Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3290/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin başqasının qanunsuz sahibliyindən tələb edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(103)-2555/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahələri ilkin olaraq "xxxx" firmasının ("xxxx" şirkətinin) adına qeydiyyatdan keçmişdir. 2. 13 dekabr 2001-ci il tarixli Alqı-satqı müqaviləsi ilə "xxxx" şirkəti 228,0 kv.m. qeyriyaşayış sahəsini X1. Sonuncu həmin sahəni 06 fevral 2004-cü il tarixdə X5, o isə öz növbəsində 04 may 2010-cu il tarixdə Cavabdeh2 satmışdır. Hazırda həmin 228,0 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Qeyri-yaşayış sahəsinin 72,0 kv.m. hissəsi 29 iyul 2004-c ü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə "xxxx" şirkəti tərəfindən Cavabdeh1 satılmış və həmin sahə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 4. 3 may 2005-ci il tarixli müqavilə ilə isə "xxxx" şirkəti 300 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı bağışlamış və həmin sahə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölgüsünün aparılması, 12 iyu n 2003-cü il tarixli, QYM 001652 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 300 kv.m. hissəsinin naturada müəyyən edilib ayrılaraq, həmin sahənin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 600 kv.m. təşkil edir. Həmin çoxmərtəbəli yaşayış binası "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış 08 yanvar 1999-cu il tarixli müqaviləyə əsasən tikilmişdir. Müqavilənin şərtlərinə görə, binanın ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahələri bərabər şəkildə hər tərəf üçün 300 kv.m. olmaqla bölünmüşdür. 03 may 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən "xxxx" MMC-ni n təsisçisi X6 binanın qeyri-yaşayış sahələrinin bu şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsini iddiaçıya bağışlamışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 300 kv.m. hissəsinə iddiaçının xüsusi mülkiyyət hüquqları tanınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. 29 iyul 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şirkəti binanın qeyri-yaşayış sahələrinin həmin şirkətin payına düşən 300 kv.m. sahəsinin 72 kv.m. hissəsini Cavabdeh1 satmış və sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçının faktiki istifadəsində 195,5 kv.m. qeyri-yaşayış sahəsi vardır ki, bu da xüsusi mülkiyyət hüququ əsasında məxsus olan sahədən 104.5 kv.m. azdır. Cavabdehlər iddiaçıya məxsus olan sahələrdən istifadə edirlər və mübahisənin yeganə həlli ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrinin qeyri-yaşayış sahələrinin (ümumi sahəsi 600 kv.m.) mülkiyyətçiləri arasında naturada bölgüsü aparılmasıdır.
7. İddiaçı ərizəsinə əsasən cavabdeh "xxxx" Şirkəti əsl Cavabdeh2 ilə əvəz olunmuşdur.
8. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin iddiaçının istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 17 fevral 2022-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı təqdim olunmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 485,25 kv.m. (214,15 kv.m yarımzirzəmi, 261,1 kv.m. birinci mərtəbə) təşkil etdiyi müəyyən olunmuşdur. İd diaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 198,5 kv.m., Cavabdeh2 mülkiyyətinə olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,65 kv.m., Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrində tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun (600 kv.m.) qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə mövcud olmadığından, həmin qeyri-yaşayış sahələrinin tərəflərin xüsusi mülkiyyətində olan sahələrinə uyğun bölgüsü barədə tədqiqat aparılmadı. Qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələri faktiki vəziyyətdə bölünmüşdür. Belə ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 204,65 kv.m. olmaqla, həmin qeyri-yaşayış sahəsinin 02 iyun 2010-cu il tarixli Çıxarış sənədinə əsasən uyğundur. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla, həmin qeyri-yaşayış sahəsi 10 aprel 2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çoxdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 198,5 kv.m. olmaqla, həmin qeyri-yaşayış sahəsi Qeydiyyat vəsiqəsində göstərilən (300 kv.m.) sahədən 101,5 kv.m. az təşkil edir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)27/2022 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) i ddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin İddiaçı istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xx xx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür. Hazırda həmin qeyri-yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m. (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.) təşkil edir ki, bu da müqavilədə nəzərdə tutulandan cəmi 8,7 kv.m. fərq edir (üç mülkiyyətçiyə münasibətdə hər birinə 2,9 kv.m. olmaqla). Eyni zamanda, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda yerləşir, binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən solda isə digər iki mülkiyyətçiyə məxsus olan qeyri- yaşayış sahələr i yerləşir. 12.. Məhkəmə və ekspertiza tədqiqatı, keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, pilləkən qəfəsinin sağ və sol tərəfində yerləşən sahələr simmetrikdir. Həmçinin, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301- 083003 reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla, pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir ki, bu da onu göstərir ki, Cavabdeh1 08 yanvar 1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə iddiaçının istifadəsinə düşmüş qeyri-yaşayış sahəsini zəbt edərək istifadə edir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun yaranmasının ilkin əsası 08 yanvar 1999-cu il tarixli müqavilədir ki, hazırkı halda iddianın “naturada bölgünün aparılması” tələbinə dair hissədə həmin müqavilənin şərtlərinə uyğun təmin edilməsi qanuna, tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğundur. Tərəflərin həmin qeyri-yaşayış sahəsi üzrə hazırkı faktiki istifadə vəziyyətində iddiaçı və Cavabdeh2 arasında mübahisə mövcud deyildir, eyni zamanda iddiaçı da 1-ci mərtəbədə yerləşən özünə məxsus olan sahədən sərbəst istifadə edir. Mübahisə yalnız digər Cavabdeh1 zirzəmi mərtəbədə pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla) sahəni zəbt etməsi nəticəsində yaranmışdır.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın Cavabdeh1 binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyriyaşayış sahəsindən çıxarılması və həmin hissənin cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyətinə bərpa edilməsi barədə hissəsi də əsaslıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.6, 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)-27/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsi ilə (hakim Qürbət Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər Azad İmanovun və Fuad Talışinskinin iştirakı ilə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının özünün çatışmadığını iddia etdiyi 105 kv.m. sahənin Cavabdeh1 tərəfindən zəbt olunmasının və həmin sahənin Cavabdeh1 olduğunun sübut edə bilmədiyi, məhkəmənin işin faktiki hallarını nəzərə almamaması, iş materiallarında iddiaçıya məxsus sahən in cavabdeh tərəfindən zəbt olunmasına dair sübut və dəlillərin olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-577/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
21. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddianı təmin edən birinci instansiyası məhkəməsi və cavabdehin apellyasiya şikayətini rədd edən apellyasiya məhkəməsi qətnamələrin əsaslandırılması zamanı Mülki Məcəllənin 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad etmişlər.
22. Lakin nəzərə alınmalıdır ki, məhkəmələrin istinad etdikləri həmin maddi hüquq normaları paylı mülkiyyəçilərinin ümumi əmlakdan öz paylarını ayrılmasını tənzimləyir.
23. Hazırki işdən isə mübahisəli qeyri-yaşayış sahəsinin tərəflərin ümumi paylı mülkiyyətlərində olması müəyyən olunmur. Əksinə iş materiallarına əsasən həm iddiaçını n, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyriyaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
24. Belə olan halda, hazırki iddia tələbinin qanuni əsasını paylı mülkiyyətçilərin paylarının naturada ayrılması deyil, mülkiyyətçinin öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb edilməsi nəzərdən keçirilə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi).
25. Həmin maddənin dispozisiyasına görə tələb olunan əmlakın iddiaçının mülkiyyətində, lakin faktiki olaraq cavabdehin sahibliyində olması və həmin sahibliyin qanunsuz olması müəyyən olunmalıdır.
26. Hazırki işdə iddiaçı çoxmərtəbəli yaşayış binasının konkret hissəsinin - əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərt əbələrində yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasını və cavabdehin qanunsuz olaraq həmin ərazini zəbt etməsini iddia etməklə, sonuncunun həmin ərazidən çıxarılmasını xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsi iddia üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki sahibliyində 198,5 kv.m., yəni mülkiyyəti kimi qeydə alınmış sahədən 101,5 kv.m. az, cavabdehin faktiki sahibliyində isə 82,1 kv.m, yəni mülkiyyəti kimi qeydə alınmış sahədən 10,1 kv.m. çox qeyri-yaşayış sahəsi mövcuddur.
28. Lakin iddiaçı cavabdeh tərəfindən istifadə olunan ərazinin məhz iddiaçıya məxsus olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Belə ki, iş materialları ilə İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsinə mülk iyyət hüququnun 03 may 2005-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunsa da, iddiaçının hüquqları qeydə alınarkən həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsi araşdırılmamışdır.
29. Əksinə, iş materiallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair 09 aprel 2019-cu il tarixdə texniki pasport tərtib olunmuşdur. Düzdür, texniki pasportla cavabdehin faktiki sahibliyində olan sahə 82,1 kv.m. göstərilmişdir ki, bu, mülkiyyətində olan sahədən artıqdır.
30. Bununla belə, iddiaçının tələb etdiyi və məhkəmələrin cavabdehin çıxarılmasını qət etdikləri ərazinin sonuncunun texniki pasportu ilə əhatə olunan ərazi olması və ya həmin ərazidən kənarda olması araşdırıl mamış və qətnamələrdə bu məsələ ilə bağlı əsaslandırma aparılmamışdır.
31. Halbuki, qeyd olunan texniki pasportdan görünür ki, cavabdehin qeyri-yaşayış sahəsinə giriş kimi göstərilən qapıdan (qətnamədə qeyd olunan əsas girişinə münasibətdə pilləkən qəfəsinin həmin qapı olması qəbul edildiyi halda) sağdakı otağın (5 nömrəli otağın) sahəsi 26,2 kv.m. təşkil edir ki, Cavabdeh1 həmin ərazidən çıxarılması ilə zəbt etdiyi faktiki 10,1 kv.m. sahədən artıq, yəni qanuni mülkiyyətində olan sahədən də məhrum olunacaqdır.
32. Digər tərəfdən qətnamələrdən görünür ki, Cavabdeh1 çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmidən və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrindən çıxarılması qət olunmuşdur. Lakin həm texniki pasportla, həm də iş üz rə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunur ki, cavabdehin istifadəsində yalnız binanın yarımzirzəmisində 82,1 kv.m. sahəsi mövcuddur. Cavabdehin binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini zəbt etməsi müəyyən olunmur.
33. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsanların aradan qaldırılması üçün ilk olaraq iddia tələbi dəqiqləşdirilməli və cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılmalı idi ki, nə birinci instansiya, nə də ki, apellyasiya məhkəmələri tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş və nəticə olaraq qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
34. Bundan başqa, iş materiallardan müəyyən olunur ki, İddiaçı əvvəllər də Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının zirzəmisində, binaya girişdəki (blokdan) pilləkəndən düşdükdə sağ tərəfdə yerləşən ümumi sahəsi 72 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 alınaraq, İddiaçı qaytarılması və iddiaçıya məxsus mülkiyyətə qanunsuz sahiblənməsi nəticəsində vurulmuş 60000 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyd olunan qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, birinci in stansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
35. Qeyd olunan iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli sahənin alqı-satqısına dair müqavilə, həmin sahəyə dair cavabdehə mülkiyyət hüququ verən sənəd mübahisələndirilmədən mübahisənin həll edilməsi mümkün deyil və iddia tələbi təmin edilə bilməz.
36. Göründüyü kimi, iddiaçı əvvəllər də, hazırki cavabdehlərdən biri olan Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmamışdır.
37. Bu məsələ ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, hazırki iddiada cavabdeh qismində Cavabdeh2 da qey d olunsa da, ona qarşı faktiki olaraq tələb irəli sürülməmişdir. Hazırki tələb yalnız Cavabdeh1 qarşı yönəlmiş və sonuncuya münasibətdə də təmin olunmuşdur.
38. Belə olan halda, məhkəmə əvvəlki və hazırki iddiaların müxtəlif qaydada ifadə olunsa da, faktiki eyni tələbi nəzərdə tutulmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2015-ci il tarixli qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş halların aradan qalxıb-qalxmamasını araşdırmamış və hazırki iddiaya baxılmasının Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin dispozisiya şərtlərinə əsasən mümkünlüyünə hüquqi qiymət verməmişdir.
39. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
40. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh hazırki kassasiya şikayətində mübahisəli qeyri-yaşayış sahəsinin başqa şəxsin mülkiyyətində o lmasını qeyd etmişdir. Məhkəmə həmin dəlili özü-özlüyündə qətnamənin ləğvi üçün əsas kimi qiymətləndirmir. Belə ki, apellyasiya icraatında təqdim olunmuş və iş materiallarına əlavə olunmuş (cild 2, i.v. 24) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən 72 kv.m. qeyriyaşayış sahəsi üzərində X7 mülkiyyət hüququ 06 avqust 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni müəyyən olunur ki, mübahisəli əmlakın mülkiyyətçisinin dəyişməsi cavabdehə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi tarixdən xeyli əvvəl məlum olmuş, lakin o, bununla bağlı müvafiq sübutları işin faktiki hallarını araşdıran həmin məhkəməyə təqdim etməmişdir.
43. Lakin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan əsaslara görə ləğv edilməli olduğundan, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən mübahisəli qeyriyaşayış sahəsinin hazırki mülkiyyətçinin işə cavabdehin hüquq varisi kimi cəlb edilməsi məsələsi də müzakirə olunmalıdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-2555/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə” iddiasının rədd edilməsi qət edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahələri ümumi mülkiyyət deyil. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Lakin reyestr qeydlərindən görünür ki, hər 3 şəxsin – iddiaçının və iki cavabdehin qeyri-yaşayış sahələri ayrıca mülkiyyət kimi qeydə alınıb və onların hər birinə məxsus sahənin ölçüsü qeyd olunub. Buna baxmayaraq iddiaçı “payının” naturada ayrılmasını tələb edib, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin ümumi mülkiyyətə aid normalarını (213, 215 və 220-ci maddələri) tətbiq edərək iddianı təmin edib. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Göründüyü kimi, payın naturada ayrılmasını tələb etmək hüququ paylı mülkiyyətin mülkiyyətçisinə mənsubdur. Qeyri-yaşayış sahələri paylı mülkiyyətdə olmadığına görə, iddia əsassızıdır.
46. Əgər iddiaçı hesab edirsə ki, onun mülkiyyəti kimi qeydə alnmış 300 kv.m sahənin hər hansı hissəsi cavabdehlərin qanunsuz sahibliyindədir, belə halda o, qanunsuz sahiblikdən öz əmlakının tələb edilməsi barədə iddia verə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunub ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə halda həmin iddiada hansı cavabdehin hansı ölçüdə sahəyə qanunsuz sahiblik etdiyi qeyd edilməli və həm in sahənin iddiaçının mülkiyyətinə (300 kv.metrə) aid olduğunu təsdiq edən sənəd (texniki pasport və s.) məhkəməyə təqdim edilməlidir. Hazırda iddiaçının yalnız qeydiyyat vəsiqəsi var, həmin vəsiqədə isə qeyd olunub ki, 300 kv.m sahə iddiaçının mülkiyyətidir. Texniki pasport olmadığına görə, 300 kv.m sahənin binada yerləşdiyi yer (binanın zirzəmisi, binanın 1-ci mərtəbəsi və s.) və hüdudları bəlli deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ hər bir halda ümumi paylı daşınmaz mülkiyyətə olan hüquq dur. İkincisi, tərəflər arasında sahələrin bölgüsü ilə bağlı mübahisə olduğu təqdirdə, hər bir halda bu cür bölgü məhkəmə qaydasında aparılmalıdır. Söhbət payın bölgüsündən deyil, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan sahənin naturada ayrılmasından gedir. Nəzərə alınmalıdır ki, İddiaçı əvvəllər Cavabdeh1 qarşı iddia ərizəsi üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qərarında da iddianın məhz naturada bölgü aparılması şərti ilə təmin edilməsinin mümkünlüyü göstərilmişdir. Cavabdeh tərəfindən mənim mülkiyyət hüquqlarımın kobud şəkildə pozulması hələ davam edir və artıq 10 ildir ki, öz xüsusi mülkiyyətimdə olan sahədən istifadəm qeyri-mümkündür. Əvəzində cavabdeh mənə məxsus olan sahəni də zət edərək oranı 4000 manata icarəyə vermək lə faydalanmaqdadır. Göründüyü kimi, məhkəmələr tərəfindən maddi hüquq normaları kobud şəkildə pozulmuş, heç bir qanuni əsas olmadan iddianın təmin edilməsi nəticəsinə gəlinmişdir
49. Apellyasiya məhkəməsinin bu iş üzrə sonuncu qətnaməsi əvvəla ona görə qanunsuz və əsassızdır ki, məhkəmə kassasiya instansiyası məhkəməsi tərəfindən mülkiyyət hüququnun pozulması ilə bağlı qoyulmuş tövsiyələri ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən yalnız ona əsaslanmışdır ki, qeyri-yaşayış sahələri ümumi mülkiyyət deyil və əgər iddiaçı hesab edirsə ki, onun mülkiyyəti kimi qeydə alnmış 300 kv.m sahənin hər hansı hissəsi cavabdehlərin qanunsuz sahibliyindədir, belə halda o, qanunsuz sahiblikdən öz əmlakının tələb edilməsi barədə iddia verə bilər. Belə halda həmin iddiada hansı cavabdehin hansı ölçüdə sahəyə qanunsuz sahiblik etdiyi qeyd edilməli və həmin sahənin iddiaçının mülkiyyətinə (300 kv.metrə) aid olduğunu təsdiq edən sənəd (texniki pasport və s.) məhkəməyə təqdim edilməlidir. Hazırda iddiaçının yalnız qeydiyyat vəsiqəsi var, həmin vəsiqədə isə qeyd olunub ki, 300 kv.m sahə iddiaçının mülkiyyətidir. Texniki pasport olmadığına görə, 300 kv.m sahənin binada yerləşdiyi yer (binanın zirzəmisi, binanın 1-ci mərtəbəsi və s.) və hüdudları bəlli deyil. Şikayətin hazırkı hissəsində payın naturada ayrılması və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi mülkiyyətdə olmaması əsası ilə iddianın rədd edilməsinin qanunsuzluğuna toxunmuruq. Bununla bağlı dəlilləri sonrakı paraqrafda qeyd edəcəyik.
50. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsin in Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(102)-577/2023 saylı qərarında konkret göstərişlər qoyulmuşdur ki, cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılsın və zəbt edilmiş sahənin cavabdeh tərəfindən təqdim edilən texniki pasportda olub-olmaması dəqiqləşdirilsin. Lakin apellyasiya məhkəməsi ümumiyyətlə bu hissədə hər hansı bir araşdırma aparmadan iddianı rədd etmişdir. Nəzərə çatdırırıq ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair 09 aprel 2019-cu il tarixli texniki pasport açıq-aşkar saxtalaşdırılmışdır. Əvvəla, məhkəmənin özünün də qeyd etdiyi kimi, texniki pasportla cavabdehin faktiki sahibliyində olan sahə 82,1 kv.m. göstərilmişdir ki, bu, mülkiyyətində olan sahədən artıqdır. İkincisi, həmin texnik i pasportun qeyri-yaşayış sahəsinin bu günkü real faktiki vəziyyətilə heç bir qəsi yoxdur. Bu texniki pasportda qeyd edilən yerləşmədə (formada) ümumiyyətlə hazırda orada faktiki olaraq heç nə (otaq, sahə və s.) mövcud deyil. Sadə yerli baxış keçirməklə və yaxud ekspertiza təyin etməklə, bunu müəyyən etmək mümkündür. Üçüncüsü, iddiaçı tərəfin texniki pasportunun olmaması barədə göstərilənlər də tamamilə əsassızdır. Belə ki, binanın dövlət layihəsində və məhkəməyə təqdim edilmiş ümumi binaya dair texniki passport mövcuddur. Həmçin texniki pasport əsasında bina istismara qəbul edilmişdir və bütün texniki və s. sənədlər də məhz bu pasport əsasında verilmişdir. Necə ola bilər ki, həmin sənəd nəzərə alınmadan «iddiaçıya məxsus olan texniki pasport yoxdur» əsası ilə iddia rədd edilsin. Dördüncüs ü, cavabdehin saxta və işə uyğun olmayan texniki pasportunun hazırkı halda hüquqi sənəd kimi qəbul edilərək iddianın rədd edilməsi əsası kimi qəbul edilməsi məhkəmə praktikasına da ziddir. Belə ki, texniki pasport hüquqi deyil, mühəndis xarakterli sənəddir və artıq yuxarıda qeyd edildiyi kimi, həm cavabdehin öz çıxarışındakı sahədən artıq sahəyə aiddir, həm binanın ümumi texniki pasportu ilə ziddiyyət təşkil edir, həm də mübahisəli qeyriyaşayış sahəsinin hazırkı faktiki vəziyyəti ilə də tamamilə uyğunsuzluq təşkil edir. Məhkəmənin nəzərinə həmçinin çatdırırıq ki, cavabdehin texniki pasportunun saxtalığı ilə bağlı tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin rəhbər şəxslərinin qəbulunda dəlillər təqdim edilmiş və həmin dəlillərlə bağlı araşdırma ap arılmaqla təsdiqini tapmışdır. ƏMDX yanında DƏDRX rəhbər şəxsləri qəbul zamanı araşdırma apararaq, rəsmi bildirmişlər həmin texniki pasport açıq-aşkar tamamilə saxta sənəddir. Müvafiq sənədlər təqdim ediləcəkdir. Apellyasiya məhkəməsi isə heç bir hal araşdırmadan iddianı rədd etməklə, mülkiyyət hüququna dair təməl maddi normaları pozmuşdur. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür.
51. Hazırda həmin qeyri-yaşayış sahələrinin hər iki m ərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m. (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.) təşkil edir ki, bu da yuxarıdakı müqavilədə nəzərdə tutulandan cəmi 8,7 kv.m. fərq edir (üç mülkiyyətçiyə münasibətdə hər birinə 2,9 kv.m. olmaqla). Eyni zamanda müəyyən edilir ki, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyriyaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda yerləşir, binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən solda isə digər iki mülkiyyətçiyə məxsus olan qeyri- yaşayış sahələri yerləşir. Məhkəmə və ekspertiza tədqiqatı, keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir ki, pilləkən qəfəsinin sağ və sol tərəfində yerləşən sahələr simmetrikdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin fakt iki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********8005301-083003 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir ki, bu da onu göstərir ki, Cavabdeh1 xx.xx.1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə İddiaçı istifadəsinə düşmüş qeyriyaşayış sahəsini zəbt edərək istifadə edir. Qeyd edilən qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun yaranmasının ilkin əsası xx.xx.1999- cu il tarixli müqavilədir ki, hazırkı halda iddianın təmin edilməsi üçün binanın ümumi texniki pasportunun mövcudluğu kifayətdir. Belə ki, həmin texniki pasportda qeyri-yaşayış sahəsinin simmetrik bölgüsünün müəyyənləşdirilməsi üçün bir çətin lik törədən hal yoxdur. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sonuncu qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.
52. İddiaçı cavabdehin mülkiyyətində olan sahəni zəbt etməsi barədə məhkəməyə təkzibedilməz sübutlar təqdim etsə də, məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə əslində konkret hansı sübuta əsasən iddianı rədd etməsini göstərməmişdir. Ümumiyyətlə, qətnamə faktiki cəhətdən əsaslandırılmamışdır.
53. Məhkəmə kassasiya instansiyasının məcburi göstərişlərini nəzərə almamışdır. Göründüyü kimi, yuxarı instansiya məhkəməsinin qərarında konkret göstərişlər qoyulmuşdur ki, cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılsın və zəbt edilmiş sahənin cavabdeh tərəfindən təqdim edilən texnik i pasportda olub-olmaması dəqiqləşdirilsin. Lakin apellyasiya məhkəməsi ümumiyyətlə bu hissədə hər hansı bir araşdırma aparmadan iddianırədd etmişdir. Ədalət və bərabərliyin, obyektivliyin təmin edilməsi üçün qətnamədə sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə heç bir şübhə yeri qoymamalıdır. Yəni, iddiaçının tələbləri elə sübutlarla təsdiq edilməlidir ki, burada ehtimal etməyə yer olmasın, başqa sözlə iddia tələbini təmin etməmək mümkünsüz olsun.
54. Məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
56. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
57. Maddə
60. Hissə İ.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə
58. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
59. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübu t etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
69. Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.
73. Belə ki, işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri ondan ibarət olmuşdur ki, ilk olaraq iddia tələbi dəqiqləşdirilməli və cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılmalı idi ki, nə birinci instansiya, nə də ki, apellyasiya məhkəm ələri tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş və nəticə olaraq qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası ilə əlaqədar tədbirlər görməmişdir.
74. İşə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçinin işə cavabdehin hüquq varisi kimi cəlb edilməsi məsələsi də müzakirə olunmalıdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası üçün də tədbirlər görməmişdir.
75. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə əvvəllər k assasiya qaydasında baxmış məhkəmə tərkibinin iş materialları ilə İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun 03 may 2005-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunsa da, iddiaçının hüquqları qeydə alınarkən həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsi araşdırılmadığı ilə əlaqədar olan göstərişinin də icrası ilə əlaqədar tədbirlər görməmişdir.
76. İş materiallarına əsasən həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, hazırki iddia tələbinin qanuni əsası kimi mülkiyyətçinin öz mülkiyyətini başq asının qanunsuz sahibliyindən tələb edilməsi nəzərdən keçirilə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin mahiyyəti onu tələb edir ki, qonşu mülkiyyətçilər arasındakı sərhədlər müəyyənləşdirilsin. Bu isə xüsusi bilik tələb edən məsələdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halın araşdırılması üçün lazımi tədbirlər görməmişdir.
77. Eləcə də apellyasiya instansiyası məhkəməsi müvafiq sahələrin iddiaçı və cavabdehlərin mülkiyyətinə verilərkən hansı ilkin sənədlərin mövcud olduğunu araşdırmamışdır. Nəzərə alınmalıdır ki, həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan təqdirdə hansı sahələrin kimin adına qeydə alındığına dair ilkin sənədlərin mövcudluğu istisna deyil.
78. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
79. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olun malıdır.
80. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
81. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sad alamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
82. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakç ıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
83. Yuxarıda qeyd olunanlara görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 28 aprel 2023-cü il tarixli 2(103)2555/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.