinin mümkün olmadığına qiymət verilməmişdir. Cavabdehin yaxşılaşdırmaları ilə əlaqədar etirazının olmadığına münasibət bildirilməmiş, hazırda yaxşılaşdırmalardan sonra sahənin əvvəlkindən qat-qat baha qiymətə icarəyə verildiyinə münasibət bildirməmişdir. Məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla (şahid ifadələri və qiymətləndirmə hesabatları) deyil, öz şəxsi mövqeyinə uyğun əsaslandırmışdır. Nə birinci, nə də apellyasiya məhkəməsinin qətnaməsi sübutların qiymətləndirilməsi baxımından natamam olmuşdur. Şahidlərin ifadələrinə, təqdim etdiyi qiymətləndirilmə hesabatlarına hüquqi qiymət verilməmişdir. Hakimlər yerində baxış keçirməmişl ər. Hansı qanunun tətbiq edilməli olduğunu qeyd etməmişlər. Tam hüquqlu məhkəmə kimi apellyasiya məhkəməsi işin araşdırılması üçün lazımi tədbirlər görməmiş, ekspertizanın təyin edilməsi barədə vəsatətini təmin etməmiş, ekspertizanın keçirilməsinə cavabdehin nümayəndəsi və vəkili tərəfindən edilmiş maneəyə MPM-in 97.5-ci maddəsi üzrə hüquqi qiymət verməmişdir. Nə birinci, nə də apellyasiya məhkəməsində iş üçün əhəmiyyətli olan hallara qiymət verməmiş, şahidlərin ifadələrinə qiymət verilməmiş, mənzilin yaxşılaşdırılması üçün çəkilən xərclər olduğu müəyyən edilsə də, iddianı heç qismən də olsun təmin etməmişdir. Apellyasiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Sanki onun etdiyi yaxşılaşdırmaları müəyyən etmək olmur. Halbuki, çəkdiyi xərclər barədə usta və fəhlələr şahid kimi ifadə veriblər, AB Consultinq tərəfindən rəy verilib. Apelyasiya instansiyası məhkəməsi şahidlərin ifadələrinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29. "xxxx" ASC-nin vəkili Abdullayeva Aynur Aydın qızı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilm əsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 1091 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə

14. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsində yalnız iddiaçı tərəfin şikayəti üzrə yoxlanmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, MPMnin 76.1 və 76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak ed ən şəxslərin izahatları ilə müəyyən edilir. 42.Apellyasiya instansiyası məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, cavabdeh ASC yuxarıda qeyd olunan sahəni İddiaçı ailəsi ilə birlikdə yaşamaq üçün 2005-ci ildən hər ay 90 manat icarə haqqı ödəməklə icarəyə vermişdir. Onların arasında sonuncu “İcarə müqaviləsi” xx.xx.2015-ci il tarixdə 1 il müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, müddət bitdikdən sonra ASC İddiaçı ilə yenidən “İcarə müqaviləsi” bağlamaqdan imtina edərək, ondan qeyri-yaşayış sahəsindən çıxmağı və sahəni boşaltmağı tələb etmişdir. İddiaçı 10 ildən artıq müddət ərzində həmin sahədə təmir-tikinti işləri aparması və cəmi 80.746 manat məbləğində xərc çəkdiyini əsas götürərək həmin sahədən çıxmaqdan imtina etmişdir. Bundan sonra, İddiaçı və onun arvadı G.Məmmədovanın mübahisəli sahədən çıxarılması, ödənilməmiş qalan 270 manat məbləğində icarə borcunun İddiaçı tutularaq ASC-yə ödənilməsi məhkəmə qətnaməsi ilə qət edilmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan və işin mübahisəli halları üzrə qeyd etmişdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmirtikinti və yaxşılaşdırma işlərinə görə 80.746 manat vəsait sərf etdiyini bildirir və həmin vəsaiti tələb edir.

44. Cavabdeh ASC-nin iddia tələbinə qarşı etirazı isə ondan ibarətdir ki, iddiaçı, mübahisəli qeyri-yaşayış sahəsinin ASC tərəfindən ona yaşayış üçün yararsız vəziyyətdə verilməsini bildirsə də, bu məlumat həqiqəti əks etmir. Mübahisəli sahə iddiaçıya abad və təmirli vəziyyətdə təhvil verilmişdir və hətta əgər iddiaçı həm in sahəni təmir edibsə, təmiri özü üçün edib və uzun müddət ərzində sahədə yaşayıb, oradan istifadə edib.

45. Apellyasiya məhkəməsinin mövqeyinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzini tələb edə bilər. Vicdansız sahib isə yaxşılaşdırılmaları deyil, yalnız zəruri xərcləri tələb edə bilər. Zəruri xərclər elə xərclərdir ki, bunlar əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün mülkiyyətçinin də çəkməli olduğu xərclərdir. Yaxşılaşdırılmalar isə əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün zəruri olmayan, daha çox əşyanın dəyərinin artmasına xidmət edən xərclərdir. Hazırki iş üzrə cavabdeh ASC iddiaçının mübahisəli sahədə ailəsi ilə birlikdə yaşamasına xx.xx.2016-cı il tarixədək razı olmuşdur. Həmin tarixdən sonra onunla icarə müqaviləsi bağlamaqdan imtina etmiş və həmin sahədən çıxarılmalarını tələb etmişdir. Lakin iddiaçı əmlakın qanuni sahibinin bu tələbini yerinə yetirməmiş, yalnız xx.xx.2018-ci il tarixdə əmlakı boşaltmışdır. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı xx.xx.2016-cı il tarixədək mübahisəli sahənin qanuni sahibi, yəni vicdanlı olmuş, həmin tarixdən sonra sahədən çıxan tarixədək isə qanunsuz sahiblik etmiş, yəni vicdansız sahib olmuşdur.

46. Birinci instansiya məhkəməsi mübahisəli sahədə konkret hansı təmir-tikinti işlərin aparılması, işlərin nə vaxt aparılması, təmir-tikintiyə görə çəkilmiş xərclərin əvəzinin müəyyən edilməsi məqsədi ilə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın rəylərini almışdır. Rəylərdən görünür ki, mübahisəli qeyri-yaşa yış sahələri üzrə aparılmış işlərin konkret olaraq hansı növlərinin, hansı ildə (dövrdə) görülməsi barədə dəqiq məlumat iş materiallarında olmadığını və hər hansı obyekt (qeyri yaşayış sahəsi, fərdi yaşayış evi, mənzili, tikili və s.) üzrə yerinə yetirilmiş işlərin, o cümlədən bu işlərə sərf olunan xidmət (əmək) haqqı və tikinti materiallarının dəyərinin, işlərin aparıldığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq müəyyən olunduğunun nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahələrində, iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün dəqiq olaraq hansı ildə (tarixdə) yerinə yetirilməsini, illər üzrə görülən işlərin dairəsini və işlərin görülməsinə çəkiliş xərclərin dəyərini müəyyən etmək mümkün deyil.

47. İddiaçı kassasiya şikayətində məhkəmə tərəfində n ekspertiza təyin olunmasına və mübahisəli sahəyə baxş keçirilməsi ilə bağlı vəsatətinin nəzərə alınmadığını göstərsə də əksinə apellyasiya instansiyası məhkəməsi yenidən eksperiza təyin etmiş, lakin apellyasiya icraatı zamanı da rəy alınması mümkün olmamışdır. Belə ki, ekspertizanın aparılmasından imtina olunması barədə məlumatdan görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiq olunan tikililər üzrə 2003-2005-ci ilədək, 2006-cı ildən 2014-cü ilədək və 2019-cu ildən 2018-ci ilədək olan müddət ərzində, həmçinin 2018-ci ildən sonrakı dövrdə aparılmış təmir-tikinti işlərinə dair layihə-smeta sənədlərinin, eləcə də tikinti materiallarının alınmasına dair qaimə sənədlərinin ekspertizaya təqdim olunması və həmin tikililərə tərəflərin iştirakı ilə baxış keçirilməsi nin təşkil edilməsi zəruri olduğundan, bu barədə Məhkəməyə xx.xx.2021-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan yaşayış evinə baxış keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə tədqiq olunan tikililərə qismən vizual baxış keçirilmişdir. Lakin yerinə yetirilmiş təmir-tikinti işlərinə dair layihə smeta sənədləri, eləcə də tikinti materiallarının alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən, qərardadda qeyd edilən ayrı-ayrı tarixlər üzrə tədqiq olunan yaşayış evində hansı işlərin aparılmasını, eləcə də həmin işlərin həcmini müəyyən etmək və ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi həmin sənədləri təqdim etmək iddiaçı tərəfə təklf olunsa da həmin sənədləri n mövcud olmaması müəyyən edilmişdir.

49. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən icarə müqaviləsinin müddəti ərzində hansı zəruri məsrəflərin və yaxşılaşdırmaların edilməsi, müqavilə müddəti bitdikdən sonra isə hansı zəruri işlərin görülməsi və zəruri məsrəflərin çəkilməsi müəyyən olunmur. Ekspertiza tədqiqatının aparılmasının mümkün olmamasının səbəbi qeyd olunan sənədlərin (yerinə yetirilmiş təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri, tikinti materiallarının alınmasına dair qaimə sənədləri) təqdim edilməməsidir. Həmin sənədlərin təqdim edilməsi vəzifəsi bilavasitə iddiaçının üzərinə düşür. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat pul tələbi hər hansı sübuta əsaslanmır və sübut olunmayan tələb isə əsaslı hesab edilə bilməz.

50. Məhkəmə, 20.000 manat məbləğində əldən çıxmış faydanın, 34.400 manat məbləğində obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, mübahisəli sahə boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş 10.000 manat məbləğində zərərin tutulması, 50.000 manat mənəvi ziyanın əvəzinin tutulması barədə tələblərinin əsaslı olmasını təsdiq edəcək sübutların məhkəmələrə təqdim etmədiyindən əsassız hesab edilmişdir. Hazırkı kassasiya şikayətində də məhz eyni dəlillərə istin ad olunur. Bu baxımdan hesab edilməlidir ki, qeyd edilən bu tələbləri rədd etməkdə məhkəmələr haqlı olmuşdur.

51. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahsələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1800/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar