Məhkəmə qərarları › İş №2(102)-3292/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3292/2024

18.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3292/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (X5 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı (X5 və Azərbaycan Respublikasının Baş Proku rorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4235/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X7 ilə İddiaçı arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxa rışına əsasən, ********** qeydiyyat nömrəsi olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı məxsusdur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1094/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499b sahəsində yerləşən 0,06 ha torpaq sahəsi birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bölünməsi və həmin əmlak üzərində İddiaçı 2/5, X6 3/5 pay üzrə mülkiyyət hüquqları tanınması, qətnamə həmin daşınmaz əmlaka dair İddiaçı 2/5 pay üzrə və X6 3/5 pay üzrə paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir.

4. Bakı Hərbi Məhkə məsinin iş №1(093)-7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü məhkum X4 aid hissəd ə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1-(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişi, məhkum X5 barəsində Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasını 08 fevral 2019-cu tarixli qərarı qismən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum X2 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m. torpaq sahəsində yerləşən 111,3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 3 ünvanında yerləşən ev; ünvan 4 ünvanında yerləşən ev; ünvan 5 qeyri-yaşayış sahəsi; ünvan 6 evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Ədliyyə Nazirliyi Nəsimi rayon icra şöbəsinin İddiaçı Zülfüq ar oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/18 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 9 ünvanında yerləşən 85 saylı mənzil, ünvan 10 yerləşən 48 saylı mənzil və Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan tikililər xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə qərarında qeyd olunan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililəri xx.xx.2022-ci il tarixə kimi boşaldılması tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı ( X5 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfınə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra ed ilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda o həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişdir. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakter li sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(102)-1004/2020 nömrəli qərarı əlavə olunur). Göründüyü kimi, hazırda mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğun olmamışdır. O əmlakların xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, ondan heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırkı mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Hazırda içində olduğu çıxılmaz vəziyyətin izah edilməsi mümkün olmamıdır. O və həyat yoldaşı heç bir ci nayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində halal zəhmət nəticəsində əldə etdiyi əmlakın heç bir əsas olmadan məcburi qaydada və əvəzsiz olaraq müsadirə ediləsi konstitusion hüquq olan mülkiyyət hüququnun müdafiəsi və təminatı prinsipləri ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililərin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Beləliklə, ona məxsus sözügedən əmlak 2 hal olduqda xüsusi müsadirə vasitəsilə dövlət nəfinə alına bilərdi: Əmlakın məhz cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına məhkum Fizuli Əliyev tərəfindən əldə edilmiş olmağı sübuta yetirilsin; O həmin əmlakın Fizuli Əliyev tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığını bilmişdir, yaxud bilməli olmuşdur. Lakin cinayət mühakimə icraatı qaydasında işə baxan məhkəmələrdə iddiaçıya məxsus sözügedən əmlakın məhz Fizuli Əliyev tərəfindən və sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına əldə edilməsi və sonradan İddiaçı adına keçirməsi sübuta yetirilməmişdir. Ümumiyyətlə, hər üç instansiya müsadirə olunan əmlakların nə vaxt, kim tərəfindən, hansı qaydada, hans ı vəsait hesabına əldə edilməsi, hazırda həmin əmlakın mövcud olub-olmamasını araşdırmamış, hətta əmlaklara dair hüquq müəyyən edici sənədlər belə tələb edilməmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmeti olmamışlar. Məhkəmələr sadəcə Fizuli Əliyevin qohumlarına məxsus olmuş əmlakları öz hökm və qərarında sadalamaqla kifayətlənmiş və onların dövlət nəfinə keçirilməli olduğunu qeyd etmişlər. Həmçinin işin halları onu deməyə əsas verir ki, ona məxsus olan mübahisəli əmlak yalnız Fizuli Əliyevin qardaşı olduğuna görə xüsusi müsadirəyə məruz qalmışdır. Halbuki, o keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq çoxsahəli, o cümlədən, ticarəti əhatə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamıdır, yalnız Azərbaycanda deyil, həmçinin Alımaniyada, Türkiyədə və Rusiya Federas iyasında da bizneslə məşğul olmuşdur. Vaxtilə “VİS” X1, hazırda isə "xxxx" MMC-nin təsisçisi və direktorudur.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ünvan 12 aprel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada (CPM-nin 408.3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında nəzərdə tutulmuş qaydada 3- cü şəxs qismində cəlb edilməklə) baxılıb qiymət verilə bilər.

12. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər G.Axundova, F.Babayev və R.Eyvazov) 2(103)-2580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı - (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöb əsinə qarşı "icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair mülki iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyini nəzərə almamışdır. Qərardan göründüyü kimi, konkret əmlakın hökmdə göstərilməsi üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Birinci instansiya məhkəməsində ikinci icraat

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı (X3 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, ərizədə göstərilən xüsusatlarla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə ərizəsinə baxılması üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun iddiaçıya izah edilməsi, iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılması qərara alınmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, “ cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.” Buna görə də, məhkəmə yuxarıda qeyd olunan sonuncu Qərarda formalaşan hüquqi mövqeni, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq mülki məhkəmə icraatı qaydasında hazırki işə baxılmasını mümkün hesab etməmişdir.

18. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ü nvan 12 aprel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada – cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər.

19. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin(hakimlər G.Axundova, F.Babayev və C.Musayeva) 2(103)-5982/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2580/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadında qeyd edilən göstərişlərə əməl etməmiş, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyini nəzərə almamışdır. Qərardan göründüyü kimi, konkret əmlakın hökmdə göstərilməsi üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüqu qlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət işi üzrə yekun qərar çıxarıldığından artıq iddiaçıların cinayət işi üzrə üçüncü şəxs kimi işə cəlb olunmaq imkanı aradan qalxmışdır. Belə olan təqdirdə iddiaçının əmlakın həbsdən azad edilməsi tələbinə mahiyyəti üzrə baxılmalıdır. O cümlədən, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı əmlakın həbsdən azad edilməsi ilə yanaşı Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunmasını da məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddiaçının bu hissədə tələbini dəqiqləşdirməli, həmin tələbə məhkəmə qaydasında baxılmalı olub-olmamasını aydınlaşdırmalıdır. Birinci instansiya məhkəməsində üçüncü ic raat

23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) xx.xx.2024-cü il tarixli, 2(009)-32/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxsin (şahidin və s.) hüquq və qanuni maraqlarına toxunduğu halda, həmin aktdan şikayət vermək hüququnun normativ qaydada müəyyən edilməməsi səbəbindən, belə şikayətə yol verilməməsi məhkəmə baxışının ədalətli hesab edilməsini istisna edir. Belə ki, həmin şəxslər bu zaman pozulmuş hüquqlarının bərpası üçün təsirli vasitələrə təmin edilməmiş olurlar.

25. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqeyini, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ünvan 13rel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli qərarında nəzərdə tutulmuş qaydada–cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya sözügedən yekun məhkəmə aktını onun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsini cinayət işinin icraatı çərçivəsində mübahisələndirmək hüququ izah edilməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 114.1.4, 261.0.1 262.1-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 3 aprel 2023-cü il tarixli, K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli, "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli qərarına istinadla əsaslandırmışdır.

27. İddiaçı qərardaddan şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim İ.N.Rüstəmli) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4235/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ünvan 13rel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli qərarında nəzərdə tutulmuş qaydada, yəni cinayət məhkəmə icraatında baxılıb qiymət verilə bilər.

30. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya sözügedən yekun məhkəmə akt ını onun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsini cinayət işinin icraatı çərçivəsində mübahisələndirmək hüququ izah edilməlidir.

31. Məhkəmə öz mövqeyini MPM-in 263, 264, 398.0.1, 402-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 3 aprel 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə bax ılması üçün bununla bağlı iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətində iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad edilməklə, iddiasına mülki icraat qaydasında baxılmasının mümkün olduğunu göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

35. Maddə

253. Əmlak üzərinə səhvən həbs qoyulmasından şikayət verilməsi 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət et mək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.

36. Maddə 254.2. məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı: 37. “...Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsi plərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad ed ilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 24 8.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarı: 38. “ Cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydası nda baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

40. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

41. Maddə 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

48. Belə ki, məhkəmə hökmünün əmlakların müsadirə edilməsi barədə hissəsindən məhkum Fizuli Əliyev tərəfindən cinayət mühakimə icraatı qaydasında apellyasiya və kassasiya şikayəti verilmiş, məhkumun və onun ailə üzvlərinə məxsus əmlakların bir hissəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar hökmdən xaric edilmiş, qalan əml aklara dair dəlillərinə məhkəmələr tərəfindən cinayət mühakimə icraatı qaydasında baxılaraq qiymət verilmişdir.

49. İddiaçı 2019-cu ilin iyun ayında qardaşı X4, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, 3-cü şəxs Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı eyni əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi və torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsində yaranmış məhdudiyyətlərə son qoyulmasına dair iddia qaldırmış, həmin iddia üzrə işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilmiş, qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx. xx.2020-ci il tarixli 2(102)-1004/2020 saylı qərarı ilə təmin edilməmişdir.

50. Eyni tərəflərin iştirak etdiyi həmin iş üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1004/2020 saylı qərarında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 383.1-ci maddəsində müəyyən olunmuş şikayət vermək hüququ olan şəxslər dairəsinə daxil olmadığından onun şikayətinə baxılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin hüquqi müqəddəratı məhkəmənin hökmü ilə həll edildiyindən iddiaçı hökmün qanunsuz hesab etdiyi həmin hissəsindən şikayət verməklə pozulmuş hüququnun bərpasını tələb edə bilər. İşdən görünür ki, Azərbaycan Respublikası CM-nin 383-cü maddəsində iddiaçının hökmdən şikayət vermək hüququ nəzərdə tutulmasa da, nəzərə almaq la zımdır ki, onun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən, hökmdən təqdimat verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ müəyyən olunmuşdur. İddiaçı belə bir ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət etsə də, son nəticədə həmin ərizə üzrə müvafiq qərar qəbul edilməmişdir. İddiaçı hazırda yenə də ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət etmək hüququnu saxladığından, kollegiya hesab etmişdir ki, həmin məhkəmə müdafiəsi hüququndan istifadə olunmalıdır.

51. Hazırda iddiaçı yenidən eyni məsələ ilə bağlı mülki qaydada iddia verməklə, faktiki olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə artıq qiymət verilmiş müsadirə edilmiş əmlakın həbsdən azad edilməsinə nail olmağa çalışır və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci i l tarixli 2(102)-1004/2020 saylı qərarında ona izah olunmuş hüquqdan istifadə edib-etmədiyi barədə məhkəməyə heç bir sübut təqdim etmir.

52. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində hüquqi müdafiə vasitələri tükənmədiyindən belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4235/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar