Məhkəmə qərarları › İş №2(102)-3297/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3297/2023

07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3297/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, X2rşı iş üzrə QƏRARİ İş № 2(102)-3297/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər X2rşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1861/2023 saylı iş üzrə, 5 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. İddiaçının qardaşı X7 xx.xx.2008-ci il tarixdən 2011-ci ilə qədər keçmiş DSMF-nin Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə qardaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü onun barəsində dəyişdirilmiş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə təqsirli bilinərək barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

2. X7 is tintaq təcridxanasında olduğu müddətdə xx.xx.2011-ci il tarixdə İddiaçı Baş Dövlət Xəzinədarlığına 153.000 manat ödəmişdir. Ödənişin təyinatı - artıq ödənilmiş pensiyanın bərpası (Suraxanı DSMF X7) olmuşdur.

3. X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

4. Onun arvadı X3 cavabdeh ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fonduna qarşı 153.000 manat dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması tələbinə dar iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı eyni iddia tələbi mümkün sayılmamış, həmin qərar yuxarı in stansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə cavabdeh “Dövlət Sosial Müdafiə Fondu”nun hesabına ödənilmiş 153.000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum qardaşı X7 2008-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə qardaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı DSMF-nin vəzifəli şəxslərinin vədinə inanaraq artıq ödənilmiş pensiyanın bərpası üçün DSMF-yə qardaşının əvəzinə 153.000 manat ödəmişdir. Belə ki, mərhum qardaşına vəd edilmişdir ki, dövlət büdcəsinə vurduğu zərərin bir hissəsi ödənildiyi halda barəsində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin ediləcəkdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 1(103)-1289/2014 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edil miş, X5 əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edillmişdir. Göründüyü kimi, cinayət işi yekunlaşdıqdan sonra müəyyən olunmuşdur ki, Səfər Hüseynov tərəfindən dövlət büdcəsinə hər hansı zərər vurulmamış, həmin zərər şöbənin digər vəzifəli şəxsləri tərəfindən vurulmuşdur, həmin şəxslər də DSMF qarşısında notariat qaydasında təsdiq olunmuş razılaşma əsasında ziyanın ödənilməsini öhdələrinə götürmüşlər. Qardaşının əməli isə şöbə müdiri kimi səhlənkarlıqdan ibarət olmuşdur. Hazırda qardaşı Səfər Hüseynov vəfat etdiyindən, həmçinin pul iddiaçı tərəfindən ödənildiyindən qeyd edilən pulu tələb etmək hüququ vardır..

8. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu iddiaya etiraz verərək qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 1(103)1289/2014 saylı qərarına əsasən Fondun büdcəsindən qanunsuz şəkildə israf olunan məbləğin 995.642,46 manat olmaqla ağır nəticəni təşkil etdiyi göstərilmişdir. İddiaçının qardaşı notarial qaydada təsdiqlənmiş birtərəfli əqd bağlayaraq dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Belə ki, qeyd edilən məbləğin cavabdeh orqana ödənilməsi həmin şəxsin törətdiyi cinayət əməli çərçivəsində (səhlənkarlığın ağır nəticələrə səbəb olması) cinayət prosessual vəzifə olmaqla yanaşı, götürdüyü birtərəfli öhdəliyə uyğun olaraq həm də mülki vəzifə olmuşdur. İddiaçı tərəfindən ödənilən məbləğin əsasını qardaşı X5 əməli nəti cəsində cavabdehə vurduğu zərər təşkil etmişdir ki, buna görə də, həmin zərər iddiaçı tərəfindən könüllü olaraq ödənilmişdir. Mərhumun törətdiyi əməlin yalnız tövsifi dəyişdirilmişdir. İddiaçının iddiası yalnız mərhumun törətdiyi əməldə cinayət tərkibi aşkarlanmadığı və haqqında bəraət hökmü verildiyi təqdirdə əsaslı olardı. 153.000 manat könüllü şəkildə olmuşdur. Mərhuma və qardaşına hər hansı təzyiq, təhdid olunmamış və belə halın olması ilə bağlı əsaslı sübutlar təqdim olunmamışdır..

9. Cavabdeh Dövlət Xəzinədarlığı Agentliyi iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı tərəfindən ödənilən 153.000 manat məbləğində vəsait xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin hesabına köçürülmüşdür. Ona görə hazırki iddia tələbi üzrə cavabdeh qismində çıxış e də bilməz.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)2978/2022 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, İddiaçı mərhum qardaşı Səfər Hüseynovun DSMF qarşısında yaranmış öhdəliyini (vurulmuş zərər nəticəsində yaranmış) icra etmişdir. Bununla da DSMF-nin mərhum S.Hüseynova qarşı zərər tələbi iddiaçıya keçmişdir. S.Hüseynov vəfat etdiyindən ona qarşı tələb hüququnu iddiaçı onun vərəsələrinə qarşı irəli sürə bilər.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 431.1, 431.3, 1096.1, 1096.2, 1151.1, 1306.1, 1306.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaç ı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq etdiyi hüquq normasında da, qətnamənin təsvir hissəsində də mərhum S.Hüseynovu zərərvuran qismində qələmə vermişdir. Halbuki, Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında olmuş cinayət işi üzrə qəbul edilmiş xx.xx.2012-ci il tarixli hökmlə mərhum S.Hüseynovun DSMFyə zərər vurmadığı müəyyən edilmişdir. Habelə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə S.Hüseynov barəsində seçilmiş cəza dəyişdirilmiş, 179.3.2, 308.2 və 313-cü maddələri hökmdən xaric edilmiş, onun dövlət vəsaitini mənimsəməməsi faktı öz təsdiqini tapmışdır. Lakin həmin cinayət işinin icraatı zamanı S.Hüseynova bildirilmişdir ki, o vurduğu zərəri ödədiyi təqdirdə onun barəsində heç bir məsuliyyət görülməyəcəkdir. Cinayət işinin istintaqı zamanı bu məbləğ hazırkı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qanuni qüvvəsini almış məhkəmə hökmlərinə heç bir qiymət verməmişdir. Bundan başqa, daha öncə bu məbləği mərhumun vərərəsi (arvadı) məhkəmə qaydasında tələb etmiş, lakin məhkəmələr izah etmişdir ki, həmin şəxsin subyektiv tələb hüququ yoxdur

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) 5 may 2023-cü il tarixli, 2(103)-1861/23 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır.

16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-ci il tarixli 1(103)-1289/2014 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, X5 əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X1 törədilmiş bu əməli ağır nəticələrə səbəb olmuşdur. Belə ki, hökmlə DSMF-nin Suraxanı rayon şöbəsinin mühasibləri tərəfindən mənimsənilən pul vəsaitinin məbləği ümumilikdə 995.642,46 manat olduğundan ağır nəticəni təşkil etmişdir. DSMF-nin aparat rəhbəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ə.Quliyevə xx.xx.2012-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, icraatınızda olan cinayət işi üzrə təqsirləndirilən Səfər Hüseynovun oğlu ailəsi adından 2012-ci il 17 yanvar tarixdə DSMF-yə müraciət etmişdir. O, DSMF-yə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar S.H.Hüseynovun 153.000 manat ödədiyini bildirmiş və bu barədə qəbz əlavə etmişdir. S.Hüseynovdan fondun heç bir şikayəti yoxdur və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün seçilməsi xahiş edilir. Bununla yanaşı, Bakı Apelyasiya Məhkəməsinin 13 noyabr 2014-ci il tarixli 1(103)-1289/2014 saylı qərarına əsasən məhkum S.Hüseynov ifadəsində “heç bir pul vəsaitit mənimsəmədiyini və bunda özünü təqsirli bilmədiyini, lakin işi bilən bir mütəxəssis kimi lazımi n əzarəti həyata keçirərək mühasiblərin bu əməllərinin vaxtında qarşısının alınmamasında özünü təqsirli bildiyini” qeyd etmişdir.

17. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, S.Hüseynov təqsirli əməlinin nəticəsində vurduğu zərəri özü-özlüyündə də qəbul etmiş və hazırki iş üzrə iddiaçı, qardaşı S.Hüseynovun həmin zərərin aradan qaldırılması ilə bağlı öhdəliyini üçüncü şəxs kimi icra etmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, S.Hüseynov cəzasını çəkib qurtardıqdan sonra DSMF-dən ödənilmiş məbləğin qaytarılmasını tələb etməmişdir. Bu hal da onun vurduğu zərəri qəbul etdiyinə dəlalət edir. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin borcluya qarşı reqres qaydada tələb hüququ yaranır. Belə olan halda, S.Hüseynov vəfat etdiyindən iddiaçının tələb hüququnu onun vərəsələrinə qarşı irəli sürə b ilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2011-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş 153.000 manat pul vəsatini hazırkı iş üzrə cavabdehlərə qarşı tələbi hüququ olmadığından iddia təmin edilə bilməz və rədd edilməlidir.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd olunan məbləğ Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürüldüyündən hazırki iş üzrə digər cavabdehlər ümumiyyətlə iddiaya cavab verməli olan təşkilatlar deyillər Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1861/2023 saylı iş üzrə, 5 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun nümayəndələri kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın a vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 431.1. “Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər“və buna borclunun razılığı tələb edilmir.“

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış ak tivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırk ı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzm unlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

45. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1861/2023 saylı iş üzrə, 05 may 2023-cü il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar