Məhkəmə qərarları › İş №2(102)-3282/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3282/2025

27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3282/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1575/2025 nömrəli, 7 avqust 2025-ci il tarix li qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan Göygöl rayonu Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və bu şəhadətnamə əsasında X1 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh 1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)-88/2023 nömrəli qətnaməsi ilə (hakim - Qələmdar Abbasov) iddia tələbi təmin edilmişdir.

3. Maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vərərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ədil Məmmədov (sədrliyi və məruzəsi ilə), Rəhman Muradov və Fikrət Mehtiyev) 16 yanvar 2024-cü il tarixli 2(104)-365/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər – İspəndiyar Şəfiyev (sədrliyi və məruzəsi ilə), Əhməd Əhmədov və Vüqar Həsənov) 23 avqust 2024-cü il tarixli 2(102)-2683/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-365/2024 nömrəli, 16 yanvar 2024cü il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(104)2024/2024 nömrəli qərardadı ilə Maraqlı ş əxs Göygöl Rayon Məhkəməsinin 2(066)88/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

8. Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)-88/2023 nömrəli, qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrliyi və məruzəsi ilə), Günay Cavadova və Rüfət Məcidov) 7 avqust 2025-ci il tarixli 2(104)-1575/2025 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir.

10. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşd ur ki, birinci instansiya məhkəməsinin qətnaməsi 29 mart 2023-cü il tarixdə qəbul olunmuşdur. İş materialları ilə qətnamənin surətinin Cavabdeh2 rəsmi qaydada verilməsini təsdiq edən sənədin mövcud olması müəyyən edilməsə də, lakin nəzərə almaq lazımdır ki, qətnamə çıxarıldıqdan 2 ildən çox müddət keçdikdən sonra Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bu hal isə apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb edir. Əvvəlki apellyasiya baxışı zamanı 16 yanvar 2024-cü il tarixdə keçiriləcək məhkəmə iclası barədə Cavabdeh2 istifadəsində olan mobil nömrə vasitəsilə SMS xəbərdarlıqla ona məlumat verilmişdir (İİ cild, iş 149). Məhkəmə işin göstərilən halını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd etmişdir ki, hətta Cavabdeh2 sözügedən qətnamənin surətini rəsmi qaydada almamış olsa belə, lakin onun cavabdeh qismində iştirak etdiyi işə məhkəmədə baxılacağı barədə əvvəlcədən məlumatı olmuşdur. Bununla belə, Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə vəsatət də verilməmişdir.

11. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 128, 129, 130 və 360-cİ maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh2 (vəkil - X2) kassasiya şikayəti verərək, apellyasiya şikayətinin mümkün hesab edilməsi və işin apellyasiya baxışına təyin edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması xahiş etmişdir.

13. Kassas iya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərardadı qanuna və sübutlara əsaslanmadan Cavabdeh2 məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini aldıqdan sonra iş materiallarını araşdırıb, qanunu və həqiqəti müəyyən edərək, Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)88/2023 nömrəli qətnaməsinin Cavabdeh2 təqdim edilməməsini müəyyən etmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasından xarici ölkəyə çıxmışdır. Həmin vaxtdan ölkəmizə daxil olmamışdır. 16 yanvar 2024-cü il tarixdə Cavabdeh2 hansı mobil nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir?. Digər tərəfdən Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)-88/2023 nömrəli qətnaməsinin Cavabdeh2 təqdim edilməsi sübut olunmur, 16 yanvar 2024-cü il tarixdə apellyasiya baxışında Maraqlı şəxs apellyasaiya şikayətinə baxılmış, Cavabdeh2 hüquqlarını pozan məhkəmə qərarı isə 29 mart 2023-cü il tarixdə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə

128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müd dətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

16. Maddə

129. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

17. Maddə

130. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

18. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kassasiya baxışının hədləri

19. Kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından Cavabdeh2 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş materialları ilə qətnamənin surətinin Cavabdeh2 rəsmi qaydada verilməsini təsdiq edən sənədin mövcud olmasa da, onun işin nəticəsindən məlumatlı olması, qətnamə çıxarıldıqdan 2 ildən çox müddət ərzində apellyasiya şikayəti vermək üçün qətnamənin surətinin əldə etməyə cəhd göstərməməsi əsas verir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti vermək niyyəti olmamış, apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti üzrlü səbəb lərdən buraxmışdır.

23. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1575/2025 nömrəli iş üzrə 7 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar