Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-329/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-329/2023 (Açar sözlər: əmlakdan qanunsuz istifadənin qadağan olunması) Bakı şəhəri 08 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakdan qanunsuz istifadənin qadağan olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-169/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 0 8 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçirilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2021 saylı qərarı ilə iddiaçı X1 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Ağayev Teymur Azər oğlu, İddiaçı, X2 cəlb olunmaqla) plan ölçüsünün ləğv edilməsi barədə iddiası təmin edilmiş, Bakı ş., Səbail ray., Badamdar qəs., 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 m art 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünü ləğv edilməsi vəzifəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2021 saylı, 9 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2021 saylı, 05 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-701/2022 saylı qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2021 saylı, 9 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və X1 iddiası mümkün sayılm amışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadənin Cavabdeh və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh evi qonşuluqda, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşir. Cavabdeh və onu n ailə üzvləri həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Belə ki, cavabdeh özbaşına onun torpağının bir hissəsini asfaltladıb orada avtomaşınlarını saxlayaraq, dayanacaq kimi istifadə edir. Eyni zamanda, Cavabdeh evinin yağış suları üçün quyu (şambo) qazdırıb ondan şəxsi ehtiyacları üçün istifadə edir. Cavabdeh və onun yaxınlarının torpaq sahəsindən özbaşına istifadə etmələri mülkiyyət hüquqlarını kobud şəkildə pozur.
5. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Şəkillərdən hər hansı qanunsuz istifadə halı görünmür. Ola bilər ki, cavabdeh, onun ailə üzvləri və onun evinə gəlmiş qonaqlar o ərazidə bir neçə dəfə maşın saxlasınlar. Bu o demək deyil ki, onlar daimi olaraq həmin torpaq sahəsindən dayanacaq kimi istifadə edirlə r. Eyni zamanda, şəkildə olan avtomobilin cavabdehlərə aid olmasını göstərən hər hansı mötəbər sübut yoxdu. Bu səbəbdən, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) xx.xx.2020-ci il tarixli, 2(009)-1736/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadəsinə qadağan edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin özünün (və ya ailə üzvlərinin) adı çəkilən torpaq sahəsinə hər hansı hüqu qunun olmadığını nəzərə alaraq iddiaçının xüsusi mülkiyyətində olan torpağının bir hissəsini asfaltladıb orada avtomaşınlarını saxlayaraq dayanacaq kimi istifadə etməsi hərəkətləri qanuna zidd olduğundan iddiaçının hüquqlarının müdafiəsi üçün cavabdehə qadağan edilməlidir.
8. İddia tələbinin digər şəxslərə qadağan olunması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qeyri-müəyyən şəxslərə qarşı iddia tələbi yönələ bilməz. İddiaçı digər şəxslərin konktret kimlərdən ibarət olduğunu iddia ərizəsində göstərməmişdir. İş materiallarından mübahisəli torpaq sahəsindən istifadəyə qadağan olunan şəxslərin cavabdehin ailə üzvlərinin nəzərdə tutulduğu görünsədə iddiaçı tərəfindən qeyd edilməmişdir. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında b aşlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan məhkəmə hesab edirki iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində qeyd edilən hərəkətlərə yol verməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin məhz hansı hissəsindən qanunsuz istifadə etməsini müəyyən etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Məhkəmə əlavə olaraq sübutlar toplamamış, iddiaçının mülkiyyət hüquqlarına müdaxilənin həqiqətən olub-olmadığını və yaxud hansı miqyasda və hansı şəkildə olduğunu konkret olaraq müəyyən etməmişdir. Mübahisəli torpaq sahəsi həmin ərazidə hazırkı iddiaçı tərəfindən hər hansısa torpaq sahəsi alınmamışdan əvvəl asfaltlanmış, ağaclar əki lmiş və abadlaşdırılmışdır. Həmin torpaq sahəsinin təkindən hələ də bəzi qonşuların su xətti keçir. Çünki İddiaçı ona aid olduğunu iddia etdiyi torpaq sahəsi daima ümumi istifadədə olmuş və hətta həmin torpaq sahəsinin təkindən qaz xəttləri də keçmişdir. Əsl həqiqətdə isə İddiaçı aldığı torpaq sahəsi ilə asfaltlanmış və ümumi istifadə olan həmin sahə ayrı sahələrdir. O, həmin sahədə 2010-cu ildən yaşayır. İddiaçının sənədlərindən göründüyü kimi mübahisəli torpaq sahəsi adına xüsusi mülkiyyət kimi 2016-cı il tarixində qeydiyyatdan keçmişdir. Bu müddətdə mübahisə obyekti olan sahə daimi ümumi istifadədə olmuşdur. Əgər ümumi istifadə olmuş həmin sahə üzrə Ağayevlər və ya onlardan əvvəlki hər hansı bir şəxsin mülkiyyət hüququ var idisə, nə üçün həmin xətlərin oradan aparılmasına, ərazinin abad laşdırılmasma (doldurulması, asfalt çəkilməsi, ağac əkilməsi və sair barədə) iddiaçı əvvəllər etiraz etmir və ya məhkəməyə müraciət etmirdi? Qaz xəttinin keçməsi, iddiaçının oğlu Ağayev Teymur Azər oğlunun (toprağın əvvəlki sahibi, sonradan torpaq atasının adına keçirilib) həmin qaz kəmərinin mühafizə zolağında inşa etdiyi hasarın öz hesabına sökülməsi və Ağayev Teymur Azər oğluna qarşı orta təzyiqli yeraltı mühafizə zonasından çıxarılması barədə “Azəriqaz” İB-nin iddiası əsasıda Səbail rayon məhkəməsi tərəfindən 08 noyabr 2017-ci il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qüvvədə saxlanılmışdır. **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yox, Fətullayev Azadın mülkiyyətindədir. Belə olan halda avtomobillə bağlı torpa q sahəsindən qanunsuz istifadənin qadağan olunması barəsində iddia tələbi ona qarşı yox əsl cavabdehə qarşı qaldırılmalı idi. Çünki iddia tələbi mülkiyyətçiyə qarşı olmalı idi.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 2(103)-169/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)1736/2020- 009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Qətnaməni iddia tələbinin təmin edilən hissəsində yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni sahibliyindədir. Cavabdeh iddiaçıya torpağın ayrılmasına əsas olmuş hüquqmüəyyənedici sənədləri (plan və ölçünü) mübahisələndirsə də, iddia iddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair İddiaçı hüquq müəyyənedici sənədlərinin olduğunu da bilmiş və məhz həmin sənədlərin səlahiyyətli dövlət orqanı tərəfindən qanunu pozmaqla verilməsinə istinad edərək onları mübahisələndirmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olması və cavabdehin həmin torpaq sahəsindən iddia ərizəsində qeyd edilən şəkildə və onun iradəsinə zidd olaraq istifadə etməsi birmənalıdır.
16. İddiaçının tələbini təsdiq edən sübut qismində məhkəməyə asfa ltlanmış torpaq sahəsində cavabdehin həyat yoldaşı Azad Fətullayevə məxsus avtomobilin dayanmış vəziyyətdə fotoşəkillərini təqdim etməsi və cavabdehin bu avtomobilin ona deyil, onun həyat yoldaşına məxsus olması ilə bağlı dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bu fotoşəkilə mübahisəli torpaq sahəsindən cavabdehin və onun ailə üzvlərinin qanunsuz istifadə etməsini təsdiq edən sübutlardan biri kimi istinad etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin avtomobilin cavabdehə məxsus olmaması cavabdehin mübahisəli torpaq sahəsindən qanunsuz istifadə etməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla, bu torpaq sahəsindən cavabdehin istifadə etməsi orada yalnız avtomobilin park edilməsi ilə məhdudlaşmır. Bundan başqa, cavabde hin nümayəndəsinin izahatında həmin sahədə cavabdehin özünün, yaxud onlara qonaq gələn şəxslərin bir neçə dəfə avtomobil park etməsi, lakin bunun mütəmadi xarakter daşımaması barədə bildirdikləri iddia tələbinin həmin dəlilinin əsaslı olmasını göstərir.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməklə onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneə yaratmışdır
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4-cü maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (nümayəndə və Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını kifayət qədər araşdırmamış, təqdim edilmiş dəlillərin müqayisəli təhlilini aparmamış və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində qeyd edilən hərəkətlərə yol verməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin məhz hansı hissəsindən qanunsuz istifadə etməsini müəyyən etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Məhkəmə əlavə olaraq sübutlar toplamamış, iddiaçının mülkiyyət hüquqlarına müdaxilənin həqiqətən olub-olmadığını və yaxud hansı miqyasda və hansı şəkildə olduğunu konkret olaraq müəyyən etməmişdir. Həmin torpaq sahəsinin təkindən hələ də bəzi qonşuların su xərci keçir. Çünki İddiaçı ona aid olduğunu iddia etdiyi torpaq sahəsi daima ümumi istifadədə olmuş və hətta həmin torpaq sahəsinin təkindən qaz xərcləri də keçmişdir. Cavabdeh, həmin sahədə 2010-cu ildən yaşayır. İddiaçının sənədlərindən göründüyü kimi mübahisəli torpaq sahəsi adına xüsusi mülkiyyət kimi 2016-cı il tarixində qeydiyyatdan keçmişdir. Bu müddətdə mübahisə obyekti olan sahə daimi ümumi istifadədə olmuşdur. Qaz xəttinin keçməsi, iddiaçının oğlu Ağayev Teymur Azər oğlun un (torpağın əvvəlki sahibi, sonradan torpaq atasının adına keçirilib) həmin qaz kəmərinin mühafizə zolağında inşa etdiyi hasarın öz hesabına sökülməsi və Ağayev Teymur Azər oğluna qarşı orta təzyiqli yeraltı mühafizə zonasından çıxarılması barədə “Azəriqaz” İB-nin iddiası əsasında Səbail Rayon Məhkəməsi tərəfindən 08 noyabr 2017-ci il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən qüvvədə saxlanılmışdır. **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yox, Fətullayev Azadın mülkiyyətindədir. Belə olan halda avtomobillə bağlı torpaq sahəsindən qanunsuz istifadənin qadağan olunması barəsində iddia tələbi ona qarşı yox əsl cavabdehə qarşı qaldırılmalı idi. Çünki iddia tələbi mülkiyyətçiyə qarşı olmalı idi. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 23..Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
25. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) ö z istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Müİkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 27..Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianıntəmin edilmiş hissəsi üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
41. Kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı s übutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103) -169/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.